Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
24 
li  zamanı  dilin  quruluşundan,  sistemindən  asılı  olaraq  sintaktik 
konstruksiyalar, omonimlik, çoxmənalılıq və s. kimi çətinliklər, 
maneələr qarşıya çıxmışdı. Bəzi alimlər dilin modelləşdirilməsi-
nə aludə olaraq tədqiqat obyektlərini sırf nəzəri məsələlərə həsr 
etmiş, əsas praktiki cəhəti unutmuşdular. Nəzəri məsələlərin təd-
qiqində  isə  müxtəlif  çətinliklərlə  qarşılaşdıqları  üçün  MT-də 
durğunluq  əmələ  gəlmişdir.  Alimlərin  əksəriyyəti  maşın  tərcü-
məsinin mümkün olmadığını etiraf etməklə, problemin həllindən 
uzaqlaşmışlar. Məhz, üçüncü mərhələ durğunluq dövrü kimi nə-
zəri cəlb etmişdir.  
Beləliklə, MT-nin ilk illərində, daha doğrusu, beş-altı il ər-
zində  gözlənilən  ümidverici  yüksək  keyfiyyətli  maşın  tərcümə-
sinin tədqiqindən artıq iyirmi il keçdiyinə baxmayaraq “kobud” 
tərcümə  belə  əldə  edilməmişdir.  1966-cı  ildə  ABŞ-ın  MT  üzrə 
təşkil olunmuş xüsusi hökumət komissiyası qərara gəlmişdir ki, 
maşın  tərcüməsi  problemini  yaxın  gələcəkdə  həll  etmək  müm-
kün deyil, bu səbəbdən  də tədqiqat üçün  ayrılan xərclər kəskin 
surətdə  azaldılmışdır.
1
  Lakin  bu  sənəd  xarici  ölkə  alimlərinin 
elmi-texniki  ədəbiyyatın  “kobud”  tərcüməsinin  həyata  keçiril-
məsinə heç də mane ola bilməmişdir. 
Çxaidze M.P. “Bir daha maşın tərcüməsi haqqında əfsanə 
və gerçəkliyə dair” adlı məqaləsində haqlı olaraq göstərir ki, bu 
sənədin  bizim  ölkəmiz  böyük  təsiri  oldu.  MT-ni  müqəddəratsız 
problem hesab edib, onu kəskin tənqidə tutdular.
2
 MT ilə məşğul 
olan  qrupların  əksəriyyəti  tədqiqat  obyektlərini  yeni  səpkidə 
(dilin  statistik  təhlili,  avtomatik  və  tezlik  lüğətlərinin  tətbiqi  və 
s.) qurmağa başladılar.
3
  
MT-nin tədqiqində baş verən böhran vəziyyətini R.Q.Piot-
rovski xarakterizə edərək qeyd etmişdir ki, 50-ci illərin sonunda 
                                                           
1
 Котов Р.Г. Лингвистика и современного состояние машинного перевода в стра-
не. ВЯ, 1976, 5, с.39 
2
 Чхаидзе М.П. Ёще раз о мифах и правде машинного перевода. ВЯ, 1976, 5, стр.50 
3
 Бектаев К. Б., Кенесбаев С.К., Пиотровский Р.Г.Об инженерной лингвистике. ВЯ, 
2, 1973; К.Б.Бектаев. Статистика речи. 1957-1972 гг. Библиографический указатель. 
Алма-Ата, 1972 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
25 
sənaye maşın tərcüməsi üzərində işləyən və ümidverici nəticələr 
əldə edən kollektivlər olmuşdur. Bu kollektivlər çox güman ki, 
60-cı  illərin  sonunda  texniki  və  linqvistik  çətinlikləri  aradan 
qaldırdıqdan sonra EHM-lərdə sənaye tərcüməsini həyata keçirə 
bilərdilər. Lakin çox təəssüf ki, texniki bazanın olmaması, riyazi 
dilçilikdə psixoloji vəziyyət MT-nin tədqiqini ləngidərək ona öz 
mənfi təsirini göstərmişdir.
1
 
Qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də MT probleminin 
tədqiqi  nəzəri  cəhətdən  xaricdəki  elmi  mərkəzlərin  tədqiqindən 
qat-qat üstündür. 
1970-80-ci  illər  MT-nin  dirçəliş  dövrüdür.  Həmin  illərdə 
fərdi  kompüterlərin  sürətli  inkişafı  evristik
 
məsələlərin  həlli 
üçün böyük imkanlar açdı. O cümlədən də MT üçün böyük yad-
daş tələbi artıq kifayətləndirici idi və eyni zamanda proqramların 
qurulmasında  xeyli  təkmilləşmə  hiss  olunurdu.  Bu  dövrü 
M.N.Məmmədova,  Z.Y.Məmmədova  intibah  dövrü  kimi  səciy-
yələndirirlər.
2
  Burada  təkrara  yol  verməmək  üçün  biz  bu  dövrü 
şərh etməyi lazım bilmirik.  
МT-nin  mühüm  uğurlarından  biri  də  1973-cü  ildə  İtali-
yanın  Piza  şəhərində  keçirilən  hesablama  dilçiliyinə  həsr  olun-
muş  beynəlxalq  konfransda  Amerika  alimləri  tərəfindən  hazır-
lanmış “Logos” sistemi üzrə nümayiş etdirilən maşın tərcüməsi 
problemi  tədqiqində  dönüş  yaratması  oldu.
3
  Bu  sahədə  görülən 
işlərlə  bağlı  keçmiş  SSRİ-nin  paytaxtı  Moskvada  1975-ci  ildə 
xüsusi  tərcümə  mərkəzi  yaradılmış  və  həmin  ildə  MT-nə  həsr 
olunmuş  seminar  keçirilmişdir.  Ümumittifaq  tərcümə  mərkəzinin 
direktoru V.N.Gerasimov seminardakı çıxışında qeyd etmişdir ki, 
MT-nin  inkişafı  üçün  geniş  dil  materiallarından  istifadə  edərək 
EHM-lərin köməyi ilə tətbiqi dilçilik sahəsində, eləcə də ümumi 
                                                           
1
 Пиотровский Р.Г. Отрослевой вероятностный машинный перевод 
2
  Мамедова  М.Г.,  Мамедова  З.Ю.  Машинный  перевод  эволюция  и  основные 
аспекты моделирование. В., 2006, стр.25-29 
3
 Арсентьева Н.Г., Кулагина О.С. Международная конференция по вычислитель-
ной лингвистике. (Пиза, Италия – 27 августа 1 сентября 1973 г.). В сб. Машин-
ний перевод и автоматизация информационных просцессов. М., 1975, стр.200 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
26 
dilçilikdə  nəzəri  tədqiqatların  aparılması  vacibdir.  Seminardakı 
məruzələr  əsas  etibarilə  aşağıdakı  mövzular  üzrə  qruplaş-
dırılmışdır: 
1. Maşın lüğətləri; 
2. Mətnlərin avtomatik analiz və sintezi problemi
3. Mətnin semantik təhlili
4. Riyazi təminat məsələləri. 
Seminarda  80-ə  qədər  məruzə  ilə  250  nəfər  iştirak  etmiş-
dir.  Bu  seminar  MT  probleminə  marağın  artmasına  əyani  sü-
butdur. 
Artıq  1970-ci  ildən  etibarən  Q.Q.Belonoqovun  rəhbərliyi 
ilə maşın  tərcüməsi  texnologiyasının  əsasları üzərində  tədqiqat-
ların aparılmasına start verilmişdir. Leninqradda “Nitqin statisti-
ka”  qrupu  tərəfindən  MT  sistemində  böyük  əhəmiyyəti  olan 
nitqin  statistik  təhlili  məsələləri  ilə  əlaqədar  müxtəlif  səpkili 
işlər görülməyə başlanılmışdır.  
1976-cı ildə Çimkənd Pedinstitutunun əməkdaşları K.B.Bek-
tayevin  rəhbərliyi  altında  ilk  dəfə  leksik  sistemli  sənaye  maşın 
tərcüməsini sınaqdan keçirmişlər.
1
 
Çağdaş  dövrdə  MT-nin  tədqiqində  qarşıya  çıxan  məsələ-
lərin  geniş  şərhi  V.N.Qerasimovun,  N.Y.Marçukun  “Maşın  tər-
cüməsinin müasir vəziyyəti” adlı məqaləsində dolğun şəkildə öz 
əksini tapdığından
2
 burada onun geniş şərhini verməmişik. 
MT sisteminin inkişaf dövrü – XX əsrin 90-cı illərini əhatə 
edir. 90-cı illərdən başlanaraq fərdi kompüterlərin və informasiya 
texnologiyalarının  inkişafı  ilə  əlaqədar  olaraq  internet  şəbəkə-
lərinin genişlənməsi, çoxdilli istifadəçilər ordusunun artması MT-
nin  təkmilləşməsi  lüzumunu  sürətləndirir,  neyron  şəbəkələr  və 
statistik metodlardan istifadə etməklə yeni texnologiyaların yaran-
                                                           
1
  Пиотровский  З.Г.,  Бектаев  К.Б.  Машинный  перевод,  теория,  эксперимент, 
внедрение. ВЯ, 5, 1977; Бектаев Л.Б., Кенесбаев С.К., Пиотровский Р.Г. Об ин-
женерной лингвистике. ВЯ, 2, 1973; Л.Б.Бектаев. Статистика речи. 1957-1972 гг. 
Библиографический указатель, Алма-Ата, 1972 
2
  Герасимов  В.Н.,  Марчук  Ю.Н.  Современное  состояние  машинного  перевода. 
Сб. Машинный перевод и автоматизация информационных процессов. М., 1975 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə