Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s a b a t 2016



Yüklə 388,4 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix11.04.2018
ölçüsü388,4 Kb.
#37079
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

 

Azərbaycan Milli Elmlər Akademiyası 



Mərkəzi Elmi Kitabxana (MEK) 

 

H E S A B A T  2016 

 

MEK 2016-cı ildə bir sıra sahələrdə birinciliyə imza atdı. 

2016-cı ildə MEK Azərbaycanda İLK DƏFƏ olaraq: 

 



Vahid İdarəetmə Sistemini hazırladı və onun tətbiqinə başladı, 

 



Milli Rəqəmsal Yaddaş layihəsini işlək vəziyyətə gətirdi, 

 



Vikipediyaya məqalələrin daxil edilməsi üzrə AMEA qurumlarına və 

kənar təşkilatlara sistemli təlimlər keçdi, 

 



Azərbaycanda 17 ən qədim kitabı mühafizə edən və mütəxəssislərin 

istifadəsinə verən kitabxana kimi tanındı, 

 



Qanunvericiliyə, o cümlədən “Nəşriyyat haqqında Qanun”a islahat 

yönümlü təkliflər verdi

 



İlk dəfə elektron resursun istifadəsinə icazə verən müəllif hüquqları 

müqaviləsini tətbiq etdi, 

 



Türk dilində mənbələrin ən böyük e-siyahısını (94000) yaradıb 

mütəxəssislərin istifadəsinə verən kitabxana kimi tanındı. 

Hesabatın sənədləşdirilməsi: Hesabat MEK-in AMEA vitse-prezidenti akademik 

İsa  Həbibbəylinin  sədrliyi  ilə  keçirilmiş  29  dekabr  2016-ci  il  tarixli  ümumi 

iclasında  müzakirə  edilmişdir.  MEK  İdarə  Heyətinin  13  yanvar  2017-ci  il  tarixli 

iclasında  düzəlişlərlə  təsdiq  edilmiş  (protokol  əlavə  olunur),  AMEA  RH  Elm  və 

Təhsil şöbəsinə çap və elektron formatda təqdim olunmuşdur.  

 

Təşkilatın kateqoriyası: AMEA Rəyasət Heyəti nəzdindəki təşkilat. 

Hazırkı  hesabat  ənənəvi  olaraq  kitab  (1.391.445)  və  oxucu  sayı  (2816  rəsmi 

elektron qeydiyyatdan keçmiş) üzərində yox, kitabxananın 2016-2019-cu illər üçün 

İdarə  Heyəti  tərəfindən  müəyyən  edilmiş  məramı  və  strateji  hədəfləri  üzərində 

qurulmuşdur.Hesabata siyahılar, rəqəmlər və faktlar əlavə olunur. 

Mərkəzi Elmi Kitabxananın İdarə Heyəti tərəfindən 2016 – 2019-cu illər üçün 

təsdiq edilmiş məramı, iş prinsipləri və əsas hədəfləri:    

 

MEK-in MƏRAMI 

Azərbaycanın  qədim  tarixinin  və  zəngin  mədəniyyətinin,  Azərbaycan 

Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni 

nailiyyətlərinin  təbliğ  edilməsi,  Azərbaycan  dilinin  informasiya  resurslarında 

istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün 

informasiya  təminatının  yaxşılaşdırılması,  Azərbaycanın  milli-tarixi  irsini  təşkil 




 

 

edən  və  yeni  yaranan  bütün  növ  mövcud  informasiya  vahidlərinin  toplanılıb 



saxlanılması,  eləcə  də  dünya  tarixi  və  mədəniyyətinin  istifadəçilərə  təqdim 

olunması  yolu  ilə  dövlət  və  milli  maraqlara  uyğun  oxucu  icmasını 



formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilməkdir

 

MEK-in İŞ PRİNSİPLƏRİ 

1.MEK  AMEA-nın  bir  hissəsidir,  AMEA-ya  uyğun  olaraq  formalaşır  və 

formalaşdırır.  MEK  bütün  kitabxanaların  inkişaf  prosesində  keçməli  olduğu  üç 

mərhələdən  birinci  (kitab  fondlarının,  oxucu  sayının  və  yerləşdiyi  məkanın 

sahəsinin artırılması) və ikinci (oxucuların diqqət mərkəzinə gətirə biləcəyi xüsusi 

xidmətlər, müxtəlif meyarlar əsasında sənəd toplularının formalaşması və s.) başa 

vurmuş  və  üçüncü (akademik oxucu icmasının formalaşdırılması) mərhələyə 

daxil olmuşdur.  



2.İnformasiya və xidmətlər bütün əhali qrupları üçün açıq və əlçatandır. MEK 

18  yaşına  çatmış  bütün  Azərbaycan  vətəndaşları  üçün  açıqdır.  MEK  akademik 

ictimaiyyət də daxil olmaqla fəaliyyətini mandatına uyğun olaraq bütün kitabxana 

istifadəçiləri  ilə  interaktiv  qarşılıqlı  anlaşma  əsasında  həyata  keçirir,  oxucuların 

tələblərinə və  ehtiyaclarına köklənmiş müasir şəkildə AMEA Rəyasət Heyətindən 

başlayaraq tələbə istifadəçilərə qədər bütün sorğuları dərhal araşdırıb cavablandırır.  



3.Şəffaflıq  və  hesabatlılıq.  Kitabxanaya  çap  və  ya  elektron  formatda  daxil  olan 

hər bir sənəd (kitab, jurnal, marka, xəritə, əlyazma və s.) dərhal aktlaşdırılır, MEK 

saytında yerləşdirilir. MEK barəsində bütün məlumatlar saytda, sosial şəbəkələrdə, 

sosial kanallarda açılmış səhifədə və mediada əks olunur. 



4.Peşəkarlıq  və  operativlik.  İstifadəçilərə  daha  operativ  və  yüksək  keyfiyyətli 

xidmətin  təmin  edilməsi  məqsədilə  MEK  əməkdaşları  informasiya  təminatının 

müasir metodlarını və istiqamətlərini daim araşdırır, eyni zamanda peşəkarlıqlarını 

həm fərdi, həm də ümumi komanda şəklində mütəmadi olaraq artırırlar.  



5.Qənaətçillik.  MEK  dövlət  büdcəsinin  hətta  mühafizə  olunan  büdcə  xətlərini  də 

qənaətlə  işlədir.  Mühafizə  olunmayan  xətlər  üzərində  isə  (tədbirlərin  keçirilməsi, 

kitabların alınması və s.) xərclər minimal dərəcəyə  çatdırılır və mövcud resurslar 

səfərbər olunur.    



 

STRATEJİ HƏDƏFLƏR (2016-2019) 

1.

VİS (Vahid İdarəetmə Sistemi) platformasının bütün komponentlərinin (kitab, 



oxucu, yazışma, sənədləşmə, maliyyə, insan resursları) tam hazırlanıb istifadəyə 

verilməsi.  

2. 

Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma 



proseslərinin işlək səviyyəyə gətirilməsi.  


Yüklə 388,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə