63
19. Moisey Kalankatuklunun (Ağvan tarixi. səh. 259), Gevondun
(Xəlifələrin tarixi. səh. 22-24), Vardanın (Ümumi tarix. səh. 91- 92) və Kirakos
Gəncəlinin (Tarix. səh. 40, 45) verdiyi məlumatlara görə erməni əyanları
erməni təqviminin 150-ci ilində (26.V.702-25.V.703) Qars vilayətinin
Kağızman dairəsində yerləĢən Naxçıvan Ģəhərində yandırılıb. Amma Bəlazuri (səh.
205) və Yəqubi (Tarix. Leyden, 1883. səh. 324-325) yazırlar ki, bu əyanlar «Xilat
vilayətinin kilsələrində yandırılıb» (fi kənais min amal Xilat).
20. Sasanilər sülaləsindən olan Ġran Ģahı I Xosrov ƏnuĢirvan 531-579-cu
illərdə hökmranlıq edib.
21. Təkbir «Allahu əkbər» deməklə Allahın təriflənməsi və ucaldılması.
22. Məhəmməd ibn Mərvan hicri 101-ci ildə (24.III.719-II.VII.720) vəfat
edib.
23. Əməvi sülaləsindən olan səkkizinci xəlifə Ömər ibn Əbdüləziz 717-720-
ci illərdə hakimiyyətdə olub.
24. Adiyyə ibn Adiyyə əl-Kindi xəlifə Əli ibn Əbu Talibi Siffin döyüĢü
zamanı tərk edib, Müaviyə ibn Əbu Sufyanın tərəfinə keçənlərdən biri idi (bax:
Bəlazuri, səh. 205).
25. Əl-Cərrah ibn Abdullah əl-Həkəmi ərəb sərkərdələrindən ən məĢhuru
idi. O, hicri 104-cü ildə (21.VI.722 - 9.VI.723) Azərbaycana vali təyin olunmuĢdu.
26. Əməvilərin doqquzuncu xəlifəsi Yəzid ibn Əbdülməlik 720-724-cü
illərdə hakimiyyətdə olub.
27. Fərsəx - təqribən 5-7 km.
28. Rubas çayının suları Xəzər dənizinə Dərbənddən tökülür.
29. Əl-Lakz - ləzgilərlə məskun olan dağlıq ölkənin ərəbcə adı. Samur
çayının yuxarı hissəsində yerləĢirdi.
30. Ləzgilərin bu hökmdarının adına baĢqa mənbələrdə rast gəlinmir.
31. Xaydaq (Kaytaq) - dargi dillərinin birində danıĢan kaylaqların yaĢadığı
və Dərbənddən Ģimalda yerləĢən vilayətdir.
32. Ər-Ran və ya Əlran çayı ola bilsin ki, Dərbənddən 6 fərsəx Ģimalda
axan əl-Vaq-Dərbax çayıdır.
33. Xəzər xaqanının oğlunun adı müxtəlif mənbələrdə ayrı-ayrı Ģəkildə
verilir: Barxil, Barxiq, Barcil, Barciq və s. Ġbn Əsəm əl-Kufinin verdiyi yazılıĢ
daha ağlabatandır.
34. Ġbn Əsəm əl-Kufidə əl-Həsin qala adlandırılır. D.Danlop (YəhudiləĢmiĢ
xəzərlərin tarixi, səh. 63-64) hesab edir ki, bu ad əl-Xisneyn («Ġki qala») kimi
oxunmalıdır. V.Kotoviç Xəsini Qamriozen çayının mənsəbində yerləĢdirir (Bax:
«Drevnosti Daqestana», Mahaçqala, 1974, 317-ci səhifədəki xəritə).
35. Hayzan-Xaydaqın (Kaytaqın) təhrif olunmuĢ yazılıĢıdır (Bax: 31-ci
qeyd).
64
36. Barufa-Tarqu adlı qala adının təhrif olunmuĢ yazılıĢıdır (bu sözlərin
hərəkə və nöqtəsiz ərəb yazılıĢı eynidir). Tarqu-Qamriozen çayının orta axarında
yerləĢir (bax: V.Kotoviç, yenə orada).
37. Kəndin yerini müəyyən etmək mümkün olmadı (bəlkə indiki
Həmzəlidir?). Çünki ərəbcə ğ və h hərflərinin yazılıĢı bir-birinə oxĢayır.
38. Bələncər Ģəhəri Dərbənddən 25 km cənubda yerləĢən orta əsr Belici
Ģəhərgahı yerində idi (bax: V.Kotoviç. Erkən orta əsr Varaçan, Bələncər və Tarqıı
Ģəhərlərinin yerləri haqqında. «Drevnosti Daqestana», səh.199), Bələncər ərəblər
tərəfindən hicri 104-cü ilin rəbi əl-əvvəl ayında alınmıĢdı (19.VIII- I7.IX.722).
Bax: Ġbn əl-Əsir, IVc, səh. 187.
39. Səməndər Ģəhəri indiki Mahaçqala Ģəhərgahı yerində idi (bax: V.Kotoviç
Səməndərin yeri məsələsi ətrafında olan arxeoloji məlumatlar. «Drevnosti
Daqestana» səh. 232-255).
40. Vəbəndər - «gözəl Varaçan Ģəhəri» Dağıstanın Ullubiy (keçmiĢ
Boynak) kəndi yaxınlığındakı Ursek Ģəhərgahı yerində idi (bax: V.Kotoviç, yenə
orada, səh 191 və 327-ci səh. ifadə olan xəritə).
41. Ġbn Əsəm əl-Kufinin mətnində olan əl-Kil dağını Afurca və Qonaqkənd
kəndləri arasında, Belbelçayın sağ sahilində yerləĢən Kilit dağı ilə eyniləĢdirmək
olar.
42. Əməvilər sülaləsindən olan onuncu xəlifə HiĢam ibn Əbdülməlik 727-
743-cü illərdə hakimiyyətdə olub.
43. Varsan orta əsrlərdə Araz çayının sağ sahilindəki, Altan qalasının
xarabalığı olan yerdə idi.
44. Bacərvan - Varsandan Bərzənd və Ərdəbilə gedən yolun üstündə orta
əsr qalası.
45.
Tələqan - Qəzvinlə Əbhərin arasında yerləĢən orta əsr vilayəti.
46.
Bax 33-cü qeyd.
47.
Yəni müəllifin yaĢadığı dövrədək.
48.
ġəhrizad kəndi ola bilsin ki, Ərdəbildən Ģimal-qərbdə yerləĢən
ġəhrinur kəndidir.
49. Əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəzərlər tərəfindən hicri 112-ci ildə
(26.III.730-14.III.732) öldürülüb.
50.
Ərəbləri məğlub edəndən sonra xəzərlər Azərbaycanı talan edib
Diyarbəkrə və Mavsilə qədər yerləri xarabaya çevirdilər.
51.
Səid ibn Əmr əl-HərəĢi Xorasana vali hicri 112-ci ildə (26.III.730-
14.III.731) təyin olunmuĢdu. Onun fəaliyyəti haqqında bax: Ġbn əl-Əsir, IVc, səh.
183 və sonralar.
52.
Mənbic - Suriyada, Hələbdən Ģimal-Ģərqdə Ģəhər.
53.
Ər-Rusafa - Suriyanın mərkəzi səhra hissəsində, Fərat çayından 40
km cənubda Ģəhər.
54.
La məxba liitr bəd ərus. Bu zərbi-məsəlin baĢqa Ģəkilləri üçün bax:
65
Əbülfəzl Əhməd ibn Məhəmməd Nisabııri (əl-Maydani). Məcmə əl-əmsal. II hissə,
Beyrut, 1962, səh. 211.
55.
Bədr - Mədinədən cənub-qərbdə yerləĢən kənd. Burada 624-cü ildə
Məhəmməd peyğəmbərin tərəfdarları ilə kafirlər arasında döyüĢ olmuĢdu. Nəticədə
Məhəmmədin tərəfdarları qalib gəlmiĢdilər.
56.
Məhəmməd ibn Sirin (647-728) - Məhəmməd peyğəmbərin həyatı
haqda rəvayətlərin ən bilicilərindən idi.
57.
Raqqa - Suriyada Balix çayının Dəclə çayına toküldüyü yerdə Ģəhər.
58.
Ərvən - orta əsrlər Anadolusunda Ģəhər. Məyyafariqinlə Surt
arasında yerləĢirdi. Xarabalığı Ridvan yaxınlığında. Ərzən-Su çayının sol
sahilindədir.
59. Xilat Türkiyədə, Van gölünün qərb sahilində Ģəhər və qala.
60.
Tarxan – (tarkan) xəzərlərdə iĢlənilən Ģəxs adı və titul (ünvan).
61.
BalaĢacan səhrası (baĢqa mənbələrdə Balasacan) tarixi alban vilayəti
Balasakanın adındandır. Mənbələrə görə (Əbu Duləf, Yaqut) qərbdə Bərdədən
Ģərqə Xəzər dənizinədək, cənubda Bərzənddən, Ģimaldan Kür çayınadək olan
ərazini tuturdu.
62. Mimədin xarabaları MəĢirən tərəfdə, Qarasu çayının orta axarında
yerləĢir.
63. Ola bilsin ki, Rustaq Ərdəbildən Ģimalda yerləĢən və adı düz
yazılmayan ƏrĢaqdır.
64. Əbs - bir neçə ərəb qəbiləsinin, bir dağın, bir çayın, həmçinin Ģəxsin
adıdır. Əbsilərin yaĢadığı yerlər Nəcdin (Ərəbistan yarımadası) ən geniĢ vadisi
olan və qərbdən Ģərqə uzanan Vadi - ər-Rummanın mərkəzi hissəsi idi.
65. Bərzənd - eyniadlı çayın sağ sahilində yerləĢən orta əsr qala Ģəhəri.
66. Ġbn əl-Əsirdə (IV c, səh. 208) söhbət Beyləqan çayından gedir. Lakin
Beyləqan çayı da Muğan çayı kimi, qalıqları indi də görünən qədim suvarma
arxları idi (məs. Gövur arx kimi).
67.
Hacib - lüğəti mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə
izah edilmiĢ bu söz (hacaba - «birinin bir yerə girməsinə mane olmaq» və buradan
hacib - «qapıçı»), Əməvilər zamanından baĢlayaraq Ģərq və qərbdəki müsəlman
dövlətlərində əsrlər boyu iĢlənmiĢdir. Əvvəllər hökmdar saraylarında «vasitəçi»
mənasında iĢlənirdi.
68.
Qeys Aylan (Qeys ibn Aylan) - ġimali Ərəbistanın böyük və qüdrətli
qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin
alçaq yerlərində yaĢayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın
mərkəz və Ģimal hissələrinin geniĢ torpaqlarına yayıldılar - Məkkənin cənub-Ģərq
və Ģimal-Ģərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra
da Ġraq və Suriya torpaqlarına köç etdilər.
69.
Fituhat dövründə ərəblər əldə etdikləri qənimətin beĢdə birini (xüms)
Məhəmməd peyğəmbərin nəslinə və hakim sülalə üzvlərinə ayırırdılar.
Dostları ilə paylaş: |