Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   2   3   4   5   6   7   8   9   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
17 

 
söz  yaradıcı  modellərin  tədrisində  tədqiqatçıya  lazım 
olan  modellər  qrupunu  müəyyənləşdirməkdə  (misal 
üçün  -çı,  -çi,  -çu,  -çü  şəkilçiləri  ilə)  isimlər  qrupunu 
tədqiq edərkən; 

 
bir tədqiqat obyekti kimi tədqiqatçıya lazım olan feillər 
qrupunun aşkar edilməsində (məs.: sonu -maq, -mək ilə qurtaran 
modellərin tapılmasında) tətbiq edilir. 
Əks lüğət şəkilçilərin söz yaradıcılığında kəmiyyət göstə-
ricilərinin təyini üçün zəngin material verir. 
Bundan başqa alınma sözləri əks lüğətin vasitəsilə asanlıq-
la tapmaq olar. 
Avtomatik  tərcümədə,  xüsusilə  morfoloji  analizdə  əks  lü-
ğətlərdən geniş istifadə etmək olar. 
Tekstoloji və  poliqrafik xarakterli müxtəlif tipli məsələlə-
rin  həllində  (məs,  yazısı  pozulmuş  və  korlanmış  mətnlərin  əl-
yazmalarının  oxunması  çətinlik  törətdikdə)  əks  lüğətə  böyük 
ehtiyac duyulur. 
Müəyyən dildə, lakin naməlum yazı və ya kodda yazılmış 
mətnlərin  oxunması  ilə  əlaqədar  məsələlərin  həllində  yuxarıda 
göstərilən oxşar vəziyyət yaranır. Belə hallarda əks lüğət tədqi-
qatçıya böyük fayda verə bilər. 
Qafiyələrin seçilməsində və ya xüsusi qafiyələr lüğəti tər-
tib edildikdə əks lüğətə müraciət olunur. 
Beləliklə, dilçilikdə riyazi metodlar kor-koranə deyil, ehti-
yac  duyulan  məsələlərin  həllində  tətbiq  edilmişdir.  Qoyulmuş 
məsələlərin  proqramlaşdırılmasında  avtomatlaşdırma  aparmaq, 
beynəlxalq  maşın  dili  yaratmaq  məqsədilə  universal  maşın  dil-
ləri (alqoritmik dillər) yaradılmışdır. Həmin dillər üzrə nəinki tə-
bii dillərin qarşısında duran məsələləri, hətta humanitar elmlərin 
bir  sıra  məsələlərini,  o  cümlədən  linqvistikada  mətnlərin  avto-
matik təhlili, maşın tərcüməsi, lüğətlərin tərtibi kimi tədqiqatları 
proqramlaşdırmaq mümkündür və həll edilir.  
Elektron lüğətlər – kompüterin yaddaşına daxil olan müx-
təlif  tipli  lüğətlərdir.  Elektron  lüğətlər  kompüter  lüğətlərindən 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
18 
qoyulmuş  məqsəddən  asılı  olaraq  fərqlənir.  Kompüter  lüğətləri 
istifadəçilərin kompüter proqramından faydalana bilməsi məqsə-
dilə yaradılır. İnternet saytlarına müxtəlif tipli lüğətlər, məsələn, 
ABBYY Lingvo, Poliglot (Azeri dictionaries), Lingvo, tezaurus, 
ontoloji,  izahlı,  orfoqrafiya,  əks  lüğətlər  və  s.  daxil  edilmişdir. 
Ontoloji (informatika) lüğətlər – bu termin informatikadan əvvəl 
qədim  fəlsəfi  anlayışdan  (ontologiyadan)  törəmiş  və  real  aləm 
haqqında məlumatları (bilikləri) proqramlaşdırma prosesində is-
tifadə  edilir.  Maşın  təlimi  süni  intellektin  bir  bölməsi  olub,  öy-
rətmə  və  alqoritmlər  modellərinin  qurulması  məqsədini  daşıyır. 
Süni intellektin bu istiqamətinin başlanğıcı 1958-ci ildə Dartmut 
konfransında Rey Solomonovun müəllimsiz təlim, yəni kompü-
ter vasitəsilə təlim haqqında məruzəsi ilə qoyuldu və onun inki-
şafına  təkan  verildi.  Məhz  maşın  alqoritmlərinin  riyazi  anali-
zinin  öyrənilməsi  məsələsi  nəzəri  informatikanın  bölməsi  kimi 
kompüter  təliminə  (ing.  Computational  learning  theory)  zəmin 
yaratdı. Bu sahəyə obrazların tanınması məsələləri: simvolların, 
əlyazmaların, nitqin tanınması, mətnlərin analizi, roboto-texnika 
ilə  əlaqədar  kompüterlə  görmə  daxildir.  Kompüter  dilçiliyinin 
əsas istiqamətlərindən biri olan maşın tərcüməsi təbii dilin ema-
lına daxil olan məsələlərin şərhi üçün böyük aktuallıq kəsb edir. 
 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
19 
II FƏSİL 
MAŞIN TƏRCÜMƏSİ PROBLEMLƏRİ 
§1. Maşın tərcüməsi və onun inkişaf tarixinə qısa nəzər 
 əsrin 40-cı illərindən xüsusi aktuallıq kəsb 
etməyə başlayan maşın tərcüməsi problemi 
(MT) alimlərin diqqətini özünə cəlb etmiş-
dir. Məsələnin belə bir maraq doğurmasına 
əsas  səbəb  müasir  dövrdə  başgicəlləndirici 
informasiya axınının böyük sürətlə artması olmuşdur. Bu prosesin 
gedişatını aşağıda qeyd olunan faktlar bir daha sübut edir: 
Hazırda  dünyada  60  dildə  100  mindən  artıq  elmi-texniki 
jurnal  nəşr  olunur.  Bu  məcmuələrdə  dərc  olunan  məqalələrin 
sayı 5 milyondan çoxdur. Bundan əlavə hər il 100 mindən artıq 
patent qeydə alınır, 250 mindən artıq elmi hesabat və dissertasi-
ya yazılır. Alim və mühəndislər bu başgicəlləndirici informasiya 
axını qarşısında ciddi çətinliklərlə üzləşir, lazım olan məlumatla-
rı toplamaq üçün xeyli vaxt sərf etməli olurlar. 
ABŞ  konqresində  edilən  məruzələrin  birində  qeyd  olun-
muşdur  ki,  rele-kontakt  sxemlərini  quraşdırmaq  üçün  bir  neçə 
laboratoriya cəlb olunmuş və tədqiqata 5 il ərzində 200 mindən 
artıq  dollar  sərf  edilmişdir.  Lakin  keçmiş  Sovet  İttifaqında  bu 
sahəyə aid işlər amerikalılardan xeyli qabaq görülüb qurtarılmış-
dır. Həmin məsələ ilə məşğul olan mütəxəssislər yalnız 1955-ci 
ildə  SSRİ-də  bu  mövzuya  aid  əsərin  nəşr  olunmasını  təsadüfən 
aşkara çıxarmışdılar.  
Belə faktların sayı çoxdur. Bu barədə C.Bernalın irəli sür-
düyü  haqlı  mülahizəsi  ilə  tamamilə  razılaşmaq  lazım  gəlir  ki, 
yeni  faktların  aşkara  çıxarılması,  nəzəriyyələrin  yaranması  və 
bunların kimlər tərəfindən kəşf olunub-olunmamasını müəyyən-
ləşdirmək qat-qat asandır.  
XX 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
20 
Doğrudan da, hal-hazırda Azərbaycanda bir neçə min mü-
həndis və elmi işçi var. Şübhəsiz ki, onları da hər birinin çalışdı-
ğı sahədəki yeniliklər, nailiyyət və məlumatlar maraqlandırır. İs-
tənilən məlumatların axtarışı və olmaması lüzumsuz təkrarlanma 
və paralelizmə gətirib çıxarır.  
Məlumdur ki, indi dünyada milyonlarla kitab nəşr olunur. 
Dövlətlər arasında beynəlxalq əlaqələr möhkəmləndikcə elmi və 
mədəni  münasibət  və  mübadilələr  artır  və  informasiya  axınının 
güclənməsinə səbəb olur, bu baxımdan da tərcüməçilər ordusuna 
ehtiyac çoxalır.  
Təkcə  Rusiyanın  paytaxtı  Moskvada  Ümumittifaq  sənaye 
ticarət palatasının 18 şöbəsi yalnız tərcümə işləri ilə məşğuldur. 
Burada ildə 3 milyard sözdən ibarət xarici mətn tərcümə olunur 
ki, bu da verilən sifarişlərin  yalnız cüzi bir hissəsini təşkil edir. 
Belə bir axının öhdəsindən gəlmək üçün tərcümə mexanizminin 
yaradılması  zərurəti  meydana  çıxmışdır  ki,  məhz  kompüterin 
yaranması bu problemin həllinə təkan vermişdir. 
Hələ  kompüter  meydana  gəlməmişdən  qabaq  mexanizm-
lərin köməyi ilə bir dildən digər dilə tərcümə ideyasını Leybnits 
və Dekart irəli sürmüşdülər. Onlar rəqəm-kodla ifadə olunan lü-
ğət tərtib etməyə cəhd göstərmişdilər. 
Bundan  başqa  ta  qədimdən  hamının  başa  düşəcəyi  tərzdə 
məntiqə söykənən simvol-piktoqramdan ibarət dil yaratmaq ide-
yası  mövcud olmuşdur. Bu sahədə  Con Vilkinsin  yaratdığı  “İn-
terlingua”  adlı  dil  artıq  məşhurlaşmış  oldu.  Bundan  xeyli  sonra 
bir  neçə  süni  dil  hazırlandı  və  bunlardan  ən  tanınmışı  L.Zna-
menqofun esperanto dili idi ki, dünyada bu dili 80 mindən artıq 
adam bilirdi. 
XIX əsrdə Çarlz Bebbic (1791-1871) danışıq nitqini tərcü-
mə  etməyə  qadir  olan  “analitik  maşın”  layihəsini  hazırlamış, 
1939-cu ildə isə Rusiyada Smirnov Troyanski  yaratdığı arifmo-
metrə görə patent almışdır. Bu mexanizmlər getdikcə təkmilləşə-
rək  elektron  hesablayıcı  maşınların  yaranmasına  səbəb  olmuş-
dur.  Məhz,  elektron  hesablayıcı  maşınların  ixtirası  nəticəsində 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə