Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s abat 2017



Yüklə 305,18 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix11.04.2018
ölçüsü305,18 Kb.
#37078
1   2   3   4   5   6   7   8   9

 

3.Peşəkar heyətin formalaşması.  

 

4.Beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması.  



5. İnformasiya təhlükəsizliyinin təmin olunması və informasiyanın paylaşılması  

 

Mərkəzi Elmi Kitabxananın 2017-cı ildə fəaliyyəti aşağıdakı laylar üzərində qurulub: 

1.

 

Təlimatlandırılmış peşəkar heyət



2.

 

Kitabxana üçün əsas göstəricilərin



1

 artımı;  

3.

 

Müasir kitabxana-informasiya qurumunun məqsəd və vəzifələri



2

4.



 

MEK strateji hədəfləri

3



5.



 

MEK təşəbbüsləri və yenilikləri; 

6.

 

Oxucu icmasının cəlb edilməsi, formalaşmasına təsir və əməkdaşlıq. 



 

STRATEJİ HƏDƏFLƏR İSTİQAMƏTİNDƏ ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR: 

Mühüm nəticə 1:  Kitabxana xidmətlərinin avtomatlaşdırılmış  idarəetmə və nəzarət (VİS-

LİB – MEK) platformasının bütün modulları hazırlanıb istifadəyə verilib. (Strateji hədəf 1: 

Vahid  İdarəetmə  Sistemi  (VİS)

4

  platformasının  bütün  komponentlərinin  –  kitab,  oxucu, 

yazışma, sənədləşmə, maliyyə, insan resursları – tam hazırlanıb istifadəyə verilməsi).  

 

Kitabxana  xidmətlərinin  avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  (VİS-LİB  –  MEK) 



platformasının  bütün  modulları  hazırlanıb  istifadəyə  verilib.  İnsan  resurslarının 

avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  (VİS-HR  MEK)  platformasının  bütün  modulları 

yenilənib,  xəbərdarlıq  rejiminin  əlavə  edilməsi  ilə  qanunvericiliyə  uyğunlaşdırılıb.  Proqramda 

tətbiq  edilən  yeniliklərdən  biri  VİS-SCED  bildirişin  köməyi  ilə  müəyyən  əlamətdar  tarixlərin, 

məsələn, müqavilənin bitmə tarixi, məzuniyyət, tapşırığın icrası və s. müddətinin bitməsinə dair 

xatırlatma mexanizminin olmasıdır. Nəticədə proseslərin avtomatlaşdırılması və vaxta qənaətlə 

yanaşı,  obyektiv  yanaşma  təmin  edilib.  www.mek.az  saytının  yeni  baza  və  kod  strukturu 

hazırlanıb, funksionallığı və çevikliyi artırılıb, axtarış sistemi (e-kataloq üzrə) və oxucular üçün 

“şəxsi kabinet” modulu hazırlanıb istifadəyə verilib. Saytda yerləşdirilən elanlar MEK binasında 

əməkdaşların və oxucuların istifadəsinə verilib, infoköşklərdə VİS-AN “Elan” proqram təminatı 

vasitəsilə çevik və idarə oluna bilən vəziyyətə gətirilib. 

 

Mühüm nəticə 2Milli Rəqəmsal Yaddaş (MRY) bazası elmiləşdi. İşlək səviyyəyə gətirilmiş 



MRY  layihəsi  çərçivəsində elmi  mənbələrin sistemləşdirilmiş  qeydiyyat siyahısının birinci 

hissəsi  hazırlandı,  AMEA  elmi  müəssisələrinin  əksəriyyəti  tərəfindən  MRY  bazasına  milli 

yaddaşa  salınması  tövsiyə  olunan  sənədlərin  siyahısı  təqdim  olundu,  Azərbaycan 

Respublikası  Prezidenti  yanında  Elmin  İnkişafına  Dəstək  Fondu  Milli  Rəqəmsal  Yaddaş 

layihəsinə  dəstək  verdi  (Strateji  hədəf  2:  Milli  Rəqəmsal  Yaddaşın  (MRY)

5

  qeydiyyat, 

                                                           

1

 Fondların, oxucuların, yeni daxil olan sənədlərin və kolleksiyaların sayı  



2

 Yeni keyfiyyətdə xidmətllərin təklif edilməsi, oxucu icmasının cəlb olunması və formalaşdırılması. 

3

 Bax səh.2 

4

 VİS – müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və 



mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemidir. VİS - Azərbaycan kitabxana-informasiya sistemi təcrübəsində ilk 

dəfə olaraq məhz MEK-in proqram və texniki tələblərinə uyğun olaraq yerli proqram mühəndislərinin iştirakı ilə 

hazırlanmış platformadır. 2019-cu ildə bütün komponentləri istifadəyə verilməlidir. 

5

MRY  Azərbaycan  tarixi  və  mədəniyyətinin  təbliği  üçün  çox  əhəmiyyətli  bazanın  formalaşması  məqsədilə 

Azərbaycan  dilində  və  Azərbaycanda  hazırlanmış  materiallar  ilə  yanaşı  xarici  dillərdə  Azərbaycanı  təbliğ  edən 

materiallar  ilə  də  zənginləşdirilir.  Bu  isə  materiallara  elmi  müəssisələri  ilə  yanaşı,  Azərbaycanın  xarici  ölkələrdə 


 

rəqəmsallaşdırma  və  qorunub  saxlanılma  proseslərinin  işlək  səviyyəyə  gətirilməsi 

(informasiya. proqram və texniki təminatının həyata keçirilməsi).  

  

İşlək  səviyyəyə  gətirilmiş  MRY  layihəsi  çərçivəsində  elmi  mənbələrin  sistemləşdirilmiş 

qeydiyyat siyahısının birinci hissəsi hazırlanıb, AMEA-nın 16 elmi müəssisəsi tərəfindən MRY 

layihəsinə  milli  yaddaşa  salınması  tövsiyə  olunan  sənədlərin  siyahısı  ilə  zənginləşdirilib.  Milli 

Rəqəmsal Yaddaş bazası elmiləşib. MRY-da “Siyahılar”

6

 kateqoriyası yaradıldı və paralel olaraq 



Vikipediyada yerləşdirildi. MRY-da sənədlərin sayı 8440-a çatdırıldı

7



Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyevin imzaladığı  sərəncamların icrasına 

dair  “ADR  100”,  “Hüseyn  Cavid  135”,  İslam  həmrəyliyi  ili,    alimlərin  bibloqrafik  sorğu 

kitabları, rəqəmsal bazaları, sərgiləri və başqa kateqoriyalarda məlumat bazası yaradılıb.  

 

Peşəkar heyətin formalaşması (Strateji hədəf 3). 



   

Peşəkar  heyətin  formalaşması  seminarlarda,  konfranslarda  və  təqdimatlarda  iştirak, 

təlimatlandırma və təlimin yerli və xarici təcrübə ilə interqrasiyası, sərgilərin hazırlanması, kənar 

təşkilatlara  təcrübənin  keçirilməsi  üzərində  qurulub.  Təlim  mövzuları  Azərbaycan  və  xarici 

dillərdə sərbəst resursların formalaşdırılması, kitabxana idarəetmə sistemində texniki və proqram 

yenilikləri,  universal  sistemləşdirmə  qaydaları,  dünya  elmi  və  mədəni  irsinin  Azərbaycan 

haqqında məlumatlar daxil olmaqla vahid  qeydiyyat  sisteminə salınması  və başqa istiqamətləri 

əhatə edir. Təlimlər MEK strukturu daxilində (1-ci kateqoriya), MEK strukturları arasında (2-ci 

kateqoriya)  və  kənar  təşkilatlara  (3-cü  kateqoriya)  aparılır.  Peşəkar  heyətin  formalaşmasında 

MEK  əməkdaşları  Azərbaycanda  və  xarici  ölkələrdə  keçirilən  tədbirlərdə  vahid  strategiya  və 

mesajlarla,  eləcə  də  təqdimat  üslubu  ilə  çıxış  edir,  MEK-in  kolleksiya  təqdimatlarının, 

ekskursiyaların,  təlimatların,  konfranslarda  çıxışların  mövzuları  uzlaşdırılır,  tədbirlər 

əlaqələndirilir  və  komanda  yanaşması  tətbiq  olunur.  Hesabat  ilində  təlimlər  əsasən  aşağıdakı 

mövzularda  həyata  keçirilib:  “Vahid  Qeydiyyat  Sistemi  daxilində  Komplektləşdirmə  və 

kataloqlaşdırma qeydlərində korrəktə,  redaktə və biblioqrafik qeydlər” MEK-in Proqramçılar və 

yeni  yaradılmış  İnformasiya  Resurslarına  Nəzarət  və  Əlaqələndirmə  şöbələri  tərəfindən 

Kitabxana-Xidmət  şöbəsinə,  kənar  təşkilatlar  və  AMEA  institutlarının  əməkdaşlarına 

“Vikipediyada məqalələrin yerləşdirilməsi” və “Elektron resurslardan istifadə qaydaları” və s. 

Peşəkar  heyəti  formalaşdırma  ilə  yanaşı  yetişmiş  kadrların  stimullaşdırılması  və  maddi 

maraqlandırılması  həmişəki  kimi  önəm  kəsb  edir.  Əməkdaşların  stimullaşdırması  məqsədilə 

MEK bölmələri arasında “Hesabat 2017” müsabiqəsi elan edildi, qalib bölmələr  ezamiyyə səfəri 

və pul mükafatı ilə fərqləndirildilər.  Baxmayaraq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə aylıq 

əmək ödənişinin aşağı olması səbəbindən yeni işə keçən əməkdaşların sayı 2 dəfə azalmış və 40-

dan 21-ə enmişdir, kadr axını ilə bağlı 2018-ci ilə olan proqnoz “pessima” olaraq qalır. Səbəb – 

2017-ci  ildə  44  əməkdaşın  əməyinin  ödənilməsi  dərəcəsinin  və,  müvafiq  olaraq,  aylıq  əmək 

ödənişinin 2160 AZN azalmasıdır. Bu, MEK-in strukturuna AMEA RH tərəfindən təsdiq edilən 

dəyişikliklərin nəticəsidir. Onsuz da yüksək olmayan aylıq əmək ödənişi baş vermiş dəyişiklik ilə 

                                                                                                                                                                                           



diplomatik nümayəndəlikləri tərəfindən, xarici araşdırıcılar və jurnalistlər tərəfindən də hazırlanmış mənbələr daxil 

edilir, e-kataloq və rəqəmsal bazada əks olunması deməkdir. 

6

Azərbaycan üçün milli dəyər kəsb edən “Azərbaycan Milli Qəhrəmanları”, “2016-cı ilin aprel ayının 4 günlük 

müharibəsində şəhid olmuş əsgərlər”, “Atəşkəs dövründə şəhid olmuş əsgərlər”,  “Qarabağ şəhidləri”, “1

979-

1989-cu illərdə sovet hərbi qüvvələri tərkibində SSRİ-nin Əfqanistanda apardığı  müharibədə həyatını itirmiş 

azərbaycanli əsgərləri”,  “Azərbaycan 

Elmi diasporu” adlı siyahılar. 

 

7

Əhməd Cavad, Hüseyn Cavid, ADR, Bəxtiyar Vahabzadə, Molla Nəsrəddin, Səməd Vurğun, Cəfər Cabbarlı, Mirzə 

Ələkbər Sabir, diplomatik materiallar, markalar, xəritələr  və s.. 

 


Yüklə 305,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə