Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   ...   102

14 
 
Ərminiyəyə  hücum  etməsini  və  oradakı  xəzərlər  və  baĢqa  kafirlərlə  vuruĢmasını 
əmr edir. 
(Müəllif) deyir: Übeydallah ibn Əbi ġeyx ordusu ilə yola düĢüb Ərminiyəyə 
gəlir. Bundan xəbər tutan yerli əhali müsəlmanlara qarĢı yüz min nəfərdən çox olan 
qüvvə çıxarır. Onlar müsəlmanların hamısını qırıb, bir nəfəri belə sağ qoymurlar: 
silahlarını və bütün Ģeylərini ələ keçirib var-yoxlarını alırlar. 
[Müəllif]  deyir:  Əhvalatdan  xəbər  tutan  Məhəmməd  ibn  Mərvan  
müsəlmanların  baĢına  açılan  müsibətdən  kədərləndi, dərddən ürəyi qısıldı. Sonra 
isə  əsgərlərinə  müraciət  edib,  qırx  minlik  qoĢunun  baĢında  özü  yürüĢə  çıxdı.  Öz 
qoĢunu  ilə  Ərminiyənin  ortasına  çatanda  bir  çox  rumlu  və  erməni  onun  qarĢısına 
çıxdı.  Məhəmməd ibn Mərvan ona  qarĢı çıxan  nəhəng  kafirlər ordusunun  əlində  
biyabır  olub    məğlubiyyətə    uğrayacağından  qorxsa  da,  onlarla  amansız  döyüĢə 
girdi.  Lakin  Allah-Təala  bütpərəstləri  qaçmağa  məcbur  etdi,  müsəlmanları  isə  öz 
himayəsi  ilə  möhkəmləndirdi.  Müsəlmanlar  onların  çoxunu  qırıb  əsir  aldılar, 
ölkələrinə və əmlaklarına sahib oldular. 
[Müəllif]  deyir:  Bundan  sonra  Məhəmməd  ibn  Mərvan  onların  əyan  və 
əsilzadələrini  yanına  çağırdı,  onlara  öz  tərəfindən xeyirxahlıq vəd etdi,  arzularına 
əməl  edəcəyini,  istədiklərini  özlərinə  hakim  seçəcəklərini  bildirdi.  (səh.  295) 
Onları  çox  dilə  tutdu,  axır  ki,  onlar  inanıb,  vədlərini  qəbul  etdilər. Bundan  sonra 
onlar Mərvanın yanına gəlib Ģərtlərinə razılıq verdilər və onunla sülh bağladılar. 
Sonra  Məhəmməd  ibn  Mərvan  dedi:  «Mənim  sizə  inamım  yoxdur.  Buna 
görə  siz  öz  kilsələrinizə  girib  orada  mənə  and  için  ki,  öhdənizə  götürdüyünüz 
məsələlərin ziddinə çıxmayacaqsınız. Bundan sonra girovlarınızı mənə təhvil verib, 
çıxın gedin evlərinizə». 
[Müəllif]  deyir:  Onlar  buna  razı  oldular.  Kilsələrə  daxil  oldular  ki,  orada 
and içsinlər. Onların hamısı kilsələrə girəndən sonra Mərvan əmr etdi ki, kilsələrin 
qapıları bağlansın. Kilsə qapıları mıxlandı, üstlərinə neft töküldü və yandırıldı. Bu 
kilsələr indiyə qədər «yandırılmıĢ kilsələr» (əl-kənais əl-mühtarika) adlanır.
19 
[Müəllif]  deyir:  Sonra  Məhəmməd  ibn  Mərvan  qardaĢı  oğlu  Məsləmə  ibn 
Əbdülməlik  ibn  Mərvanı  çağırıb  ordunu  ona  təhvil  verir  və  əmr  edir  ki,  o, 
Dərbəndə  hücum  edib,  oradakı  xəzərlərlə  vuruĢsun,  (səh.  296)  Dərbənddə  isə  bu 
vaxt 80 mindən çox xəzər əsgəri var idi. 
[Müəllif] deyir: Məsləmə də həmin qoĢunla yola çıxır və Dərbənd Ģəhərinə 
gəlib  çatır.  Xəzərlərlə  neçə  gün,  neçə  gecə  döyüĢür,  məqsədinə  nail  ola  bilmir, 
çünki  farsların  Ģahı  ƏnuĢirvan  ibn  Qubad  ibn  Firuz
20
  tərəfindən  hələ  qədimlərdə 
bina  olunan  bu  Ģəhərin  divarları  elə  möhkəm  və  alınmaz  idi  ki,  onu  fəth  etmək 
mümkün deyildi. 
[Müəllif]  deyir:  Məsləmə  bu  vəziyyətdə  olarkən  xəzərlərdən  onun  yanına 
bir  nəfər  gəlir.  Bu  adamı  arvadının  və  atasının  taleyi  çox  narahat  edirdi.  O, 
Məsləməyə deyir: «Ya əmir! Mən sənin yanına dininin həvəsi ilə gəlmiĢəm. Mən 
islamı qəbul etmək istəyirəm, sən mənə elə maaĢ verməlisən ki, onunla özümü və 


15 
 
uĢaqlarımı dolandıra bilim. Mən də sənə elə yer göstərərəm ki, sənin döyüĢçülərin 
oradan bu Ģəhərə daxil ola bilərlər». 
[Müəllif]  deyir:  Məsləmə  bütün  istədiklərini  ona  vəd  etdi.  Xəzər  əsgəri  də 
islamı  qəbul  etdi.  Bundan  sonra  Məsləmə  onunla  birlikdə  özünün  min  nəfər  ən 
zalım döyüĢçüsünü göndərdi. Bütün bu əhvalat gecə düĢməmiĢdən qabaq oldu. 
[Müəllif]  deyir:  Məsləmənin  döyüĢçüləri  həmin  xəzər  əsgərinin  baĢçılığı 
altında  yola  düĢdülər.  Bir  qədər  gedəndən  sonra  yol  onları  çayın  məcrası 
tərəfindəki  dağa  gətirdi.  Bundan  sonra  xəzər  əsgəri  onları  bir-bir  Ģəhər  divarının 
üstündəki bir yerə düĢürtdü. Dərbəndin keĢikçiləri isə elə fikirləĢirdilər ki, bu yer 
əlçatmazdır və arxayın idilər ki, həmin yerdən Ģəhərə girən olmaz. 
[Müəllif]  deyir:  Xəzər  əsgəri  müsəlmanları  bir-bir  bu  yerdən  keçirtdi  və 
ərəblərin  bir  hissəsi  Ģəhərə  daxil  oldu.  [Müəllif]  deyir:  Dərbənd  əhalisi  onları 
yalnız  Ģəhərə  girdikdən  sonra  gördü.  Hay-küy  qopdu,  xəzərlər  müsəlmanlara 
(səh.297)  hücum  etdilər.  Həmin  gecə  hər  iki  tərəf  dəhĢətli  döyüĢə  elə  giriĢdi  ki, 
qılıncların biri-birinə və qalxanlara dəyməsindən qopan cingilti dəmir parçalarının 
bir-birinə  vurulmasına  bənzəyirdi.  Sübhün  gözü  açılanda  müsəlmanlar  təkbir
21
 
deyib  səslərini  ucaltdılar;  Məsləmənin  bir  döyüĢçüsü  isə  «Qələbə,  ya  Kəbənin 
rəbbi!» -deyə qıĢqırdı. 
[Müəllif]  deyir:  QardaĢları  ilə  birləĢmək  əzmiylə  Məsləmə  qalan 
müsəlmanları  irəli  apardı.  Bunu  görən  xəzərlər  darvazalardan  birini  açıb, 
müsəlmanlardan  canlarını  qurtarmaq  üçün  Ģəhərdən  qaçmağa  baĢladılar.  ġəhər 
xəzərlərin orada qalan arvad-uĢaqları ilə birlikdə müsəlmanların əlinə keçdi. 
[Müəllif]  deyir:  Məsləmə  Ģəhərin  divarlarını  uçurtmaq  istədi,  lakin 
silahdaĢlarından  biri  ona  dedi:  «Bu  divarları  uçurtma,  ola  bilsin  ki,  bu  Ģəhər  bizə 
çox  lazım  olacaq.  О  vaxt  [yeni]  divarların  tikilməsi  üçün  çoxlu  vəsait  lazım 
gələcək.  Lakin  divarları  yenidən  tiksək  belə,  biz  onu  indiki  kimi  möhkəmləndirə 
bilməyəcəyik». Məsləmə dedi: «Sən haqlısan! Ancaq mən and içmiĢəm ki, Ģəhərin 
divarlarını  uçurdacağam  və  öz  qərarımı  dəyiĢməyəcəyəm!»  [Müəllif]  deyir: 
Məsləmə divarların bir hissəsini uçurtdu, qalan hissəsinə əl vurmadı. Məsləmə əmr 
etdi ki, divarların sağ tərəfdən bir hissəsini uçurtsunlar. 
Bundan sonra Məsləmə qoĢunu ilə Dərbənddən çıxır və böyük qənimətlərlə 
bu vaxt Ərminiyənin ortasında olan əmisi Məhəmməd ibn Mərvanın yanına gəlir. 
[Müəllif]  deyir:  [Onlar  getdikdən  sonra]  Xəzərlər  yenidən  qayıdıb,  əvvəlki 
kimi Dərbənddə yerləĢdilər. 
Məhəmməd  Ġbn  Mərvan  Ərminiyə  ərazisində  qalıb  qanun-qayda  yaradır, 
orada  yaĢayan  bütün  kafirləri  rüsvay  edirdi.
22
  QardaĢı  oğlu  Məsləmə  ibn 
Əbdülməlik də onunla birlikdə idi. Onlar orada müəyyən qədər qaldılar. (səh. 298) 
Allah-Təala izn versə, biz onların haqqında söhbətə hələ qayıdacağıq. 
VII hissə. səh. 320 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə