Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

20 
 
gəlir. Bundan sonra о, Ваcərvanı
44
 keçib Ərdəbilə çatır və burada yerləĢir. Bu vaxt 
burada çoxlu müsəlman əsgərləri var idi. 
[Müəllif] deyir: Əl-Cərrah burada düĢərgə salandan sonra Muğan, Gilan və 
Tələqan
45
  tərəflərə  hərbi  dəstələr  göndərir.  Dəstələr  gedib  döyüĢür  və  yenidən 
Ərdəbilə qayıdırdılar.  
Xəzərlərin padĢahı  olan xaqan onunla həmdin və həmqəbilə olan kafirlərin 
yaĢadıqları  ölkənin  hər  tərəfinə  carçılar  göndərib,  onları  müsəlmanlarla 
müharibəyə çağırdı. Onların hamısı bu çağırıĢı razılıqla qarĢıladı. Xaqan əmr etdi 
ki,  onların  dəstələri  oğlu  Narstik  ibn  Xaqanın
46 
yanına  yığıĢıb,  əl-Cərrah  ibn 
Abdullah və onun ordusu ilə döyüĢmək üçün Azərbaycana hücum etsinlər. 
[Müəllif]  deyir:  Barsbəy  ibn  Xaqan  xəzərlərdən  və  kafirlərin  baĢqa 
tayfalarından  olan  300  minlik  qoĢunun  baĢında  yola  düĢdü.  Çox  keçmədən  o, 
ordusu  ilə  Kürlə  Arazın  arasında  olan  yerlərə  gəldi.  Buradan  o,  Varsana  hücum 
etdi, onu aldı və bütün əhalisini qırdırdı. Sonra o, Varsandan çıxaraq (səh. 39) əl-
Cərrahın Azarbaycan ərazisinə səpələnmiĢ ordu hissələrinə hücuma keçdi. 
[Müəllif] deyir: Xəzərlər onlara rast gələn müsəlmanları öldürür, ətrafda nə 
varsa yandırır və gördüklərini qarət edirdilər. 
Bundan  xəbər  tutan  əl-Cərrah  ibn  Abdullah  xəlifə  HiĢam  ibn  Əbdülməlikə 
məktub  yazıb,  baĢ  verən  hadisələr  haqqında  ona  məlumat  verir  və  hərbi  yardım 
istəyir. Lakin HiĢam onun istəyini  yerinə  yetirməyə  tələsmirdi.  Xəzərlər isə  daha 
da irəliləyərək, tezliklə Ərdəbilin özünə yaxınlaĢdılar. 
 
Əl-Cərrah ibn Abdullahın xəzərlərlə müharibəsi və 
onun, - Allah ona rəhmət etsin, - ölümü haqqında hekayət 
 
[Müəllif]  deyir:  Belə  bir  vəziyyətə  düĢən  əl-Cərrah  ordusu  ilə  yola  çıxıb, 
tezliklə Savalan dağının yanındakı otlaqlara yetiĢir və burada düĢərgə salır. Sonra о 
daha  da  irəliləyərək  yol  ayrıcı  yanından  keçən  çayın  sahilinə  çatır  və  onun 
üstündən körpü salır. [Müəllif] deyir: Bu körpü indi də
47
  əl-Cərrah körpüsü kimi 
tanınır.  [Müəllif]  deyir:  Bu  vaxt  əl-Cərrahın  yanında  Azərbaycan  dehqanlarından 
(mülkədar)  MərdanĢah  adlı  bir  atəĢpərəst  qalırdı.  O,  əl-Cərraha  yaxınlaĢıb  ona 
dedi:  «Ya  Əmir!  Sənin  əsgərin  çox  azdır,  düĢmənin  ordusu  iso  çoxsaylıdır. 
Düzənlikdə bu azlıqla düĢmən ordusu ilə müharibə aparmağa ehtiyac yoxdur. Axı, 
Savalan  dağı  sənin  yanındadır!  Tələs,  özünü  dağa  çatdır  və  əsgərlərini  dağın 
yamaclarında  yerləĢdir  ki,  arxadan  da  xatircam  olasan.  Özü  də  düĢmənlə  ancaq 
üzbəüz  döyüĢə  giriĢ,  ta  ki  (səh.  40)  Əmirəlmömininin    göndərdiyi    qoĢunlar  
köməyinə  gəlib  yetiĢsin». 
[Müəllif] deyir:  «Ey MərdanĢah! Mən hesab edirəm  ki, sən qorxaqsan!»  О 
cavab  verdi:  «Mən  qorxaq-zad  deyiləm!  Sadəcə  sənə  düzgün  hərəkət  etməyin 
yolunu  göstərirəm.»  Əl-Cərrah  dedi:  «Məgər  qadınlarınız  sizə  xəbər  verməyiblər 
ki, mən Allahın düĢmənləri ilə döyüĢməkdən qorxmuram?» 


21 
 
[Müəllif]  deyir:  Sonra  əl-Cərrah  qaldığı  yerdən  hərəkət  edib,  tezliklə 
ġəhrizad adlı kəndə
48
 yetiĢir. Bütün malını və yükünü bu kənddə saxlayır. 
[Müəllif]  deyir:  Bu  dağın  ətəyindən  bir  bulaq  çıxırdı.  Əl-Cərrah  bu  yerdə 
möhkəmlənməyə  macal  tapmamıĢ,  xəzərlər  sel  kimi,  gecə  zülməti  kimi 
yaxınlaĢdılar. Əl-Cərrah əsgərlərini nizama salıb, dəstə-dəstə irəliyə göndərdi. 
Bu vaxt dehqan MərdanĢah əl-Cərraha belə dedi:  «Ya Əmir! Məgər siz öz 
dininizdə  təsdiq  etmirsiniz  ki,  əvvəllər  sizin  düĢməniniz  olan  bir  adam  sonradan 
qılıncı ilə bütpərəstlərlə vuruĢaraq həqiqi Ģəhid kimi döyüĢdə canını fəda edibsə, bu 
adam  Cənnətdə  də  Ģəhid  hesab  olunur?»  Əl-Cərrah  cavabında  dedi:  «Bəli,  ey 
MərdanĢah! Biz bunu deyirik və bu iĢdə heç bir Ģəkk-Ģübhə ola bilməz!» 
[Müəllif]  deyir:  Bu  sözlərdən  sonra  dehqan  ətəyində  gizlətdiyi  bıçağı 
çıxarır, paltarını soyunur və özünü əsl Ģəhid kimi aparır. Bıçağını çəkib, xəzərlərə 
tərəf cumur və ölüncəyə qədər onlarla döyüĢür. 
[Müəllif]  deyir:  Müsəlmanlarla  xəzərlər  arasında  olan  döyüĢ  get-gedə 
Ģiddətlənirdi.  Xəzərlər vəhĢi  quduzluqla vuruĢur,  müsəlmanlar isə döyüĢdən daha 
da qızıĢırdılar.
29
 
[Müəllif] deyir: O, Allahın bundan daha mömin əmirini görməyib. [Müəllif] 
deyir:  O,  müsəlmanlara  üz  tutub  haray  çəkdi:  «Cəhənnəmə  yox,  Cənnətə  tələsin! 
Sirət  əl-müstəqimlə  (düz  yolla)  gedin,  zülmət  yolu  ilə  yox!  Mərhəmət  sahibi 
Allahın  yanına  tələsin,  Ģeytanın  yanına  yox,  Cənnət  bağına  tələsin,  cəhənnəm 
oduna yox!» 
Qulamın  bu  sözləri  dəfələrlə  təkrarlaması  müsəlmanları  Ģiddətli  döyüĢ 
qəzəbi ilə (səh. 41) coĢdurdu. 
[Müəllif] deyir: Əl-Cərrahı aparanda о bu Ģeri deyirdi: 
 
Ləyaqətimdən və dinimdən baĢqa bir Ģey qalmadı, 
 Qılınc isə ustalıqla itilənmiĢdir! 
QardaĢın sayılan adamın mətinliyi necə də gözəldir! 
Xainlərdən olmayan, düz danıĢan qardaĢın! 
 
[Müəllif]  deyir:  Xəzərlərin  hamısı  birdən  qalxmıĢdı.  Lakin  müsəlmanlar 
xəzərləri qıranadək vuruĢdular, amma özləri də məhv oldular. 
[Müəllif]  deyir:  Xəzərlər  əl-Cərrahın  əsgərlərinin  demək  olar  hamısını 
qılıncdan keçirtdilər. Yalnız Savalan dağına tərəf qaçan 700 və bəlkə bundan da az 
müsəlman  xilas  ola  bildi.  Lakin  xəzərlər  onları  təqib  etməyib  əllərinə  düĢən 
qənimətlərə  giriĢdilər.  Barsbəy  ibn  Xaqan  əmr  etdi  ki,  əl-Cərrahı  axtarsınlar: 
[nəhayət] onun meyiti ölülərin arasından tapıldı.
49
  Barsbəyin  əmri  ilə  onun  baĢını 
                                                           
29
 
Mətndə  boĢluq  var.  Lakin  mənasına  görə  anlaĢılır ki,  burada əl-Cərrahın  yaralanması haqda  söhbət 
getməli idi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə