Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   ...   102


 
ƏHMƏD ĠBN Ə`ƏM ƏL-KUFĠ 
 
KĠTAB ƏL-FÜTUH 
 
(“Fəthlər kitabı”) 
 
Azərbaycanın VII-IX əsrlər 
tarixinə aid çıxarıĢlar 
 
Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və 
Ģərhlərin müəllifi akademik Ziya Bünyadov 
 
Üçcildlik  (səkkiz  hissəli)  «Kitab  əl-fütuh»,  («Fəthlər  kitabı»)  adlı  tarixi 
əsərin müəllifi Əbu Məhəmməd Əhməd Ġbn Ə'səm əl-Kufi (926-cı ildə vəfat edib) 
Azərbaycan oxucusunun az bələd olduğu ərəb tarixçilərindəndir. 
Onun  Xilafət  tarixinə  dair  əsəri  xəlifə  Əbu  Bəkrin  Xilafət  taxtına 
çıxmasından  (632-ci  il)  xəlifə  əl-Müstə'inin  ölümünə  qədərki  (866-cı  il)  dövrü 
əhatə  edir.  Almaniyanın  Qota  Ģəhərinin  kitabxanasında  saxlanılan  birinci  cildin 
yeganə  əlyazma  nüsxəsi  (I  hissə  və  II  hissəsinin  1-146-cı  səhifələri)  xəlifə 
Osmanın  (634-644)  dövrünə  qədərki  hadisələri  əhatə  edir  (bax:  Perç  V.  Di 
ArabiĢen HəndĢriften der HertsoqliĢen Bibliotek tsu Qota. III cild, Qota, 1881, s, 
219, № 1592). Ġstanbulun Topqapı kitabxanasının III Əhməd bölməsində mühafizə 
edilən ikinci  və üçüncü (II hissənin 147-ci səhifəsindən VIII hissənin sonunadək) 
cildlərin  yeganə  nüsxələri  xəlifə  Osman  dövrünün  sonundan  xəlifə  əl-Müstə'in 
dövrünün  sonunadək  cərəyan  edən  hadisələri  əhatə  edir  (bax:  Topkapu  Sarayı 
Müzesi Kütuphanesi Arapça Yazmalar kataloqu. Hazırlayan F.E.Karatay. Ġstanbul. 
1966, s.341-342., № A 2956 (1-2). 
Ġbn  Ə'səm  əl-Kufinin  slavyanlar  haqqında  məlumatı  Əhməd  Zəki  Validi 
Toqan  tərəfindən  nəĢr  edilmiĢdir.  (bax:  Ġbn  Fadlan's  Rayzeberixt.  Leypsiq,  1939, 
s.396-402).  Əl-Cərrah  ibn  Abdullanın  xəzərlərə  qarĢı  yürüĢü,  Azərbaycanın  və 
qonĢu  vilayətlərin  Əbu  Cə'fər  əl-Mənsur  tərəfindən  fəth  olunması  haqqında 
məlumatlar  A.N.Kurat  tərəfindən  türk  dilinə  tərcüməsi  ilə  nəĢr  edilmiĢdir  (Kurat 
A.N.Abu Muhammad Ahmad bin A'sam al-Kufi'nin «Kitab ül-fütuh»u. Ankara Dil 
və Tarix - Coğrafiya Derqisi. 1948, VI, с 385-425; 1949, VII. s. 255-282). 
Hicri  596-cı  (23.X.1199  -  II.X.I200)  ildə  Məhəmməd  ibn  Əhməd  ibn  Əbu 
Nəsr  Məhəmməd  əl-Mustovfi  əl-Hərəvi  «Kitab  əl-fütuh»u  fars  dilinə  tərcümə 
etməyə  baĢlamıĢ, lakin vəfatı iĢi  yarımçıq qoymuĢdu. Tərcüməni Məhəmməd ibn 
Əhməd ibn Əbu  Bəkr əl-Katib əl-Mabaranabadi baĢa çatdırmıĢdı. Əsərin farscaya 
tərcümələrinin  nüsxələri  Avropanın  və  ġərq  ölkələrinin  müxtəlif  kitabxanalarında 
saxlanılır  (bax:  Стори  Ч.A.Персидская  литература.  Био-библиографический 
обзор. I с. М.. 1972. с.612-614). «Kitab əl-fütuh»un farscaya natamam tərcüməsi 


10 
 
iki  dəfə  (1882  və  1887-ci  illərdə)  Bombeydə  nəĢr  edilmiĢdir  (Yenə  orada.  s.616. 
BaĢqa dillərdə olan iqtibasların siyahısı da buradadır). 
Əsərin  farsca  tərcümələrindən  istifadə  edən  bəzi  Avropa  tədqiqatçıları 
müəllifin Ģiəçilik görüĢlərinə istinad edərək belə əsassız qənaətə gəlmiĢlər ki, «Ġbn 
Ə'səm  əi-Kufi  fəthlərinin  birinci  mərhələsi  haqqında  romantik  əsər  yazan 
müəllifidir»  (bax.  məs.  Brokkelman  K.  qal.  I.  s.  144;  əlavə  cild,  I.  s.  220:  Stori 
Ç.A.. I c, s. 207. ingilis nəĢri). 
Ġbn əl-Ə'səm əl-Kufinin «Kitab əl-fütuh» əsəri bizim üçün əhəmiyyəti hələ 
axıradək müəyyən olunmayan yeni bir tarixi mənbədir. Qətiyyətlə deyə bilərik ki, 
bu əsərdə orta əsrlər tariximiz haqqında IX əsr ərəb tarixçiləri Bəlazuri, Yə`qubi, 
Təbəri  və  baĢqa  müəlliflərdə  olmayan  çox  mühüm  məlumatlar  var.  Fars  tarixçisi 
Bəl'əminin  əsərindən  istifadə  edən  tədqiqatçılar  bilməlidirlər  ki,  o,  Təbərinin 
əsərini ərəbcədən tərcümə edəndə öz tərcüməsinə Ġbn Ə'səm əl-Kufinin «Kitab əl-
fütuh»undan çoxlu iqtibaslar daxil etmiĢdır. 
Azərbaycanın  orta  əsrlər  tarixi  üçün  Ġbn  Ə`səm  əl-Kufinin  əsəri  ona  görə 
vacibdir  ki,  burada  ərəblərin  Azərbaycana  ilk  yürüĢləri,  ərəb  caniĢinlərinin 
Azərbaycanın  Ģəhər  və  kəndlərindəki  fəaliyyəti  və  xəzər  qoĢunlarının  ölkəyə 
basqınları haqqında baĢqa yazılı mənbələrin məlumatlarından fərqlənən materiallar 
var.  Bunlardan  görünür  ki,  Azərbaycan  ərazisində  cərəyan  edən  ərəb  -  xəzər 
müharibələri  ölkənin  sənətkarlığına,  kənd  təsərrüfatına  və  heyvandarlığına  böyük 
ziyan  və  tələfat  gətirmiĢ,  yerli  əhalinin  saysız  miqdarda  əsir  aparılmasına, 
Ģəhərlərin və baĢqa yaĢayıĢ məntəqələrinin tənəzzülünə gətirib çıxarmıĢdı. 
BaĢqa  ərəb  müəlliflərindən  fərqli  olaraq  Ġbn  Ə'səm  əl-Kufi  Azərbaycan 
Ģəhərləri  haqqında  daha  geniĢ  məlumat  verir.  Onun  əsərində  orta  əsr 
Azərbaycanının  əsas Ģimal  istehkamı olan Dərbənd haqqında mühüm məlumatlar 
var. Beyləqan, Qazax, Bərdə, Yunan, Bərzənd və baĢqa Ģəhərlər haqqında verilən 
məlumatlar da maraqlıdır. Ġbn Ə`səm əl-Kufi Babəkin əsir alınması, son günləri və 
edamı haqqında iki müxtəlif rəvayət də verir. 
Azərbaycanın orta əsrlər tarixi ilə  maraqlanan oxucular «Kitab əl-fütuh»da 
digər  yazılı  mənbələrdə  olmayan  və  baĢqa  cür  Ģərh  edilən  çoxlu  maraqlı 
məlumatlar  tapa bilər. 
Ġbn  Ə`səm  əl-Kufinin  «Kitab  əl-Fütuh»u  1068-1975-ci  illərdə 
Heydərabadda nəĢr olunub. Azərbaycan dilinə birinci dəfə tərcümə edilir. 
Mətnin  çapına  əmək  sərf  edən  köməkçi  Gülarə  Əbil  qızı  Əmirovaya  öz 
təĢəkkürümü bildirirəm. 
Bakı, may 1993-cü il. 
 
 


11 
 
 
ƏBU MƏHƏMMƏD ƏHMƏD ĠBN ƏSƏM 
ƏL-KUFĠNĠN “KĠTAB ƏL-FÜTUH”UNDAN 
ÇIXARIġLAR 
 
Səlman ibn Rəbiə əl-Bəhilinin Ərminiyə
27
 ölkəsinə 
yürüĢü və baĢqa ölkələrin fəthi haqqında hekayət

 
Əl-Kufi  deyir:  (II  hissə.  səh.  111)  Səlman  ibn  Rəbiə  onunla  birlikdə  olan 
iraqlılarla  Ərminiyə  ölkəsinə  tərəf  yola  düĢdü.

Ərəblərin  onların  ölkələrinə 
hücumundan  xəbər  tutan  Ərminiyə  məlikləri  qaçmağa  üz  qoydular  və  özlərini 
dağlarda,  qalalarda,  dərələrdə  və  qalın  meĢələrdə  möhkəmləndirdilər.  Onlar  bir-
birinə  deyirdilər:  «Bizim  üzərimizə  hücum  edən  tayfa,  deyilənə  görə,  göylərdən 
enib, həm də deyirlər ki, bu adamlar ölmürlər, heç bir silah onlara xətər yetirmir.» 
(Müəllif)  deyir: Səlman ibn Rəbiə onun ordusuna düĢmənçilik göstərənləri 
məhv  edir,  rastına  çıxan  bütün  Ģəhər  və  qalaları  tuturdu.  Nəhayət,  bütün  ölkəni 
təmizləyib, Arran ölkəsindəki Beyləqana gəlib çatır. 
(Müəllif)  deyir:  (səh.  112)  Beyləqan  əhalisi  оnun  qabağına  çıxıb  aman 
dilədi və  ordusu üçün düĢərgələr ayırdı.  Sonra  isə  pul vermək  Ģərtilə onunla  sülh 
bağladı. О da bu Ģərtləri qəbul etdi.
3
 
Bundan  sonra  o,  Beyləqandan  çıxıb,  Bərdə  qalasına  hücum  etdi.  Bərdənin 
əhalisi onunla pul təzminatı vermək Ģərtilə sülh bağladı: Salman pulları alaraq öz 
əsgərləri arasında payladı və bununla onları daha da Ģirnikləndirdi. Sonra о özünün 
süvari  qoĢunu  ilə  Curzana  (Gürcüstana)  hücum  etdi.  Oranın  əhalisi  onunla  da 
müəyyən edilmiĢ məbləğdə illik təzminat vermək Ģərtilə sülh bağladı. 
Bundan  sonra  Səlman  və  onun  silahdaĢları  geriyə  döndülər  və  Kür  çayına 
çatıb,  onun  о  biri  sahilinə  keçənədək  irəlilədilər.  ġirvan  torpağına  yetiĢib,  orada 
düĢərgə saldılar. Sonra ərəb ġirvanın hökmdarını dəvət etdilər və onunla təzminat 
ödəməsi  Ģərtilə  sülh  bağladılar.  ġirvandan  çıxan  Səlman  daha  da  irəli  gedərək 
ġabranla  Masqata
4
  yetiĢdi.  Bundan  sonra  o,  dağ  hökmdarlarına  (mülük  əl-cibəl) 
elçilər  göndərib  onları  yanına  dəvət  etdi.  Onun  yanına  əl-Lakzın,  Filanın  və 
Təbərsəranın
5
 hökmdarları gəldilər. (səh. 113) Hamı ona pul və hədiyyələr gətirib 
hər  il  müəyyən  edilmiĢ  təzminatı  ödəməyə  razılıq  verdi.
6
  О  da  bütün  bunlara 
razılaĢdı. 
Bundan  sonra  Səlman  əl-Bab  əl-Əbvab  (Dərbənd)  tərəfə  hərəkət  etdi.  О 
vaxt burada 300 mindən çox kafirlərdən ibarət ordusu ilə xəzərlərin hökmdarı olan 
xaqan  qalırdı.  Ərəblərin  Ģəhərin  yanına  gəlmələrini  eĢidən  xaqan  oranı  tərk  etdi. 
Lakın  adamları  ona  belə  dedilər:  «Ey  hökmdar!  Sənin  əlinin  altında  300  min 
qoĢun,  onun  isə  vur-tut  10  min  nəfəri  var.  Necə  olur  ki,  sən  onun  qabağından 
                                                           
27
 
Ərəblərin Cənubi Qafqazda iĢğal etdikləri yerlərə verdikləri vahid inzibati ad 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə