Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s abat 2017



Yüklə 305,18 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix11.04.2018
ölçüsü305,18 Kb.
#37078
1   2   3   4   5   6   7   8   9

 

birlikdə  yeni  kadr  axınına,  bu  da  öz  növbəsində  kitabxananın  çətinliklə  ahəng  vəziyyətə 

gətirilmiş və tarazlaşdırılmış fəaliyyətinin pozulmasına gətirib çıxaracaq.  

 

Mühüm  nəticə  3:  MEK-in  kitabxana-xidmət,  rəqəmsallaşdırma,  ictimaiyyəti 



məlumatlandırma  və  sosial  şəbəkələrdə  fəallıq  işinin effektiv  əlaqələndirilməsi  nəticəsində 

sənədlərin mübadilə edildiyi dövlət və ictimai təşkilatların, eləcə də diplomatik qurumların 

sayı  3  dəfə  artıb

8

  (Strateji  hədəf  4:  Beynəlxalq  münasibətlərin  və  ictimaiyyətlə  əlaqələrin 

qurulması) 

MEK tərəfindən “Nəşriyyat işi haqqında” Qanunun icra mexanizmlərinin hərəkətə gətirilməsi ilə 

kitab  fondları  əhəmiyyətli  dərəcədə  zənginləşdirildi.  İllərlə  fondlarda  təyinatsız  qalan  sənədlər 

təyinatı  üzrə  mübadilə  edildi  və  müxtəlif  Azərbaycan  və  xarici  müəssisələrin  kitabxanalarında 

yerləşdirildi (12170  kitab və jurnal). İctimai əlaqələrin peşəkarca qurulması nəticəsində fərdlər 

və  kənar  təşkilatlar  tərəfindən  MEK-də  etibarlı  mühafizə  üçün  sənədlərin  yerləşdirilməsi 

intensivləşib, hədiyyə olunan ayrı-ayrı kitabların, jurnal. xəritə və kolleksiyaların sayı artıb, daxil 

olan  sənədlər  təhvil-təslim  aktları  ilə  sənədləşdirilir  və  dövri  hesabatlara  daxil  edilir.  Şəxsiyyət 

vəsiqəsi  ilə  elektron  qeydiyyatdan  keçmiş  3693  oxucunun  e-kartı  vasitəsilə  oxucular  məlumat 

bazasında  bütün  sənəd  sorğusu  gedişatları  haqqında  məlumatlarla  təchiz  olunub.  Müəllif  və 

nəşriyyatlar  tərəfindən  MEK-ə  təqdim  olunan  məcburi  və  hədiyyə  nüsxələrin  kolleksiyalar

9

  da 



daxil olmaqla sayı 13101-ə çatdırılıb. MEK saytında və media qurumları ilə il ərzində paylaşılan 

xəbərlərin  sayı  400-ə  çatıb.  MEK-in  fəaliyyətini  aparıcı  media  qurumlarında  işıqlandıran  geniş 

reportajlar,  kitabxananın  AMEA-nın  struktur  vahidi  kimi  fəaliyyət  göstərməsi  barədə  xəbərlər 

ümumilikdə  40-a  qədər  sayt,  qəzet,  TV,  agentlik  və  s.  işıqlandırılıb.  Eyni  zamanda  MEK-in 

saytında  və  sosial  şəbəkələrdəki  səhifələrində  ölkədə  elmi-təhsil-ictimai  sahədə  aparılan 

fəaliyyətlərə informasiya dəstəyi verilib. 2017-ci ildən başlayaraq MEK-də keçirilən tədbirlərdən 

yeni formatda – videoreportajlar və videomüsahibələr formasında – məlumatlar hazırlanıb MEK 

saytında və MEK Youtube sosial kanalında yerləşdirilib. Sosial şəbəkələrdə (Facebook, Twitter, 

İnstagram və b..) aktivlik əhəmiyyətli dərəcədə artıb: Youtube kanalında son bir ildə 211  video, 

Facebook-da  400-dən  artıq  ilk  məlumat  paylaşılıb,  izləyicilərin  sayı  5200-ü  ötüb.  Twitter-də 

500-ə yaxın tweet paylaşılıb.  

Kitabxananın Mübadilə fondu mobilləşdirilib. Belə ki12170 kitab və jurnal AMEA institutları, 

uşaq  evləri,  yerli  və  xarici  tərəfdaş  müəssisələrə  kitabxanalarının  zənginləşdirilməsi  üçün 

hədiyyə  olunub.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  elan  etdiyi 

“Böyük qayıdışın başlanğıcı” olan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlının 

kənd orta məktəbi kitabxanasına 400-ə qədər kitab hədiyyə edilib. ADR-in 100 illiyi ərəfəsində 

MEK-in  təşəbbüsü  ilə  MEK  və  ADA  Azərbaycan  Demokratik  Respublikasına  aid  fondları 

birləşdirilib,  materiallar MEK-də rəqəmsallaşdırılıb  və ADA-ya hədiyyə olunub.  Hüseyn Cavid 

və  Kazım  Qarabəkir  fondları,  Hazainin  Budapeştdəki  ev-kitabxanası  ilə  Georq  Hazainin 

türkologiyaya  aid  fondu  və  kataloqu  mübadilə  edilib  və  zənginləşdirilib.Azərbaycan  alimləri 

barədə  biobiblioqrafik  məlumatları  özündə  cəm  edən  sorğu  kitablarının  sayı  rekorda  çatdırılıb: 

16  biobiblioqrafik  göstərici  çapa  təhvil  verilib,  5-i  çapdan  çıxıb  və  hamısı  elektron  cild 

formatında  istifadəyə  verilib.  MEK  cəmiyyətdə  mütaliə  və  mövcud  mənbələri  araşdırma 

meyllərinin  artmasına  təsir  imkanları  üzərində  çalışır.  Bu  məqsədlə  kitabxana  fondlarında 

saxlanılan  və  tədqiqatçılara  məlum  olmayan  mənbələrin  araşdırılıb  üzə  çıxarılması, 

qruplaşdırılmış  şəkildə  araşdırıcıların  diqqətinə  kolleksiyalar  şəklində  təqdim  olunması  həyata 

keçirilir.  Mövcud  kolleksiyalara  (Georq  Hazai,  Mirzə  İbrahimov,  Mikayıl  Useynov,  Yevgeniy 

Belyayev,  Abbas  Zamanov,  Yevgeniy  Paxomov,  Yevgeniy  Bertels,  Zahid  Hüseynzadə)  əlavə 

olaraq  yeni  meyarlarla kolleksiyalar formalaşdırılır: elektron resurslar, 10  ən qədim kitab və s. 

                                                           

8

 Bax Hesabatin “MEK RƏQƏMLƏRDƏ, FAKTLARDA VƏ SİYAHILARDA” hissəsinə 



9

 Bax Hesabatin “MEK RƏQƏMLƏRDƏ, FAKTLARDA VƏ SİYAHILARDA” hissəsinə 


 

Təqdimatlar  hər  həftənin  cümə  axşamı  eyni  vaxtda,  personal  və  oxucu  girişlərində,  eləcə  də 

MEK-in  saytında  və  Facebook  səhifəsində  təqdimatın  mövzusu  və  keçirilmə  məkanı  öncədən 

elan  edilməklə  keçirilir,  tədbirdən  sonra  isə  MEK  saytında  təqdimatların  rəqəmsal  versiyası 

yerləşdirilir. Kitab təqdimatları video formatda vərəqləmə və şərhləndirmə formatına keçirilib.   

 

Azərbaycanda  akkreditə  olunmuş  diplomatik  nümayəndəliklər  və  Azərbaycan  respublikasının 



xarici  ölkələrdə  fəaliyyət  göstərən  səfirlikləri  ilə  qurulan  əməkdaşlıq  münasibətlər  nəticəsində 

MEK-də  20-yə  qədər  ölkəyə  aid  sənədləri  özündə  cəm  edən  diplomatik  fond  yaradılıb. 

Beynəlxalq  kitab  mübadiləsində  ölkələrin  sayı  40-a  çatıb.  Hazırda  50-dən  çox  təşkilat  ilə  kitab 

mübadiləsi aparılır. 



 

Mühüm  nəticə  4:  Azərbaycan  Mətbuat  Şurası  ilə  AMEA  rəhbərliyi  Azərbaycanda  elm 

sahəsində  baş  verən  yeniliklərin  ictimaiyyətə  çatdırılması,  informasiyanın  toplanılması, 

sistemləşdirilməsi  və  qorunub  saxlanılması  barədə  razılaşmaya  gəldilər  (Strateji  hədəf  4: 

Beynəlxalq münasibətlərin və ictimaiyyətlə əlaqələrin qurulması). 

Azərbaycan  Mətbuat  Şurası  ilə  AMEA  rəhbərliyi  Azərbaycanda  elm  sahəsində  baş  verən 

yeniliklərin  ictimaiyyətə  çatdırılması,  informasiyanın  toplanılması,  sistemləşdirilməsi  və 

qorunub saxlanılması barədə razılaşmaya gəldilər. Nəticədə Azərbaycan Milli Rəqəmsal Yaddaş 

bazasına Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin PDF formatda köçürülməsi və 

saxlanılması  prosesi  başlayıb.  Belə  ki,  “Yeni  Azərbaycan”  qəzetinin  2014-2017-ci  illərdə  çap 

olunan 792 sayının PDF nüsxəsi MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. 

“Azərbaycan“ qəzetinin 2003 – 2016 illərdə dərc edilmiş sayları  rəqəmsal PDF formatda Milli 

Rəqəmsal  Yaddaş  bazasına  və  2004  –  2016-cı  illərdə  dərc  edilmiş  sayları  çap  formatda 

cildlənmiş şəkildə 31 cild həcmində fondlara daxil edilib. 

AMEA  Azərbaycan  Milli  Ensiklopediyası  tərəfindən  ensiklopediyanın  yeni  nəşrinin  rəqəmsal 

cildləri  MEK-ə  hədiyyə  olunub,  bazaya  daxil  edilməklə  yanaşı  Vikipediyaçıların  istifadəsinə 

verilib. 

MEK  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  üzvü  olan  İslam  Ölkələrinin    Mədəniyyət  İnstitutu 

Kitabxanasının  təsis  edilməsi  təşəbbüsünə  qoşulub,    AMEA  elmi  müəssisələrinin  iştirakı  ilə 

İƏT-ə üzv dövlətlərin Mədəniyyət İnstitutu Kitabxanasına (MİK) Azərbaycanı təbliğ baxımından 

xüsusi  seçilmiş  ədəbiyyat  göndərib.  MEK  İraqın  Mosul  şəhərində  dağıdılmış  kitabxanalarına 

İraq  Respublikası  Səfirliyi  vasitəsilə  ərəb  dili  daxil  olmaqla  bir  çox  dünya  dillərində  kitablar 

hədiyyə  edib.    MEK-də  Azərbaycanın  tarixi  şəxsiyyətlərini  və  proseslərini,  görkəmli  ədiblərini 

tanıtım  məqsədilə  qısametrajlı  filmlər  hazırlanmağa  başlanıb.    Onlardan  tam  hazır  edilib 

ictimaiyyətə  ilk  təqdim  olunan  Birinci  Dünya  müharibəsində  Qafqazda  yaradılmış  “Vəhşi 

diviziya” adlı yerli süvari diviziyası haqqındakı qısametrajlı tarixi filmdir. 

 

Əlaqələrin  inkişaf  etdirilməsi  nəticəsində  Misir  Milli  Kitabxanası  və  Arxivləri  ilə  əməkdaşlığa 



dair müqavilə  imzalanıb. MEK-də il ərzində müxtəlif sərgilər təşkil olunub (“AXC-100”, “Yusif 

Vəzir  Çəmənzəminli  –  130”,  “Kainatı  kəşf  edək”-  astro-rəsmlərdən  ibarət  sərgi  və  s.)  və 

həmçinin kitabxanadan kənarda təşkil olunan sərgi və beynəlxalq kitab yarmarkalarında MEK öz 

sərgisi ilə iştirak edib.  

 

Mühüm  nəticə  5:  Sərbəst  Elektron  Resurslara  aid  edilən  Azərbaycandilli  Vikipediyanın 

mövqeyi  AMEA  institutları  və  kənar  təşkilatlara  sistemli  şəkildə  keçirilmiş  təlimlər  və 

təlimsonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəlilədi (Strateji hədəf 5: 

İnformasiya təhlükəsizliyinin təmin olunması və informasiyanın paylaşılması).  

AzVikipediyanın  zənginləşməsi  üçün  MEK  tərəfindən  işlək  model  hazırlanıb  və  tətbiqinə 

başlanılıb.    SER  şöbəsi  tərəfindən  AMEA  və  kənar  təşkilatlara  sistemli  şəkildə  42  viki-təlim 



Yüklə 305,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə