Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
40 
edərək, əhatə etdiyi elm sahəsini nəzərə alaraq mətnləri tərcümə 
edir. 
Son  illərdə  yaradılan  tərcümə  sistemlərində  tərcüməçinin 
bu təcrübəsindən istifadə edib, məhz mənalara əsaslanan frazeo-
loji, ifadələrin, hətta lazım gəldikdə şablon (sabitləşmiş ifadələr) 
cümlələrin lüğətləri tərtib edilmişdir. Frazeoloji maşın tərcüməsi 
sisteminin  prinsipləri  haqqında  ilk  məlumatlara  1975-ci  ildə 
D.Jukovun “Biz tərcüməçilərik” kitabına yazılmış ön sözdə rast 
gəlinir.  Həmin  prinsiplər  tam  və  dolğun  şəkildə  1983-cü  ildə 
Q.Q.Belonoqova  və  B.A.Kuznetsovanın  çap  etdirdikləri  “Avto-
matlaşdırılmış informasiya sistemlərinin dil vasitələri” kitabında 
təqdim olunmuşdur.
1
 1993-cü ildə isə çap edilən daha 2 məqalə-
də  də  göstərilən  prinsiplər  əsasında  qurulan  maşın  tərcümə 
sistemi,  paralel  mətnlər  (rus  və  ingilis  dilli)  üzrə  ikidilli  lüğət-
lərin avtomatlaşdırılmış tərtib metodları təsvir edilir.  
Göründüyü  kimi  bu  ilk dəfə  1975-ci  ildə  Q.Q.Belonoqov 
tərəfindən  irəli  sürülmüş,  hal-hazırda  inkişaf  etdirilməkdədir. 
Sonralar  analoji  fikri  1984-cü  ildə  Kioto  universitetinin  profes-
soru yapon alimi Naqao irəli sürmüşdür. Hal-hazırda Ümumitti-
faq İnformasiya Texnologiyaları İnstitutunda rus dilindən ingilis 
dilinə  (RETRANS)  və  ingilis  dilindən  rus  dilinə  (ERTRANS) 
frazeoloji  maşın  tərcüməsi  sistemi  yaradılmışdır.
2
  (1).  Sistemin 
köməyi ilə elmi-texniki mətnlər tərcümə edilir. Burada söz bir-
ləşmələri və elmi-texniki anlamın frazeoloji ifadələri əsas məna 
vahidi kimi götürülmüşdür. 
Məlumdur  ki,  sistemdə  ən  mühüm  və  vacib  məsələ  linq-
vistik  bazanın  özəyi  olan  maşın  lüğətlərinin  hazırlanmasıdır. 
Maşın  lüğətinə  dil  və  nitqin  əsas  vahidi  olan  frazeoloji  vahidi 
daxil etmək lüzumu doğurur. Frazeoloji  dil vahidinə  söz birləş-
məsi, ifadə, söz, hazır sabitləşmiş şablon cümlələr daxil edilir. 
                                                           
1
 Белоногов Г.Г., Кузнецов Б.А. Языковые средства автоматизированных информа-
ционных систем DJVU. М.: Наука. Главная редакция физико-математической лите-
ратуры, 1983 
2
 
http://www.acl-web.org /
 anthology/C12-1120 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
41 
Mövzudan asılı olaraq lüğətlərin tərtibində uyğun dəyişiklik-
lər  lazım  gəlir.  Bədii  tərcümədə  tərtib  ediləcək  lüğətlərə  neolo-
gizmlər, məcazlar, sabitləşmiş bədii ifadələr daxil edilməlidir. 
Elmi-texniki  ədəbiyyatın tərcüməsi  üçün isə frazeoloji  lü-
ğətlərə tematik sahə lüğətləri – robot texnikası, avtomatika, radi-
oelektronika,  hesablama  texnikası,  ekologiya,  coğrafiya,  geofi-
zika və s. bir sözlə, müasir dövrdə təbii dillərin leksik zənginliyi 
maşın lüğətlərində öz əksini tapmalıdır, məsələn, rus dilində ya-
zılmış  elmi-texniki  mətnlərdən  toplanmış  söz  və  frazeoloji  va-
hidlərdən ibarət lüğətə 70 milyondan artıq leksem daxil edilmiş-
dir.  Bundan  başqa,  Beynəlxalq  Terminoloji  Mərkəzin  məluma-
tına  görə,  dildə  müxtəlif  terminlərin  sayı  50  milyon,  müxtəlif 
çeşidli malların adı isə 100 milyona yaxındır. Digər tərəfdən də, 
frazeoloji vahidlər nəzərə alınsa, lüğətlərin həcmi bir daha çoxa-
lar. Bu başgicəlləndirici  həcmdən qurtarmaq üçün mütləq müa-
sir mətnlərdəki frazeoloji vahidlərin tezliyini müəyyənləşdirmək 
lazım gəlir. 
Bundan başqa, frazeoloji tərcümə sistemi üçün ikidilli lü-
ğətləri tərtib edərkən leksik vahidlərin bir dildən digərinə tərcü-
məsi nəzərə alınmalıdır. 
Ümumiyyətlə ikidilli paralel lüğətlərin (rus və ingilis) tər-
tibində aşağıdakı əsas prinsiplər gözlənilir: 
1.  Maşın  lüğətində  nitq  və  dilin  əsas  vahidi  –  frazeoloji 
vahiddir.  Tərcüməsi  yalnız  frazeoloji  vahiddən  çıxış  etməklə 
mümkün olmayan sözlər də bu lüğətlərə daxil edilə bilər. 
2.  Maşın  tərcüməsi  sistemində  davamlı  ardıcıllıqdan  iba-
rət olan frazeoloji vahidlərlə  yanaşı, mənalı seqmentlər  yaradan 
müxtəlif söz və söz birləşmələri ilə tamamlana biləcək “boşluq-
ları” olan nitq modelləri adlandırılan frazeoloji vahidlər də isti-
fadə olunur. 
3.  Mətnlərin tərcüməsi üçün nəzərdə tutulan maşın  lüğəti 
politematik  olmalıdır.  O,  hər  şeydən  əvvəl,  tərcümə  sisteminin 
əməliyyatı  prosesində  və  bir-birinin  tərcüməsi  olan  ikidilli 
mətnlərin avtomatlaşdırılmış emalı əsasında yaradılmalıdır. 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
42 
4.  Frazeoloji  maşın  tərcüməsi  sistemlərində  Əsas  polite-
matik  lüğətdə  əks  olunmayan  sözlər  üçün  əlavə  sahə  lüğətlə-
rindən istifadə olunması məqsədəuyğundur.
1
 
Məhz bu prinsiplər üzrə yuxarıda adı çəkilən (ÜTİ) Ümumit-
tifaq  Texnologiyalar  İnstitutunda  frazeoloji  tərcümə  sistemləri  – 
Rus-ingilis (RETRANS), eləcə də İngilis-rus (ERTRANS) sistem-
ləri  yaradılmışdır.  Hər  iki  sistem  eyni  quruluşlu  və  eyni  maşın 
lüğətlərinə malik olduğundan, biz burada yalnız RETRANS sis-
temi  haqqında  qısa  məlumat  verməklə  kifayətlənməyi  zəruri 
hesab edirik. 
RETRANS elmi-texniki mətnləri rus dilindən ingilis dilinə 
çevirmək üçün yaradılmışdır. Bu sistemin linqvistik təminatı ro-
lunu oynayan politematik lüğətə təbii və texniki elmlərin, eləcə 
də  iqtisadiyyat,  biznes,  siyasi,  hərbi,  hüquq  elmlərinin  termino-
logiyası daxildir. 
Politematik  maşın  lüğətinin  tərkibi  1.300.000  lüğəvi  va-
hiddən ibarətdir. Bunlardan 77 faizi  uzunluğu ikidən tutmuş  on 
yeddi sözə qədər söz birləşmələridir. 
Dolğunluğu ilə dünyada məşhur olan bu sistem daim tək-
milləşir  və  eyni  zamanda  maşın  lüğətləri  də  açıq  sistem  oldu-
ğundan  daim  əlavələrlə  zənginləşir.  Bu  sistemin  təcrübəsindən 
istifadə edərək elmi-texniki mətnləri Azərbaycan dilindən ingilis 
dilinə çevirən Frazeoloji Tərcümə Sistemi üçün politematik ma-
şın  lüğətlərinin  tərtibini  qarşımıza  vəzifə  olaraq  qoymuşuq.  Bu 
məqsədlə  təbii,  elmi-texniki,  hərbi,  iqtisadi,  siyasi,  tibb,  neft-
qaz, biznes, kənd təsərrüfatı və elektronika və s. sahə terminolo-
giyasından  lüğəvi  məqalələri  seçib  yuxarıda  qeyd  olunan 
RETRANS  sisteminin  politematik  maşın  lüğətinin  prinsipinə 
əsaslanan  linqvistik  bazanın  özəyini  yaratmaq  məqsədinə  nail 
olmağa çalışacağıq. 
                                                           
1
 Белоногов Г.Г. Системы фразеологического машинного перевода политемати-
ческих текстов. http://www.a-z.ru/person/belonogov/ 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə