Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə100/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

Baskan iz, körgen kızık artta kalmak,
Bir kudaydan baskamn beri özgermek.
(Genc  ixtiyarlayacaq, mövcud olmayan doğacaq, 
doğan öləcək
Təqdir yoxdur, keçən ömür təkrar gəlməyəcək 
Basılan iz, alman keyf geridə qalacaq 
Tək Allahdan başqasının hamısı dəyişəcək.
(Bay Kunanbayev) 
Bu  nümunədə  “ja s”  yəni  gənc  sifəti  cümlədə  ismin 
sualına cavab verərək  substantivləşmişdir.  Eyni zamanda feli 
sifət  olan  “tuvgan”,  yəni  doğan  sözü  cümlə  daxilində  ismin 
sualına cavab verərək substantivləşmişdir.
İki  söz -  həm  sifət və həm də isim kimi  işlənərsə,  bunu 
omonim hesab  edənlər də vardır.  İ.İ.Meşşaninov bu cür keçi­
di  “sifətin  leksik  substantivləşməsi”  adlandırır.  Rus  dilində 
bu keçidi  semantik keçid də adlandırırlar.
F.Zeynalov  yazır:  “Sifət  substantivləşəndə  cümlədə 
mübtəda  və  tamamlıq  funksiyasında  çıxış  edir.  İsmin  bütün 
əlamətlərini  qəbul  edir,  öz  əvvəlki  keyfiyyət,  xasiyyət  m əz­
mununu itirir,  yeni “don” geyir.
Beləliklə,  konversiya  həmişə  təmiz  isim  yaratmır  (bir 
nitq  hissəsi  digərinə  keçir)1.  Q.  Kazımov  yazır:  “qoca,  ca­
van,  gənc,  keçəl,  lüt, yetim,  körpə və s. kimi  sözlər substantiv 
formada daha  çox  işlənir.  Ona  görə  də  bu cür  sifətlərə  müb­
təda  vəzifəsində  daha  çox  rast  gəlmək  olur.  Məs.:  Mərdan 
kimi lütlər çəkilib öz yerində oturar (Mir Cəlal).1
 2
Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
____________________________
konversiya
_____________________________
1 Зейналов Ф. P.  Принципы  классификации именных частей речи (на 
материале азербайджанского языка). АКД, Б.,  1957,21  с. Səh. 13
2  Kazımov  Q.  Müasir Azərbaycan  dili.  Sintaksis.  Bakı:  Ünsiyyət,  2000, 
481  s. 104-105
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 402
Digər  nümunələrə  nəzər  salaq:  (Qazaxca)  Bizdey  o kip 
jürgen  jişitterşe  kırda  ja ksi  terbiye  algan  minezi  jaksi, 
adamşılıgı  bar el kızın aluv kerek.  -  Bizim  kimi oxuyan  isid- 
lərə  kənddə  yaxşı  tərbiyə  almış  təbiəti  gözəl  insanlığı  olan 
bir  el  qızı  almalıdır.  (Muhtar  Evezov  “Şigarmalar”,  birinci 
tom,  Almatı,  1967,  s.106).  Bu  cümlədə  də  “jigitterge”  yəni 
igidlərə  sifəti  cümlədə  hal  şəkilçisi  qəbul  edərək  tamamlıq 
vəzifəsində çıxış etməklə substantivləşmişdir.
Substantivləşmiş  sifət ismin  adlıq və təsirlik hallarında 
olur:  Oşentip  az-azdan  cişit  könügö  baştadı,  oşondan  bolsa 
da  çal  anı  ötö  ay adı.{qırğızca)  -   Beləliklə yavaş-yavaş  igid 
alışmağa  başladı,  amma yenə  də qoca  ona çox acıdı.  Bu  nü­
munələrdə adlıq halda işlənmiş igid və qoca sifətləri cümlədə 
substantivləşmişdir.
Substantivləşmiş  sifət  ismin  yiyəlik  halında olur.  Anav 
öl se n   i isit tin  düniyesine  iye  bolıp  otirgan,  yalgız gana  kem- 
pir,  om   da  ala  kelseşi!{qırğızca) -  Bax  ölən gencin  dünyası­
na sahib  oldu,  yalnız  bir qoca  onu  da alsaydı  keşke.  (Muhtar 
Evezov,  Şigarmalar,  birinci  tom,  Almatı,  1967)  Bu  cümlədə 
işlənmiş jigittin  sifəti  yiyəlik  hal  şəkilçisi  qəbul  edərək  cüm­
lədə  substantivləşmişdir.
Sifətlərin  substantivləşməsində  -lar,-lər  şəkilçisi  fəal 
rol  oynayır.  Məs.:Gs.y baldar da çondar menen  koşo  işteşet - 
Balaca  uşaqlar  da  böyüklərlə  bərabər  işləyirdilər,  (qırğızca) 
Bu  cümlədə  böyük  sifəti  -lər  cəm  şəkilçisi  və  -lə  qoşması 
qəbul  edərək  isimləşmişdir.  Biz  dele  usul  ayıldın  kedveleri 
bolobuz.  (qırğızca)  -  Biz də  bu  kəndin  kasıblarıyıq.  Bu  cüm­
lədə kedyeleri  -  kasıb sözü cəm,  mənsubiyyət  şəkilçisi  qəbul 
edərək  substantivləşmişdir.  Dalay  cigitter  kattalgalı  tur du 
(qırğızca) — Xeyli gənclər qeydiyyat üçün ayağa  durdu.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 403


Feli  sifət  isim  istiqamətində  substantivləsmə.  M üasir 
türk dillərinin morfoloji quruluşunda feli  sifətlər də əsas yer­
lərdən birini  tutur.  F.Zeynalovun fikrincə  “feli  sifət  şəkilçilə­
ri felin şəkil və zaman kateqoriyası  şəkilçiləri ilə ortaqlıq təş­
kil  edir.  Lakin bunları  eyniləşdirmək olmaz.  Onlar cümlə da­
xilində  asanlıqla fərqlənir.  Feli  sifətlər həmin  şəkilçilərlə  iş­
ləndikdə  əşyanın  təyini  kimi  çıxış  edir,  ancaq  substantivləş- 
dikdə  müstəqil  işlənərək  əşyalaşır” 1.  Məs.:  (Q.)  -  Oturarmar 
(kim?)  xiç  annamadılar  nasıl  qeçtilar  asfalt  yolunu.(N.Ba- 
boqlu); Qeçennerda domuz kestilar, almış bir buka yaxxnı  da 
çekilmiş qelmiş(N.Baboqlu), (Tm)  -  Okumayan (kim?),  işle- 
yendən (kimdən?) pis yaşar.
Felin  adyektiv  forması  olan  feli  sifətlərin  isimləşərək 
mübtəda  vəzifəsində  işlənməsi  onların  fel  və  sifət  xüsusiy­
yətlərini  saxlayaraq  əşya  mənası  kəsb  etməsi  ilə  bağlıdır. 
Məs.:  Oxuyan  kim,  calan  kim...  (İ.Məlikzadə).  Rəqs edənlər 
geri çəkildilər (İ.Məlikzadə).  “Sintaktik normalara əsasən fe­
li  sifət-mübtəda vəzifəsində daha çox cümlənin əvvəlində  iş­
lənir.  Lakin  aktuallaşma,  yerini  bildirmə  prosesində  cümlə­
nin  sonunda da işlənə bilir.  Məs.:  Hər müqəddəs ananın lay­
lasında həyat var,  Ölsün inanmayanlar! (S.Vurğun). İki qızdı 
bütün  rayonda  oxuyan,  onları  barmaqla  göstərirlər{S.Əh­
mədov).
Zərf-isim  istiqamətində substantivləsmə. Türk  dillərin­
də  zərflərin  də  bir  qismi  atributivləşmə  -   substantivləşmə 
əsasında cümlədə  mübtəda  vəzifəsində  işlənir.  Məsələn,  (A)
-  Oralar  çəmənlik,  buralar  daşlıqdır.  Yuxarı  qaranlıq  idi.
Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
_________________________
konversiya
__________________________
1 Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası.  11,  Bakı:  ADU 
nəşri,  1975,  130 s. s.  115
Qıpçaq qrupu türk dillərinin ieksikası.  səhifə 404
Asası  rütübətli  idi.  Bu nümunədəki  “oralar”,  “buralar”,  “yu­
xarı”  zərfləri  cümlədə  “hara?”  sualına cavab  verərək  mübtə­
da vəzifəsində çıxış etmişlər.
Q.Kazımov  zərflərin  substantivləşməsi  prosesini  belə 
şərh edir:  «Zərf hərəkətin əlamətini bildirən nitq hissəsi  kimi 
izah  olunur.  Əlamət  bildirən  sözün  mübtəda  vəzifəsində  iş­
lənməsi  üçün  isimləşməsi,  hallana  bilməsi,  adlıq  hal  forma­
sında olması vacibdir.  Ona görə də zərfin mübtəda vəzifəsin­
də  çıxış etməsi  üçün  iki  proses keçirməsi  - əvvəlcə hərəkətin 
əlamətini  bildirmə  prosesindən  ötərək  əşyanın  əlamətini  bil­
dirmə imkanı qazanmalı, sonra da substantivləşməlidir.
Məntiqi  şəkildə  belə  bir  sual  çıxa  bilər:  “ora”  sözünə 
bu və ya digər halın şəkilçisini birbaşa (məsələn: yer sözü tə­
səvvür olunmadan) artırmaq olmazmı? Qeyd etməliyik ki, bu 
sualın  cavabı  dilçiliyimizdə  hələ  verilməyib.  Yuxarı,  aşağı, 
geri,  ora,  bura  sözləri  birbaşa  (qeyd  etdiyimiz  ikiqat  proses 
olmadan)  hal  şəkilçiləri  qəbul  edə  bilirsə,  onlar  zərf  deyil, 
məkan  mənalı  isimdir.  Bu  son  fikir  ona görə  daha  çox  həqi­
qətə  uyğundur  ki,  ora,  bura,  irəli,  geri,  aşağı,  yuxarı  söz­
lərinin  semantikasında substantivlik  və  ümumi  yer  sözü,  yer 
anlayışı  var.  Bu cəhət də  bunu təsdiq edir ki,  ora,  bura sözlə­
rini  adverbial  formadan  atributiv  formaya  keçirmək  olmur- 
orayer,  bura yer deyilmir”.1
Zaman  zərfi  isim  istiqamətində  substantivləsmə.  (T) 
Akşamdan (nədən?) sonra sabahlar (nə?) hayrolsun (Türk ata 
sözü);  (Q.)  -  Matuşka taa sabaası  annatmış enilikleri  kız-kar- 
daşına,  ama  avşamdan  artık  butun  kuy  bilardi...  (N.Baboq- 
lu).  Substantivləşmiş  zaman  zərfləri  ismin  digər  hallarında
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-milqayisəli leksikologiyası məsələləri, III did, Bakı, 2012
'K azım o v  Q.  M ü asir A zərbaycan  dili.  Sintaksis.  Bakı:  Ü nsiyyət,  2000, 
s. 105
Qıpçaq qrupu türk dillərinin ieksikası.  səhifə 405
ш


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə