Bu bizə göstərilən bir qabdır: xarici görünüşü etibarilə
ləyəni, və ya böyük boşqabı xatırladır, xırda dəlikləri var.
Qabın funksiyası ilə bağlı m əlum at verirlər: “Bu qab içərisinə
tökülən maye qarışığı olan cisimləri mayedən ayırm ağa x id
mət edir, yəni, içərisinə tökülən cism in suyunu süzm ək üçün
dür” . İstehsalına başlanan bu qabın reklamı məqsədi ilə ona
ad vermək və potensial müştərilərə tanıtmaq tələb olunur.
Bu halda Sinktual dərketməyə hazırlıq m ərhələsində,
yəni, ümumi dərketmə prosesinin birinci aktının birinci faza
sında həmin qabın görünüşü, əlaməti, eləcə də funksiyası ilə
bağlı verilən izahat və s. əsasında vizual-vokal dərketmə m e
todu ilə beynimizdə ona ekvivalent olan birinci intellekt ob
razı yaranır.
Birinci aktın ikinci fazasında həmin qabın birinci intel
lekt obrazı bənzər vizual və funksional xüsusiyyətlərə malik
gerçəklik elementlərinin (məsələn, ləyənin, boşqabın və s.)
baş beyində mühafizə olunan birinci və ikinci intellekt obraz
ları, yəni, xarici görünüşü, haqqında asanlıqla mətn forması
na çevrik» bilən məlumatın və adların da mühafizə olunduğu
kodlar qrupuna qeyd olunur (yadda saxlanılır) və beləliklə
həmin qab dərk edilir.
Birinci aktın üçüncü fazasında həmin qabın birinci in
tellekt obrazı bənzər vizual və funksional xüsusiyyətlərə m a
lik digər gerçəklik elementlərinin baş beyində mühafizə olu
nan intellekt obrazları və ya kodları ilə birlikdə yada salınır,
yəni, aktiv yaddaşa gətirilir.
Dərketmə prosesinin ümumi qaydalarına uyğun olaraq
birinci aktın üçüncü fazasında aktiv yaddaşa gətirilən in
tellekt obrazları dördüncü fazada modullaşaraq sonrakı beyin
aktivliklərinin icrası üçün ən uyğun olan obraz və simvollara
M ayıl В. ƏSGƏROV.Söz və formaların yaranma
va
m ənimsənilm ə
___________________
mexanizminin linqvopsixoloji m odeli
Q ıpçaq qrupu türk dillərin in leksikası, səh ifə 42
çevrilir1.
Bu fazadan sonra icra olunan Sinktual dərketmə prosesi
ilə həmin qaba ad veriləcəyinə görə birinci aktın dördüncü
fazasında həmin qabın birinci intellekt obrazı həm vizual şə
kildə, həm də onun forma və funksiyalarının təsvirindən iba
rət olan mətnlər şəklində, onunla bərabər aktiv yaddaşa gəti
rilmiş bənzər vizual və funksional xüsusiyyətlərə malik digər
gerçəklik elementlərinin birinci intellekt obrazı da həm vizual
şəkildə, həm də həmin qabların forma və funksiyalarının təs
virindən ibarət olan mətnlər şəklində,ikinci intellekt obrazları
isə bu gerçəklik elementlərinin adlarına ekvivalent olan söz
lər, yəni, “ləyən”, “boşqab” sözləri kimi aktiv yaddaşda tam
açılır.
Sinktual dərketmənin birinci fazasında forması, funksi
yası, təbiəti və s. cəhətləri nəzərə alınmaqla həmin qaba ad
verilir. Funksiyası nəzərə alınmaqla bənzərlik və analogiya
prinsiplərinə uyğun olaraq (funksiyası süzmək və forması lə
yənə, boşqaba bənzədiyinə görə) bu qaba “süzəyən ” və “süz-
qab ” adı da vermək olardı. Amma başqa analogiya və bən
zərlik, eyni zamanda bir sıra digər linqvistik cəhətlər də n ə
zərə alınmaqla bu qaba “sü zg ə c ” adı verilmişdir.
Sinktual dərketmənin ikinci fazasında bu qabın altı hərf
dən ibarət olan adının “süzgəc” şəklində yazılışını və [süz-
gəç] kimi tələffüzünü əks etdirən sözə ekvivalent olan ikinci
intellekt obrazı yaranır və həmin qabın birinci intellekt obrazı
ilə birləşərək vahid kod əmələ gətirir. Bu kod bənzər vizual
və funksional xüsusiyyətlərə malik gerçəklik elementlərinin
baş beyində mühafizə olunan intellekt obrazlarının və kodla
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 Əsgərov M.B. Dərketmənin mexanizmi. “Tədqiqlər” . AMEA Dilçilik İnstitutu. Bakı,
«Elm», 2006, N 4 s. 4
4
-
5
9
.
_______________________________
Q ıpçaq qru pu tü rk dillərinin leksikası, səh ifə 43
rının olduğu kodlar qrupuna qeyd edilir (yadda saxlanılır).
Beləliklə, həmin qabın adı süzgəc olaraq dərk ed ilm iş
olur və bununla da, ikinci intellekt obrazının yaranm ası p ro
sesində sinktual dərketmənin aktiv mərhələsi başa çatır.
Bu tədqiqatın psixoloji əsasını L.S.Vıqotskinin p six o lo
ji fəaliyyət nəzəriyyəsinin xaricə yönələn fəaliyyətlər q ism i
nin mütləq şəkildə nəzərə alınması şərti ilə akademik İ.M .Se-
çenov tərəfindən irəli sürülən:
1. insana göstərilən xarici təsir (stimul),
2. bu təsirin insan beynində yaratdığı hisslər (obraz),
3. insan tərəfindən həyata keçirilən fəaliyyət1 kim i üç-
pilləli dərketmə aktı və bu akt əsasında m üəyyən
edilən S+O+F (stimul+obraz+ fəaliyyət)
sxemi təşkil edir.
Nəzəriyyənin şərhində dərketmənin minimal vahidləri
olaraq gerçəklik elementi və intellekt obrazı cütündən istifadə
olunur. Gerçəklik elementi dedikdə, obyektiv aləmdə real şə
kildə mövcud olan və ya mövcud olduğu qəbul, yaxud ehti
mal edilən əşya, varlıq və hadisələr, anlayış, norma və prin
siplər, həmçinin onların real və ya təsəvvür olunan əlamət,
keyfiyyət, xüsusiyyət və hərəkətləri nəzərdə tutulur. Gerçək
lik elementinin hiss orqanlarına təsiri nəticəsində intellekt ob
razı yaranaraq baş beyində mühafizə edilir və əks etdirdiyi
gerçəklik elementinə ekvivalent olur2.
Bu tədqiqatın linqvistik əsası ondan ibarətdir ki, okka-
zional şəkildə ünsiyyət ehtiyacından yaranan dil struktur va
hidləri və söyləmlər əks etdirdiyi gerçəklik elementinin yad-
Mayıl В. ƏSGƏROV.Söz vs formaların yaranma və m ənimsənilm ə
mexanizminin linqvopsixoloji modeli
1 Сеченов И.M. Рефлексы головного мозга. Санкт Петербург, 1866.
Əsgərov М.В. Gerçəklik elementinin intellekt obrazları. «Tədqiqlər». AMEA
Dilçilik İnstitutu. Bakı, «Elm», 2003, № 4, s. 39-43.______________________
Qıpçaq qrupu tilrk dillərinin leksikası, səhifə 44
daşdakı intellekt obrazları və ya kodları ilə birləşdikdə dilə
çevrilir.
Yəni, dil, bir tərəfdən öz struktur vahidləri olan forma
və nitq söyləmləri ilə birlikdə təfəkkür proseslərinin son
məhsulu kimi meydana çıxır, ikinci bir tərəfdənsə, bir güzgü
kimi məhz dərk olunmuş gerçəklik elementlərini əks etdirir.
Dil həm yaranması, həm də funksiyası baxımından tam
linqvopsixoloji mahiyyət daşıyır. Bu səbəbdən istər təsviri,
istər funksional, istərsə də stmktur dilçilikdə aparılan tədqi
qatlarda obyekt olaraq seçilən dil struktur vahidlərinin, nitq
söyləmlərinin və ya bütövlükdə mətnin analizi prosesində
dilin linqvistik yönləri ilə yanaşı psixoloji cəhətlərini də nə
zərə almaq lazımdır. Əks halda əldə edilən nəticələrin ən azı
tamlığı və dolğunluğu, etimologiya, funksional-semantik
araşdırmalarla bağlı bəzi konkret hallarda isə, hətta nəticələ
rin doğruluğu belə, şübhə altına alına bilər.
Təqdim etdiyimiz psixoloji sxemdə gerçəklik elementi
nin nəzərə alınmadığı ehtimal oluna bilər, amma stimulun
varlığı, artıq gerçəklik (G) elementinin də mövcudluğunu təs
diq edir. O da aydındır ki, bu fəaliyyətin son məqsədi dərket
mədir. Yəni, həmin sxemin G+S+O +F=D (gerçəklik ele-
mnti + stimul + intellekt obrazı + fəaliyyət = dərketmə) şək
lində olması, bizcə, mahiyyətdə heç nəyi dəyişmir. Amma
istənilən halda həmin sxem formal olaraq bu şəkildə tamam
lanmalıdır.
Gerçəklik elementinin və onun adının dərk olunması
(F) belə baş verir ki, gerçəklik elementinin (G |) hiss orqan
larına təsiri (S)) nəticəsində beyin aparatı vasitəsilə həmin
gerçəklik elementinə ekvivalent olan birinci intellekt obrazı
(Oı) yaranır (Fı - birinci fəaliyyət).
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bak^JOlf^
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 45
Dostları ilə paylaş: |