Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   ...   102


 
məlumatların  tədqiqi  ilə  ilk  əsəri  1974-cü  ildə  iĢıq  üzü  görmüĢ  N.M.Vəlixanlı 
ardıcıl məĢğul olub.
8
 
Azərbaycan  tarixinə  aid  təqdim  edilən  bu  materiallar  məcmuəsinə  ancaq 
ərəb  tarixi  əsərlərindən,  daha  doğrusu,  «ilm  ət-tərix»  cərəyanı  nümayəndələrinin 
əsərlərindən  məlumatlar  daxil  edilib.  Bunlar  aĢağıdakı  əsərlərdən  götürülmüĢ 
parçalardır: 
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri. Tərix ər-rüsul va-l-müluk;
9
 
Əhu-l-Abbas  Əhməd  ibn  Yəhya  ibn  Cabir  əl-Bəlazuri.  Kitəb  Fütuhu-l-
buldən;
10
 
Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufi. Kitəb əl-Fütuh;
11
 
Əhməd ibn Əbıı Yaqub ibn Cəfər əl-Yaqubi. Tarix.
12
 
Bu  müəlliflər  və  onların  əsərləri  haqqında  məlumatı  Karl  Brokelmanın 
«Ərəb ədəbiyyatı  tarixi» adlı  fundamental əsərindən  əldə  etmək olar. Həmin  əsər 
ənənəvi  olaraq  orta  əsr  ərəb  ədəbiyyatı  üzrə  əsas  məlumat  kitabı  sayılır.
13
 
V.Ġ.Belyayevin  «Türkmənlərin  və  Türkmənistanın  tarixinə  dair  ərəb  qaynaqları» 
məqaləsində  həmin  əsərlər  müxtəsər  Ģəkildə  səciyyələndirilir,  onların 
müəlliflərinin    həyat    və    fəaliyyəti    haqqında    məlumat    verilir.
14
 Göstərilən 
mənbələrin  Azərbaycan  tarixinin  tədqiqi  üçün  əhəmiyyəti  isə  Z.M.Bünyadovun 
məĢhur «Azərbaycan VII-IX əsrlərdə» monoqrafiyasında öz qiymətini tapıb.
15
 
Bəlazuri, Yaqubi, Təbəri və Kufinin adı çəkilən əsərlərində ilk ərəb iĢğalları 
və  VII-IX  əsrlərdə  Azərbaycanda  ərəb  hakimiyyəti  dövrü  öz  əksini  tapmıĢdır. 
Bəlazuri  və  Yaqubinin  əsərlərindən  Azərbaycana  dair  çıxarıĢlar  P.K.Juze 
tərəfindən  rus  dilinə  tərcümə  edilmiĢ  və  1927-ci  ildə  de  Quyenin  nəĢrindən 
götürülmüĢ  ərəb  mətni  ilə  çap  olunmuĢdur.
16
 Təbərinin  əsərinin  ġimali  Qafqazın 
tarixinə  və  Azərbaycanın  fəthinə  həsr  olunmuĢ  hissələri  (de  Quyenin  nəĢrinə 
əsasən) A.R.ġıxsəidov tərəfindən,
17
xürrəmilər hərəkatı və Babəkə dair məlumatları 
                                                           
8
 N.M. Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaĢünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974. 
9
 Əbu Cəfər Mühəmməd ibn Cərir ət-Təbəri. “tərix ər-rüsul va-l-süluk”, Qahirə, 1968. 
10
 Əl-Bəlazuri. “Kitəb fütuhi-l-buldən”, Qahirə, 1956. 
11
 Абу Мухаммад Ахмад ибн Асам ал-Куфи. Китаб ал-футух. Сч. I-VII. Хайдарабат. 1968-1975. 
12
 Əhməd ibn Əbu Yaqub ibn Vadih əl-Katib əl-Abbasi əl-Yaqubi. Tərix. Beyrut, 1959. 
13
 C.Brockelmann.Geschichte  der  Arabischen  Literatur  (GAZ).  Supplement,  Vols,  I-III,  Leiden,  1937-
1942. 
14
 В.И.Беляев.  Арабские  источники  по  истории  туркмен  и  Туркмении.  –  В.  кн.:  Материалы  по 
истории туркмен и Туркмении. Том I, VII-XV вв. М… - Л. 1939.СС.12-40. 
15
 З.М.Буниятов. Азербайджан в VII-IX вв. Баку. 1965.cc.15-18. 
16
 Баладзори.  Книга  завоевания  стран.  Текст  и  пер.  с  араб.  П.К.Жузе.Б.,  1927.  Отрывки 
(Материалы по истории Азербайджана). Вып. 3: Якуби. История. Текст и пер. с араб. П.К.Жузе. 
Б. 1927.  Материалы по истории Азербайджана. Вып. 4. Главы о Кавказе. 
17
 
А.Р.Шихсаидов.  Книга  ат-Табари  «История  посланников  и  царей»  о  народов  Северного 
Кафказа. Памятники истории и литературы Востока. М. 1986, с. 66-87. 



 
Z.M. Bünyadov tərəfindən
18
 dərc edilmiĢdir. Lakin bu nəĢrlərdə mənbələrin bizim 
üçün  maraq  doğura  biləcək  bir  sıra  hissələri  tərcümə  edilməmiĢ,  Juzenin 
tərcümələrində  məlumatlara  qeyd  və  Ģərhlər  verilməmiĢdir.  Təqdim  etdiyimiz 
topluda  Bəlazuri,  Yaqubi  və  Təbərinin  yeni  ərəb  nəĢrlərindən  götürülmüĢ  və 
mənbəĢünaslıq  baxımından  tədqiq  edilmiĢ  çıxarıĢlarının  Azərbaycan  dilinə 
tərcümələri  verilmiĢ,  tərcümə  olunmuĢ  məlumatlar  qeyd  və  Ģərhlərlə  və 
göstəricilərlə  təmin  edilmiĢdir.  Topluya  Z.Bünyadov  tərəfindən  Azərbaycan 
dilində  nəĢr  olunmuĢ  Kufinin  «Kitab  əl-Futuh»  əsərindən  parçalar
19
 da  daxil 
edilmiĢdir.  Ərəblərin  Azərbaycana  ilk  yürüĢləri  dövründə  burada  cərəyan  edən 
hadisələr  haqqında  geniĢ  məlumat  verən  bu  əsərdən  Azərbaycana  dair  iqtibaslar 
1981-ci  ildə  Z.M.Bünyadov  tərəfindən  ilk  dəfə  rus  dilinə  tərcümə  edilərək  çap 
olunmuĢdur.
20
 Bu  dövrün  hadisələri  daha  bir  ərəb  tarixçisi  Ġzzəddin  Əbu-l-Həsən 
Əli ibn Əl-Məhəmməd ibn Məhəmməd ibn əl-Əsirin məĢhur «əl-Kəmil fi-t-tərix» 
əsərində  də  təsvir  olunmuĢdur.  Ġbn  əl-Əsirin  məlumatları  əsasən  Təbəri  və 
Bəlazurinin məlumatlarını təkrar edir. Amma bunu da ehtimal etməyə əsas var ki, 
bəzi yerlərdə Ġbn əl-Əsir Təbəri «Tarix»inin bizə qədər gəlib çatmayan tam, kamil 
əlyazmasından,  həm  də  bir  çox  baĢqa  müəlliflərin  yoxa  çıxmıĢ  əsərlərindən  də 
istifadə  etmiĢdir.  Əslində  Ġbn  əl-Əsirin  915-ci  ildən,  daha  doğrusu  Təbəri 
«Tarix»inin  kəsilib  tamamlandığı  ildən  sonrakı  dövrlərə  aid  məlumatları  tədqiqat 
üçün  daha  çox  əhəmiyyət  kəsb  edir.  Ġbn  əl-Əsirin  Azərbaycana  dair  yazdıqları 
1940-cı ildə P.K.Juze tərəfindən rus dilinə, 1959-cu ildə M.Əfəndizadə tərəfindən 
Azərbaycan dilinə tərcümə edilərək çap olunmuĢdur. Bu nəĢrlərdə müəllif mətninin 
bir  çox  yerləri  tərcümə  edilməmiĢ,  məlumatlar  qeydsiz  və  Ģərhsiz  verilmiĢdir. 
Əsərdən      çıxarıĢlar      yoxlanılmıĢ      tərcümə,  qeydlər  və  Ģərhlərlə  1996-cı  ildə 
Z.M.Bünyadov tərəfindən çap edilmiĢdir.
21
 
Tərtibçilər əvvəllər az tanınan bir mənbənin naməlum qalmıĢ  materiallarını  
oxuculara  çatdırmaq  məqsədilə  ġihəbəddin Əbu-l-Abbas   Əhməd   ibn   Əli   əl-
QəlqəĢəndinin      (1355-1418)  «Sübh-əh-əĢ'a  fi  mərifət  sınaəti-1-inĢə»  əsərindən 
müvafiq  parçaları  da  topluya  salmağı    lazım  bilmiĢlər.  Bu  əsər  orta  əsr  ərəb 
ədəbiyyatının daha sonrakı bir janrına – dövlət məmurlarından ötrü bir vəsait kimi 
                                                           
18
 
З.М.Буниятов. Азербайджан в VII-IX вв. приложение 1. Б. 1965.
 
19
 
Əbu Məhəmməd Əhməd ibn Əsam əl-Kufi. Kitab əl-futuh. VII-IX əsrlərdə Azərbaycan tarixinə dair 
çıxarıĢlar. (ərəbcədən tərcümə edəni, qeyd və Ģərhlərin müəllifi akademik Ziya Bünyadov). B.1995. 
20
 
Абу  Мухаммад  Ахмад  ибн  Асам  ал-Куфи.  Книга  звоеваний.  Извлечения  по  истории 
Азербайджана  VII-IX  вв.  Перевод  с  арабского,  от  переводчика  примечания.  Б.  1981;    Əbu 
Məhəmməd  Əhməd  ibn  Əsam  əl-Kufi.  Kitəb  əl-futuh.  VII-IX  əsrlərdə  Azərbaycan  tarixinə  dair 
çıxarıĢlar. (ərəbcədən tərcümə edəni, qeyd və Ģərhlərin müəllifi akademik ziya Bünyadov), B., 1995

21
 Ġzzəddin Ġbn əl-Əsir. Əl-kamil fi-t-tarix (Mükəmməl tarix), Azərbaycanın və qonĢu ölkələrin tarixinə 
dair  iqtibaslar  (ərəbcədən  yoxlanılmıĢ  tərcümə,  ön  söz,  qeydlər  və  Ģərhlər  akademik  Ziya 
Bünyadovundur), B., 1996. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə