Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

30 
 
Əl-HərəĢi  döyüĢü  seyr  edəndə  dəbilqəsi  baĢından  düĢür.  Bundan  sonra  o, 
əsgərlərini ürəkli olmağa, cəsarətlə vuruĢmağa çağırır. O, belə deyirdi: «Vay sizin 
halınıza  ey  Ġslam  oğulları!  Dayanın!  Axı
 
siz  bu  Allahı  tanımayan  və  ona  ibadət 
etməyən  qoyunların  qabağından  qaçırsınız!  Məgər  siz  xəzər  arabalarına 
doldurulmuĢ  əsir  müsəlman  kiĢi  və  qadınlarımızın  nalələrini  eĢitmirsinizmi?  Axı 
onlar: «Ah, Məhəmməd, ah! Ah, Əbülqasim, ah!» deyə-deyə qıĢqırırlar!». 
[Müəllif]  deyir:  Bu  çağırıĢdan  ürəklənmiĢ  müsəlmanlar  hər  tərəfdən  onun 
yanına  toplaĢdılar.  Sonra  onlar  yenidən  döyüĢə  girib,  amansızlıqla  vuruĢdular. 
Allah  da  öz  dediyini  yerinə  yetirdi,  müsəlman  qoĢununu  möhkəmlətdi,  ona  inam 
gətirənlərə qələbə bəxĢ etdi, öz düĢmənlərini isə zəlil etdi. Xəzərlər məğlub olub, 
müsəlmanlar tərəfindən darmadağın edildilər. Onlarla birlikdə onların ağası xaqan 
oğlu Barsbəy də döyüĢ meydanından qaçdı. 
Əl-HərəĢi  və  onun  əsgərləri  xəzərlərin  böyük  və  kiçik  sərkərdələrini  əsir 
aldılar  və  çoxlu  qənimət  götürdülər.  Bununla  yanaĢı  arabalarda  olan  əsir 
müsəlmanlar və yüklər də qaytarıldı. 
Müsəlman əsgərlərindən biri bu münasibətlə aĢağıdakı Ģeri dedi: 
(səh. 55) 
 
Bizdə ən yüksək və alınmaz dağ var ki, 
o, onunla döyüĢənlərdən çох qorxur: 
 
və ilaxır. 
Xəzərlər  biabırçılıqla  müsəlmanların  qabağından  qaçırdılar,  müsəlmanlar 
qaçanları  təqib  edə-edə  dənizin  sahilinə  çatdılar.  Nəhayət,  təqibdən  əl  çəkib  geri 
qayıtdılar, aldıqları əsirləri və qənimətləri Bacərvana göndərdilər. 
[Müəllif] deyir: Elə bu  vaxt  kül rəngli atın  üstündəki  həmin adam  yenidən 
əl-HərəĢinin  yanına  gəlib  dedi:  «Əssalamu  əleykə,  ya  Əmir,  Allahın  mərhəməti 
[üstündə]  olsun!  Qalx  ayağa,  ya  Əmir,  əsgərlərini  toplayıb  atlan,  çünki  indi  bu 
xaqan oğlu Barsbəyin yanına ondan ayrılan bütün əsgərləri yığıĢırlar. Bundan əlavə 
onun yanına xəzərlərin bütün tarxanları və cəngavərləri axıĢır. O, öz nəhəng ordusu 
və  saysız-hesabsız  döyüĢçüləri ilə Muğan çayının
66
  sahilində  yerləĢib.  Amma  sən 
onların qüvvələrindən qorxma, ey Əmir!  Allah sənə onların üzərində qələbə bəxĢ 
edib, onları köməksiz qoyacaq və bəlaya uğradacaq! Mən qorxuram ki, onlar sabah 
səhər var qüvvələri ilə sənə hücum edəcəklər və bu isə az iĢ deyil! BağıĢla ki, mən 
sənə belə bir xəbərdarlıq edirəm!» [Müəllif) deyir: Bundan sonra həmin adam atını 
çapıb gözdən itdi. 
Əl-HərəĢi müsəlman əsgərlərinə car çəkdi; istər böyük, istər kiçik bir nəfər 
qalmadı  ki,  ata  minməsin  və  ölüm  bəxtini  aramasın.  [Müəllif]  deyir:  Bütün 
müsəlmanlar atlanıb uca səslə qıĢqırdılar: «ġöhrət və əzəmət sahibi Allahdan baĢqa 
heç kəsdə nə qüvvə, nə də qüdrət var! Allaha üz tutur, ona bel bağlayırıq! О bizim 
hamimizdir, biz ona inanırıq!» 


31 
 
[Müəllif]  deyir:  Sonra  əl-HərəĢi  bir  dəstə  inanılmıĢ  döyüĢçüsünü  yanına 
çağırıb  onlara  Bacərvanı,  orada  qalan  bütün  müsəlman  kiĢi  və  qadınlarını  və 
qəniməti  qorumağı  əmr  edir.  Sonra  da  ġamdan,  əl-Cəzirədən  (səh  56)  və  baĢqa 
ölkələrdən onlara qoĢulanlardan ibarət 53 minlik ordunun baĢında yola çıxdı və tez 
bir vaxtda gəlib Muğan çayının sahilinə çatdı. 
Xaqan  oğlu  Barsbəy  190  minlik  ordusu  ilə  artıq  orada  idi.  Barsbəy 
müsəlman  atlılarının  qaldırdığı  tozu  görəndə  ayağa  qalxıb  qoĢunlarını  nizamladı. 
Əl-HərəĢi  yaxınlaĢıb  xəzərlərin  düzülmüĢ  ordusunu  gördü.  Bundan  sonra  о,  bir 
dəstə döyüĢçünü yanına çağırıb öz hacibini də
67
 onlara qoĢaraq dedi: «Ey insanlar! 
Sizin  aranızda  xaqan  oğlu  Barsbəyi  tanıyan  varmı?»  Ona  cavab  verdilər:  «Var! 
Odur  o!  Onun  baĢında  tac  var,  özü  də  üstündə  [kəsilmiĢ]  baĢ  qoyulmuĢ  bəzəkli 
talvar altında  durub». Əl-HərəĢi soruĢdu:  «Bu nə  baĢdır?»  Ona  cavab  verdilər ki, 
bu əl-Cərrah ibn Abdullahın baĢıdır. 
[Müəllif]  deyir:  Əl-HərəĢinin  gözləri  yaĢardı  və  о  dedi:  Doğrudan  da,  biz 
Allaha məxsusuq, onun yanına da qayıdacağıq! Belə gündən sonra həyatın heç bir 
mənası  yoxdur.  Sonra  о  hay  vurub,  qoĢunları  ilə  birlikdə  irəli  atıldı.  Əl-HərəĢi 
deyəndə ki, xaqan oğlu Barsbəyi yaxalayacaq, heç də boĢ söz demirdi. O, Barsbəyə 
yetiĢib, tacına endirdiyi zərbə ilə onu atından yerə yıxdı. [Müəllif] deyir: Xəzərlər 
Barsbəyin yanına qaçıb onu döyüĢ meydanından çıxartdılar. 
Ġki  tərəf  arasında  aparılan  döyüĢ  isə  daha  da  qızıĢdı,  həm  müsəlmanların, 
həm də xəzərlərin arasında çoxlu həlak olan vardı. Saysız-hesabsız adamlar Muğan 
çayında  boğuldu.  Xəzərlərin  qalıqları  dəniz  tərəfə  qaçdılar,  onları  təqib  edən 
müsəlmanlar Kürlə Arazın qovuĢduğu yerə gəlib çatdılar. 
Qeys  Aylan  qəbiləsindən
68
  olan  bir  ərəb  bu  döyüĢ  münasibətilə  aĢağıdakı 
Ģeri dedi: 
 
Ya Qeys.' Sən xəzərlərin yerlə-yeksan edildiyi 
döyüĢlərin xəbəri ilə xaqanı zəlil etdin. 
 
və ilaxır. 
[Müəllif]  deyir:  Gecənin  zülməti  müsəlmanları  bürümüĢdü.  Yalnız  silahını 
əlindən buraxmayan baĢ komandan əl-HərəĢi yatmırdı. Elə bu vaxt zülmətdən bir 
adam  çıxıb  əl-HərəĢinin  qarĢısında  durdu.  Əl-HərəĢi  soruĢdu:  «Sən  kimsən?»  О 
cavab verdi: «Allah Əmiri razı salsın, mən filankəsəm!». 
Bu vaxt əl-HərəĢi diqqətlə öz atlılarına (səh. 57) baxdı, əl-Hüzeyl ibn Zafir 
ibn  əl-Xəris  əl-Kilabidən  baĢqa  hamı  yerində  idi.  [Müəllif]  deyir:  Bu  itki  əl-
HərəĢini çox kədərləndirdi. O, əl-Hüzeyl haqqında gecənin sonunadək heç bir Ģey 
öyrənə  bilmədi;  elə  bu  vaxt  [fikirdə  ikən]  həmin  adam  gəlib  çıxdı.  Əl-HərəĢi 
soruĢdu: «Bu kimdir?» О cavab verdi: «Allah Əmiri razı salsın, mən filankəsəm!» 
Əl-HərəĢi  ucadan  səsləndi:  «Vay  sənin  halına!  Əl-Hüzeyli  gördünmü?»  О  cavab 
verdi:  «Bəli,  ya  Əmir!  Mən  onu  ala  atın  üstündə  gördüm.  О,  xəzərlərdən  birini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə