Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

34 

 

zamanda 



İnternet  istifadəçisi olan uşaqlarla  bağlı  hesabatlar 

hazırlamağı və İnternetdən asılılıq məsələlərini əhatə edir . 



eSafety Kit Online. 

i

stifad



əçiləri  İnternetdəki 

t

əhlükələrdən,  kiberzorakılıqlardan 



qorumaq m

əqsədini  daşıyır.  eSafety 

Kit Online layih

əsi təqdimat və 

maarifl

əndirmə istiqamətli materiallar yayır [20]. eSafety Kit 



Online valideynl

ər, müəllimlər və  6-12  yaş  qrupu  uşaqlarla 

işləyir. Layihə  23  ölkədə  18 dildə  fəaliyyət göstərir. Bu 

dill


ərdə bukletlərin, məlumatlandırma vasitələrinin çapını və 

yayılmasını  təşkil  edərək onlayn mühitdə  hədəf  qruplarını 

maksimum 

əhatə etməyi nəzərdə tutur. İnteraktiv ailə paketi 

is

ə 

valideynl



ərə 

övladlarının 

İnternet mühitində 

mühafiz


əsində  bələdçilik edir. www.esafetykit.net  saytı 

vasit


əsilə  koordinasiya edilir. Saytda müxtəlif viktorinalar

əyləncəli-öyrədici oyunlar və  faydalı  məsləhətlər təqdim 

olunur  ki,  bu  da  uşaqları  İnternetdə  olan təhlükələr barədə 

motivasiya edir [20]. 



 

 


35 

 

II.



 

RƏQƏMSAL

 

ALƏMDƏ

 

UŞAQLARIN

 

DAVRANIŞLARI 

Uşaqların  İnternetdə  qarşılaşdığı  təhlükələrlə  bağlı 

aparılan  araşdırmalara  görə  İnternetdən  istifadə  zamanı 

onların əksəriyyətinin öz təəssüratlarını valideynləri ilə deyil, 

dostları,  yaşıdları  ilə  bölüşdüyü  məlum  olmuşdur. 

Təhlükələrlə  qarşılaşmış  uşaqların  yarıdan  çoxunun  isə  bu 

mövzu  barəsində  heç  kimlə  fikir  mübadiləsi  aparmır. 

İnternetdən  uşaqların  istifadəsi  onların  yaş  qruplarına  görə 

fərqlidir.  İstər  sosial  şəbəkələrdə,  istərsə  də  rəqəmsal 

əşyalarla münasibətdə  bu fərqlər özünü göstərir.  

 

2.1. İnformasiya təhlükəsizliyinin yaşa uyğun 

xüsusiyy

ətləri 

 

Yaş  psixologiyası  real  həyatda  olduğu  kimi  elektron 



mühitdə də fərqlidir. 6 yaş -17 yaş arası uşaqların İnternetdə 

hansı təhlükələrlə qarşılaşdığını nəzərdən keçirək  [21]. 



6  yaşlı  uşaqların  İnternet  təhlükəsizliyi.  Bu  yaşda 

uşaqlar  ətrafda  olanlarla  yeni  tanış  olur,  həyatda  hər  şeyə 

müsbət  baxışlarla  baxırlar. Onlar  öyrəndikləri  hər  bir  şeylə, 

özlərinin  oxuma  və  sayma  qabiliyyətləri  ilə  fəxr  edir  və  öz 

ideyalarını  bölüşdürməyi  xoşlayırlar.  Bu  yaşda  uşaqlar 



36 

 

oyunları  çox  sevir  və  mausdan  istifadə  etməyi  bəzən 



böyüklərdən  yaxşı  bacarırlar.  Amma  azyaşlılar  oxumağı, 

yazmağı  yeni  öyrəndikləri  üçün  saytların  axtarışında 

acizdirlər.  İnternetə  yalnız  valideynlərinin  iştirakı  ilə  daxil 

olmalıdırlar.  Valideynlər  onlara  İnternetdə  ünsiyyətin  real 

olmadığını  və  qeyri-ciddi bir ünsiyyət  olduğunu  başa 

sal


malıdırlar. 

7-

8  yaş  arası  uşaqların  İnternet  təhlükəsizliyi.  Bu 

yaşda olan uşaqların yaş psixologiyasından asılı olaraq, onlar 

yalnız özləri istədiyi işləri görmək istəyirlər. Valideynlərdən 

icazə  almadan  nəsə  etmək  istəyi  onlarda  təbii  bir  hal  kimi 

olar.  Onlar  texnologiyanı  sürətlə  öyrənirlər.  Həmişə 

valideynlərinin  icazə  vermədikləri  saytlara,  çatlara  baxmaq 

istəyi güclü olur. Bu yaşda uşaqlar sadəlövh və öz ailələrinə 

çox bağlı olurlar. Onlar ən çox oyunlarla maraqlanır, elektron 

poçtdan istifadə edirlər.  

Onların  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi 

üçün  İnternetdən  istifadəni  müəyyən  qaydalara  uyğun  əməl 

edi


lməsinə  təhrik  etməlidir.  Hətta  bu  siyahıları  onların 

iştirakı ilə tərtib etmək lazımdır. Uşağa bütün bunların məhz 

onun  təhlükəsizliyinin  təmin  olunması  üçün  edildiyi  başa 

salınmalıdır.  “Ağ  siyahı”da  qeyd  olunan  və  yalnız 




37 

 

valideynlərin  icazə  verdikləri  saytlara  baxa  biləcəkləri  izah 



olunmalıdır.  Müxtəlif  proqram  təminatının  köməyi  ilə  

ödənişsiz  proqram  paketlərinə  müraciətlərdə  əngəllər 

yaradılmalıdır.  

Onların  maraqları  valideynlərinin  icazəsi  olmadan  hər 

hansı faylları, proqramları və yaxud musiqini yükləməyə, ani 

mesajlaşmaya,  İnternetdə  “dost”  axtarışına  olduğundan, 

İnternetdə  təhlükəli  şəxslərlə  və  cinsi  istismarçılarla 

qarşılaşma  ehtimalı  da  yüksək  olur.    Daha  çox  vizual 

görün

tü, şəkil, musiqi onların maraq dairəsində olur.   



9-

12 yaş arası  uşaqların İnternet təhlükəsizliy. Bu yaş 

qrupundan 

olan  uşaqlar  İnternet  və  orda  mövcud  olan  

informasiya  haqda 

məlumatlıdırlar.  Həmin  informasiyanı 

görmək,  oxumaq  və  eşitmək  istəyi  tam  təbiidir.  Erkən 

yeniyetməlik  dövründə  olduqları  üçün  davranışlarında 

sərbəstlik nəzərə çarpır.  

Bu  yaşda  uşaqlar  İnternetdən  ən  çox  dərslərini 

öyrənmək  məqsədilə  istifadə  edirlər.  İstifadə  zamanı  onlar 

daha  çox  arzuolunmaz  məlumatlarla  rastlaşa  bilərlər.  Bu 

məlumatların bloklanması valideynin nəzarəti altında həyata 

keçirilməlidir. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə