Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə5/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   ...   114

sındakı oxşarlıq, eləcə də dialekt çoxluğu bir daha göstərir ki, 
zaman ötdükcə dillər dəyişikliyə məruz qalır.
Fonetik  qatda  gedən  sözyaratma prosesi  maraqlı  xüsu­
siyyətlərə malikdir. Bunları belə qruplaşdırmaq olar:
I   Bir he call sözlərdə sözün y a  əvvəlində, y a  da sonunda 
bir samitin dəyişməsi ilə əmələ gələn yeni sözlər.
Məsələn:Azərbaycan  dilindəki  nümunələrə  diqqət  yeti­
rək:  T o n -  don -  son - fo n  -  qon -  yon; a t -  a d -  a ç -  ac -  as
-  aş -  az -  al -  an -  ar -  ay;  baş -  bas -  bar  -   bat -   bal -  
bax;  tər -  dər -  nər -  sər — zər -  şər -  hər -  gər -  çər; y o l -  
kol -  qol -  sol -  bol -  dol -  rol;  bel — tel -  sel;  nal -  çal — qal
-  bal -  dal -  xal -  val -  hal -  sal -  şal; poz -  boz -  qoz -  yoz
-  toz;  biz -  diz -  siz -  miz;  buz -  duz  və s.
L.Blumfild  dil  dəyişmələrinin  tiplərindən  biri  kimi  fo­
netik  dəyişməni  də  göstərərək  yazır:  “Fonetik  dəyişmələr 
yalnız  fonemlərə  aid  olur  və  dil  vahidlərinin  yalnız  fonetik 
görkəmində dəyişiklik etməklə onları başqalaşdım ”1.
Dil  vahidlərinin fonetik dəyişmələr nəticəsində yeniləş­
məsi  m üxtəlif yollarla  gedir.  Buraya  sözlərdə  sait  və  samit­
lərin  m üxtəlif mövqelərdə  əvəzlənməsi,  sözlərdə  səsdüşümü 
və  səsartımı,  assimlyasiya və  dissimlyasiya hadisələrinin baş 
verməsi  və  s.-ni  aid  etmək  olar.  L.Blumfild  göstərir  ki,  “bir 
çox səs  dəyişmələri  hər hansı dil  formasının səslənməsini  ya­
radan  artikulyasiyanm  sadələşməsi  istiqamətində  getmişdir. 
Samitlər  qrupu  müntəzəm  olaraq  belə  sadələşir” .  M üəllif 
fikrini bir qədər də davam  etdirərək  yazır:  “Son  samitlər bir­
ləşməsinin sadələşməsi çox  geniş  yayılmış hadisədir”1
 2
 3.
Məhəbbət Mirzəliyeva .Sözyaradıcılığı prosesinə dair nəzəri qeydlər
1 Л.Блумфилд.Язык.Москва,  1968, c.427
2 Yenə orada, s.404
3Yenə orada, s. 405
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 18
Bu hadisəyə  türk  dillərinin  həm tarixi  keçmişində,  həm 
də çağdaş vəziyyətində rast gəlinir.  Məsələn:
a)  sözdə  ilk  səsin  düşümü  və  ya  səs  artımı  yolu  ilə: 
ürk  -  hürk;  ulduz -  yıldız;  il -  y ıl -  cıl;  ud(maq) 
-yu d (m a q ); vur -  ur və s.
b)  söz  ortasında  səslərin  dəyişməsi  ilə  yolu  ilə:  ayaq 
-  adak -  azak  və s.
ç) söz ortasında səs artımı ilə:  it -  işt və s.
c) söz sonunda səsin dəyişməsi yolu ilə:  at -  ad  və  s. 
Semantik  vol.  Sözün  leksik  mənasımn  dəyişmələrə  uğ­
raması  dildə  semantik  dəyişmələr kimi  qəbul  edilir və  bu  da 
əslində  sözyaradıcılığı  prosesinin  bir  istiqamətidir.  Bunun 
nəticəsində  yeni  leksik  vahidlər  meydana  gəlir.  Məsələn, 
m üasir türk dillərində bu gün işlənən elə  sözlər vardır ki,  qə­
dim   türk  dilində  bildirdiyi  mənada  deyil,  yeni  mənada  çıxış 
edir.  Maraqlısı  budur  ki,  həmin  leksik  vahidin  qədim  məna­
sına bəzən bu və ya digər müasir türk dilində də rast gəlinir.
L.Blumfild haqlı  olaraq göstərir ki,  «Bu və ya digər dil 
vahidinin  vaxtı  ilə  başqa  bir mənada çıxış  etməsini  daha  qə­
dim  yazılı  abidələrdə  işlənən  söz  birləşmələri  və  mətnlərdən 
aydm görmək olar»1.
Sözun semantik dəyişmələrinin ümumi  dilçilikdə,  eləcə 
də  türkologiyada  və  Azərbaycan  dilçiliyində  əksər  dilçilər 
adətən  aşağıdakı təsnifatını aparmışlar:
• 
məna daralması yolu ilə  semantik dəyişmələr.
• 
məna genişlənməsi  yolu ilə semantik dəyişmələr.
• 
metafora yolu ilə semantik dəyişmələr.
• 
metonimiya yolu ilə semantik dəyişmələr.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Tiirk dillərinin tarixi-milqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 Л.Блумфилд. Язык.Москва,  1968, c.465
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 19


• 
sinekdoxa yolu ilə semantik dəyişmələr.
• 
Hiperbola(daha  güclü  mənadan  zəif mənaya  keçid)  yolu 
ilə semantik dəyişmələr.
• 
litota  (daha  zəif mənadan  güclü  mənaya  keçid)  yolu  ilə 
semantik dəyişmələr.
• 
mənanın mənfiləşməsi yolu ilə.
Bu  təsnifat  əsasında  türk  dilləri  üzrə  əldə  edilən  mate­
riallar  sözün  məna  dəyişikliklərini,  onlann  tarixi  inkişaf yo­
lunu  izləməyə  imkan  yaradır.  L.Blumfild  yazır:  “Biz  əgər nə 
vaxtsa A mənasında işlənmiş,  sonralar  isə  В  mənasında çıxış 
etmiş forma ilə rastlaşırıqsa, bu, heç şübhəsiz,  ən azı iki hərə­
kətin  nəticəsidir:  həmin  formanın  işlənmə  sahəsi  A  tipli  şə­
raitdən  daha əhatəli  A-В  şəraitinə  qədər  genişlənir,  sonra isə 
-  bu forma həmin  şəraitlərdə  işləkliyini  itirərək  qismən köh­
nəlmə  sayəsində  köhnə  A  tipinə  yaxınlaşan  şəraitlərdə  isti­
fadədən qalır, nəhayət,  yalnız В  tipli vəziyyətlərdə işlənməyə 
başlayır.  Adi  hallarda  birinci  proses  В  vəziyyətlərində  dili 
tədricən tərk edən bir-biri  ilə rəqabət aparan hər hansı forma­
nın  köhnəlməsi  və  ya  məhdudlaşmasını  göstərir.  İkinci  pro­
ses  isə  A  tipli  şəraitlərdə  rəqabət  aparan  hər hansı  formanın 
müdaxiləsinə yol açıır.” 1
İctimai hadisə olan dil tarixi  kateqoriyadır.  Məhz bu ba­
xımdan  dilin mənsub  olduğu  xalqın  tarixinin  daşıyıcısı  oldu­
ğunu iddia etmək, xalqın elm, mədəniyyət və mənəviyyatının 
inkişaf yolunu  özündə  əks  etdirdiyini  söyləmək  heç  də  əsas­
sız deyildir.  İctimai  həyatın m üxtəlif sahələrini bütün çalarla- 
rı,  əlvanlığı,  rəngarəngliyi,  tam  spektri  ilə  özündə  təcəssüm 
etdirən  dil  xalqın  həyatını,  onun  tarixini,  ictimai-iqtisadi,  si­
yasi və mədəni əlaqələrini yaşadan əbədi varlığa çevrilir.
Məhəbbət Mirzəliyeva .Sözyaradıcıltğı prosesim  dair nəzəri qeydlər
1 Л.Блумфилд.  Язык.  M.,  1965, c.471
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 20
Hər bir  söz  tarixi  reallaqlarm,  tarixi  hadisələrin  şahidi, 
zamanın hər cür  «şıltaqlıqlarına»  mərdliklə  sinə  gərən və bə­
zən  də  istər  forma  (fonetik  cild),  istərsə  də  məzmun(seman- 
tik) baxımından müəyyən dəyişikliklərə uğrayan əvəzsiz tari­
xi abidədir.
Elm  göstərir  ki,  bütöv  bir  dövrün  məhsulu  olan  dil 
ümumxalq  xarakteri  daşıyır.  Məhz  buna  görə  də  bir  iqtisadi 
quruluşdan  digərinə  keçid  dildə  elə  bir  köklü  dəyişikliklər 
yarada bilmir.  Bu mərhələ  dilin yalnız inkişafı prosesində tə­
kan rolunu oynayır.
S.İ.Ojeqov  yazır:  “Həqiqətən,  ictimai  həyat  ictimai  dö­
nəmlər  və  sosial  dəyişikliklər  dövrünün  inqilabi  çağlannda 
daima  gərgin  və  sürətli  inkişafla  səciyyələnir.  Xalqın  həya­
tında  əsrlərlə  sürən  bu  mərhələlər  dilin  tarixində  özünəməx­
sus  dönüş  nöqtəsi  yaradır.  İctimai  həyatın  intensiv  inkişafı 
dövründə dilin fəaliyyəti  daha da genişlənir1.
Son  20  ildə  müstəqillik  əldə  etmiş  türk  dövlətlərinin 
rəsmi  ana dillərinin  (türk  xalqlarının  dövlət  statusu qazanmış 
ana  dillərinin)  əsrlərin  dərinliyinə  uzanan  şərəfli  tarixi  bunu 
bir daha sübut edir.
«Dil  insan ağlının qüdrətli  silahıdır,  insan həyatının bö­
yük  neməti  və  tükənməz  xəzinəsidir.  İnsan təbiəti  və  həyatın 
mənasını, mübarizə  və yaşayışının qayəsini  ən bariz və aydın 
şəkildə  dil  vasitəsilə  ifadə  etmişdir.  Mərhum  xalq yazıçımız 
akademik  M. İbrahimovun  bu  fikri  həmin  missiyanı  həyata 
keçirən hər bir dil,  o cümlədən üzərində tədqiqat apardığımız 
qıpçaq qrupu türk dillərinə şamil edilə bilər. 1
 2
1  С.И .О ж егов.  Л ексикология.  Л ексикограф ия.  К ультураречи.  M ., 
1974,  С.20
2 M.İbrahimov. Azərbaycan dili.  Bakı,  1957,  s.5___________ __ ______________
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri

III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 21


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə