96
Hüzeyfə ibn Əsid və Həbib ibn Məsləmə vuruĢur
(Əhməd Ətiyyətullah. əl-Qamus
əl-isləmi. Qahirə, 1970, с III. səh. 294).
54.
Əbdü-r-Rəhman ibn Rəbi'ə ibn Yəzid əl-Bəhili (öl. 32/652): ləqəbi
Zu-n-nur - Peyğəmbərin əshabələrindən biri. Xəlifə Ömər Sə'd ibn Əbi Vaqqası
Qədisiyyəyə döyüĢə göndərərkən Əbdü-r-rəhmanı onun ordusuna qazı
təyin edir və
hərbi qənimət iĢini ona tapĢırır. Sonralar isə Əbdü-r-Rəhmanı əl-Bəbə vali təyin
edir
(Xeyru-d-din əz-Zirikli. əl-Ə`ləm: qamus təracim li-əĢhəri-r-ricəl va-n-nisə
minə-l-'arab va-l-mustə`ribin va-l-mustəĢriqin. 1954, II nəĢri, c. IV, səh. 77-78).
55. Əbu Sərihə Hüzeyfə ibn Əsid ibn Xəlid əl-Qifəri (öl. 42/662) Qafqaz
yürüĢündən əvvəl xəlifə Ömərin əl-Cəzirə bölgəsində amili olub. Ġslamı «əl-
Hüdeybiyyə» günü qəbul edib. Onun Peyğəmbər, Əbu Bəkr, Əli ibn Əbi Talib və
Əbu Zərr haqqında hədisləri var. Ömrünü Kufədə baĢa vurub
(Ġbn Hacər əl-
Əskaləni. Təhzibu-t-təhzib. Beyrut. 1968, с II. səh. 219; Muhamməd ibn Hibbən
əl-Busti. Kitab məĢəhir üləma'i-l-əmsar. Qahirə, 1959, səh. 46; əz-Zəhəbi, Təcrid
əsmə'i-s-sahabə. Bombey. 1969. с 1, səh. 124: Tə'rix ət-Təbəri. Qahirə, 1970. c.
IV səh 23).
56.
Əl-məqasim - orduda hərbi yürüĢlər vaxtı ələ keçirilən qənimətin
bölüĢdürülməsi ilə məĢğul olan xüsusi orqan. Bu iĢə müəyyən olunmuĢ Ģəxs
«sahibu-l-məqasim» adlanırdı. O, eyni zamanda ordu baĢçısının müavini - «nə'ibu-
l-əmir» vəzifəsini yerinə yetirirdi.
57.
Əbu Abdullah Səlman ibn Rəbi'ə əl-Bəhili (öl. 35/655) Əbdü-r-
Rəhman ibn Rəbi'ənin qardaĢı; Məhəmməd peyğəmbərin əshabələrindən biri,
fəqih, müsəlmanların bir çox mühüm döyüĢlərinin iĢtirakçısı, süvari qoĢun
hissələrinin baĢçısı. Atçılıq iĢinə yaxĢı bələd olduğundan və süvari dəstələrinə
məharətlə rəhbərlik etdiyindən o, müasirləri arasında «Səlman əl-xeyl» (Süvarilər
Səlmanı) ləqəbini qazanmıĢdı. Əl-Qədisiyyə vuruĢunda (14/635) misilsiz Ģəxsi
hünər nümayiĢ etdirərək, atlı dəstələrini döyüĢ vaxtı böyük bacarıqla idarə etdiyinə
görə xəlifə Ömər onu süvari qoĢun hissələrinə müfəttiĢ təyin edir. Sə'd ibn Əbi
Vaqqas xəlifə Ömər vaxtında Ġraqdakı qoĢunlara baĢ komandan təyin olunduqda
ordunu yenidən təĢkil edir və Səlmanı süvari qoĢunların baĢında qoyur. Xəlifə
Osmanın dövründə isə Səlman xəlifənin Anadolluda və Qafqazda ən nüfuzlu
sərkərdəsi olur. Səlman Qafqazda gedən bir çox döyüĢlərə rəhbərlik edib. Onun
vəfatı tarixinə gəlincə bu haqda tarixi mənbələrdəki məlumatlar son dərəcə
ziddiyyətlidir. Belə ki, bu məlumatlar 25-31 (645-65l)-ci illər arasında tərəddüd
edir. Bəzi mənbələr Bələncərdə onun qardaĢı Əbdü-r-Rəhmanın deyil, Səlmanın
həlak olduğunu qeyd edir
(Ġbn Kuteybə. əl-Mə'arif. Qahirə. 1969. səh. 433; Ġbn
Hacər Əskaləni. Təhzibu-t-təhzib. Beyrut. 1968, c. IV, səh. 136. 137; Tə'rix ət-
Təbəri, Qahirə. 1969. с III. səh 489; Saleh Mehdi ƏmmaĢ. Kuteybə ibn Muslim əl-
Bəhili Bağdad, 1978. səh. 14. 36. 37; Mühəmməd ibn Hibbən əl-Busti. Qahirə.
1959. səh. 101; əz-Zəhəbi. Tə`rixu-l-isləm. Qahirə, 1368-ci h.i., с II, səh. 77. 87;