Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   ...   102


 
tərtib olunan ensiklopediya janrına aiddir. Coğrafi ədəbiyyatla üzvi bağlılığa malik 
ensiklopediya janrı isə öz növbəsində əməli fəaliyyət 
üçün    rəhbər  vasitə  vəzifəsini  yerinə  yetirirdi.  Bu  əsərlər  ölkələr  haqqında 
coğrafi  və  etnoqrafik  məlumatlarla  yanaĢı  həm  də  tarixə,  görkəmli  Ģəxsiyyətlərə 
aid  məlumatlar  da  verirdi;  beləliklə  onlar  eyni  zamanda  həm  tarixi  əsər,  həm  də 
coğrafiya və bioqrafiya janrlarını özlərində təmsil edirdilər. 
Təqdim  olunan  tərcümələr  məcmuəsi  ərəb  tarixi  əsərlərində  Azərbaycana 
dair  mövcud  məlumatların  heç  də  hamısını  əhatə  etmir.  Misal  üçün,  Əbu  Hənifə 
əd-Dinavərinin  (öl.895)
22
 «Kitəb  Əxbər  ət-Tıval»  və  ya  Əbu-1-Həsən  Əli  əl-
Hüseyn  əl-Məsudinin  (öl.956)  tarixi-coğrafi  «Muruc  əz-zəhəb  va  məadin  əl-
cəvahir»
23
 kimi  qarıĢıq  janrdan  olan  əsərlərdə  ölkəmiz  və  burada  yaĢayan  xalqlar 
haqqında  maraqlı  məlumatlar  tapmaq  olar.  Amma  bu  əsərlərdən  bizim  topluya 
hansısa  bir parça daxil edilməyib,  çünki bu əsərləri tarix  -  salnamələr janrına  aid 
etmək  olmaz.  Bu  növ  əsərlər  ərəb  coğrafi  ədəbiyyatı  ilə  daha  çox  bağlı 
olduğundan, onların geniĢ azərbaycanlı oxucularına təqdim edilməsi ayrıca, xüsusi 
bir məsələdir. 
Azərbaycan tarixinin tədqiqatçıları nəzərə almalıdırlar ki, həcmcə çox geniĢ 
olan,  eyni  zamanda  böyük  əhəmiyyətə  malik  orta  əsr  ərəb  tarixi  ədəbiyyatı 
mütəmadi  mütaliə  tələb  edir.  Belə  ki,  ауrı-ауrı  müəlliflərdə  aĢkar  edilib  üzə 
çıxarılan  hər  hansı  xırdaca  qeyd  və  ya  ilk  baxıĢda  əhəmiyyətsiz  görünən  kiçicik 
cizgi  və  təfərrüat  belə  həlledici  amilə  çevrilə  və  bununla  da  vətənimizin  tarixi 
keçmiĢinin  ümumi  Ģərhinə  əhəmiyyətli  dərəcədə  dəyiĢiklik  gətirə  bilər.    Mətnləri  
düzgün  Ģərh  etmək    üçün,    sözsüz,  xüsusi  dil  hazırlığından  savayı  orta  əsr 
müsəlman  cəmiyyətinin  gerçəkliklərinə  həm  də  tarixi  düĢüncənin  öz 
xüsusiyyətlərinə bələd olmaq gərəkdir. Bu zaman xilafətin siyasi-inzibati bölgüsü 
və  həmçinin  maliyyə-vergi  sisteminin  inkiĢafı  ilə  əlaqədar  dəyiĢən  coğrafi  və 
inzibati-ərazi  istilahlarını  mənaca  ayırd  edib  fərqləndirməyi  bacarmaq  əsas 
Ģərtlərdəndir.  Məsələn,  Ərminiyə,  Arran  və  Azərbaycan  istilahlarını  ayırd  edib 
müəyyənləĢdirərkən  çoxlu  dolaĢıqlıqlar  ortaya  çıxır.  Ərəb  istilaları  nəticəsində 
əvvəllər Bizans və Sasani Ġranının imperiya hüdudlarına daxil olmuĢ və ya onların 
tabeliyində  olmuĢ  geniĢ  ərazilər  ərəblərin  hökmranlığı  altına  düĢür.  Ərəb 
caniĢininin  əsas  vəzifəsi  ordunun  fasiləsiz  təminatını  təĢkil  etmək,  xərac  və 
vergiləri vaxtında yığıb mərkəzə göndərmək idi. Ġstilaların tarixi Ģəraitindən, ayrı-
ayrı ordu baĢçılarının hikkə və bacarığından asılı olaraq inzibati-vergi vahidlərinə 
müxtəlif  vilayətlər  birləĢdirilirdi:  bu  vahidlərdən  ötrü  isə  yeni  adlar  müəyyən 
edilmirdi.  Odur  ki,  köhnə  adlar  tamamilə  baĢqa  coğrafi  hüdudları  göstərə  bilərdi. 
Misal üçün, Ġbn Xordadbehin (IХ əsrin ortaları) xilafət ölkələri üzrə soraq kitabçası 
                                                           
22
 Kitab ahbar at-tiwal. Ed. W.Guirgass. Leide. 1988. 
23
 Les priries d`or. Texte et traduction par C.Barbier de Maynard et Pavet de Courteile. Vv. I-IX. Paris. 
181-1877. 



 
tərtib  edildiyi  dövrdə  Cənubi  Qafqaz  bölgəsindən  vergilər  mərkəzləĢdirilmiĢ 
Ģəkildə  toplanmaqla  4  mln. dirhəm  həcmində  idi; əsərdə  vergi dairələri sırasında, 
həm müasir Ermənistanın, həm Gürcüstanın (o cümlədən Tiflis də), həm də Bəbu-
l-əbvab  (Dərbənd)  daxil  olmaqla  Azərbaycanın  Ģəhər  və  torpaqları  göstərilir.  Bu 
inzibati-vergi  birliyi  vahid  bir  adla  -  Ərminiyə  adı  ilə  adlandırılır.  Ġbn  Xordadbeh 
eyni zamanda Arranın da Ərminiyəyə daxil edilməsindən söz açır. Amma bununla 
belə  о  bu  cür  bölgünün  Ermənistanın  tarixi  hüdudlarına  uyğun  gəlmədiyini 
anlayaraq,  Ərminiyə  istilahının  həmin  ölkənin  tarixi  hüdudlarından  kənar  əraziyə 
Ģamil  edilməsini  dürüstləĢdirib  ayırd  etməyə  cəhd  göstərir.  Müəllif  yalnız  dörd 
Ərminiyənin  mövcud  olduğunu  ayırd  edir;  bununla  da  həmin  ad  altında  əslində 
dörd müxtəlif tarixi vilayətin nəzərdə tutulduğu oxucuya çatdırılır.
24
 
Digər tərəfdən, Azərbaycan valisi hal-hazırda ġimali Azərbaycan, bəzən də 
bütün  Cənubi  Qafqaz  ərazisində  siyasi  duruma  və  xəracın  yığılmasına  görə 
məsuliyyət  daĢıdığı  xüsusi  tarixi  Ģəraitdə  Ərminiyə  və  Azərbaycan  valisi  tituluna 
da malik olurdu.
25
Yeri gəlmiĢkən, bu coğrafi istilahların iĢlənməsi barəsində N.M. 
Vəlixanlının  «Ərəb  iĢğalı  nəticəsində  Azərbaycanın  tarixi  coğrafiyasının 
dəyiĢilməsi» məqaləsində daha ətraflı bəhs olunur.
26
 
Coğrafi  adların  iĢlənməsinə  daha  dəqiq  yanaĢan  və  onları  dürüst 
müəyyənləĢdirməyə  çalıĢan  coğrafiyaĢünaslardan  fərqli  olaraq  tarixi  əsər 
müəllifləri  bu  sahədə  özlərini  əziyyətə  salmaqdan  qaçınmıĢlar.  Misal  üçün,  Ġbn 
Əsəm  əl-Kufi  Ərminiyə,  Azərbaycan  və  Arran  istilahlarını  çox  qarıĢıq  Ģəkildə 
iĢlədir.  Görünür,  bu  səbəbdəndir  ki,  əsəri  Azərbaycan  dilinə  çevirən 
Z.M.Bünyadov Ərminiyə sözünü yeri gəldikcə əsaslı olaraq Arran ilə əvəz etmək 
qərarına  gəlmiĢdir.  Məcmuənin  tərtibçiləri  Ziya  Bünyadovun  tərcümə  mətnini 
dəyiĢmədən  saxlamağı,  amma  bununla  yanaĢı  istilahların  ilkin  iĢlənmə  Ģəklini 
bərpа etməyi və təshihin oxucuların özlərinin öhdəsinə buraxmağı lazım bilmiĢlər. 
 
Fərda Əsədov, 
 
Azərbaycan MEA ġərqĢünaslıq Ġnstitutu 
Ərəb ölkələri tarixi və iqtisadiyyatı 
Ģöbəsinin müdiri, tarix elmləri namizədi 
                                                           
24
 Kitab  al-Masalik  usa`l  Mamalik  auctore  Abu`l-Kasim  Obaidallah  ibn  Abdallah  Ġbn    Khordadbeh. 
Quac  cum  ucrsione  gallica  edidit,  indicibus  et  glosarria  instruxit  M.J.de  Goeje  Lugduni  Batavorum. 
1889. Pp 122-124. 
25
 
Абу  Мухаммед  Ахмед  Ибн    Асам  ал-Куфи.  Книга  завоеваний  (Извлечения  по  истории 
Азербайджана VII-IX вв.) Перевод с арабского языка академика АН Азерб. ССР З.М.Буниятова. 
Баку.  1981.  С.  12.  Əbdülməlik  b.  Mərvan  öz  qardaĢı  Mühəmmədi  əl-Cəzirə,  Ərməniyyə  və 
Azərbaycana vali təyin edib, onun sərəncamına güclü ordu verdi.
 
26
 
Н.М.Велиханова.  изменение  исторической  географии  Азербайджана  в  результате  арабского 
завоевания. – В. кн.: Историческая география Азербайджана. Баку. 1987. СС. 46-87



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə