Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə3/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   ...   114

mədov  ( “Qıpçaq  qrupu  türk dillərində  toponimlərin  linqvis- 
tik  təh lili”),  filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Elnarə 
Əliyeva-Ələkbərova  ( “Qıpçaq  qrupu  türk  dillərinin  dialekt 
leksikası”), filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şü­
kürova  ( “Qıpçaq  qrupu  türk  dillərində  alınma  term inlər”), 
filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Qətibə  Mahmudova 
(“Qıpçaq  qrupu  türk dillərində  morfoloji yolla  söz yaradıcı­
lığı”),  elmi  işçi,  filologiya  üzrə  fəlsəfə  doktoru  Ruslan  Ab­
dullayev  ( “Qıpçaq qrupu türk dillərində leksik-semantik kon­
versiya ”),  eləcə  də  şöbənin  yetirməsi,  filologiya üzrə  fəlsəfə 
doktoru -  hal-hazırda Moldova Respublikasında çalışan mil- 
liyyətcə  qaqauz  Güllü  Qərənfil  (“ Qıpçaq  qrupu  türk dilləri­
nin antroponimiyasının ümumi mənzərəsi ”)   yazmışlar.
3  cildlik  «Türk  dillərinin  tarixi-müqayisəli  leksikologi- 
yası məsələləri»  kitabının nəşrinə  öz xeyir-duası  ilə yaşıl işıq 
yandırmış  unudulmaz  direktorumuz  akademik  Ağamusa 
Axundova,  eləcə də digər cildlər kimi  son III cildin də nəşrin­
də  maddi  və  mənəvi  dəstək  göstərdiklərinə  görə  türk dilləri 
şöbəsinin  bütün  əməkdaşlarına,  xüsusən  kitabın  çapa  hazır­
lanması  prosesində  fəal  və  təmənnasız  çalışmış  böyük  elmi 
işçi, filologiya  üzrə fəlsəfə  doktoru,  dosent Aynel  Ənvər  qızı 
Məşədievaya  və  kiçik  elmi  işçi,  doktorant  Günel  Əmirxan 
qızı  Mirzəyevaya,  eləcə  də  «Nurlan»  nəşriyyatının  direktoru 
filologiya  elmləri  doktoru, professor  Nadir  Məmmədliyə  tə­
şəkkür edirəm.
Monoqrafiya ilə bağlı  fikir və mülahizələrini bizə çatdı­
ran,  irad  və  tövsiyələrini  bizdən  əsirgəməyən,  dəyərli  məs­
ləhət  və  təklifləri  ilə  kitabın  müəllifləri  -   sabahlarına  məsu­
liyyət  daşıdığımız  gənc  tədqiqatçıları  türkologiya  sahəsində 
daha  uğurlu  addımlara  sövq  edən  hər  bir  oxucumuza,  xüsu­
Məhəbbət Mirzəliyeva.  Türkün müqəddəs  Tarixinə işıq salmaq Elmin sabahının
________________________
əsl təminatçıları
  -  
X X I əsr gəncliyinin mənəvi borcudur
________________________
Q ıpçaq qrupu tü rk d illərin in  leksikası, sə h ifə  10
sən  tanınmış  türkoloq-dilçilərimizə  əvvəlcədən  minnətdarlı­
ğımı bildirirəm.
Ünvanımız:  Azərbaycan  Respublikası, Bakı  şəhəri, 
Hüseyn  Cavid  p r o s p e k tijl,  Akademiya  şəhərciyi  (Əsas 
bina),  V qat,  AMEA  İ.Nəsimi  adına  Dilçilik İnstitutu,  Türk 
dilləri şöbəsi (538-ci otaq)
Məhəbbət MİRZƏLİYEVA
filologiya elmləri doktoru, 
türk dilləri şöbəsinin m üdiri
А М Е Л  İ.  N əsim i a d m a  D ilç ilik  İn stitu tu n u n  tü rk  d illəri şö b əsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
Q ıpçaq q ru p u  tü rk dillərinin  leksikası, sə h ifə  11


M əhəbbət MİRZƏLİYEVA
filologiya elm ləri doktoru
SÖZYARADICILIĞI PROSESİNƏ DAİR 
NƏZƏRİ QEYDLƏR
S
özyaradıcılığı  prosesi  dilçilikdə  ənənəvi  olaraq 
leksika bölməsində yada salındığı  və  öyrənildiyin­
dən  onun  qıpçaq  qrupu  türk  dillərinin  leksikologi- 
yası  məsələlərindən biri  kimi təqdim  olunması  təbii  sayılma­
lıdır.  Halbuki,  biz  bu  fikrin tam  əksi  olaraq  sözyaradıcılığını 
dilçiliyin bir  şöbəsi kimi  deyil,  bütün  şöbələri  əhatə  edən  fa­
siləsiz bir proses  kimi  qəbul  edir,  tədqiqatımızı  məhz bu isti­
qamətdə  aparmağı  məqsədəuyğun  sayırıq.  Buna  görə  də  bu­
rada sözyaradıçılığı prosesinin mahiyyəti  ilə bağlı  düşüncələ­
rimizi  əks  etdirən nəzəri  qeydləri  təqdim  etməklə  kifayətlən­
mək istərdik.
Dilçilikdə  sözyaradıcılığımn  qrammatika,  daha  dəqiq 
desək,  morfologiyanın,  eləcə  də  leksikologiyanın  tərkibində 
öyrənilməsi bir çox dilçilərə məxsusdur. Təsadüfi  deyildir ki, 
onlar  sözyaradıcılığını  «leksik-morfoloji  kateqoriya»  kimi 
təqdim  edirlər1.  Bu  gün  də  davam  edən  belə  mövqe  əslində 
məntiqsiz və yanlış hesab olunmalıdır.
Sözyaradıcılığı -  çoxəsrlik dilçilik elminin tərkib hissə­
si  olub,  tarixi  səciyyə  daşıyır.  Müəyyən zaman kəsiyində  baş 
verən  (və  ya  gedən)  bu  proses  sinxron  mahiyyət  kəsb  edir. 
Bizcə,
M əh əbbət M irzəliyeva .S özyaradıcılığı p r o s e s im  d a ir n əzəri qeydlər
1 М усаев  Г.Г.  К  вопросу о словообразовании И И сследование по 
грам матике и лекси ке тю ркских язы ковхб .ст.Т аш кен т:  Наука,  1965.
Q ıpçaq qrupu türk dillərinin  leksikası, səh ifə 12
Sözyaradıcılığı prosesi
dilin bütün qatlarında, bütün səviyyələrində gedən 
_________________ fasiləsiz prosesdir.__________________
Məgər dildə səs, vurğu, intonasiya dəyişikliyi nəticəsin­
də  meydana  gələn  sözlər, fonetik qatda  cərəyan  edən  sözya- 
radıcıhğı prosesinin nəticəsi deyilmi?!!
Düzəltmə,  mürəkkəb  və  qoşa  sözlərin  yaranması  isə, 
sözsüz ki,  bu prosesin morfoloji qatda baş  verməsi  ilə əlaqə­
dardır.
Sintaktik  layda  da  sözyaradıcılığı  prosesini  izləmək 
mümkündür  və  maraqlıdır.  Belə  ki,  sintaktik  əlaqələrin  mü­
hüm rol  oynadığı  söz birləşmələrinin,  hətta bəzən cümlələrin 
vahid  məfhum  ifadə  etməklə  mürəkkəb  sözə  çevrilməsi  də 
sözyaradıcılığı prosesinin təzahürüdür.
Frazeoloji  vahidlər  də  dilin frazeoloji  qatında  gedən 
sözyaradıcılığı  prosesinin  nəticəsi  kimi  qiymətləndirilməli­
dir.
Dilin leksik qatında bu prosesin baş verməsi  ilə dilə ye­
ni  sözlərin daxil  olması, yad dillərdən yeni termin və sözlərin 
dilə  yol  açması,  ümumi  sözlərin xüsusiləşməsi, təkmənalılıq- 
dan  çoxmənalılığa  və  ya  əksinə,  eləcə  də  sinonimliyə  və 
omonimliyə keçidlərin meydana gəlməsi müşahidə olunur.
Sözyaradıcılığımn  ümumi  dilçilikdə  bu  və  ya  digər  dil 
yarusuna aid edilməsi  hər şeydən əvvəl,  bu prosesin iki  qütb­
lə  bağlı  olmasından  irəli  gəlir.  Belə  ki,  sözyaradıcılığmda 
həm  məzmun,  həm  də  forma  dəyişikliyi  baş  verir.  Elə  buna 
görə də dilçilər adətən bu prosesi morfologiyaya (forma baxı­
mından)  və  leksikologiyaya  (məzmun  baxımından)  aid  edir­
lər.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq qru pu  tü rk dillərinin leksikası,  səh ifə  13


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə