Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
21 
qarşıya bir sıra müxtəlif məsələlər çıxmışdı ki, onlardan biri də 
maşın tərcüməsi problemidir. 
Problemin həlli iki əsas istiqamətə yönəldilmişdir. Birinci-
si, ümumi nəzəri məsələnin həlli, yəni tərcümə probleminin həlli 
üçün  dilin  modelləşdirilməsinin  zəruriliyi,  ikincisi  isə  elmi-
texniki ədəbiyyatın tərcüməsinin az bir müddətdə praktik cəhət-
dən  həyata  keçirilməsindən  ibarətdir.  Ümumiyyətlə,  maşın  tər-
cüməsi sistemi ədəbiyyatda 3 kateqoriyaya ayrılır: 
1.
 
Tam avtomatik tərcümə. 
2.
 
Avtomatik tərcümə (insanın iştirakı ilə). 
3.
 
Kompüterin köməyi ilə tərcümə (insan vasitəsilə redaktə). 
I  kateqoriyalı  tərcümə  –  tam  avtomatik  tərcümə  mətnin 
avtomatik semantik analizi və sintezinin həlli olmadan mümkün 
deyil. 
II kateqoriyalı tərcümə müəyyən məhdudiyyətlərlə realla-
şır (lüğət, qrammatika və s.). 
III kateqoriyalı tərcümədən yüksək səviyyəli tərcüməçilər 
istifadə  edir,  bu  halda  tərcümə  olunan  mətn  mütləq  tərcüməçi 
tərəfindən redaktə olunur. 
Qeyd etməliyik ki, MT probleminin həlli üçün ilk növbədə 
dildəki  qanunauyğunluqların  dəqiq  formal  qaydalarını  hazırla-
maq,  onun  alqoritmini  tərtib  etmək,  sonra  isə  riyaziyyatçıların 
köməyi ilə proqram qurmaq lazım gəlir. 
Maşın  tərcüməsinin  tarixinə  nəzər  salsaq,  onun  keçdiyi 
yolların mənzərəsi bir daha canlanır. 
Maşın  tərcüməsinin  yaranması  1946-cı  ildən  hesab  edilir. 
Həmin  ildə  Viver  ilə  mübahisəsində  But  EHM-in  köməyi  ilə 
sözbəsöz  tərcümənin  mümkünlüyü  fikrini  irəli  sürmüşdür. 
Bundan başqa, 1952-1962-ci illərdə ABŞ-da və Böyük Britaniyada 
keçirilən  beynəlxalq  konfranslarda  bu  problem  geniş  müzakirə 
olunmuşdur. 
İngiltərənin  Teddinqton  şəhərində  1961-ci  ildə  keçirilən 
konfransda  Amerika  alimlərinin  məruzələrinin  əksəriyyətində 
transformasiya təhlilinə, çoxmənalılıq problemlərinə və s. toxu-


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
22 
nulmuşdur. Həmçinin şifahi  nitqin  tanınması,  mətnin avtomatik 
oxunması  məsələləri  ümdə  məsələ  kimi  qarşıya  qoyulmuşdur. 
Bu  illərdə  Böyük  Britaniyada  EHM  vasitəsilə  rus  dilinin  maşın 
lüğətləri və qlossariləri (çoxişlək sözlərin izahlı lüğətləri) hazır-
lanmış,  Fransada  EHM-in  yaddaş  qurğusundan  (lüğətlərin  tərti-
bində  və  sintaktik  analizdə)  daha  qənaətlə  istifadə  məsələləri 
tədqiq  olunmuş,  Yaponiyada  isə  əsas  diqqət  MT-nin  nəzəri 
problemlərinə yönəldilmişdir.
1
  
MT-nin tarixi üç əsas mərhələdən keçmişdir: 
Birinci  mərhələ  maşın  tərcüməsinin  yaranma  dövrüdür:  Bu 
mərhələ 1954-1958-ci illəri əhatə edir. 1954-cü ildə ilk maşın tər-
cüməsi  Amerika  alimləri  Dosterin  və  Qarvinin  rəhbərliyi  ilə 
“Corctaun” tərcüməsi adı altında sınaqdan keçirilmiş, həmin təcrü-
bə  prosesində  rus  dilindən  ingilis  dilinə  bir  neçə  ifadədən  ibarət 
mətn  tərcümə  olunmuşdur.  EHM-ə  əsas  linqvistik  təminat  –  250 
rus  sözündən  ibarət  lüğət  (siyasi,  hərbi  hüquq,  riyazi,  kimya 
terminləri),  bundan  başqa  6  sintaktik  qayda  və  alqoritm  daxil 
edilmişdir. Tərtib edilmiş proqram isə 2400 əmrdən ibarət olmuş-
dur.  Seçilmiş  hər  bir  rus  cümlələri  5-8  saniyəyə  tərcümə  olun-
muşdur. 
Bu  sınaq  təcrübəsi  dünya  alimlərinin  marağına  səbəb  ol-
muş, bir çox alimlər böyük ruh yüksəkliyi ilə MT-nin tədqiqinə 
başlamışlar. 
Belə  ki,  ABŞ-da  1962-ci  ildə  V.İnqvenin  rəhbərliyi  ilə 
“Riyazi  dilçilik  və  avtomatik  tərcümə  assosiasiyası”  cəmiyyəti 
yaradıldı.  Həmin  ildə  İtaliyada  (Venesiya)  mütəxəssislər  üçün 
avtomatik  tərcümə  kursları  təşkil  olundu  ki,  burada  13  ölkənin 
nümayəndələri (ABŞ, İngiltərə, İtaliya, Fransa. Belçika və s.) iş-
tirak  etmişdilər.  Yenə  də  həmin  ildə  Rumıniyada  E.Dononkoş 
“İngilis  dilindən  rumın  dilinə  avtomatik  tərcümənin  alqoritmi” 
məqaləsini Rumın Xalq Respublikasının Elmlər Akademiyasına 
                                                           
1
 Мельчук И.А., Равич Р.Д. Автоматический перевод (1949-1963) М.,1967, с.33 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
23 
təqdim etmişdir.
1
 Hindistanda Hind Texnoloji İnstitutunun Riya-
ziyyat  bölməsində  MT-in  tədqiqinə  başlanılmışdır.  Burada  rus, 
alman,  fransız,  ingilis,  hind,  maratxi,  benqal,  tamil  və  malalay 
dillərinin  tərcümə  sistemlərinin  yaradılması  nəzərdə  tutulmuş-
dur.
2
 MT-nin birinci mərhələsində əsas istiqamət ABŞ, eləcə də 
qərbi Avropa ölkələrində rus dilindən ingilis dilinə tərcümə mə-
sələlərinə  yönəldilmişdir.  ABŞ-da  AT  üzrə  200-ə  yaxın  mütə-
xəssis  çalışmış  və  belə  səpkili  tədqiqatların  aparılmasına  1963-cü 
ildə ABŞ Milli Elm Fondu tərəfindən 2 milyon dollar məbləğində 
pul ayrılmışdır. 
Sovet alimləri D.Panov və J.Muxinin rəhbərlik etdiyi qrup 
1955-ci ildə ilk dəfə olaraq “BESM” tipli EHM-də ingilis dilin-
dən rus dilinə, 1956-cı ildə isə SSRİ EA-nın Steklov adına Riya-
ziyyat  İnstitutunun  elmi  əməkdaşlarından  A.A.Lyapunov  və 
O.S.Kulaqinanın rəhbərlik etdikləri qrup fransız dilindən rus di-
linə “Strella” tipli EHM-in köməyi ilə maşın tərcüməsini sınaq-
dan keçirmişlər. 
İkinci  mərhələ  MT-nın  tənəzzül  dövrü  kimi  tanınmışdır. 
Bu  mərhələ  1958-1961-ci  illəri  əhatə  edir.  1958-ci  ildə  maşın 
tərcüməsinə həsr olunmuş ilk konfrans keçirilmiş və həmin kon-
fransın  iştirakçılarının  əksəriyyəti  belə  qənaətə  gəlmişdilər  ki, 
əsas diqqəti “vasitəçi” dilin yaranmasına və onun formal mode-
linin qurulmasına yönəltmək lazımdır
3
. Bu mərhələ 1961-ci ildə 
maşın tərcüməsinə həsr olunmuş ümumittifaq konfransı ilə sona 
çatdırılmışdır.  Bu  konfransda  qərara  alınmışdır  ki,  MT  praktik 
mərhələ  kimi  gündəlikdən  çıxarılmalı,  başlıca  məsələ  kimi  isə 
MT-nin nəzəri problemləri tədqiq olunmalıdır. 
İlk mərhələdən başlayaraq asan görünən bu problemin həl-
                                                           
1
 Дононкош Э. Алгоритм для автоматического перевода с английского языка на 
румынский.  Доклад  1  июле  1962  г.  –  Бухарест,  1962,  22  с.  АН  РНР  комиссия 
матлингвистики 
2
 Мельчук И.А., Равич Р.Д. Автоматический перевод (1949-1963) М., 1967, с.34 
3 Иванов И.Е. Реферат. 76.02.034 Современные направление в языкознании т.12, 
лингвистика  и  вычислительные  машины,  РЖ  общественные  науки  зарубежом, 
с.170 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə