Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

18 
 
Ģəhəri mühasirədə saxladı. Bundan sonra Ģəhərdəkilər sülh istədilər və əl-Cərrah da 
buna razılıq verdi. Lakin onların hamısını Qəbələ tərəfə köçürüb, əl-Qəniyyə adlı 
kənddə
37
yerləĢdirdi. 
Bundan  sonra  əl-Cərrah  Barufanı  tərk  edib  yola  çıxır  və  bir  azdan 
Bələncərə
38
  gəlib  çatır.  Burada  xəzərlər  üç  yüzdən  çox  arabanı  toplayaraq  bir-
birinə  bağlamıĢdılar  ki,  bu  arabalar  müdafiə  dairəsi  kimi  qalanı  qurĢaqlasın  və 
qalaya daxil olmaq mümkün olmasın. 
[Müəllif]  deyir:  Əl-Cərrahın  əsgərlərindən  biri  qılıncına  əl  atıb  qınından 
çıxarır  və  uca  səslə  bağırır:  «Kim  öz  canını  Allah  yolunda  fəda  edər?» 
Müsəlmanlar  cavab  verdikdə  о  yenidən  qıĢqırır:  «Ardımca  gəlin!»  Onun  ardınca 
yüz  nəfərə  qədər  əli  qılınclı  əsgər  getdi.  Onlar  bu  arabalara  yaxınlaĢdılar.  Qala 
divarlarından  onların  üstünə  kafirlərin  atdığı  oxlar  tökülürdü,  lakin    onlar 
irəliləyirdilər.  Arabalara  yaxınlaĢanda  əsgərlərdən  birisi  arabaları  bir-birinə 
bağlayan  ipi  kəsdi.  Onlar  bütün  ipləri  kəsəndə  arabalar  üzüaĢağı    diyirlənib  (səh.  
33) müsəlman  əsgərlərinin durduğu yerə çatdı. 
[Müəllif]  deyir:  Müsəlmanların  bələncərlilərlə  döyüĢü  günortaya  qədər 
uzandı.  Sonra  xəzərlər  geriyə  çəkildilər  və  müsəlmanlar  zor  gücünə  qalanı  bütün 
var-dövləti ilə aldılar. 
[Müəllif] deyir: Bələncərin hakimi 50 nəfər xəzər əsgəri ilə qaçıb Səməndər 
Ģəhərinin
39
  ətraflarına  gəlib  çatdı.  Bələncər  isə  bütün  var-dövləti,  qadınları  və 
uĢaqları ilə müsəlmanların əlinə keçdi. 
Müsəlman döyüĢçülərindən biri bu barədə hətta bir Ģer də dedi. 
[Müəllif] deyir: Əl-Cərrah Bələncər hakiminin arvad-uĢağını və nökərlərini 
əsir aldı. Onlara 30 min dirhəm qiymət qoyub bazara çıxartdılar. Əl-Cərrah onları 
öz puluna alıb, istefaya çıxandan sonra özü ilə apardı. 
Camaat  bunu  müxtəlif  cür  yozdu:  birisi  dedi  ki,  əl-Cərrah  Bələncər 
hakiminin arvadını onun gözəlliyinə görə satın aldı. BaĢqası dedi ki, var-dövlətinə 
görə, bəziləri isə dedilər ki, əsl-nəcabətinə görə. 
[Müəllif]  deyir:  Bu  söhbətlər  əl-Cərraha  çatanda  o,  həmin  adamları  yanına 
çağırıb dedi: «Sizin bu qadın haqqında danıĢdıqlarınız mənə gəlib çatdı. Mən onu 
nə  var-dövlətinə, nə  gözəlliyinə, nə  də  ki  əsil-nəcabətinə  görə  almıĢam. Mən onu 
ərinə qaytarmaq istəyirəm, həm də bunu onun Ģəhərində etmək istəyirəm, çünki bu 
iĢ  bizim  xeyrimizədir.  Mən  bu  fikrimi  Əmirəl-möminin  Yəzid  ibn  Əbdülməlikə 
yazdığım məktubda eyhamla çatdırmıĢam». 
[Müəllif]  deyir:  Bu  sözlərdən  sonra  camaat  bir  səslə:  «Allah  sənə  xeyir 
versin, ya Əmir! Elədiyin nəcib iĢdir» - dedi. 
[Müəllif]  deyir:  Bundan  sonra  əl-Cərrah  Bələncər  hakiminə  ona  aman 
verilməsi  haqqında  fərman  göndərir,  həmçinin,  xəbər  verir  ki,  arvadını,  malını, 
uĢaqlarını və nökərlərini ona qaytarmaq istəyir, həm də bu iĢi onun iqamətgahında, 
onun  torpağında  etmək  istəyir.  Müəllif  deyir:  (səh.  34)  Bələncər  hakimi  həmin 


19 
 
aman fərmanı ilə əl-Cərrahın yanına gəlir, əl-Cərrah da arvadını, malını, uĢaqlarını 
və nökərlərini ona qaytarır, özünü də ölkəsinin hakimi təsdiq edir. 
Bundan  sonra  əl-Cərrah  müsəlman  ordusu  ilə  Bələncər  torpaqlarını  tərk 
edib, Vəbəndər
40
 ərazisinə gəlir. О zaman burada 40 min ev var idi. 
Vəbəndərlilər  yaxınlıqda  düĢərgə  salan  müsəlman  əsgərlərini  görəndə 
qorxuya düĢdülər və bunu özləri üçün böyük təhlükə hesab etdilər. Bundan sonra 
onlar  sülh  istədilər  və  əl-Cərrah  da  bunlardan  böyük  məbləğdə  pul  alıb,    sülhə 
razılıq verdi. 
Sonra  o,  Səməndər  üzərinə  yürüĢ  etməyə  qərar  verdi.  Lakin  bu  vaxt 
Bələncər  hakimindən  ona  məktub  gəldi.  О  yazırdı:  «Ya  Əmir!  Mənə  göstərdiyin 
yaxĢılığın müqabilində  mən də sənə  yaxĢılıq etmək istəyirəm, sənin mənə etdiyin 
xeyirxah  əməlinə  görə,  mənə  arvadımı,  malımı,  uĢaqlarımı  və  nökərlərimi 
qaytardığına görə mən də səni mükafatlandırmaq istəyirəm. Ya Əmir! Sənə xəbər 
verirəm  ki,  sənə  qarĢı  elə  güclü  xəzər  ordusu  toplanıb  ki,  sən  onun  gücünə  tab 
gətirə  bilməyəcəksən.  [Bundan  baĢqa]  dağlardakı  hökmdarlar  da  sənə  qarĢı 
çıxıblar.  Mənim  bu  məktubum  sənə  çatarsa,  onu  indi  qaldığın  yerdən  qayıdana 
kimi  özündə  saxla.  Mən  səndən  və  səninlə  bir  yerdə  olan  əsgərlərdən  ötrü 
qorxuram!» 
[Müəllif]  deyir:  Əl-Cərrah  ibn  Abdullah  Bələncər  hakiminin  məktubunu 
alan kimi əsgərlərini toplayıb, yürüĢ əmrini verdi; ordu yola düĢdü. Onlar təxminən 
əl-Kil  dağının
41
  yanına  çatanadək  yol  getdilər.  Sonra  bir  vilayətdən  baĢqasına 
keçərək, gəlib ġəki adlanan vilayətə çatdılar. 
[Müəllif]  deyir:  Burada  qıĢ  onları  tutdu  və  əl-Cərrah  əsgərləri  ilə  burada 
qıĢladı.  Sonra  o,  (səh.  35)  xəlifə  Yəzid  ibn  Əbdülməlikə  məktub  yazıb,  Allahın 
köməyi  ilə  hansı  torpaqları  kafirlərin  əlindən  aldığını  ona  məlumat  verdi  və 
xəlifədən kömək istədi. 
[Müəllif]  deyir:  Əl-Cərrahın  məktubu  Yəzid  ibn  Əbdülməlikə  çatanda  o, 
süvari  və  piyada  qoĢunla  ona  kömək  etməyə  qərar  verdi:  belə  ki,  əl-Cərrah 
güclənib xəzərlərə qarĢı hücumu davam etdirə bilsin. 
Əl-Cərrah  ibn  Abdullah  ġəkidə  qalıb,  ġamdan  onun  köməyinə  gələcək 
qüvvələri gözləməkdə idi.  Lakin qıĢ hələ  sona çatmamıĢdı ki, o,  xəlifə Yəzid ibn 
Əbdülməlikin  ölüm  xəbərini  aldı.  O,  hicri  105-ci  ilin  Ģaban  ayında  (724-cü  ilin 
yanvarı) vəfat etdi. 
Xəlifəlik  onun  qardaĢı  HiĢam  ibn  Əbdülməlikə
42
  keçdi.  O,  əl-Cərrah  ibn 
Abdullaha  Azərbaycanda  qalmağı  əmr  etdi  və  söz  verdi  ki,  xəzərlərlə  müharibə 
aparmaq üçün ona kömək göndərəcək. 
(səh. 38) [Müəllif] deyir: Bundan sonra HiĢam ibn Əbdülməlik bu vaxt ġəki 
vilayətində qalan əl-Cərraha məktubla əmr etdi ki, xəzərlərlə müharibəni baĢlasın. 
Məktubunda ġamdakı hərbi hissələrdən ona kömək göndəriləcəyini də vəd etdi. 
Bu vədlə həvəslənən əl-Cərrah ġəki vilayətindən Bərdə qalasına yola düĢür. 
Az sonra buradan da çıxıb Beyləqan adlanan Ģəhərə, oradan da Varsan Ģəhərinə
43
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə