Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   2   3   4   5   6   7   8   9   10   ...   102

16 
 
Xəlifə  Ömər  ibn  Əbdüləziz
23
  Əbdüləziz  ibn  Hatim  adlı  bir  nəfəri  yanına 
çağırıb, onun adına təliqə yazdırdı və Azərbaycana vali təyin etdi. 
[Müəllif]  deyir:  Əbdüləziz  ibn  Hatim  Azərbaycana  getdi.  Bir  qədər  sonra 
xəlifə  Ömər  ibn  Əbdüləziz  onun  oradakı  fırıldaqlarından  xəbər  tutdu.  Oraya 
göndərdiyi  adamı,  Əbdüləziz  ibn  Hatimi  vəzifəsindən  kənar  etdi.  Onun  yerinə 
xəlifə  Azərbaycana  Adiyyə  ibn əl-Kindini
24
  təyin  etdi.  Adiyyə  Azərbaycana  tərəf 
gedib, Beyləqanda düĢərgə saldı. Buranın əhalisi susuzluqdan əzab çəkirdi. Adiyyə 
də  arx çəkib camaatı su ilə təmin etdi.  Bu arx indiyə  qədər yalnız  «Adiyyə  arxı» 
adı ilə məĢhurdur. 
[Müəllif]  deyir:  Adiyyə  on  aydan  artıq  Azərbaycanın  valisi  oldu.  Bundan 
sonra xəlifə Ömər ibn Əbdüləziz onu vəzifəsindən kənar edib, yerinə əl-Haris ibn 
Əmr ət-Taini təyin etdi. 
[Müəllif]  deyir:  əl-Haris  ibn  Əmr  Azərbaycan  ölkəsinə  gedib  Bərdədə 
yerləĢdi. 
 
Əl-Cərrah ibn Abdullah əl-Həkəminin
25
Azərbaycana 
basqını və xəzərlərin [ölkəsində] onun baĢına 
gələnlər haqqında hekayət 
 
[Müəllif]  deyir:  (VIII  hissə.  səh.  29)  Xəlifə  Yəzid  ibn  Əbdülməlik
26
,  əl-
Cərrah ibn Abdullah əl-Həkəmini çağırıb ona təliqə verir və böyük ordu ilə təmin 
edib,  əmr  edir  ki,  Azərbaycana  yola  düĢsün.  [Müəllif]  deyir:  əl-Cərrah  ibn 
Abdullah çoxlu qoĢunla yola çıxır və tezliklə Azərbaycan ölkəsinə çatır. 
Bu haqda xəbər xəzərlərə yetiĢəndə onlar Bab əl-Əbvab Ģəhərinə çatanacan 
qaçdılar. 
[Müəllif]  deyir:  Müsəlmanlarla  birlikdə  hərəkət  edən  əl-Cərrah  xəzərlərin 
ardınca  Bərdəyə  qədər  getdi.  Burada  bir  neçə  gün  qaldı  ki,  əsgərləri  və  atları 
istirahət  etsinlər.  Sonra  o,  Bərdəni  tərk  edib  Kür  çayını  keçdi  və  Bab  əl-Əbvaba 
tərəf  yola  düĢdü.  Bu  səmtdə  yoluna  davam  edərək,  Dərbəndin  iki  fərsəxliyində
27
 
axan Rubas çayı
28
 sahilinə çatdı. 
Burada  düĢərgə  salan  [əl-Cərrah]  dağ  hökmdarlarına  çaparlar  göndərdi. 
Tezliklə bütün vilayətlərin hökmdarları onun yanına gəlməyə baĢladılar. 
(səh.30)  Əl-Cərrah  xəzərlərə  qarĢı  çıxmaq  istədikdə  onlar  Dərbəndi  tərk 
edib ölkələrinə çəkildilər. 
Bu  vilayətin  tanınmıĢ  adamlarından  biri  əl-Cərrah  ibn  Abdullahın  yanına 
gəlib dedi:  «Ya  əmir! Sənə  xəbər verirəm ki,  əl-Lakz
29
  ölkəsinin  hökmdarı  Urbis 
ibn  Basbas
30
  indicə  xəzərlərin  padĢahının  yanına  yola  düĢdü  ki,  sənin  bura 
gəlməyini ona xəbər versin. Ġndi, iĢinə bax!» 
[Müəllif]  deyir:  Əl-Cərrah  ibn  Abdullah  öz  carçısına  əmr  etdi  ki,  onun  bu 
müraciətini  əsgərlərə  çatdırsın:  «EĢidin,  ey  döyüĢçülər.  Əmir  bu  yerdə  üç  gün 


17 
 
qalacaq. Ona görə siz ərzaq, yem, yanacaq və lazım olan baĢqa Ģeylərdən daha çox 
tədarük etməlisiniz!» 
Carçı  əsgərlərə  müraciəti  çatdıranda  Urbis  ibn  Basbas  da  xəzər  padĢahına 
bu xəbəri yetirdi: «Ey padĢah, bil və agah ol ki, bu adam (yəni əl-Cərrah) burada 
üç gün qalacaq. Buna görə yerinizdən tərpənməyin!» 
[Müəllif] deyir: Xəzər padĢahı da [qaldığı yerdən] tərpənmədi. Amma gecə 
düĢüb,  gözlər  yuxunun  təsiri  ilə  qapanan  vaxt  əl-Cərrah  döyüĢçülərə  əmr  etdi  ki, 
Dərbənd  tərəfə  yola  çıxsınlar.  [Müəllif]  deyir:  Müsəlmanlar  gecənin  zülmətində 
yola  düĢdülər.  Onların  ordusunda  yalnız  üç  məĢəl  var  idi:  bir  böyük  məĢəl  ön 
dəstədə, bir böyüyü ordunun ortasında, üçüncüsü də arxa dəstədə. Bu minvalla yol 
gedib Dərbəndə çatdılar. ġəhərin içində xəzərlərdən heç bir nəfər də yox idi. 
[Müəllif] deyir: Müsəlmanlar Ģəhərin bir qapısından girib, о biri qapısından 
çıxdılar.  [Müəllif]  deyir:  Əl-Cərrah  əsgərləri  ilə  Dərbəndin  yarım  fərsəxliyində 
olan  əl-Cihad  qapısı  ilə  üzbəüz  ayaq  saxladı.  Səhər  açılan  kimi,  o,  adamlarından 
birini çağırıb, ona üç min atlı ayırıb deyir: «Gizlincə yola çıx və Haydağa
31
 qədər 
get. Onun əhalisinə dəymə, yalnız var-yoxlarını əllərindən al. Ancaq (səh. 31) sənə 
qarĢı çıxanlarla  vuruĢ, özü də  bax ki,  gün çıxana qədər öz döyüĢçülərinlə  ər-Ran 
çayının
32
 sahilində mənimlə birləĢməlisən». 
[Müəllif]  deyir:  Əl-Cərrah  tabeliyində  olan  iyirmi  min  əsgərlə  yola  düĢüb, 
Dərbəndin  altı  fərsəxliyindən  axan  ər-Ran  çayının  sahilində  müəyyən  olunmuĢ 
yerə gəldi. Səhər açılanda gözlədiyi ordu baĢçıları, onların on mindən artıq atlı və 
piyada əsgərləri üç min əsirlə birlikdə onunla birləĢdilər. 
[Müəllif]  deyir:  Xəzərlərin  padĢahının  oğlu  Barsbəy  ibn  Xaqan
33
  xəbər 
tutdu  ki,  əl-Cərrah  ibn  Abdullah  25  min  ərəb  əsgəri  ilə  ər-Ran  çayının  sahilində 
düĢərgə salıb, çoxlu qənimət əldə edib, adam qırıb və mal-dövlət çalıb-çapıb. О öz 
ordusunu nizama salıb, 40 minlik qoĢunu ilə ər-Ran çayının yanına gəldi. 
[Müəllif]  deyir:  DüĢmənlər  bir-birinə  yaxın  gəldilər,  əl-Cərrah  özü  isə  bu 
vaxt  qara  qatırının  üstündə  oturmuĢdu.  О  car  çəkdi:  «Ey  camaat!  Siz  Allahdan 
baĢqa  heç  kəsə  sığınıb,  ona  pənah  gətirə  bilməzsiniz!  Mən  sizi  agah  etmək 
istəyirəm  ki,  sizlərdən kim  Ģəhid olarsa, düz  Cənnətə  düĢəcək, kim qalib gələrsə, 
onun payına qənimətlər və böyük Ģöhrət düĢəcək!» 
[Müəllif] deyir: DüĢmənlər üz-üzə gələn kimi bir-birinə qarıĢdılar. Tozanaq 
qopdu,  zülmət  çökdü.  Birdən-birə  qalxan  külək  xəzərlərə  tərəf  əsdi  və  onlar 
qaçmağa  üz  qoydular.  Müsəlmanlar  onları  təqib  edib,  qıra-qıra  əl-Xəsin  deyilən 
yerə
34
  gəlib  çatdılar.  Xəzərlərdən  qırılan  çox  oldu.  [Müəllif]  deyir:  Əl-Cərrahın 
əsgərləri  xəzərlərdən  çoxlu  qənimət  aldılar.  Elə  həmin  gün  əl-Cərrah  əl-Xəsini 
mühasirəyə aldı. 
(səh. 32) [Müəllif] deyir: Əl-Xəsinin əhalisi onun yanına gəlib aman dilədi. 
Əl-Cərrah  təzminat  ödəmələri  Ģərtilə  sülh  bağlayıb,  istədiklərinin  hamısını  aldı. 
Sonra  o,  xəsinliləri  Həyzan  adlanan  yerə
35
  köçürtdü.  Bundan  sonra  əl-Xəsindən 
çıxıb, tezliklə xəzərlərin Barufa adlı Ģəhərlərinə gəlib çatdı. O, altı gün müddətində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə