Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

iz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

“Hicaz”,  “Şaşmakom”.  6  lad  sistemi  var:  “Buzruk”,  “Rast”,  “Navo”, 

“Duqox”,  “Seqox”,  “İrok”.  Emosional-obrazlı  modus,  bu  və  ya  digər 

lada  aid,  birhissəli  və  ya  çoxhissəli  vokal,  vokal-instrumental  və  ya 

instrumental  formadır  solist  və  ya  ansambl  tərəfindən  ifa  oluna  bilər. 

Şifahi  ənənəli  professional  musiqinin janr  sisteminə  daxildir.

MANƏND.  “Zabul Segah”  dəstgahmda  “O rta Segah”a keçməzdən əvvəl 

“Muyə”  ilə  “Segah”  arasında  şöbə.

MANƏNDƏ  (f.: bənzər,  oxşar).  “Zabul Segah”  dəstgahmda  “Orta Segah”a 

keçməzdən əvvəl  “Muyə”  ilə  “Segah”  arasında yerləşən  şöbə.

MANƏNDƏ-HASAR (f.:  “manənd” - kimi, bənzər, öxşar, “manəndi-hasar” 

-hasara bənzər).  “Zabul Segah” muğamında “Bərdaşt” şöbəsindən sonra 

oxunan  guşə.

MANƏNDİ-MÜXALİF (f.: manənd - kimi, bənzər, oxşar; manəndi-müxalif 

- müxalifə bənzər).  Muğam şöbəsi.  “Zabul Segah” muğamında “Muyə” 

və  “Segah”  arasında yerləşən şöbə.  Ə.Bədəlbəylinin məlumatına əsasən, 

ilk dəfə xanəndə Xan  Şuşinskinin şəxsi yaradıcılıq təşəbbüsü ilə  “Mirzə 

Hüseyn  Segahı”  muğamında  “M anəndi-m üxalif dən  başlanıb  sonra 

“Segaha”  keçilmişdir.  Belə halda “Manəndi-müxalif’  oxunan dəstgahın 

bir  növ  müqəddiməsi  mahiyyətini  kəsb  edir.  Sonradan  bu,  muğam 

ifaçılığı  təcrübəsində  ənənəyə  çevrilmişdir.

MAYƏ.  1.  Məqamın  əsas  sabit pərdəsi;

2.  Dəstgahlarm  birinci  şöbəsi.  Muğamat  ifaçılığında,  bir  qayda  olaraq 

bəm  registrdən  zilə  doğru,  şöbədən-şöbəyə  keçərək  dəstgahın  inkişafı 

prosesi  hər  nə  qədər  davam  etdirilərsə  etdirilsin,  muğamın  mayəsi  öz 

cazibə qüvvəsinin əvvəl-axır üstün gələcəyini göstərəcək, nəticədə dəstgah 

yenə  də  mayəyə  qayıdıb,  yenidən  məhz  mayədə,  mayə  pərdəsində 

tamamlanacaqdır;

3.  Yaxın Şərq xalqları musiqisinin əsasını təşkil edən altı avazatdan biri.

MAVƏRƏNNƏHR.  1.  “Dügah” dəstgahmda “Ruh-ül-ərvah” ilə “Hüseyni” 

arasında yerləşən şöbə;

2.  Azərbaycan klassik musiqisində:  “Rast”  dəstgahmda “Bayatı-Qacar” 

ilə “Bal-Kəbutər” arasında; “Rahab” dəstgahmda “Zəmin-xara” ilə “Bal- 

kəbutər”  arasında;  “Çahargah”  dəstgahmda  “Zəmin-xara”  ilə  “Hicaz” 

arasında  olan  şöbə;

3.  İran  musiqisində:  “Rast-pəncgah”  dəstgahmda  “Əbülçəp”  ilə  “Rak- 

Abdulla”  şöbələri arasında yerləşən guşə.

M İRZƏ  HÜSEYN SEGAHI.  “ O rta Segah”dan bir kvarta yuxanda  olan 

“Segah”.

42

MELODİYA.  1.  Təranə, hava; müəyyən yüksəkliyə, uzunluq və cazibə qüv­

vəsinə  malik  (lad  və  metrə  əsaslanan)  səslərin  birsəsli  qaydada  ardıcıl 

birləşərək  əmələ  gətirdiyi  quruluş.  Musiqi  əsərinin  əsasını  təşkil  edən 

müxtəlif  obraz  və  əhvali-ruhiyyəni  əks  etdirməyə  qadir  olan  mühüm 

ifadə  vasitəsi.

2.  Homofon  quruluşlu  musiqidə  ən  ifadəli  səs.

3.  Harmonik  çalışmalarda  yuxarı  səsin şərti  adı.

MELİZMLƏR  (yun.  melismos -  xüsusi bir üsul üzrə  oxuma).  Melodiyanın 

ayrı-ayrı  səsləri  ətrafında  gəzişmədən  əmələ  gələn  melodik  dönmələri, 

bəzəkləri göstərən xüsusi işarələr.

Melizmlər bunlardır:  forşlaq,  qruppetto,  mordent,  ikiqat mordent,  trel.

MƏCLİS. Oturmaq yeri, yığıncaq yeri. Mədrəsədə “dərs otağı”, “qəbul otağı”, 

“görüş  yeri”  mənalarında  işlənmişdir.  Müasir  dövrdə  Türkiyə,  İran  və 

Azərbaycanda  parlament  mənasında  da  işlənir.  Müsəlman  ölkələrində 

məclislər ictimai və mədəni həyatda geniş yayılmışdır.  Xüsusilə alimləri, 

şairləri,  xanəndə  və  musiqi  ifaçılarını  özündə  birləşdirən  məclislər 

mədəniyyət  tarixinin  inkişafında  mühüm  rol  oynamışdır.

MƏCLİSİ-ÜNS  (ərəbcədən  tərcümədə:  ülfət  məclisi).  Ədəbi məclis.

1864-cü  ildə  Şuşada,  şair  H .A .A gahın  evində  təşkil  olunm uş, 

X .N atəvanın  rəhbərliyi  ilə  1897-ci  ilədək  fəaliyyət  göstərm işdir. 

X .N atəvan,  M .P .Fəna,  M .Ə .N övrəs,  A .H .Y üzbaşov,  M .M əmai, 

M.S.Piran və b.  şairlər məclisin fəal iştirakçıları idilər.  Məclisə Qarabağ 

xanəndələri də dəvət olunur və onlar şairlərin qəzəlləri əsasında muğamlar 

ifa  edirdilər.

MƏCLİSİ-FƏRAMUŞAN  (farscadan  tərcümədə:  unudulanlar  məclisi). 

Ədəbi məclis.  1872-ci ildə  M.M.Nəvvabın evində təşkil edilmiş,  1910-cu 

ilədək  fəaliyyət  göstərmişdir.  M.M.Nəvvab,  H.Qaradaği,  F.Kəminə, 

A.Asi,  M.Ə.Baki,  B.Səbur,  B.Fədai,  M.Katib və  b.  şairlər məclisin fəal 

iştirakçıları idilər.  Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak 

edirdilər.

MƏCMƏÜŞ-ŞÜƏRA (ərəbcədən tərçümədə: şairlər yığıncağı). Ədəbi məclis. 

1880-ci  ildə  B akıda  təşkil  edilm işdir.  M .C ürm inin,  sonralar  isə 

A.Sürəyyanın rəhbərliyi ilə təxminən 1915-ci ilədək fəaliyyət göstərmişdir. 

Zülali,  M.Dilxun,  Ə.Vaqif,  Ə.Cənnəti,  Ə.Yusif,  K.Salik,  M.Müsəvvir, 

M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq 

sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin 

qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə edilirdi.

MƏĞLUB.  “Çahargah”  dəstgahmda  “Müxalifdən  sonra  gələn  guşə.

43

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə