27
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və müasirini-digər” təzkirəsi 1856-cı ildə Teymurxanşurada
(Buynaksda) nəşr olunub. Ə.Bağırovun əlyazma nüsxəsin-
dən transliterasiya etdiyi, f.e.n. Əli Məmmədbağıroğlunun
Ön söz yazdığı bu əsərin həmin nüsxəsinə müxtəlif janrlarda
yazılmış 110 şeir, o cümlədən Vaqiflə Vidadinin deyişməsi
köçürülmüşdür. Bunlardan 68-i M.P.Vaqifə, qalan 42 şeir isə
M.V.Vidadi, Aşıq Əli, Sabit Şəqaqi, Mehdi, Nişat, Mirzəcan
Mədətov, Cəfərqulu xan, Aşıq Pəri, Məhəmməd bəy, Mirzə
Həsən, Əsəd bəy, Ağa Məsih Şirvani, Nabi Əfəndi, Ağa Ba-
ğır, Lütfi Şirvani, Sərşar, Mirzə Sadıq, Vaqifin oğlu Əliağa,
Həsən xan və Q.Zakirə məxsusdur.
Ə.Bağırov Məhəmmədağa Müctəhidzadənin (1867 –
1958) “Riyazül-aşiqin” təzkirəsini əski əlifbadan translitera-
siya etmiş və ona Ön söz yazmışdır. Bu əsərdən danışarkən
onu adətən, Nəvvabın təzkirəsilə müqayisə edirlər. Hər iki
təzkirədə təkrar olunan və olunmayan şairlər, onların müxtə-
lif şəkildə təqdimatı, dövrün ziyalısı və onun cəmiyyətdə tut-
duğu yer və s. problemlər üstünlüyü növbə ilə gah Nəvva-
ba, gah da Müctəhidzadəyə aid etməyə imkan verir. Təzkirə
məhz Qarabağ bölgəsinə aid olan, adları ədəbiyyat dərslik-
lərinə düşən Vaqif, Vidadi, Zakir, Natəvan daxil olmaqla 79
şairin şeirlərini əhatə edir.
Ə.Bağırov orta əsr Osmanlı şairləri haqqında qiymətli
mənbə olan “Anonim Osmanlı təzkirəsi”ni transliterasiya et-
miş, ona Ön söz yazmış və adlar göstəricisini tərtib edərək
nəşrinə nail olmuşdur. Onun Ön sözündən məlum olur ki,
“Anonim Osmanlı təzkirəsi” Sadiq bəy Əfşarın Təbriz əlyaz-
ma külliyyatı (S.Əfşar. Külliyyat, Təbriz Dövlət Kitabxanası,
inv. nöm.3616) içərisində özünə yer almışdır. Bu təzkirənin
həmin külliyyata necə düşməsi hələ də qaranlıqdır.
Burada 138 orta əsr Türk-Osmanlı şairinin adı sada la-
28
Hafiz Rüstəm
nır, haradan olmaları, məşğuliyyətləri göstərilməklə yaradı-
cılıqlarından çox kiçik nümunələr təqdim edilir.
Mövzumuza dəxli olan bir vacib nüansa da aydınlıq gətir-
mək istəyirəm. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salman-
soy “Mətnşünaslığa məxsusi ixtisas kodu verilib, amma” adlı
məqaləsində (“Kredo” qəzeti, 22 dekabr 2012) bu ixtisasın
əhatə dairəsinə dair mötəbər mənbələrə müraciət edib: ”Folk-
lor da, qədim ədəbiyyat da, yeni dövr ədəbiyyatı da mətnşü-
naslığın eyni dərəcədə tədqiqat obyektidir. Mənşünaslıq vahid
bir elm kimi mövcud olmalı və fəaliyyət göstərməlidir. Onun
problematikası və əsas anlayışları (avtoqraf, nüsxə, qarala-
ma, ağartma, surət, arxetip, variant və s.), ümumi metod və
prinsipləri (atribusiya, tarixləndirmə, şərhvermə, konyektu-
ra, tipik səhvlərin üzə çıxarılması və s.) ümumi məqsədi olan
bir elm kimi danışmağa əsas verir” (Рейсер С.А. Основы
текстологии. (Изд. 2-ое), Л.,»Просвещение», 1978, с.4).
Mətnşünaslıq “müasir anlamda hər bir əlahiddə əsərin
tarixçəsini öyrənmək səviyyəsinə qalxmışdır. O, bütövlükdə
ədəbiyyat tarixinin zəruri tərkib hissəsinə çevrilmişdir. Əgər
ədəbiyyat tarixi ümumilikdə ədəbiyyatın inkişaf prosesini öy-
rənməklə məşğul olursa, mətnşünaslıq ayrı-ayrı əsər mətnlə-
rinin inkişaf prosesini öyrənməlidir. Mətnin tarixçəsi o “əsas
hərəkət elementləri”ni ortaya qoyur ki, onlardan ədəbiyyat ta-
rixi yaradılır (Лихачев Д.С. Текстология: на материале
русской литературы X – XVII в. В., Л.,»Наука», 1983,
с.27).
Mətnşünaslıq özünün həm nəzəri, həm də təcrübi sahə-
silə ədəbiyyatşünaslığın başlanğıcı və əsasıdır. Çünki “Mö-
təbər mətnsiz mötəbər elmin mümkünsüzlüyü artıq hər kəsə
gün kimi aydındır” (Əziz Mirəhmədov). Bu mənada Ə.Ba-
ğırov R.Təbrizinin Divanını tədqiq edərkən, qədim əlyazma-
29
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
ları - ədəbi təzkirələri nəşrə hazırlayarkən həm də yuxarıda
qeyd olunduğu kimi çox mühüm spesifik tədqiqat sahəsinin
mütəxəssisi kimi, yəni mətnşünas kimi ( və həm də əlavə ola-
raq mənbəşünas, məxəzşünas kimi) çıxış etmişdir.
Ə.Bağırovun ölkə mətbuatında vaxtaşırı dərc etdirdiyi və
burada hamısının adlarını çəkmədiyim elmi məqalələri ki-
fayət qədərdir. Bunların içərisində “Nizaminin müasiri” xü-
susilə diqqətəlayiqdir. Bu məqalədə N.Gəncəvinin müasiri və
pərəstişkarlarından biri – dövrünün türk əsilli, istedadlı şai-
ri Əsirəddin Əxsikəti haqqında qısa məlumatla yanaşı şairin
MDB məkanında olan yeganə Divanının əlyazma nüsxəsi ilk
dəfə təqdim olunmuş və onun Nizamiyə həsr etdiyi qəsidəsi
məqalə müəllifinin bədii tərcüməsində verilmişdir:
Elmin ovlağında şahin quşu tək,
Uçursan yüksəkdən sən daha yüksək.
Bir hüma quşu tək elmin kölgəsi,
Vermişdir sənə bu coşğun həvəsi.
Sözün qüdrətilə dolanan aləm,
Ağlın hikmətinə baş əyir hər dəm.
Təbin yaranmışdır nur parçasından,
Elmdir qəlbində alışıb yanan.
Bilik məlhəmiyçün dilənən şüur,
Sənin kandarında qul kimi durur.
Sənin qüdrətinlə bu torpaq belə,
Elmin kimyası tək düşmüşdür dilə.
Sən gəl, güzgü götür, gör öz üzünü,
Elmin çeşməsini, nurun özünü.
Bu geniş dünyamız durduqca, inan,
Elmin nişanını daşıyacaqsan.
Sənin nəfəsindən incilər süzür,
Elmin göylərinə bir şadlıq düzür.
Dostları ilə paylaş: |