Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu hafiz rüSTƏM şərqşünas-əlyazmaşünas


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix21.07.2018
ölçüsü2,23 Mb.
#57443
1   2   3   4   5   6   7   8   9   ...   21

9
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
kitabın redaktoru, Əkrəmin, elə çoxumuzun bir vaxtlar usta-
dı olmuş, görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanov 
da xeyirxahlıq göstərərək, həmin şeirləri diqqətlə oxumuş və 
sevimli yetirməsinin bu gözəl tərcümələrini bəyənmiş, ona xe-
yir-duasını əsirgəməmişdir. Bu fakt isə Əkrəmin həm də incə 
şairlik istedadından xəbər verir.
Əkrəm  Bağırovun  XII  əsr  şairi  Əsirəddin  Əxsikəti  və 
yuxarıda  adını  çəkdiyimiz  Rəhməti  Təbrizidən  etdiyi  poetik 
tərcümələri haqqında məlumatım çoxdan var idi. Bu yaxın-
larda isə Əkrəmin “Kredo” qəzetində dərc edilmiş “Söylə ya-
dındamı?” lirik poeması (onu qürbətdə - İran İslam Respub-
likasında  olarkən  yazmışdır)  onun  doğrudan  da,  əsl  qələm 
əhli  olduğunu,  yazdığını,  gözəl  şairlik  qabiliyyətini  özüm 
üçün kəşf etdim. Axı Əkrəmin özünün də etiraf etdiyi kimi o, 
bir vaxtlar şair, jurnalist olmaq arzusu ilə yaşayırmış...
Şair-publisist Hafiz Rüstəmin tələbəlik dostu Əkrəm Ba-
ğırova həsr etdiyi və onun elmi -ədəbi yaradıcılığının yığcam 
və lakonik şərh və təhlilini verdiyi bu layiqli kitabda da qeyd 
olunduğu kimi, əlyazmaşünas alim ömrünün 60 yaşında da, 
maşallah, cavanlıqdakı çeviklik və zirəkliyini, iti yaddaş və 
güclü mühakimə qabiliyyətini, işgüzarlıq və zəhmətkeşliyini 
qoruyub  saxlaya  bilmişdir.  Dostuma,  həmkarıma  möhkəm 
can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Möhsün Nağısoylu
filologiya elmləri doktoru, professor


10
Hafiz Rüstəm
ŞƏRqŞÜnAS -ƏlyAZMAŞÜnAS
ƏKRƏM BAğıRov
Respublikamızın tanınmış şərqşünas-əlyazmaşünas alim-
lərindən olan Əkrəm Bağırov haqqında yazmağa başlamaz-
dan    əvvəl AMEA-nın  veb.  saytında    təzəcə  qeydə  alınmış 
aşağıdakı informasiyanı oxudum: 
22.10.2012, 17:01
Azərbaycanlı alimlər Kazan şəhərində keçirilmiş bey-
nəlxalq konfransda iştirak ediblər.
17-18  oktyabr  2012-ci  il  tarixlərində  Rusiya  Federa-
siyasının  Tatarıstan  Respublikasında  (Kazan  şəhərində) 
“Dünya mədəniyyəti kontekstində türkdilli kitab” mövzu-
sunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda  ölkəmizi  AMEA  M.Füzuli  adına  Əlyaz-
malar İnstitutunun əməkdaşları - filologiya elmləri doktoru 
Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktorları Əli 
Əliyev və Əkrəm Bağırov təmsil etmişlər.
Ümumi  iclasda  Möhsün  Nağısoylu  “Nizami  Gəncəvi 
“Xəmsə”sinin nəfis əlyazmaları” mövzusunda məruzə ilə 
çıxış etmişdir.
Bölmə  iclaslarından  birinə  həmsədrlik  etmiş  Əkrəm 
Bağırov AMEA Əlyazmalar İnstitutunun materialları əsa-
sında hazırladığı məruzə ilə, Əli Əliyev isə folklor materi-
alları haqqında məruzə ilə çıxış etmişdir.
Konfrans iştirakçıları Tatarıstan Elmlər Akademiyasın-
da saxlanılan əlyazmalarla da tanış olmuşlar.


11
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Rəhməti Təbrizinin ilk  
fundamental tədqiqatçısı
 
İlk  olaraq  onu  qeyd  edim  ki,  Ə.Bağırov  1985-ci  ildə 
müdafiə  etdiyi  “Rəhməti  Təbrizi  və  onun  Divanının  filo-
loji  tədqiqi”  əsərini  qeyd  etdiyim  kimi    məhz  rus  dilində 
(“Рaxмaти  Табризи  и  филологическое  исследование 
его “Дивана”a . Ваку: «Нурлан», 2006 –160 s.) nəşr etdi-
rib elmi dövriyyəyə buraxmışdır.
Monoqrafiyanın 1-ci fəsli - “Rəhməti Təbrizinin dövrü və 
həyatı”  üç  bölümdən  ibarətdir.  Birinci  bölümdə  “R.Təbrizi 
dövrünün ictimai-ədəbi həyatı”,  ikincidə “Şairin həyat və ya-
radıcılığının tədqiqi tarixi”, üçüncüdə “R.Təbrizinin həyatı” 
nəzərdən keçirilmişdir.  
2-ci fəsil “XVI – XVII əsrlərin yazılı abidəsi kimi R.Təb-
rizi “Divan”ının paleoqrafik və orfoqrafik xüsusiyyətləri və 
tekstoloji tədqiqi” də üç bölümə ayrılır. Birinci “Məcmuənin 
paleoqrafik xüsusiyyətləri”, ikinci “Əlyazmanın qrafik və or-
foqrafik xüsusiyyətləri”, üçüncü bölüm “R.Təbrizinin poetik 
irsinin tekstoloji tədqiqi”ni ehtiva edir.
3-cü fəsil “R.Təbrizinin poetik irsinin filoloji tədqiqi” beş 
bölümlüdür. Birinci bölümdə “Şairin yaradıcılığında işlənmiş 
poetik formalar”,  ikincidə “R.Təbrizinin əsərlərinin mövzu-
ları  və  əsas  motivləri”,  üçüncüdə  “R.Təbrizinin  əsərlərinin 
dili, leksik, semantik-stilistik xüsusiyyətləri və onların xalq 
yaradıcılığı ilə əlaqəsi”, dördüncüdə “R.Təbrizinin yaradıcılı-
ğında bədii ifadə vasitələri” və beşincidə “R.Təbrizi poeziya-
sının mənbəyi, onun Azərbaycan ədəbiyyatı tarixində özəlliyi 
və tutduğu yer” orijinal elmi  tədqiqata cəlb edilmişdir.
Ə.Bağırovun bu tədqiqat işinin bəzi məqamlarından söh-
bət açmağın klassik ədəbiyyatsevərlərimiz üçün maraqlı ola-


12
Hafiz Rüstəm
cağına şübhə etmirik.
  XVI  əsrin  ikinci  yarısı,  XVII  əsrin  əvvəllərində  yaşa-
mış R.Təbrizi haqqında ilk məlumatı öz dövrünün tanınmış 
təzkirəçisi  Təqi  Əvhədi  (1565  –  1620/21)  “Ərəfatül-aşiqin 
və ərəsatül-arifin” adlı təzkirəsində (yazılıb 1613 – 1615-ci 
illərdə) bir neçə cümlə ilə vermişdir. Başqa bir mənbə tapa 
bilməyən  tədqiqatçılar,  o  cümlədən  görkəmli  Azərbaycan 
alimi Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” 
əsərində,  Əziz  Dövlətabadi  “Soxənvərane-Azərbaycan”  ki-
tabında,    Xəyyampur  “Fərhənge-soxənvəran”  adlı  məlumat 
kitabında, Səid Nəfisi “Tarixe-nəzm və nəsr dər İran və dər 
zəbane-farsi” monoqrafiyasında yalnız bu mənbəyə əsaslan-
mış və onu təkrar etmişlər. Sözügedən mənbəyə əsasən şair 
qarabəniz  bir  şəxs  olmuş,  nəsx  və  süls  xətlərini  bacarıqla 
yaza bilmişdir. Yeddi-səkkiz min beytlik divan bağlamış şai-
ri təzkirəçi şəxsən Şirazda görmüşdür və onun – Rəhmətinin 
Hindistana gəlişi təzkirəçinin dililə desək, “bu günlərə”, yəni 
təzkirənin yazıldığı vaxta təsadüf edir. Bütün bunlardan son-
ra şairin ölüm tarixi və yeri haqqında xəbər verən təzkirənin 
düzgünlüyünə şübhə yeri qalmır. 
R.Təbrizinin elm aləminə məlum olan divanının yeganə 
əlyazma  nüsxəsi  AMEA-nın  M.Füzuli  adına  Əlyazmalar 
İnstitutunda mühafizə edilir. Şair haqqında xəbər vermiş il-
kin mənbədən fərqli olaraq bu divandakı şeirlərin sayı 2050 
beytdən  artıq  deyil,  onun  cəmi  127  beyti  (25  qəzəli)  azəri 
türkcəsindədir. Əlyazmanın sonunda onun köçürülmə tarixi 
verilməsə də, bütün paleoqrafik əlamətlər Divanın XVII əsrin 
birinci yarısında köçürülməsini ehtimal etməyə imkan verir. 
Divanın Azərbaycan dilində yazılmış şeirlərini ilk tədqiqata 
cəlb etmək məqsədilə köçürmüş Azərbaycan alimi Əliabbas 
Müznib, yəqin ki, şair haqqında bioqrafik məlumat tapa bil-
mədiyindən bu işi (XX əsrin əvvəllərində) təxirə salmışdır. 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə