Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə14/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

munda dərk olunması nəticəsində baş verir.
Deməli, bu və ya digər leksik formanın hansı nitq h issə­
sinə  aid  olması  birbaşa onun  birinci  intellekt  obrazından  ası­
lıdır.  Psixolinqvistik  analiz  zamanı  birinci  intellekt  obrazı 
bəlli  olan  formanın  hansı  nitq  hissəsinə  aid  olması  ilə  bağlı 
onun  qrammatik  əlamət və  y a   sintaktik  funksiyasına  istinad 
etməyə  ehtiyac  qalmır.  Çünki  həmin  formanın  birinci  intel­
lekt  obrazı  məhz  onun  haqqında  tam   təsəvvür  yarandıqdan 
sonra müəyyən olunur.  Başqa sözlə  desək,  bu və  ya digər  sö­
zün  qrammatik  forma  və  ya  sintaktik  funksiyasına  onun  bi­
rinci intellekt obrazının müəyyənləşdirilməsi prosesində ehti­
yac duyulur.
M əsələn,  ayrılıqda işlənən  “yaz”  sözünü və  ya form ası­
nı  ilk  dəfə  oxuduqda,  yaxud  eşitdikdə  bu  forma  ilə  “bahar” 
mənasında  ilin  fəslininmi,  yoxsa  “yazmaq”  felinin  kökü  ilə 
ifadə  olunmuş  hərəkətinmi  nəzərdə tutulduğunu müəyyənləş­
dirməkdə  çətinlik  çəkirik.  Əslində  bu  çətinlik  elə  birinci  in­
tellekt  obrazının  müəyyən  olunması  ilə  bağlı  qarşıya  çıxan 
çətinlikdir.  Bu  forma  ilə  obyektiv  aləmdə  mövcud  olan  ger­
çəklik  elementi  və  ya  onun  birinci  intellekt  obrazı  arasındakı 
əlaqəni  müəyyənləşdirmək  üçün  həmin  formanın  digər  dil 
struktur  vahidləri  zəncirindəki  mövqeyinə,  yəni,  qrammatik 
əlamətinə  və  ya  sintaktik  funksiyasına  ehtiyac  duyulur.  Onu 
da  qeyd  edək  ki,  bu  ehtiyac  məhz passiv  kommunikanta,  yə­
ni,  informasiyam  alan  şəxsə  məxsus  olan bir  ehtiyacdır.  A k­
tiv  kommunikant  isə,  həmin  sözü  söyləyərkən,  onun  hansı 
gerçəklik elementi və ona ekvivalent olan birinci intellekt ob­
razı ilə bağlı olduğunu, təbii ki, bilir.
L eksik form aların  ikinci  tipi.  Leksik  məna  yaratmaq 
məqsədilə  konkret  leksik  şəkilçilərlə  işlənən  söz  qəlibləri
Mayıl 
В. 
ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin lingvopsixoloji m odeli
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 54
hansı  nitq  hissəsinə  aid  olmasına  baxmayaraq,  müəyyən  mə­
nada  kateqoriya  xüsusiyyəti  daşıyır.  Belə  ki,  hər  bir  konkret 
leksik şəkilçi bu kateqoriyanın şəkli əlaməti, yaxın və ya bən­
zər  məna  çalarları  isə  ümumi  kateqoriya  məzmunu  kimi  qə­
bul olunur1.
Məsələn,  -çi  şəkilçisi  müxtəlif adlardan  isim  düzəldən 
bir  kateqoriyanın  şəkli  əlaməti,  onun  yaratdığı  peşə,  sənət, 
fəaliyyət növü  ilə  bağlı  olan  şəxs  məzmunu  isə,  bənzər məna 
çalarlan kimi qəbul edilir.
Leksik  kateqoriyaya daxil  olan və ya bu kateqoriya əsa­
sında yaranan hər bir  sözün,  formanın birinci  intellekt  obrazı 
kök və ya əsasın birinci  intellekt obrazı ilə eyni dərəcədə əhə­
miyyət kəsb  edən,  amma bununla belə həmin obrazdan əsaslı 
şəkildə  fərqlənən,  tamamilə  müstəqil  bir  intellekt  obrazıdır. 
Məsələn,  -çi  şəkilçisinin  köməyi  ilə  dəmir  sözündən  əmələ 
gələn  dəmirçi  sözü  və  ya  formasının  birinci  intellekt  obrazı, 
həmin formanın  əmələ  gəldiyi kökün  {dəmir)  birinci  intellekt 
obrazı  ilə  eyni  dərəcədə  əhəmiyyət  kəsb  edir.  Yəni,  “dəmir” 
sözünün  dildə  əks  etdirdiyi  birinci  intellekt  obrazına  ekviva­
lent olan  gerçəklik  elementinin insan tərəfindən qavramlması 
üçün  həmin  birinci  intellekt  obrazı  nə  qədər  vacibdirsə,  “də­
m irçi”  sözünün  birinci  intellekt obrazına ekvivalent olan ger­
çəklik  elementinin  insan  tərəfindən  qavramlması  üçün  də 
onun birinci  intellekt obrazı o qədər vacibdir.
Başqa  sözlə  desək,  metal  parçası  olan  dəmiri  dərk  et­
mək  üçün  beynimizdə  dəmir  adlı  gerçəklik  elementinə  ekvi­
valent olan  intellekt obrazı  yarandığı  kimi,  metal məmulatları 
hazırlayan  bir  sənətkarı  dərk  etmək  üçün  də  beynimizdə  də-
AM  EA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, Ш  cild, Bakı, 2012
1  И ван о в  C .И.  К урс  ту р ец к о й   грам м атики.  4 .1 .  Л ен и н гр ад ,  1975,  100  с.; 
И ван о в  С .Н .  К урс ту р ец к о й   грам м ати ки .  4 .2 .  Л ен и н гр ад ,  1977,  88  с.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 55


mirçi  adlı  gerçəklik  elementinə  ekvivalent  olan  tam am ilə 
fərqli  bir  intellekt  obrazı  yaranır.  Göründüyü  kimi,  bu  intel­
lekt  obrazlarından biri  bir parça metalın real  obrazına,  digəri 
isə müəyyən bilik, bacarıq və vərdişlərə malik olan insan ob ­
razına ekvivalentdir.
İlkin  gerçəklik  elementi  kimi  tamamilə  müstəqil,  hətta 
biri  canlı  insan,  digəri  isə  cansız  metal  parçası  olan  bu  ger­
çəklik elementlərinin dildə bənzər adlarla adlandırılması,  hət­
ta  onlardan  birinin  adının  digərinin  adından  əmələ  gəlməsi, 
birinci  intellekt  obrazları  baxımından  tamamilə  təsadüfi  xa­
rakter daşıyır.  Belə ki, dəmir-dəmirçi,  kömür-kömürçü cütləri 
ilə yanaşı daş-bənna,  ağac-dülgər-xarrat kimi heç bir uyğun­
luğu olmayan analoji cütlər də vardır.
Burada hər hansı bir uyğunluqdan yalnız ikinci intellekt 
obrazı  səviyyəsində  danışmaq  olar.  Belə  ki,  tamamilə  fərqli 
mahiyyətə  malik  olan  gerçəklik  elementləri  (əşya  və  insan) 
dərk  olunarkən  onların  birinci  intellekt  obrazları  bir-birindən 
əsaslı  surətdə  fərqlənir.  Amma  bununla  belə,  müəyyən  olu­
nan  bəzi  ümumi  cəhətlər  əsasında  birinci  intellekt  obrazları 
bir-birindən  fərqlənən  gerçəklik  elementlərinə  bənzər  adlar 
verilir.  Beləliklə,  onların  ikinci  intellekt  obrazlarında  müəy­
yən uyğunluq  yaranır.  İkinci  intellekt obrazlarmdakı  eyni  tip 
uyğunluqlar  (məsələn,  -çı  şəkilçisi  ilə  bağlı  əşya  və  əşyanın 
istehsalı,  yaxud da satışı və  s.  ilə məşğul olan şəxs) V.Q.Qu- 
zevin qeyd etdiyi  kimi,  “leksik kateqoriya olaraq qəbul edilən 
analoji leksik formalarla yaranır” 1.
Bir  cəhəti  də  qeyd edək  ki,  leksik  kateqoriyaların  eyni
Mayıl В.  ƏSGƏROVSöz və formaların yaranma və manimsanilma
_________ _____  
mexanizminin linqvopsixoloji modeli
'  Гузев  В .Г.  С и стем а тю ркских  сло во и зм ен и тел ьн ы х   категорий  в  ф ункц ио­
н ально-сем антич еском   аспекте. 
Диссертация на соискание ученой степе­
ни доктора филологических наук.
  Л ., 1986.
Qıpçaq qrupu türk dillərinin leksikası, sahifa 56
məna çaları yaradan formaları  qohum dillər üzrə bir-birini ta­
mamlayır.  Məsələn,  Azərbaycan  dilində  dəmirçi,  kömürçü 
formaları  olduğu  halda  taxtaçı,  daşçı  formaları  yoxdur.  Bu 
formaların əvəzinə Azərbaycan dilində dülgər,  xarrat və bən­
na  sözləri  işlənir.  Türk dilində isə analoji  olaraq ahşapçı  (ah- 
şap -  taxta,  ağac) və taşçı formaları işlənir. Türk dilində işlə­
nən  tişçi,  gözcü  formalarının  yerinə  Azərbaycan  dilində  diş 
həkimi  və  göz  həkimi  ifadələri  işlənir.  Özbək  dilində  işlənən 
ukituvçi (müəllim),  terimçi (əsasən pambığı,  ümumiyyətlə  isə 
məhsulu yığan  adam),  eskiçi  (köhnə  əşyalar alan  və  ya  satan 
adam),  kükçi  (göy-göyərti  becərən  və  satan  adam),  olmaçi 
(alma  yetişdirən  və  ya  satan  adam)  və  s.  kimi  formalara  da 
Azərbaycan  dilində təsadüf olunmur.  Bunun  səbəbi  dillərdən 
birinin  zənginliyi,  digərinin  kasıblığı  yox,  əvvəldə  də  qeyd 
olunduğu  kimi,  nitq  ehtiyacıdır.  Yəni,  özbək  dilində  terimçi 
forması -  bu  forma ilə adlandırılan şəxsləri pambığın əkilmə­
si  (ekinçı),  suvarılması  (suçi),  becərilməsi  proseslərində  işlə­
yən  işçi  və digər  muzdlu  fəhlələrdən  (botrak)  fərqləndirmək, 
onların  yalnız  və yalnız pambığın dərilməsində  iştirak  etdiyi­
ni  vurğulamaq üçün yaranmışdır.
Müəyyən  leksik  və  qrammatik  ənənələr  yaranıb  inkişaf 
etdikdən  sonra  isə,  analogiya prinsipinin  məna  məsələsindən 
önə keçmə  ehtimalı  yüksəlir.  Belə  ki,  dəmirlə  işləyən  adama 
dəmirçi,  kömürlə  işləyən  adama  kömürçü  deyilməsi  ənənəsi 
yarandıqdan  sonra,  kompüter  proqramı  ilə  işləyən  adama 
proqram çı',  perforasiya  ilə  məşğul  plan  şəxsə perforatorçu2 
deyilməsi  artıq  məna  tərəfindən  deyil,  sadəcə  analogiyadan
AMEA Nəsimi adma Dilçilik İnstitutunun litrk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1  M əm m ədli  N .A lınm a term inlər (1 9 2 0 -1 995-ci  illər).  Bakı,  “ E lm ” ,  1998,  s.  114.
2  İsrafilova  S.  A zərbaycan  d ilində  inform atika  term in lərin in   leksik-sem antik 
təhlili.  B akı.  “ B eynəlxalq  u niversitet” .  2006,  s.  90.
Qıpçaq qrupu türk dillərinin leksikası, sahifa 57


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə