Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   2   3   4   5   6   7   8   9   ...   19

 

psixoloji t



əhdidlərlə  üzləşir.  Qlobal  şəbəkədə  ziyanlı 

m

əlumatlarla zəngin  səhifələrin  mövcud  olması  uşaqların 



bilm

əyərəkdən  burada  yaşa  uyğun  olmayan  şəkillərlə,  cinsi 

istismarı,  aqressiyanı  və  zorakılığı  təbliğ  edən  mətnlərlə 

rast


laşmasına gətirib çıxarır.  

Reallıq budur ki, İnternetdə yerləşdirilmiş informasiya 

heç bir 

senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan 

toplan

dığından,  hər dəfə  İnternet  resurslarından  istifadə 



ed

ərkən uşaqlar təhlükəli və zərərli informasiyalarla  zəngin 

bir dünya il

ə təkbətək qalır. Bu da onların mənəvi-psixoloji 

sağlamlığına  təsir edir.  Bütün bunlar isə  İC-nin 

formalaşmasının mənfi təzahürləri kimi özünü göstərir. 

 





I.

  

İNTERNET

 



  

ONUN

 

YARATDIĞI

 

TƏHLÜKƏLƏR 

İnternet  uşaqların  daha  çox  informasiya  qəbul  edəcəyi 

bir mənbə olduğundan, istənilən məlumatı asanlıqla əldə edə 

bilirlər.  Faydalı  məlumatlarla  yanaşı,  eyni  zamanda  onlara 

zərər verə biləcək məlumatlarla zəngin İnternet səhifələrinin 

mövcudluğu,  şəbəkələrdə  olan  təhlükələrin  ciddiliyindən 

xəbərsiz  olduqlarından,  İnternetdən  istifadə  zamanı  həm 

özlərinin,  həm  də  istifadə  etdikləri  kompüterin 

təhlükəsizliyinin pozulmasına səbəb olan bir çox təhlükələrlə 

qarşılaşırlar. 

Onlayn mühitdə uşaqların təhlükə ilə qarşılaşması üçün 

kifayət qədər geniş imkanlar var. İnternetdən istifadə zamanı 

onlar həm texniki, həm də sosial-psixoloji təhdidlərə  məruz 

qala  bilir.  Uşaqlar  sosial  şəbəkələrdə,  çat  və  forumlarda  

təhqirlə,  qeyri-etik  davranışla  qarşılaşır  və  bu  da  onların 

həyatında zaman keçdikcə öz mənfi təsirini göstərir.  

Qanunazidd  hərəkətlər,  zorakılıq,  uşaqları  cinayətə, 

terrora, pis yollara cəlb edən insanlar üçün elektron mühit bir 

meydandır  və  onlar  uşaqlardan  müxtəlif  məqsədlər  üçün 

istifadə  edirlər.  Bunun  nəticəsi  olaraq,  uşaqların  əksəriyyəti 




 

İnternetdə  aldadılır,  təhqirlərə  məruz  qalır  və  bütün  bunlar 



uşaq istismarına yol açır.  

İnternet  müasir dövrdə  uşaqların  əsas  məşğuliyyətinə 

çevril

ərək onları yaxınlarından uzaqlaşdırır, ailələrin tərbiyə 



etdiyi kimi deyil, 

virtual aləmin "diktə" etdiyi kimi  hərəkət 

etməyə  sövq  edir.  Onlar informasiya selinin  qarşısında 

dayana bilm

əyərək düşünüb düzgün qərar verməkdə çətinlik 

ç

əkirlər  və  getdikcə  dəyərləri  tərk  edir,  ətrafa  qlobal  aləm 



kimi  yanaşaraq  kosmopolit  düşüncələrlə  yaşayırlar.  Bu 

proses  getdikcə  dərinləşir,  gənclərin  dünyaya  baxışlarını 

dəyişərək onlarda vətənsizləşmə hissləri yaradır.   

Qlobal  şəbəkədən  aldığı  məlumatlar  birbaşa  azyaşlı 

istifad

əçinin şüuruna  təsir edir, müxtəlif cəmiyyətlərə, yaxud 



h

əyat tərzinə  rəğbət  oyadır.  Hardasa  ürəkaçan,  xoşbəxt bir 

mühiti, yaxud v

ərdişləri təbliğ edir. Bu isə bir növ uşaqlarda 

"beyin yuyulması"  (Brain wash) işini həyata keçirir.   

Valideynlər çıxış yolunu uşaqlara İnternetdən istifadəni 

qadağan  etməkdə  görürlər,  əksinə  bu  yanaşma  onların 

şəbəkəyə marağını daha da artırır. 




 

1.1. 



Uşaqların İnternet mühitində qarşılaşdığı 

t

əhlükələrin təsnifatı 

 

İnternet  istifadəsi  zamanı  uşaqların  həm  şəxsi 



təhlükəsizliyinə,  həm  də  istifadə  etdikləri  kompüterin 

təhlükəsizliyinə  yönəlmiş  müxtəlif  təhlükələrin  baş  verməsi 

mümkündür. Bu t

əhlükələri  aşağıdakı kimi təsnifatlaşdırmaq 

olar: 



 



Cinayətkarların hədəfinə çevrilmə 

 



Zərərli informasiya ilə məlumatlandırma 

 



İnternet-asılılıq 

 



Zərərli oyunlar 

 



“Phishing” 

texnologiyası 

 

Zərərli proqramlar. 



Cinayətkarların  hədəfinə  çevrilmə.  Çox  vaxt  uşaq və 

ya  yeniyetmə  psixoloji  problemlər  yaşayır,  ailəsində  ala 

bilmədiyi  mehribanlığı  İnternetdə  başqalarında  axtarır. 

Bədniyyətli  şəxslər  onların  bu  psixoloji  vəziyyətindən  

istifadə  edərək  uşaqlarla  mehriban  münasibət  qurmaqla 

təcrübəsi  az olan insanları  öz  torlarına  salırlar. Bu prosesin 

qurbanı  olan  uşaqlar  onlayn  mühitdə  təhlükə  ilə  üzləşə, 

cinayətkarların  potensial  hədəfinə  çevrilə  bilərlər.  Ünsiyyət 

virtual şəxslə baş verdiyindən iştirakçılar fiziki olaraq təqdim 



 

olunmurlar, y



əni virtual aləmdə müxtəlif virtual vəziyyətlərlə 

t

əqdim edilirlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat 



mübadiləsi  zamanı,  sosial  şəbəkələrdə,  çatlarda,  forumlarda 

və  elektron  poçtla  təmasda  olurlar.  İnternetdə 

ünsiyyətin  anonimliyi dostluq və inam münasibətlərinin tez 

yaranmasına  kömək  edir.  Bədniyyətli  insanlar  anonimliyin 

bu  üstünlüyündən  istifadə  edərək,  təcrübəsiz  gənclərlə 

münasibət  qurmaq  üçün  əlverişli  bir  vasitə  kimi  istifadə 

edirlər. Cinayətkarlar uşaq psixologiyasını, maraqlarını, yaşa 

uyğun  tələblərini öyrənir, gənc  insanlara  daha  artıq  diqqət, 

qayğı  və  mehribanlıqla  rəftar edərək, onlarla “dostluq” 

münasib


ətləri qurur və real həyatda onlarla görüşməyə cəhd 

edirl


ər. Statistikaya görə  İnternet  istifadəçisi olan 9-16  yaş 

arası  uşaqların  30%-i  əvvəlcədən  tanımadığı  insanlarla  real 

h

əyatda  görüşdüyünü  və  bunun riskli, amma əyləncəli 



olduğunu  söyləmişdir.  9-10  yaş  arası  uşaqlar  isə  virtual 

al

əmdə  nə  qədər  yaxın  münasibət qursalar  da, real aləmdə 



görüşməkdən ehtiyat edir və  hətta  belə  görüşə  gedənlərin 

31%  bundan narahat olduqlarını bildirmişdir  [1]. 

Yeniyetmələrin çoxu  veb-gündəliklərə və ya bloqlara, 

sosial şəbəkələrə  şəxsi  məlumatlarını (adı, ailəsi haqqında, 

yaşayış yeri, oxuduğu məktəb, telefonları və s.) tam şəkildə 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə