İz
a
h
lı
m
u
ğ
a
m
lü
ğ
ə
ti
BİDAD (hərfi mənada: haqsızlıqdan şikayət). “Hümayun” dəstgahında
beşinci pillədə ifa olunan həzin və kədərli əhval-ruhiyyəli guşə.
BOĞAZ. Xanəndənin şəxsi yaradıcılıq məhsulu kimi onun ifaçılıq üslubuna
xas və mənsub olan ən kiçik avaz ifadələri.
BUSƏLİK. Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən muğam
lardan üçüncüsü.
BÜZÜRG. Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən muğam
lardan səkkizincisi, “Şur” dəstgahlarmda son şöbələrdən biri.
BƏSTƏ-NİGAR. “Çahargah” dəstgahının ilk əsas şöbələrindən biri.
14
CABBAR QARYAĞDIOĞLU ADINA MUĞAM ÜÇLÜYÜ. 1987-ci ildə
M.M aqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində
yaradılm ış ilk muğam triosudur. Tərkibi: xalq artistləri Möhlət
Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və Zahid Quliyev
(xanəndə).
Sonrakı illərdə muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanın
müxtəlif ölkələrində qastrol səfərlərində olmuşdur. Xanəndələri müşayiət
edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.
CƏLD MlZRAB. Tar ifaçılığmda ənənəvi mizrab işlətmə üsulu. Əsasən triol-
larla ifa edilir. ’’Segah”, ’’Çahargah”, ’’Mahur-Hindi” və b. muğamlarda
rast gəlinir.
CİDAYİ. Muğam şöbəsi. ”Şur” muğam ailəsindən olan kiçik həcmli “Dəşti”
muğamının ikinci şöbəsi (farsca Cidayi “mizraq”,“süngü” deməkdir).
Həyəcanlı əhvali-ruhiyyə daşıyır.
CÜMLƏ. Musiqidə ən kiçik quruluş. Müəyyən kadensiya ilə yekunlaşır.
Muğam şöbələrinin quruluşu cümlələrdən ibarət olur.
15
İz
a
h
lı
m
u
ğ
a
m
lü
ğ
ə
ti
İz
a
h
lı
m
u
ğ
a
m
lü
,
ÇAHARGAH MƏQAMI (farsca hərfi mənası: çahar “dörd” + gah “mövqe”,
“məkan”, “vəziyyət”). 1. Azərbaycan musiqisində yeddi əsas məqamdan
biri (Ü.Hacıbəyli). Quruluşu: 1/2- 1 1/2, l/2tonform ulluüçtetraxordun
qovuşuq və yanaşı üsullarla (I və II tetraxordlar - qovuşuq (xl), II və III
tetraxordlar yanaşı - b.2 intervalı məsafəsində) birləşməsindən ibarətdir;
səssırası 11 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın
səssırasının II, IV, VI, VIII, IX (IX#), XI pillələri istinad-dayaq pilləsi
kimi “Çahargah” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda
qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır (do çahargah
məqamının səssırası).
ÇAHARGAH MUĞAMI. Azərbaycan şifahi ənənəli professional musiqisində
ən böyük muğam dəstgahı. Məcmusu: “Bərdaşt”, “Mayəyi-Çahargah”,
“Bəstə-Nigar”, “H asar”, “M üalif”, “Qərrə”, “M üxalif’, “Məğlub”,
“M ənsuriyyə”, “Ü zzal”, “Ç ahargaha ayaq” şöbə və guşələrindən
ibarətdir. Hazırda dəstgahm yığcam və lakonik ifası məqsədilə: “Bərdaşt”,
“Mayəyi-Çahargah”, “Bəstə-Nigar” (“Cövhəri”), “Hasar”, “M üxalif’,
“ M əğ lu b ” , “M ənsuriyyə” (zərbi m uğam ) tərk ib d ə ifa olunur.
“Çahargah” Şərq xalqları musiqisində də geniş yayılmış muğamlardan
biridir. “Çahargah” orta əsrlərdə Yaxın Şərq xalqlarının musiqisində
muğam şöbəsi olmuşdur (Ə.Marağayi).
XIX əsr Azərbaycan musiqisində “Çahargah” dəstgahı aşağıdakı muğam
şöbələrindən ibarət idi: “Çahargah”, “Segah”, “Zabul”, “Yədi-hasar”,
“M üxalif’, “Məğlub”, “Mənsuriyyə”, “Zəmin-xara”, Mavərənnəhr”,
16
J5
W
“Hicaz”, “Şahnaz”, “Azərbaycam”, “Əşiran”, “Zəng-şötör” və “ Kərkuki”
(M.M.Nəvvab). “Çahargah” parlaq, virtuoz, qəhrəmanlıq xarakterli,
dərin dramatik məzmunlu bir dəstgahdır. Musiqişünas alimlərin fikrincə,
“Çahargah” məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır
(M.M.Nəvvab “Vüzuh-ül-ərqam”). “Çahargah” dinləyicidə coşğunluq
və ehtiras hissi oyadır (Ü.Hacıbəyli. “Azərbaycan xalq musiqisinin
əsasları”).
ÇAHARGAH MUĞAMININ NOT YAZILARI. Bu dəstgah müxtəlif muğam
ifaçılarından nota salınmışdır: N. Məmmədov instrumental şəkildə tarzən
Əhməd Bakıxanovun ifasından (1962), vokal-instrum ental şəkildə
xanəndə Yaqub Məmmədov və muğam üçlüyünün ifasından (1970),
A.Əsədullayev instrumental şəkildə tarzən Elxan Mirzəfərovun ifasından
(2005) nota yazmışlar.
Bütün bu not yazıları “Azərbaycan xalq musiqisinin antologiyası”na
daxil edilmişdir.
ÇAHAR MİZRAB. Tar ifaçılığında ənənəvi mizrab işlətmə üsullarından
biri, əsasən səslərin dörd-dörd qruplaşdırılmasmdan ibarət çalğı. Çahar
mizrab cingənə simlərin, kök simin və ya ağ simlərdən birinin hər dəfə
ostinat kimi və müəyyən metroritmi saxlamaqla yaradılır. Çahar mizrab
üsulu “Rast”, ’’Mahur”, ’’Çahargah”, ’’Dügah”, ’’Q atar” və s. muğam
larda daim işlədilir.
ÇALĞI ALƏTLƏRİ FƏSİLƏSİ. Eyni quruluşa və səsçıxartma prinsipinə
malik, lakin ölçüsünə görə fərqlənən alətlər qrupu. Bu tip alətlər oxşar
tembrli olsa da, səssıraları müxtəlif registri əhatə edir. Məsələn, saz, tar
və s. alətlər fəsiləsi vardır.
ÇANAQ. Simli alətlərin gövdəsi. Onun üzərinə simlər çəkilir, simlərin dartıl
masından alman səslərin rezonansım artırır.
ÇƏKAVƏK. İran musiqisində “Humayun” dəstgahının əvvəlində oxunan
muğam şöbəsi.
ÇƏNG. Üçbucaq şəklində simli, dartımlı musiqi aləti.
ÇƏQANƏ. Kamanla çalman dördsimli çalğı aləti. XIX əsrin sonlarına
kimi Azərbaycan ərazisində mövcud olmuşdur. Müasir dövrdə bərpa
olunaraq, qədim musiqi alətləri ansamblında istifadə olunur.
ÇOBAN BAYATI. Çobanların tütəkdə çaldıqları bayatı. Sonralar bu musiqi
frazası inkişaf edərək peşəkar səviyyəyə çatmış və “Çoban bayatı” adlı
muğam parçasıda çevrilmişdir.
. !
İz
a
h
lı
m
u
ğ
a
m
lü
ğ
ə
ti