Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

75 
 
yaxınlaĢır.  O  zamanlar  oraya  yollar  onlar  üçün  açıq  və  asan  keçiləsi  idi.  Kisra 
onların hərəkətlərinə [əvvəlcə] etina etmədi, amma elə ki onun ölkəsinin içərilərinə 
soxuldular, [dərhal] öz qoĢunlarını onların üstünə göndərdi. [Kisranın döyüĢçüləri] 
onlarla vuruĢdular və onlardan əsir tutulan on min adamdan savayı, [hamısını] qırıb 
tökdülər.  [Bunlar  da]  Azərbaycan  və  onun  tabeliyində  olan  [ərazilərdə]  məskun 
edildilər.  Məlik  Feyruz
28
  Sul  və  Allan  nahiyəsində  dağ  süxurundan  bir  tikili  inĢa 
etmiĢdi: bundan məqsədi öz ölkəsini həmin xalqların hücumundan möhkəmləndirib 
qorumaq  idi.  Məlik  Qubaz  ibn  Feyruz  da  atasından  sonra  həmin  yerlərdə  çoxlu 
tikililər  bina  etdi.  Kisra  Ģah  olan  kimi  əmr  edib,  Sul  nahiyəsində  yonulmuĢ 
süxurdan Curcan  istiqamətində çoxlu sayda Ģəhər, qala, istehkam və tikililər qurdu 
ki, bunlar düĢmən hücumu zamanı onun ölkə əhalisinin sığına biləcəyi təhlükəsiz 
yer olsun. 
Sincibu  xaqan
29
  türklərin  ən  cəsuru,  ən  yenilməzi,  onların  ən  qüdrətlisi  və 
döyüĢçüsü  ən  çox  olanı  idi.  Bu,  o  adamdır  ki,  heytalların  çoxluğundan,  onların 
yenilməzliyindən  qorxmayaraq  heytalların  padĢahı  Vazərlə  vuruĢmuĢdu;  onların 
padĢahı Vazəri [öldürmüĢ], onun cəmi döyüĢçülərini qıraraq, onların mal-dövlətini 
qənimət  olaraq  ələ  keçirmiĢ  və  (səh  101)  Kisranın  tutduğu  yerlər  istisna  olmaqla 
onların ölkəsini zəbt etmiĢdi.
30
  [Sincibu]  əbxiz,  bəncər  və  bələncərləri  öz  tərəfinə 
[cəlb  edib]  çəkir.  Onlar  da  öz  itaətini  ona  göstərərək  bildirirlər  ki,  Fars  məlikləri 
onları  öz  ölkələrinə  basqın  etməkdən  çəkindirmək  üçün  hələ  də  bac  verərək 
özlərini onlardan qoruyurlar. [Sincibu xaqan] yüz on min döyüĢçü ilə çıxıĢ edərək 
Sul ölkəsinin  həndəvərinə  gəlib çıxır: dikbaĢlıq edib Kisraya  hədə-qorxu  gələrək, 
ona  [sorağ]  göndərir  ki,  onun  özünə  pul,  əbxiz,  bəncər  və  bələncərlərə  də  Kisra 
hələ  Ģah  olmazdan  qabaq  [Fars  məliklərinin]  onlara  verdikləri  bacı  göndərsin  və 
hərgah  onun  tələb  etdiklərini  tezliklə  göndərməsə,  ölkəsinə  soxulub,  onunla 
vuruĢacaq.  Kisra  isə  onun  hədə-qorxularını  vecinə  almır.  Sul  qapısı  tərəfdə 
möhkəm istehkam qurduğundan, Sincibu xaqanın keçib onun üstünə gələ biləcəyi 
yol  və  dərələri  tutub  kəsdiyindən,  həm  də  onun  [hərbi]  gücündən  xəbərdar  olub 
Ərminiyə sərhəd məntəqəsini beĢ min atlı və piyada döyüĢçü ilə gücləndirdiyindən 
[Kisra] onun bütün tələblərini cavabsız qoyur. 
Kisranın  Sul  sərhəd  məntəqəsini  möhkəmlətməsi  [xəbəri]  Sincibu  xaqana 
gəlib  çatır  və  o,  ordusu  ilə  kor-peĢman  öz  ölkəsinə  qayıdır.  Kisranın  əmri  ilə 
Curcan ətrafında  tikilmiĢ  istehkamlara  görə  Curcanla  üz-üzə duran düĢmənin heç 
biri ona nə basqın edə bilmiĢ, nə də ələ keçirə bilmiĢdi... 
 
(səh. 176) [Kisra Abərviz ibn Hürmuzun
31
 Ģahlığı haqqında hekayət] 
 
Sonra Kisra Abərviz ibn Hürmuz ibn Kisra ƏnuĢirvan Ģahlıq etdi. O, [Ġran] 
Ģahlarının ən qüdrətlisi, ən bəsirətlisi və ən uzaqgörəni idi. Artıq deyildiyi kimi, o 
heç bir padĢahın təsəvvürə belə gətirə bilmədiyi qüdrət və hünərə, qələbə və zəfərə, 
var-dövlət  və  sərvətə,  xoĢ  tale  və  bəxtə  malik  idi.  Buna  görə  də  o,  «Abərviz» 


76 
 
adlanmıĢdı ki, bu da ərəbcə «müzəffər» [deməkdir]. Rəvayət olunur ki, [Abərviz] 
atası  Hürmuzdən
32
  kənarlaĢaraq  xəlvəti  Azərbaycana  getdikdə  bu  iĢdə  Bəhram 
Çubinin
33
 müəyyən hiylə iĢlətdiyini [baĢa düĢən] Hürmuz anlayır ki, [Bəhram] özü 
onun  yerində  Ģahlıq  etmək  fikrindədir.  Öz  niyyətini  [Bəhram  yalnız]  sonra  aĢkar 
edir. [Belə ki] nahiyədən keçərkən orada olan isbahbəzlərdən və digər [əyanlardan] 
ibarət  bir dəstə  onun  baĢına  toplaĢaraq,  ona  kömək  edəcəkləri  barədə  and  içirlər; 
[Hürmuz isə] bununla əlaqədar hələ ki bir iĢ görmür. Deyirlər ki, Bəhram Çubinlə 
vuruĢa  göndərilmiĢ AzincuĢnas öldürüldükdə (səh. 177) onun ordusu pərən-pərən 
olub  əl-Mədainə
34 
üz  qoyur.  Çubin  də  onları  təqib  edir.  Hürmuzun  vəziyyəti 
pisləĢir. AzincuĢnasın Abərvizlə həmyaĢıd bacısı AzincuĢnasın aqibəti ilə əlaqədar 
[Abərvizə]  yazıb,  Hürmuzun  zəiflədiyi  və  əyanların  onu  devirmək  fikrinə 
gəldikləri haqda xəbər verir və bildirir ki, əgər Çubin onu qabaqlayıb əvvəl gələrsə, 
o, əl-Mədaini ələ keçirmiĢ olacaq. 
Məktub  Abərvizə  gəlib  çatdıqda  o,  Ərminiyə  və  Azərbaycandan  mümkün 
qədər  adam  toplayıb,  onlarla  əl-Mədainə  yollanır.  [Abərvizin]  gəliĢinə  sevinən 
əyanlar və kübarlar onun baĢına toplaĢır və [Abərvizin] baĢına tac qoyulur; o, taxta 
çıxaraq deyir: «Ġtaət göstərmək - bizim dinimizdən, xeyir iĢlər görmək isə - bizim 
müdrikliyimizdəndir. Babamız Kisra ibn Qubaz sizin üçün ata yerində idi. Atamız 
Hürmuz  də  sizin  üçün  ədalətli  hökmdar  olub.  Odur  ki,  siz  boyun  əyib  itaət 
etməlisiniz!» [Bunun] üçüncü günü o, atasının yanına gəlir və onun qarĢısında diz 
çökərək  deyir:  «ġah  sağ  olsun!  Sənə  bəlli  olsun  ki,  fitnəçilərin  Sənə  qarĢı 
etdiklərində  mənim  təqsir-günahım  yoxdur.  Bir  də  ki,  Sənin  [məni]  öldürə 
biləcəyindən  qorxaraq,  mən  qaçıb  Azərbaycanda  gizlənmiĢdim.»    Hürmuz  ona  
inanıb    deyir:    «Oğlum,  mənim  səndən  ikicə  [xahiĢim  var],  bunlarda  sən  mənə 
kömək  ol.  Onların  biri  -  məni  [taxtdan]  salıb  yıxmaqda,  gözlərimi  ovub 
çıxartmaqda əlbir olanlardan mənim qisasımı alasan, qoy onlara rəhmin gəlməsin! 
Digəri isə - hər gün sağlam düĢüncəli üç nəfərin yanıma gəlməsinə icazə verməklə 
məni  Ģad  edib  sevindirəsən».  Abərviz  ona  razılıq  verərək  deyir:  «ġah  sağ  olsun! 
Dönük  Bəhram  hərbi  kömək  və  cəsur  döyüĢçülərlə  artıq  bizi  haqlayıb.  Biz  daha 
gözləyə  bilmərik,  kim  Sənin  [köməyinə]  gələ,  ya  gəlməyə.  Hərgah  Allah  [bu] 
yaramaza  qarĢı [mübarizədə] mənə  yar olarsa, mən Sənin  xələfin [kimi] itaətində 
durram»... 
 
Azərbaycanın fəthi 
IV cild. Qahirə, 1970 
22 (642)-ci il. 
səh.153 
[Ət-Təbəri] deyir: 
Nüeym  [ibn  Mükarrin]
35
  Həmədanı  ikinci  dəfə
36
  ələ  keçirib  Vac-Ruzdan
37
 
ər-Reyə
38
 doğru gedərkən Ömər
39
 ona yazıb [sərəncam verir] ki, Simək ibn XəraĢə 
əl-Ənsarini
40
 Azərbaycanda olan Bukeyr ibn Abdullaha
41
 kömək olaraq ezam etsin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə