Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   2   3   4   5   6   7   8   9   ...   19

10 

 

yerləşdirirlər.  Bununla  da  özlərinə  qarşı  hər  hansı  cinayət 



planının  hazırlanmasına  şərait  yaratmış  olurlar.  Veb-

gündəliklər – məlumatların məhsuldar və dinamik bir şəkildə 

paylaşımını  təmin  edən  onlayn  gündəliklər  olduğundan, 

zamanında  yeniyetmə  haqqında  lazım  olan  informasiyanı 

təmin  edən  yaxşı  bir  vasitədir.  Bu  isə  uşaqlara  əlyetərliyə 

şərait  yaradır,  onların  istismarına  və    cinayətkar  planlarının 

qurbanı olmağa gətirib çıxarır. 

Zərərli  informasiya  ilə  məlumatlandırma.  İnternetdə 

informasiya 

bolluğu,  eyni  zamanda  sürətlə  yenilənmə 

onlardan han

sının  zərərli,  hansının  zərərsiz  olduğunu  analiz 

etməyi  çətinləşdirir.  İnformasiya  yerləşdirən  şəxslər  öz 

mədəniyyətini,  tərbiyəsini,  yaxud  pis  niyyətlərini  onlayn 

mühitdə təbliğ edir. İnternet üzərindən dini, irqi, milli, sosial 

nifrəti  qızışdıran  məlumatları,  cinsi istismar  (Grooming-lər 

tərəfindən) xarakterli informasiyaları yayırlar. Eyni zamanda 

buraya narkotikd

ən istifadə  və  onun  hazırlanması,  müxtəlif 

z

ərərli və  partlayıcı  maddələrin  ev  şəraitində  düzəldilməsi, 



terrora c

əlbetməni dəstəkləyən məlumatlar aid edilə  bilər. 

G

ənc istifadəçilər daxil olduğu saytlarda yaşa uyğun olmayan 



informasiya,  yaxud  uşaq  intiharına    gətirib  çıxaran 

m

əlumatlarla qarşılaşa  bilərlər [2]. 




11 

 

Cinay



ətkarlar  İnternetdən bir təbliğat  üsulu  kimi 

istifad


ə edərək, çirkin planlarını həyata keçirmək üçün uşaq 

v

ə  yeniyetmələrdən istifadə  edirlər. Buna misal olaraq, son 



günl

ərdə aktual olan bir mövzunu göstərmək olar. Məsələn, 

"İŞİD"  terror  qruplaşmasının  üzvləri  arasında  mübarizə 

ap

aran  10  yaşlı  uşağın  videosunu  sosial  şəbəkələrdə 



paylaşaraq,  onu  Suriya  və  İraq  ərazisi  uğrunda  gedən 

döyüşlərdə  həlak  olmuş  qəhrəman kimi təqdim edirlər [3]. 

Eyni zamanda www.youtube.com 

saytında çağırış xarakterli 

video-çarxlar, filml

ər yerləşdirərək yeniyetmələri bu terrorçu 

qrupa c

əlb etməyə  çalışırlar.  Uşaqların  hələ  formalaşmamış 



dünyagörüşünü  korlayaraq,  müxtəlif  məlumatların  yanlış 

t

əbliğatını aparırlar.  



Veb-

səhifələrdə  diqqət  çəkən  elə  bir  reklam  çarxı, 

çağırış, yaxud İnternetdə işlədilən qeyri-etik, jarqon ifadələr, 

pis  vərdişlər  ola  bilər  ki,  uşaq  maraqlarını  tamamilə  qeyri-

sağlam bir mühitə, hətta terrora belə cəmləşdirə bilər. Bəzən 

uşaqların evdən getməsi, cinayətkarlarla görüşməsi, onlardan 

istismar 

məqsədilə  istifadə  edilməsi  İnternet  mühitinin 

ailələrə bəxş etdiyi mənfi məlumatların nəticəsində baş verir.  

Dünyada  müxtəlif  qurumlar,  təşkilatlar  yeniyetmələri 

pis  vərdişlərə,  onlara  zərər  verə  biləcək  hər  bir  məlumata 



12 

 

qarşı mübarizə aparır. Uşaqların cinsi istismarı ilə mübarizə 



aparan  hollandiyalı  bir  yardım  dərnəyi  tərəfindən  təklif 

olunan  layihə  dünyanın  hər  yerindən  olan  pedofilləri  cəlb 

etmişdi.  İnternetdə  keçirilən  əməliyyat  zamanı  bir  İnternet 

hesabının  filippinli  bir  qıza  aid  olduğu  göstərilmişdir.  Bu 

hesaba  dünyanın  71  ölkəsindən  müraciət  edən  1000  nəfərə 

yaxın  insan  “Sweetie”  adıyla  açılan  hesabın  həmin  qıza  aid 

olduğunu zənn edərək onu cinsi istismara təşviq etmişdir. Bu 

insanlar arasında olan 110 nəfər İngiltərə vətəndaşının adları 

İngiltərənin  Milli  Cinayət  Təşkilatına  göndərilmiş  və  bir 

nəfər  Avstraliya  vətəndaşına  hökm  oxunmuşdur.  Avstraliya 

vətəndaşı  Scott  Robert  Hansen  özünə  qarşı  qoyulmuş  üç 

ittihamı  qəbul  etmiş  və    “Sweetie”yə  ədəbsiz  fotoşəkillər 

göndərdiyini,  şəxsi  kompüterində  uşaq  cinsi  istismarına  aid 

görüntülərinə  sahib  olduğunu  və  cinsi  istismarçılara  tətbiq 

olunan məhdudiyyətləri pozduğunu qəbul etmişdir və ona iki 

il həbs cəzası verilmişdir [4]. 



İnternet-asılılıq.  Şəbəkələrdə  oyunlarla, informasiya 

axtarışı  ilə  məşğul  olan,  yaxud bütün gününü sosial 

şəbəkələrdə  keçirən  uşaqlar var. Onlar  bəzən  lazım  olan  və 

olmayan  hər  şey  barəsində  İnternetdə  axtarışlar  edir,  yaxud 




13 

 

şəbəkə  oyunları  oynayır,  vaxtının  cox  hissəsini  kompüter 



arxasında keçirirlər, bu isə əksər valideynləri narahat edir [5]. 

Uşaq  və  yeniyetmələrin  kompüterdən  istifadəsi 

müxtəlif  zaman  intervallarında  olmalıdır.  Uşaqlar 

kompüterdən  müəyyən  biliklər  əldə  edir,  amma  onların 

kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların 

texnologiyaya  olan  marağı  özlərinin  sağlamlığının  və 

psixologiyasının  korlanmasına  səbəb  olar.  Saatlarla  vaxtını 

kompüter arxasında keçirən uşaq fiziki olaraq dəyişir, onların 

dayaq

hərəkət sistemi pozulur, sanki "pinqvinləşir". Çox vaxt 



onlar 

müəyyən maraqlarını ödəmək üçün kirpiyini qırpmadan 

uzun  müddət  kompüterin  arxasından  qalxmırlar.  Yaxın 

məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. 

Nəticədə,  gözlərin  buynuz  qişası  quruyur,  göz  sağlamlığını 

itirir 


və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. 

Digər  tərəfdən,  bu  maraqlar  daha  da  dərinləşərək  onları 

İnternetdən  asılı  vəziyyətə  salır.  İnternetdə  informasiya 

asılılığına  məruz  qalanlar  müxtəlif  kibercinayətlərin  həm 

obyekti, həm də subyekti kimi çıxış edə bilirlər [6]. 

İnsanlarda  kiçik  yaşlarından  başlayaraq  ətrafdakılarla 

ünsiyyət  vərdişləri  formalaşır.  Virtual  aləmdə  tanımadığı 

“tanışları”  və  “dostları”  ilə  hər  gün  ünsiyyət  qurması  və 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə