Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu hafiz rüSTƏM şərqşünas-əlyazmaşünas



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix21.07.2018
ölçüsü2,23 Mb.
#57443
1   2   3   4   5   6   7   8   9   ...   21

6
Hafiz Rüstəm
xəzinəsi sayılan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi 
Əkrəm Bağırovun bir tədqiqatçı alim kimi başlıca xüsusiyyəti 
hədsiz zəhmətkeşliyi və əziyyətə qatlaşmaq bacarığıdır. Hə-
yatda da belədir, yaşamaq, dolanmaq üçün Əkrəm heç vaxt 
özünü, necə deyərlər, oda-közə atmaqdan çəkinmir. Kənardan 
baxdıqda, o, gah əliqabarlı əsl zəhmət adamını, gah da alın 
tərini silmək fürsəti belə olmayan, yorulmaq bilmədən çalı-
şan tədqiqatçı alim təsirini bağışlayır.
Əkrəmin elmi işçi kimi səciyyəvi xüsusiyyətlərindən biri 
çoxlu mütaliə etməsi və oxuduğu hər bir kitaba tənqidi ya-
naşması, öz münasibətini bildirməsidir. Əkrəm hər hansı bir 
mövzu  ilə  maraqlandımı,  onun  incəliklərini  öyrənmədən  əl 
çəkən deyil...
Əkrəmlə (həm də daha iki tədqiqatçı: Arif Ramazanov və 
Şəhla Abdullayeva ilə) bərabər dövlət sifarişinə əsasən “Far-
sca-azərbaycanca lüğət”i çox qısa müddətdə tərtib edə bildik 
(2007). Bunun ardınca yenə də Əkrəmlə və gənc şərqşünas 
Şəhla Abdullayeva ilə birgə “Azərbaycanca-farsca” lüğəti də 
(əvvəlki lüğətdən ikiqat artıq həcmdə) tərtib edib qurtarmışıq. 
İnşallah, bu yaxınlarda bu lüğət də işıq üzü görəcək və şübhə 
etmirəm ki, uzun illər çoxlarının işinə yarayacaq. Hər iki ki-
tabı hazırlayarkən Əkrəmin hər bir söz üstündə necə deyərlər, 
əsməsinin, həmin sözün bütün incəliklərini öyrənməsinin şa-
hidi olmuşam...
Əkrəm  Bağırovun  üç  kitabını  redaktə  etmişəm.  Onlar-
dan  ikisi  adı  çoxlarına  bəlli  olmayan,  lakin  dövrünün  iste-
dadlı və tanınmış şairi olmuş Rəhməti Təbrizinin (XVI-XVII 
əsrlər) yaradıcılığı, daha doğrusu, lirik şeirlər “Divanı” ilə 
bağlıdır. Bu kitablardan biri rus dilindədir və Rəhməti “Di-
van”ının tekstoloji-filoloji tədqiqinə həsr olunmuşdur (Bakı, 
“nurlan”  2006,  160  s.).  Əkrəm  Bağırovun  bu  tədqiqatı, 


7
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
onun, həqiqətən, klassik ədəbiyyata, əlyazmaşünaslıqla bağ-
lı  mətləb  və  məsələlərə  dərindən  bələdliyindən  xəbər  verir. 
Mətnşünas alimin Rəhməti Təbriziyə həsr etdiyi ikinci kitabı 
birincini tamamlayır və şair haqqında tam, dolğun təsəvvür 
yaratmağa imkan verir. Belə ki, Əkrəm Bağırovun “Rəhməti 
Təbrizi və onun Divanı” adlı ikinci kitabında (Bakı, “Nur-
lan”,  2006,  364  s.)  şairin  həyatı  və  yaradıcılığının  yığcam 
təhlili verildiyi kimi, burada həm də sənətkarın farsca şeir-
lərinin filoloji tərcüməsi, az miqdarda olan türkcə şeirlərinin 
isə  transfoneliterasiyası  təqdim  olunur.  Əkrəmin  bu  kitabı 
tədqiqatçı alimin həm də klassik fars dilinə incəliyinə qədər 
bələd olduğunu, yüksək tərcüməçilik qabiliyyətini də bu gün 
əyani şəkildə sübut edir.
Üçüncü  kitabın adı  “Anonim  Osmanlı  təzkirəsi”dir (Bakı, 
“Elm  və  Təhsil”,  2012).  Osmanlı  imperiyasının  Sultan  Sə-
lim və Sultan Süleyman dövrlərinin 138 Türk – Osmanlı şairi 
haqqında məlumat verən bu kitabı türkdilli təzkirəşünaslığa 
bir töhfə hesab etmək olar. 
Filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun bir tə-
dqiqatçı  kimi  elmi  fəaliyyətindən  söz  açarkən  ilk  növbədə 
onun Azərbaycan təzkirələrinin araşdırılması və nəşri sahə-
sində gördüyü işləri qeyd etmək lazımdır. Əlyazmaşünas alim 
təxminən  otuz  ilə  yaxındır  ki,  müəyyən  fasilələrlə  bu  sahə-
də  səmərəli  elmi  fəaliyyət  göstərir.  O,  bir  sıra  klassik  təz-
kirə nümunələri haqqında onlarca sanballı məqalə yazmaq-
la  yanaşı,  eyni  zamanda  Məhəmmədağa  Müctəhidzadənin 
“Riyazül-aşi qin”, Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif 
və müasirini-digər”, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəv-
vab” və Sadiq bəy Əfşarın “Məcməül-xəvas” əsərlərini ilk 
dəfə nəşrə hazırlamışdır. Tədqiqatçılar  yaxşı bilirlər ki, bu 
qaynaqların hər birinin ədəbiyyat tarixinin hərtərəfli araşdı-


8
Hafiz Rüstəm
rılması  işində  nə  dərəcədə  böyük  əhəmiyyəti vardır.  Əkrəm 
Bağırov  XVI-XVII  əsrlərin  görkəmli  Azərbaycan  şairi-ədə-
biyyatşünası və rəssamı Sadiq bəy Əfşarın “Məcməül-xəvas” 
(“Seçilmişlərin məclisi”) adlı olduqca dəyərli əsərini nəşrə 
hazırlarkən şəxsən özü Təbrizə getmiş və oradakı Milli Ki-
tabxanada saxlanılan əlyazmanın dəqiq surətini əldə edərək  
sözügedən kitabı ərsəyə gətirmişdir. Orta əsrlər Azərbaycan 
ədəbiyyatı  tarixi  üzrə  elmi  tədqiqat  aparan  mütəxəssislər 
üçün olduqca  dəyərli bir qaynaq olan bu kitab, eləcə də Mir 
Möhsün Nəvvabın sanballı təzkirəsi məhz Əkrəm Bağırovun 
nəşrlərindən sonra bir sıra qaranlıq mətləblərə işıq salmış, 
ayrı-ayrı  araşdırmaların  yerinə  yetirilməsində  mötəbər  və 
sanballı mənbələr kimi mühüm rol oynamışdır. Heç şübhəsiz 
ki,  bu  mötəbər  qaynaqlar  hələ  uzun  illər  bundan  sonra  da 
tədqiqatçıların, mütəxəssislərin işinə yarayacaq, onlara yar-
dımçı olacaqdır.
Əkrəm həm də bacarıqlı və istedadlı tərcüməçidir. Onun 
fars dilindən tərcümə etdiyi XIV əsr müəllifi Ziyaəddin Nəxşə-
binin “Tutinamə” əsərini oxuyan hər kəs bu işdə mütərcimin 
yüksək ustalıq və məharətinin şahidi olur. Bu kitabı ələ alan 
oxucu ondan ayrıla bilmir. Əsərdəki həm təhkiyənin cəlbedi-
ciliyinə, həm də onun rəvan və axıcı, şirin və səlis bir dillə 
çevrildiyinə valeh olur, sanki doğma ana dilində qələmə alın-
mış  bir  əsəri  mütaliə  edir.  Məlum  olduğu  kimi,  nəsrlə,  özü 
də qafiyəli nəsrlə –“səc”lə  qələmə alınan klassik Şərq əsər-
lərinin bir çoxunda nəsrlə nəzm növbələşir, yəni əsərin əsas 
hissəsini təşkil edən nəsr arasında nəzm parçaları da verilir 
ki, bu da onun estetik təsir gücünü artırır. Nəxşəbinin “Tu-
tinamə”si də bu şəkildə qurulmuşdur, nəsrlə yazılan əsərdə 
yeri gəldikcə nəzm parçaları da verilmişdir. Əkrəm Bağırov 
bu  şeir  parçalarını  da  özü  nəzmlə  poetik  tərcümə  etmiş  və 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə