Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə8/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

kimi  qəbul  edir)  və  kommunikativ  (dil  vasitəsi  ilə  ünsiyyət) 
funksiyaları da bu funksiyanın içərisindədir1.
A.S.Çikobava dilin bir çox  funksiyaları  olduğunu qəbul 
etsə  də,  bütün  bu  funksiyaları  vahid  bir  iyerarxiya  daxilində 
yerləşdirməklə monofunksionallığa meylini nümayiş etdirir1
 2.
V.Hümboldt  dili  əmələ  gətirən  ehtiyaclarla  bağlı  belə 
deyir:  “Dil  yalmz  xarici  ehtiyacdan,  yəni,  ictim ai  əlaqə,  ün­
siyyət  ehtiyacından  deyil,  insanlığın  daxili  ehtiyaclarından 
yaranmışdır”3  və  bununla  da,  o,  dilin  çoxfiınksiyalılığmm 
əsasım qoyur.
V.A.Avrorinin  fikrincə,“Dilin  kommunikativ  və  eks- 
pressiv  funksiyaları  bir  medalın  iki  üzüdür”,  hətta  “dil  ifadə 
etmədən  fikir  yarada  bilməz,  fikir  yaratmadan  isə  onu  ifadə 
edə  bilməz.  Bunu  dil  formasında  təzahür  edən  vahid  fikir 
prosesinin iki cəhəti kimi nəzərdən keçirmək olar”4.
R.A.Budaqova  görə  isə,  “kommunikativlik  və  fikri  ifa­
də  funksiyalarının vəhdəti  olmadan nə dil,  nə  də  dil haqqında 
elm ola bilməz”5.
L.S.Vıqotski  bir  tərəfdən  “ünsiyyət  mütləq  şəkildə 
ümumiləşdirmə  və  sözün  mənasının  təkmilləşdirilməsini  nə­
zərdə  tutur,  yəni,  ümumiləşdirmə  ünsiyyətin  inkişafı  nəticə­
sində  mümkün  olur”,  digər  tərəfdən  isə,  “insanlara  xas  olan
M ayıl 
В. 
ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopstxoloji modeli
__________
1 Колшанский Г.В.  Соотношения  субъективных  и объективных факторов  в языке.  М. 
1975.  с. 44.
2  Чикобава  А С.  К  вопросу  о  взаимоотношении  мышления  и  речи  в  связи  с  ролью 
коммуникативной функции -  
"Язык и мышление”,
 М.  1967.  с.  18.
3  Гумбольдт  В.  О  различии  организмов  человеческого  языка  и  о  влиянии 
этого  различия  на  умственное  развитие  человеческого  рода.  Введение  во 
всеобщее языкознание.  Спб,  1859. с. 47.
‘’Аврорин  В.А.Проблемы  изучения  функциональной  стороны  языка. 
Л. 1975. с. 36-40.
5 Будагова Р.А.  Введение в науку о языке.  М.  1958. с. 3.__________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 30
ali,  psixoloji  ünsiyyət  formaları  yalnız  ona  görə  mümkündür 
ki,  insan  təfəkkür'vasitəsilə  gerçəkliyi  ümumiləşdirilmiş  şə­
kildə əks etdirir”  kimi  fikirlər irəli  sürməklə “ümumiləşdirmə 
və  ünsiyyət,  kommunikasiya  və  təfəkkürün  vəhdəti”ni  mən­
tiqi şəkildə şərh etməyə çalışır1.
L.A.Kiselyovamn  mövqeyi  tamamilə  fərqlidir.  O,  belə 
hesab  edir  ki,  “dilin  dialektik  vəhdət  təşkil  edən,  sosial  ba­
xımdan  bərabərhüquqlu  olan  bu  iki  funksiyası...  onların  de- 
terminasiyasım şərtləndirən təfəkkür və ünsiyyət adlı ehtiyac­
ların  özləri  qədər  müstəqildir  və  onları  bir-birinin  tərkibinə 
daxil  etmək,  məzmun  və  ya  forma  baxımından  birini  digəri­
nin hesabına tamamlamaq olmaz” və onun fikrincə, “dilin ün­
siyyət və təfəkkür funksiyaları ünsiyyət ehtiyacı  və  ümumiy­
yətlə,  düşünmək  ehtiyacı  kimi,  təfəkkürün və  ünsiyyətin  özü 
qədər ən ümumi şəkildə abstraktlaşdmlmadır.
Bəlli olduğu kimi,  real gerçəklikdə ən başlıcaları,  ikinci 
dərəcəliləri  və törəmələri  də daxil  olmaqla ünsiyyət və təfək­
kür ehtiyaclarının  iyerarxiya sistemləri  mövcuddur ki,  bunlar 
dilin  ünsiyyət  və  təfəkkür  funksiyalarının  tip  və  növlərinin 
iyerarxiya sistem lərini...  determinasiya edir.
Beləliklə,  təfəkkür  və  kommunikasiya  funksiyaları 
m üxtəlif  tip  və  növlərə  malik  olmaqla  müstəqil  iyerarxiya 
sistemi  əmələ  gətirir”2.  İstinad  etdiyimiz  tədqiqatçıların  ha­
mısı  qəbul  edir ki,  dilin  əsas  funksiyası  (və  ya  funksiyaların­
dan  biri)  ünsiyyətdir.  Bu  məsələ  ətrafında  mübahisə  yarada 
biləcək heç bir fikir ayrılığı yoxdur.
Dilin  fikir  yaratmaq  və  ya  fikri  formalaşdırmaq  funk-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
’Выготский Л.С.  Избранные психологические исследования.  M.  1956. с.51 
2  Киселева Л.А.  Вопросы теории  речевого  воздействия.  Ленинград,  Изд.-во 
«Ленинградского университета»,  1978,  с. 40.____________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 31


siyasi  da  həmin  tədqiqatçıların  böyük  əksəriyyəti  tərəfindən 
dəstəklənmiş,  bununla  belə  ünsiyyət  funksiyasında  olduğu 
qədər,  yəni,  100%-lik  tam  dəstək  almamış,  kiçicik  bir  şübhə 
yeri  qoymuşdur.  Bu  şübhələrin  bizi  haraya  qədər  apara  bilə­
cəyinə nəzər salaq.
V.A.Avrorinin  fikri  belə  idi  ki,  “dil  ifadə  etmədən  fikir 
yarada  bilməz,  fikir  yaratmadan  isə  onu  ifadə  edə  bilməz”. 
Amma, həqiqətən də, “fikri yaradan dildirmi?” -sualına cavab 
axtaraq və fikir yaratmağın psixoloji köklərinə baxaq.
Ümumpsixoloji  baxımdan  “fikir  yaratmaq”  və  ya  “dü­
şünmək” bir beyin aktivliyi olub,  baş beyindəki məlumatların 
müəyyən meyarlar əsasında seçilməsi, sıralanması, düzülməsi 
və  ya  başqa  bir  şəkildə  analiz  edilməsidir.  Baş  beyində  olan 
məlumatların  mahiyyətini  anlamaq  üçün  onların  da psixoloji 
köklərini  ən  ümumi  şəkildə  nəzərdən  keçirək:  baş  beyində 
olan məlumat gerçəklik elementlərinin məlum xüsusiyyətləri­
nin  hiss  orqanlarına  təsiri  nəticəsində  mənimsənilməsi  yolu 
ilə toplanan informasiyadır.
Fikri  yaradan,  formalaşdıran  appelyativ  vahidin  və  ya 
təfəkkür  prosesinin  əsas  elementinin  dil  olduğunu  qəbul  et­
sək,  onu  da qəbul  etməliyik  ki,  baş  beynimizdəki  məlumatlar 
yalnız  dil  struktur  vahidlərindən,  yəni,  sözlərdən  və  ya  for­
malardan  ibarətdir.  Çünki  söz,  forma olmadan dilin hər hansı 
bir  funksiyanı  icra  etməsi  mümkün  olmadığı  kimi,  dilin  söz­
dən və  ya formadan başqa bir funksional  aləti  və  ya appelya­
tiv vahidi də yoxdur.
Bu  vəziyyətdə  qəribə  bir  seçim  qarşısında  qalırıq.  Ya 
qəbul  etməliyik  ki,  söz  qarşılığı  olmayan,  yəni,  adı  olmayan 
əşyam,  varlığı,  vəziyyəti,  hərəkəti  anlamırıq,  dərk  etmirik, 
yəni,  baş  beynimizdə  söz  qarşılığı  olmayan  heç  bir  anlayış
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
_________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 32
yoxdur,  ya  da  qəbul  etməliyik  ki,  baş  beynimizdə  mövcud 
olan,  amma  söz  qarşılığı  olmayan heç bir anlayışla bağlı  dü­
şünməyə,  fikirləşməyə  qadir deyilik.  Amma sadəcə adı  deyil, 
özü də məlum olmayan minlərlə varlıq kəşf və icad olunmuş­
dur.  “Dilsiz  fikir  yarana  bilməz” prinsipindən  çıxış  etsək,  bu 
kəşf və icadlarla bağlı yəqin belə deməliyik ki, onları “düşün­
mədən  etdik”,  “fikirləşmədən  oldu” .  Bu  isə  məntiqsizlikdən 
başqa bir şey deyil.  Aparılan araşdırmalar dərketmə və təfək­
kür  kimi  beyin  fəaliyyətlərinin  də  dil  və  onun  söz,  forma, 
şöyləm,  nitq  kimi  vahidləri  ilə  deyil,  intellekt  obrazları  və 
kodları ilə reallaşdığını göstərir1.
Dərketmə  və  təfəkkür  kimi  beyin  fəaliyyətləri  ilə  bağlı 
aparılan  araşdırmalar*
 2  nəticəsində  məlum  olmuşdur  ki,  sink- 
tual  dərketmə  istisna  olmaqla,  digər  dərketmə  növlərində  dil 
və onun struktur vahidləri,  yalnız dərketmə aktının birinci  fa­
zasında və sadəcə  gerçəklik elementi ilə bağlı məlumatın əldə 
edilməsi yollarından biri  kimi müşahidə olunur.  Dərketmənin 
sonrakı fazalarında isə dil ümumiyyətlə iştirak etmir.
Məlum  olduğu  kimi,  insanın  istənilən  fəaliyyətinin  hə­
rəkətverici qüvvəsi  onun ehtiyacı və bu ehtiyac istiqamətində 
formalaşan motivasiyadır.  Hər yeni  elm  sahəsinin  və  ya elmi 
istiqamətin yaranmasının  səbəbi  də  məhz mütəxəssis marağı, 
onun öyrənmək ehtiyacı və motivasiyasıdır.
Ümumilikdə  dilin  və  onun  struktur  vahidlərinin,  eləcə 
də nitqin əmələ gəlməsi, ünsiyyət vasitəsi kimi  ondan istifadə
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012_
'  Əsgərov  M.B,  Gerçəklik  elementinin  intellekt  obrazları.  “Tədqiqlər”.  AMEA 
Dilçilik  İnstitutu.  Bakı,  “Elm”,  2003,  №  4,  s.  39-43;  Dərketmə  və  təfəkkürün 
vahidləri, Azərbaycan  Dövlət Pedaqoji  Universitetinin  “Xəbərlər”i,  Humanitar 
elmləri seriyası, Bakı, 2006, №4, s.  İ 15-119.
2  Əsgərov  M.B.Dərketmənin  mexanizmi  (məqalə). ‘ Tədqiqlər".  AMEA  Dilçilik 
İnstitutu.  Bakı, “Elm”, 2006, N  4 s.  44-59._________________________  
1
Qıpçaq qrupu tiirk dillərinin leksikası, səhifə 33


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə