Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s abat 2017



Yüklə 305,18 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix11.04.2018
ölçüsü305,18 Kb.
#37078
1   2   3   4   5   6   7   8   9

 

keçirilib.  Nəticədə  ümumi  məqalələrin  sayının  artması  ilə  yanaşı  elmi  əsaslandırılmış  etibarlı 

məqalələrin sayı  129462-yə  qədər artıb,  Azərbaycandilli vikipediya 58-ci pillədən 51-ci  pilləyə 

yüksəlib. 20 Yanvar şəhidləri, AMEA Tarix İnstitutunun fəxri doktorları, Naxçıvanın görkəmli 

şəxsləri, müəssisələri, məhəllələri, küçələri, Azərbaycan jurnalları, qəzetləri, xanəndələri, diaspor 

nümayəndələri, jurnalistləri, kəşfiyyatçıları, Azərbaycanın xaricdə  yaşayan professorları, xüsusi 

tarixi  günləri,    “Mövzulu  ay”  layihəsi  ətrafinda  4746  yeni  məqalə  yaradılıb,  Vikipediyada 

mövcud olan 1000 məqalə isə redaktə edərək genişləndirilib.Xarici dil vikipediyasında AMEA-

nın 15 təsisçisi, Milli Qəhrəmanlarımız, görkəmli ədiblər haqqında 70 məqalə yaradılıb. Xarici 

dil  Vikipediyasından  9  Viki  qayda  tərcümə  edilərək  azərbaycanca  Vikipediyanın  qaydalarına 

əlavə  edilib.  Təlimlərin  keçirilməsi  üçün  elektron  dərslik  tərtib  olunub,  Youtube  paylaşım 

sistemində  video  dərslər  hazırlanaraq  yerləşdirilib.  Facebook  sosial  şəbəkəsində  isə  təlim 

iştirakçılarına  dəstək  məqsədi  ilə  “Qorqud  Viki  Klub”  qrupu  yaradılıb.  Azərbaycan  Kanadada 

keçirilən beynəlxalq Vikimaniya tədbirində MEK əməkdaşı tərəfindən təmsil olunub. 



Mühüm nəticə 6:  Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də 

aşkarlanıb  rəqəmsallaşdırılmış  17  ən  qədim  kitabın  6-sına  MEK  oxucusu  tərəfindən 

annotasiya  hazırlandı  və  kitabxana  istifadəçilərinə  təqdim  olundu  (Strateji  hədəf  5:  

İnformasiya təhlükəsizliyinin təmin olunması və informasiyanın paylaşılması). 

 

 

İNSAN RESURSLARI 

MEK-də 193 əməkdaş çalışır. 2016-cı il ilə müqayisədə kadr axınının müəyyən dərəcədə qarşısı 

alınmışdır. Belə ki 2016-cı il ilə müqayisədə hesabat dövrü ərzində yeni işə keçmiş əməkdaşların 

sayı 2 dəfə azalmışdır və 40-dan 20-yə enmiş, işə qəbul edilmiş şəxslərin sayı 21-ə çatmışdır. 44 

əməkdaşın  əməyinin  ödənilməsi  dərəcəsi  və  nəticə  olaraq  aylıq  əmək  ödənişi  2160  AZN 

azalmasıdır.  Buna  səbəb  –  MEK-in  strukturuna  AMEA  RH  tərəfindən  qəbul  edilən 

dəyişikliklərdir. Bu fakt da öz növbəsində kadr axınına gətirib çıxaracaq. 

 

ƏMƏKDAŞLARIN SOSİAL MÜDAFIƏSİ 

 

Əməkdaşların sosial müdafiəsi əsasən MEK İctimai Səhiyyə bölməsi və hüquqşünas tərəfindən 



həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2015-ci 

il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  və  Əsas  fəaliyyətlər  istiqamətində  AMEA-nın  da  icraçı 

qismində  göstərildiyi  “Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə 

dair  2015-2020-ci  illər  üçün  Strategiya”da  ictimai  səhiyyənin  gücləndirilməsi  və  maliyyə 

vəsaitinin  ayrılması  məsələləri  vurğulanır.  Bölmə  tərəfindən    MEK  və  AMEA  əməkdaşların 

laborator  və  aparat  müayinəsi  ödənişsiz  şərtlərlə  cəlb  edilmiş,  ilkin  və  təxirəsalınmaz  tibbi 

yardım  göstərilmişdir.  Bu  isə  əməkdaşların  sosial  müdafiəsinə  ən  aşağı  hesablamalarla  üç  ildə 

50.000 AZN vəsaiti  nəzərdə  tutur.  İctimai səhiyyə  bölməsinin nəzarəti altında RGM tərəfindən 

kitab  saxlanclarında  gəmiricilər  və  göbələk  xəstəliklərinin  profilaktikası  məqsədilə, 

yeməkxanada, sanitar qovşaqlarda və  bütün  MEK qapılarının  əl  ilə  kontaktda olan hissələrində 

ayda 2 dəfə sanitar – gigiyenik təmizlik və dezinfeksiya işi həyata keçirilir. MEK əməkdaşlarına 

peşə  və  mövsüm  xəstəliklərinin  profilaktikası  həyata  keçirilir.  AMEA  əməkdaşlarına  statistika 

üzrə rast gəlinən xəstəliklərin profilaktikası aparılır. Hesabat ilində 300 nəfərə ilkin tibbi yardım, 

158  nəfərə  ağ  ciyərin  rentgen  müayinəsi,  468    nəfərə  endokrinoloji  laborator  və  konsultativ 

müayinə, 87 nəfər – qan müayinəsi və anonim sorğu keçirilmişdir. 

 

 



 

PROBLEMLƏR 

!

 

Təhlükəsizliyin  təmin  edilməməsi.  MEK-də  mühafizə  olunan  sənədlərin  fiziki 

təhlükəsizlik  məsələlərinin  qismən  rəqəmsallaşdırlma,  elektron  kataloqun  hazırlanması 

və rəqəmsal yaddaş bazasında mühafizəsi ilə əldə olunursa da, MEK resurslarının yüksək 

təhlükəsizliyinin  təmin  edilməsi  fiziki  və  elektron  təhlükəsizliyin  inteqrasiyasının 

mümkünsüzlüyü  ilə  qarşılaşır.  Buna  səbəb  1.  Əməliyyat  sistemləri,  tətbiqi  proqram 

təminatları  və  avadanlıqlardan  istifadə  üzrə  lisenziyalarının  olmaması;  2.  MEK-də 

mühafizə olunan sənədlərin yalnız 12 faizinin RFİD çiplərlə təmin olunması; 3. Elektron 

informasiyanın qorunması üçün əlavə avadanlıqların olmamasıdır.  



!

 

Kadr  axını.    Baxmayaraq  ki,  2016-cı  il  ilə  müqayisədə  2017-ci  ildə  aylıq  əmək 

ödənişinin  aşağı  olması səbəbindən  yeni  işə keçən əməkdaşların  sayı  2 dəfə azalmış  və 

40-dan  20-ə  enmişdir,  kadr  axını  ilə  bağlı  2018-ci  ilə  olan  proqnoz  “pessima”  olaraq 

qalır. Səbəb  – 2017-ci  ildə 44 əməkdaşın  əməyinin  ödənilməsi  dərəcəsinin və, müvafiq 

olaraq,  aylıq  əmək  ödənişinin  2160 AZN  azalmasıdır.  Bu,  MEK-in  strukturuna AMEA 

RH  tərəfindən  təsdiq  edilən  dəyişikliklərin  nəticəsidir.  Onsuz  da  yüksək  olmayan  aylıq 

əmək ödənişi baş vermiş dəyişiklik ilə birlikdə yeni kadr axınına gətirib çıxaracaq. 

!

 

Müasir  kitabxana-informasiya  sisteminə  inteqrasiyanın  mümkünsüzlüyü.  Büdcə 

vəsaitinin  azlığı  müasir  kitabxana-informasiya  sisteminə  inteqrasiya  olunmaq  üçün 

proqram  təminatı,  lisenziya  və  zəruri  avadanlıqların  alınmasını  çətinləşdirir,  əksər 

hallarda isə mümkünsüz edir.  



!

 

Cari və əsaslı təmir xərclərinin olmaması. Bütün müəssisələrdə olduğu kimi, MEK-in 

2014-cü  ildə  istifadəyə  verilmiş  24.080  kv/m  sahəli  binasının  çoxsaylı  havalandırma, 

elektrik, suaxıtma problemləri büdcədə cari və əsaslı təmir xərcləri ilə tərs mütənasiblik 

təşkil edir. Nəticədə kitab fondları, oxu zalları, tədbir məkanları, əməkdaşların iş  yerləri 

tələb olunan keyfiyyət standartına cavab vermir.  

 

 



TƏKLİFLƏR

 

1.



 

MEK-in  strukturuna  yenidən  baxılsın  və  Azərbaycan  qanunvericlik  bazasına  və  müasir 

kitabxana-informasiya işinin dünya standartlarına uyğun şəkildə qurulmasını təmin etmək 

üçün qərar verilsin. 



2.

 

MEK-in  müasir  kitabxana-informasiya  sisteminə  inteqrasiyası  məqsədilə  proqram 

təminatı və lisenziyalarının, eləcə də zəruri avadanlıqların alınması üçün vəsait ayrılsın.  

3.

 

Mərkəzi  Elmi  Kitabxananın  respublika  miqyaslı  yeganə  elmi  kitabxana  olmasını, 

kitabxananın  fəaliyyətinin  ictimai  əhəmiyyətini  və  kitabxana-informasiya  sistemində 

islahatlar  aparmasını  nəzərə  alaraq  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyi  qarşısında  Mərkəzi  Elmi  Kitabxanaya  “Milli”  statusun  verilməsi  üçün  vəsatət 

qaldırılsın.  



4.

 

Mərkəzi Elmi Kitabxananın binasının təmir-bərpa işlərinə əlavə vəsait ayrılsın. 



5.

 

Üçnövbəli iş rejiminə keçid üçün MEK-ə əlavə ştat açılsın.  

 

 

 

 



Yüklə 305,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə