Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu hafiz rüSTƏM şərqşünas-əlyazmaşünas



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix21.07.2018
ölçüsü2,23 Mb.
#57443
1   2   3   4   5   6   7   8   9   ...   21

16
Hafiz Rüstəm
ahəngdarlıq və musiqililiyi, ikincisi isə onların fonetik-leksik 
tərkibi və qrammatik xüsusiyyətləri, şifahi xalq ədəbiyyatının 
zəngin xəzinəsindən istifadə etməklə işlətdiyi aforizm və tər-
kiblərdir. Təkrirlər – səs, söz təkrarı, ifadə təkrarı, bütöv mis-
ra, fikir təkrarı şairin şeirlərini xalqın söz xəzinəsinə yaxınlaş-
dırır, onları daha da ahəngdar edir.
R.Təbrizinin şeirlərini vəzn xüsusiyyətlərinə görə müqa-
yisə  etdikdə  əruzun  həzəc,  rəməl  və  xəfif  kimi  bəhrlərinin 
sadə və bütöv ölçüləri ilk baxışdan nəzərə çarpır.
XVI – XVII əsrlərdə Azərbaycan bədii dilinin ümumxalq 
danışıq dililə sıx rabitədə inkişaf etdiyinin Rəhməti qəzəllə-
rində canlı nümunəsini görürük.
R.Təbrizinin    şeirləri  mövzu  sarıdan  zəngin  və  rənga-
rəngdir.  Məhəbbət  lirikasının  gözəl  nümunələrini  yaratmış 
şairin Divanında bu mövzudan əlavə və bu mövzu ilə paralel 
onun ictimai-siyasi, etik-estetik baxışları ifadə edilmiş beyt-
lərə, şeir və sənət qarşısındakı tələbkarlığını açan fikirlərə rast 
gəlirik. Gözəllik aşiqi olmuş şair ən lirik hisslərlə yaşasa belə, 
orta əsr feodal dünyasında hökm sürmüş zülm və haqsızlığa 
qarşı susmamış və öz fərdi hisslərini ictimai bir yüksəkliyə 
qaldıra bilmişdir. Cəmiyyəti iki qarşı-qarşıya duran zümrəyə 
bölən şair özünü məzlumlar və haqsızlığa məruz qalanlar sı-
rasında görür və açıq şəkildə deyir:
Bizə bağrı qan olmuş bir neçə biçarələr derlər,
Sizə qanlariçici, bağrıdaş xunxarələr derlər.
Humanist bir şəxs olmuş R.Təbrizinin didaktik mövzuda 
yazılmış irihəcmli əsəri olmasa da, şairin etik-fəlsəfi fikirlə-
rini açan kiçik qitə və rübailəri, onlarca beytləri mövcuddur. 
Şair qitələrinin birində xəsislik haqqında olan poetik fik-
rini aşağıdakı şəkildə bildirir:
Axtarma mərdliyi xəsis insanda,
De, mərdlik nə yolla yaransın onda.


17
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Yaxınlıq etmə ki, zərər görərsən,
İstisi çox olmaz çör-çöp yananda.
(bədii tərcümə - Ə.B.)
Şairin əxlaqi fikirlərini ifadə edən aşağıdakı rübaisi oriji-
naldır:
Vəfasız kəslərlə oturma, durma,
Əhdinə dürüst ol, peymanı qırma.
Rəhməti, duz-çörək haqqı böyükdür,
Duz-çörək mizinə sən təpik vurma.
(bədii tərcümə - Ə.B.)
R.Təbrizi  “Divan”ının  paleoqrafik  -  orfoqrafik  xüsusiy-
yətləri və tekstoloji tədqiqi inandırıcı fakt və dəlillərlə əsas-
landırılıb. Müəllif Rəhmətinin yaradıcılığında istifadə etdiyi 
poetik  formaları,  onun  lirikasını,  estetik  ideallarını,  əsərlə-
rindəki  ictimai-siyasi  motivləri,  dini-fəlsəfi  ideyaları,  şairin 
şeirlərinin dilini, leksik-semantik xüsusiyyətlərini, onun xalq 
yaradıcılığı ilə əlaqəsini, bədii təsvir və ifadə vasitələrini ma-
raqlı tədqiqat obyektinə çevirib.
Heç şübhəsiz, bir yığcam yazıda Ə.Bağırovun böyük zəh-
mətlə  ərsəyə  gətirdiyi  bu  tədqiqatını  bütün  təfərrüatları  ilə 
əhatə etmək mümkün deyil. Ancaq indiki halda bir maraqlı 
məqama da toxunmaq yerinə düşür. Kişvərinin poetik dilinin 
R.Təbrizinin azərbaycanca şeirlərinə təsirsiz qalmadığından 
bəhs açan Ə.Bağırov göstərir ki, R.Təbrizinin bir neçə farsca 
qəzəli forma və məzmununa görə Kişvərinin azəricə qəzəllə-
rinin sərbəst tərcümələrini xatırladır. Bu arqumentin təsdiqi 
üçün Kişvərinin rəməl bəhrində yazdığı aşağıdakı mətlə ilə 
başlanan məşhur bir qəzəlini də misal gətirir:
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,
Könlümü bağrım bütün səbrü qərarım var idi.
Bununla  paralel  olaraq  o,  Rəhmətinin  qafiyə  və  rədifcə 
oxşar olan həmin farsca qəzəlinin rusca sətri tərcüməsini də 


18
Hafiz Rüstəm
təqdim edir. Mənsə şairin fars dilində olan bu məşhur qəzəli-
nin eyni bəhrdə poetik tərcüməsini verməkdən özümü saxla-
ya bilmədim:
Onda ki, xoş ruzigarım, nazlı yarım var idi,
Səri-kuyində onun bir intizarım var idi.
Kuyi-yarın itləri dövrəmdə cəm olmuşdular,
Bu əhli-aləm yanında etibarım var idi.
Öz yerimdən dəmbədəm tərpənməz idim bisəbəb,
Biqərarlıqlar içində bir qərarım var idi.
Bəxtü dövlət mənlə həmnişin idi gündüz-gecə,
Günəş ilə ay kimi yüksək vüqarım var idi.
Xoş idi, bəxt ulduzumdan üzüm ağ idi mənim,
Sapsarı çöhrəmdə çeşmi-əşkbarım var idi.
Bir zaman səngi-məlamətdən məni hifz etməyə,
Səbrü təmkindən qalam, bürcü hasarım var idi.
Artıq hər şey dalda qalmış, bir fikirləş Rəhməti,
Nə üçün təkrar edirsən ruzigarım var idi?
(bədii tərcümə - H.R.)
Bu bir həqiqətdir ki, başqa dillərdə olduğu kimi Azərbay-
can dilində də müəyyən spesifik əşya, anlayış bildirən, lakin 
başqa xalqların dilində olmayan, beləliklə, tərcüməsi demək 
olar ki, mümkün olmayan və tərcümə nəzəriyyəsində realiya 
adlanan sözlər vardır.
Realiyaların saxlanması da bədii tərcümədə mühüm əhə-
miyyət kəsb  edən  amillərdəndir.  Realiyaların tərcüməsi hər 
şeydən əvvəl milli psixologiya, adət-ənənə, düşüncə və dün-
yaduyumu  tərzi  haqqında  təsəvvür  yaradarkən  yazıçının, 
yaxud şairin fərdi üslubunun təcəssümünə xidmət edir. Belə 
sözlər termin xarakteri daşımır, orijinalın dilində işlənən spe-
sifik ifadə kimi müəyyən məna çalarlarına malik olur, konkret 
informasiya daşıyır və obrazlılıq yaratmağa xidmət edir. Bu 


19
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və ya digər sözün, yaxud ifadənin realiya xarakteri yalnız tər-
cümə prosesində meydana çıxır və ya tərcümə dilindən asılı 
olaraq realiyaların sayı artıb-azala bilir. 
Bu mənada yuxarıdakı şerin tərcüməsi zamanı məhz  fars 
həyat və düşüncə tərzinə məxsus olan, tərcümə qarşılığı heç 
cür alınmayan, ancaq klassik poeziyada olduğu kimi, indi də 
xüsusilə, əruz bəhrlərində yazılan azərbaycandilli poeziyada 
müştərək  işlənməsi məqbul sayılan farsca realiyaları – sə-
ri-kuy (yarın yeri), çeşmi-əşkbar (ağlar göz), səngi-məlaməti 
(tənə, qınaq, giley daşı) olduğu kimi saxlamağa məcbur ol-
dum.
Ə.Bağırovun  rus  dilində  işıq  üzü  görmüş  bu  dəyərli 
monoqrafiyasının hələ də doğma dilimizdə nəşr olun ma-
ması acı təəssüf hissi doğurur.
Ə.Bağırov  R.Təbriziyə  həsr  etdiyi  növbəti  kitabında 
(R.Təbrizi və onun “Divan”ı. B.: Nurlan, 2006) şair haq-
qında qısa elmi-ədəbi oçerkiylə yanaşı, ilk dəfə olaraq onun 
farsca əsərlərinin filoloji tərcüməsi, azəricə şeirlərinin transli-
terasiyası (və yaxud transfoneliterasiyası) və dünyada yeganə 
nüsxə olan əiyazmasının fotofaksimilesi çap edilib.
Həmkarı  Paşa  Əlioğlu  hər  iki  əsər  haqqında  yeri  gəl-
dikcə  maraqlı  rəylər  yazıb  (P.Əlioğlu  “Qəbrim  üzrə  lalə 
neylər?”. “Xəzər” qəzeti, 28 oktyabr 2006; П. Алиоглы. 
«Народный поет». Б.: «Каспий», 10 ной 2006; P.Əlioğ-
lu “Sorağı Hindistandan gələn şair”.B.:”Xəzər” qəzeti, 16 
dekabr 2006).
 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə