Azərbaycan Milli Elmlər Akademiyası (amea) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan



Yüklə 18,86 Kb.

tarix11.04.2018
ölçüsü18,86 Kb.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək 

Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və 

texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin 

genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi 

üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi 

ilə qərara alıram: 

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan 

sonra – “YT Park”) yaradılsın. 

2. Müəyyən edilsin ki, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların 

hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-

konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə 

tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və 

idarəetmə qurumları olan ərazidir. 

3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər 

Akademiyası həyata keçirir. 

4. Azərbaycan Milli Elmlər Akademiyası “YT Park”ın ərazisində xarici və daxili 

infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün 

digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün. 

5. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər 

Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli 

Cəmiyyəti yaradılsın. 

6. “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra 

– Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət 

təşkilatına və orqanına həvalə edilsin: 

6.1. Azərbaycan Milli Elmlər Akademiyasına: 

6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi

6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi; 

6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən 

olunması və xərclər smetasının təsdiq edilməsi; 

6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların 

səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; 




6.1.5. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və 

filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad 

edilməsi; 

6.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının 

təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 

6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin 

(xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri 

Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması 

haqqında qərar qəbul edilməsi; 

6.2. Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Azərbaycan Respublikasının 

Ə

mlak Məsələləri Dövlət Komitəsinə: 



6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının 

miqdarının müəyyən edilməsi; 

6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə 

cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi; 

6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 

7. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

həyata keçirilir. 

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə 

bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin; 

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 

Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin; 

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

8.4. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə 

yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq 

sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay 

müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat 

versin; 

8.5. bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri 

maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma 



xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini 

təmin etsin; 

8.6. “YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata 

keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki 

və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli 

Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

8.7. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və 

prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq 

ə

məkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb 



edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli 

Elmlər Akademiyası ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin; 

8.8. “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə 

dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin; 

8.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak 

Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün. 

  

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 noyabr 2016-cı il. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə