Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   ...   102

12 
 
qaçırsan?»  Xaqan  cavab  verdi:  «Mən  bu  tayfa  haqqında  bəzi  Ģeylər  eĢitmiĢəm. 
Deyirlər ki, onlar göydən düĢüb və [heç bir] silah onlara xətər yetirə bilməz. Belə 
olan halda, kim onların qarĢısında dura bilər?» 
[Müəllif]  deyir:  Bundan  sonra  da  xaqan  geri  çəkilməsini  davam  etdirdi. 
Səlman  ibn  Rəbiə  Ģəhərə  yaxınlaĢır  və  müsəlmanlar  Dərbəndə  daxil  olurlar.  Bu 
vaxt Ģəhərdə bir nəfər də olsun kafir qalmamıĢdı.

Əsgərlərin  istirahət  etməsi  üçün  Səlman  Ģəhərdə  üç  gün  qaldı.  Sonra  o, 
xaqanı  və  onun  ordusunu  təqib  etmək  məqsədi  ilə  Ģəhərdən  çıxdı  və  Yarqu 
(Baruza) adlanan xəzər Ģəhərlərindən birinə yetiĢdi. ġəhərdə heç bir...
28
 olanlardan 
rast gəlmədi. Sonra da o, ... tərəf yola çıxdı ki, (səh. 1 14) xəzər Ģəhərlərindən olan 
Bələncərə
8
 çata bilsin. 
[Müəllif]  deyir:  Səlman  ibn  Rəbiə  о  yerlərdə  iti  axan  bir  çayın  sahilindəki 
qalın  meĢəyə  yaxınlaĢdı.  Burada  xaqan  ordusundan  bir  dəstə  xəzər  gizlənmiĢdi. 
Xəzərlərdən  biri  yaxına  gəlib  müsəlman  əsgərlərinə  göz  qoymağa  baĢladı.  Bu 
zaman  müsəlman  əsgərlərindən  biri  dəstəmaz  almaq  üçün  çayın  sahilinə  endi. 
Xəzər  əsgəri  silahını  onun  üstündə  sınamaq  istədi:  görsün  silah  müsəlmana  xətər 
yetirə  bilər,  ya  yox.  Bir  ox  çıxarıb  ərəb  əsgərinə  doğru  tuĢladı  və  onu  öldürdü, 
Sonra  meyidə  yaxınlaĢıb  onun  paltarlarını  götürdü.  BaĢını  bədənindən  ayırıb 
Xaqanın  hüzuruna  gətirdi  və  dedi:  «Ey  hökmdar!  Bu  həmin  о  adamlardandır  ki, 
sən deyirdin silah onlara xətər yetirməz və ölüm də alınlarına yazılmayıb.» 
[Müəllif] deyir: Xaqan bunu görəndə öz əsgərlərini çağırıb bir yerə topladı. 
Sonra  üç  yüz  minlik  qoĢunun  baĢında  geri  qayıtdı  və  müsəlmanlarla  о  vaxtadək 
döyüĢdü  ki,  onların  hamısını  qırdı.  Müəllif  deyir:  Səlman  ibn  Rəbiə  və  onunla 
olanların hamısı - Allah onlara rəhmət etsin - öldürüldü." 
Onların  Bələncərdəki  qəbirləri  indiyədək  durur.  Ġndi  də  onları  «ġəhidlərin 
qəbirləri» (qubur əĢ-Ģuhəda) adlandırırlar. 
[Müəllif]  deyir:  Səlman  ibn  Rəbiə  və  onun  silahdaĢlarının  Bələncər 
torpaqlarındakı müsibətindən xəbər tutan xəlifə Osman ibn Əffan
10
 çox kədərləndi, 
narahatçılıqdan  gecəni  yata  bilmədi.  Sonra  Həbib  ibn  Məsləmə  əl-Fəxriyə
11
 
məktub yazaraq əmr etdi ki, bütün silahdaĢları ilə Ərminiyə ölkəsinə yürüĢə keçsin. 
 
Səlman ibn Rəbiənin öldürülməsindən sonra 
Həbib ibn Məsləmənin Azərbaycana və Ərminiyəyə 
yürüĢü haqqındu hekayət 
 
(Müəllif) deyir: Xəlifə Osmandan məktub gələn kimi Həbib ibn Məsləmə öz 
döyüĢçülərini yanına çağırdı. (səh. 115) Bu zaman onun altı min süvari və piyadası 
vardı.  Onlar  yola  çıxıb  bir  neçə  gündən  sonra  Xilat  adlı  Ģəhərə  çatdılar.
12
  Həbib 
ordusunu  Ģəhər  qalasının  yanında  saxladı.  Bir  neçə  gün  orada  qaldıqdan  sonra  o, 
                                                           
28
 
Mətndə boĢluq var
 


13 
 
yola  düĢdü  və  Sırac  Tayr  (ġirak)  adlı  yerdə  düĢərgə  saldı.  Sonra  Gürcüstan 
əhalisinə məktub göndərdi. Oranın baĢçılarından bir dəstəsi onun məktubunu qəbul 
etdi  və  Həbib  onlarla  800  min  dirhəm  bac  almaq  Ģərtilə  sülh  bağladı.  Pulları 
alandan sonra onlara bu haqda məktub yazdı. 
 
Həbib ibn Məsləmənin Ərminiyədən geri çağırılması və Hüzeyfə ibn əl-
Yəmənin - Allah ondan razı olsun – 
valiliyi haqqında hekayət 
 
[Müəllif]  deyir:  xəlifə  Osman  Həbib  ibn  Məsləməyə  istefası  haqqında 
məktub  yazana  qədər  о  həmin  yerləri  idarə  etdi.  Onun  yerinə    Hüzeyfə  ibn  əl-
Yəmən təyin edildi.
13 
[Müəllif]  deyir:  Hüzeyfə  əmisinin  qohumlarından  Sulat  ibn  Zafir  əl-Əban 
adlı  birisini  çağırıb  onu  öz  yerinə  Ərminiyəyə  göndərdi.  Hüzeyfənin  özü  isə 
Mədinədə qaldı. Sulat ibn Zafir Ərminiyəyə gedib, bir il orada ağalıq etdi. Oradakı 
yerli  hakimləri  elə  alçaldıb  biyabır  elədi  ki,  onların  tabe  olub  boyun  əyməkdən 
baĢqa çarələri  qalmadı.
14 
 
Hüzeyfə ibn əl-Yəmənin istefası və Muğirə 
ibn ġubanın - Allah ondan razı olsun, - valiliyi 
haqqında hekayət 
 
[Müəllif]  deyir:  Bir  müddət  sonra  xəlifə  Osman  ibn  Əffan  -  Allah  ondan 
razı olsun  -  Hüzeyfəni vəzifəsindən kənar edib,  Muğirə  ibn ġubanı çağırtdırdı və 
onu  Azərbaycan  və  Ərminiyəyə  vali  göndərdi.  O,  Allahın  buyurduğu  qədər 
oralarda  qaldı.
15
  Sonra  xəlifə  onu  vəzifəsindən  kənar  etdi  və  yerinə  əl-ƏĢəs  ibn 
Qeys əl-Kindini qoydu. Əl-ƏĢəs bu vəzifədə xəstə Osman öldürülənədək qaldı.
16
 
Əl-ƏĢəs ibn Qeys Azərbaycandan və Ərminiyədən topladığı xərac vergisini 
xəlifə Osmana göndərirdi. 
 
Əl-Cəzirə,
17
  Azərbaycan və Ərminiyə və oralarda 
gedən müharibələr haqqında hekayət 
 
[Müəllif]  deyir:  (VI  hissə.  səh.  293)  Bundan  sonra  xəlifə  Əbdülməlik  ibn 
Mərvan
18
  qardaĢı  Məhəmməd  ibn  Mərvanı  çağırıb  onu  əl-Cəzirə,  Azərbaycan  və 
Ərminiyəyə vali təyin edib, güclü bir ordunu onun tabeliyinə verdi. (Səh. 294) 
[Müəllif] deyir: Məhəmməd ibn Mərvan öz ordusu ilə ġamdan keçib Cəzirə 
ərazisinə daxil oldu; Məsləmə ibn Əbdülməlik ibn Mərvan da onunla idi. Bundan 
sonra о öz silahdaĢlarından Übeydallah ibn Əbi ġeyx əl-Aviyy adlı birisini yanına 
çağırır.  ġam  əhalisindən  olan  10  minlik  qoĢunu  onun  ixtiyarına  verərək, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə