Türkün sirli Tarixinə linqvistik baxış və araşdırmalarla
da nüfuz etmək, yol açmaq mümkündür. Ona görə də gənc
dilçi-türkoloqları səfərbər etməklə türkoloji tədqiqatların in
tensiv şəkildə aparılması, məsələlərə yeni baxış bucağından
yanaşılması artıq zəruriyyətə çevrilmişdir.
M əmmədağa Şirəliyev, M uxtar Hüseynzadə, Əbdüləzəl
Dəmirçizadə, Səlim Cəfərov, Abdulla Vəliyev, Əlövsət Ab
dullayev, Fərhad Zeynalov, Samət Əlizadə, Afad Qurbanov,
Aydın M əmmədov həmçinin bu gün də Azərbaycan elminə
fədakarcasına xidmət göstərən Ağamusa Axundov, Tofiq
Hacıyev, Kamal Abdulla, Vahid Zahidoğlu, Mehman Musa
yev kimi dilçilərimizin türk dillərinin öyrənilməsi ilə bağlı
tədqiqatları da həmişə diqqəti cəlb etmişdir. Bu tədqiqatlarda
ənənəviliklə yanaşı yeniliyin də özünü göstərməsi və bu za
man cəsarəti ilik, tarixə sədaqət və ehtiram nümayiş etdiril
məsi danılmaz faktdır.
Əlbəttə, dilin bütün səviyyələrində tədqiqatların aparıl
ması vacibdir. Lakin leksik qatın araşdırılması türk dillərinin
mənşəyinin, təşəkkül, inkişaf və formalaşma tarixinin öyrə
nilməsi, onların qohumluq əlaqələrinin (bu əlaqələrin hətta
görünmədiyi, sezilmədiyi məqamda belə) aşkarlanması, eləcə
də türk dillərinin qohum olmayan dillərə münasibətinin ay
dınlaşdırılması üçün də olduqca gərəkli və əhəmiyyətlidir.
Bu baxımdan oğuz və karluq qrupu türk dillərinin leksika və
frazeologiyasımn tədqiqindən sonra qıpçaq qrupu türk dillə
rinin leksika və frazeologiyasımn öyrənilməsi təbiidir.
Bu mənada AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu
türk dilləri şöbəsinin gənc əməkdaşlarının yazıb elmi-icti
maiyyətə təqdim etdikləri «Qıpçaq qrupu türk dillərinin lek-
sikası» və «Qıpçaq qrupu türk dillərinin frazeologiyası» əsər
Məhəbbət Mirzəliyeva. Türkün müqəddəs Tarixinə işıq salmaq Elmin sabahının
_________________________
əsl təminatçıları
-
XXI əsr gəncliyinin mənəvi borcudur
_________________________
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səhifə 6
ləri xüsusi maraq doğurur. Bu monoqrafiyalarda qıpçaq qru
pu türk dillərinin lüğət tərkibi, dialekt və terminoloji leksi-
kası öyrənilir, Türkün tarixi yaddaşını siləkələyə biləcək ono-
mastik faktlar {toponim, antroponim və etnonim şahidlər) aş
karlanır, türkün maddi, mənəvi və mədəni aləmini işıqlan
dıran məişət leksikası araşdırılır, bu dillərin zənginləşməsinə
xidmət göstərən alınmaların tarixi inkişaf yolu izlənilir, milli
ruhun daşıyıcısı olan frazeologiyası bütün əlvanlığı, çalarları
ilə tədqiq olunur.
Tədqiqatda əsas məqsəd qıpçaq qrupu türk dillərinin
leksika və frazeologiyasımn tarixi-müqayisəli fonda araşdı
rılması, oxşar və fərqli xüsusiyyətlərin aşkarlanması olsa da,
bu zaman qıpçaq qrupu türk dillərinin oğuz qrupu türk dilləri,
xüsusilə Azərbaycan dili ilə bağlı maraqlı dil faktlarının mü
qayisəyə cəlb olunması lazım bilinmişdir. Çünki yalnız bu
aspektdə aparılan araşdırmalar tarixi-müqayisəli leksikologi-
ya sahəsində yeni söz deməyə, TÜRKün inkişaf tarixinə
müəyyən mənada aydınlıq gətirməyə imkan verə bilər.
Tədqiqata başlamazdan öncə ilk növbədə türk dillərinin
təsnifatı zamanı qıpçaq qrupu türk dillərinin tutduğu yer,
eləcə də bu qrupa daxil olan dillərin müəyyənləşdirilməsinə
səy göstərilmişdir.
Türk dillərinin qıpçaq qrupuna hansı dillərin aid olun
ması məsələsi uzun müddət həllini tapmamışdır. Belə ki, qıp
çaq qrupu türk dillərinin sayı ilə bağlı müxtəliffikirlilik hökm
sürdüyündən tam dəqiqləşmələr mövcud deyildir, say müxtə
lifliyi bu günə kimi davam edir. Bu say iki (noqay və qazax
dilləri), beş (qırğız, qazax, qaraqalpaq, başqırd və tatar dil
ləri), on-on iki (qırğız, qazax, qaraqalpaq, başqırd, tatar, al-
tay, balkar, qaraçay, qaraim, qumık, eləcə də krım tatarları və
AM EA İ. N əsim i a d m a D ilçilik İn stitu tu n u n tü rk dilləri şö b ə si
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səh ifə 7
özbək dilinin qıpçaq dialektləri), on üç-on beş (yuxarıdakıla
ra barabin, abm, çulım və qara tatarlar əlavə edilməklə) ol
muşdur.
Qıpçaq qrupu türk dilləri dilçilikdə, o cümlədən türko
logiyada m üxtəlif adlarla təqdim olunmuşdur. Belə ki,
B.A.Serebrennikovun qıpçaq, K.H.Menqes və G.Dörferin şi
mal-qərb, A.M.Ryasənenin türkmən-qıpçaq, A.N.Samoylovi-
çin taw və taylu qrupu və ya qıpçaq-türkmən, V.V.Radlov və
Q.Ramstedtin qərb qrupu kimi öyrəndikləri qıpçaq dilləri
N.A.Baskakovun bölgüsünə görə, həm qərbi hun, həm də
şərqi hun budaqlarında mövcuddur:
1) Qərbi hun budağında qıpçaq qrupu türk dilləri bunlardır:
qaraim, qumuq, qaraçay-balkar, krım tatarları, tatar,
başqırd, noqay, qaraqalpaq, qazax dilləri və özbək
dilinin qıpçaq dialektləri.
2) Şərqi hun budağında isə qıpçaq qrupu türk dilləri bun
lardır: qırğız və altay dilləri
Qıpçaq qrupu türk dilləri ilə bağlı Q.M.Qaripovun m ü
lahizələri də xüsusi maraq doğurur. Müqayisəli türkologiya
sahəsindəki elmi müşahidələri ona türk dil ailəsini bulqar,
qıpçaq, oğuz və karluk qruplarına ayırmağa əsas vermişdir.
Müəllif qıpçaq qrupu türk dillərini iki yarımqrupa ayırır:
L Qafqaz-Dağıstan yarımqrupu - qaraçay-balkar, qumık,
noqay, qaraim dilləri və krım tatarlarının dili;
2. Ural-Volqaboyu yarımqrupu - başqırd və tatar dilləri,
eləcə də özbək dilinin qıpçaq dialektləri'.
Sinxron səciyyə daşıyan bu bölgü müəyyən nöqsan və
çatışmazlığına baxmayaraq qəbulediləndir. Bu baxımdm da
Məhəbbət Mirzəliyeva. Türkün müqəddəs Tarixinə işıq salmaq Elmin sabahının
_________________________
əsl təminatçıları - X X I əsr gəncliyinin mənəvi borcudur
_______________________
'r . M. Гари поп. Кипчакские языки Урало-Поволжья. Опыт синхронической
и диахронической характеристики. Москва, 1979.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 8
qıpçaq qrupu türk dillərinin leksikasma həsr olunmuş tədqi
qatda məhz 10 dilin - tatar, qazax, qırğız, başqırd, qaraqal
paq, qumık, qaraçay-balkar, noqay, qaraim və Krım tatarla
rının dillərinin materiallarından istifadə olunması məqsə
dəuyğun sayılmışdır.
İnanıram ki, aktuallığı və əhəmiyyəti ilə diqqət çəkən
hər iki əsər - «Qıpçaq qrupu türk dillərinin leksikası» və
böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qə
tibə Mahmudovamn 2009-cu ildə nəşr edilmiş «Qıpçaq qru
pu türk dillərinin frazeologiyası»* əsərləri Azərbaycan dilçi
liyində ilk uğurlu addım kimi dəyərləndiriləcəkdir.
3 cildlik “Türk dillərinin tarixi-müqayisəli leksikolo-
giyası məsələləri”nin III cildi “Leksikologiyanm nəzəri prob
lemləri” və “Qıpçaq qrupu türk dillərinin leksikası” hissələ
rindən ibarətdir.
Birinci hissəyə f.e.d.M.M.Mirzəliyevanın “Sözyaradıcı-
lığı prosesinə dair nəzəri qeydlər” və aparıcı elmi işçi, filo
logiya üzrə fəlsəfə doktoru, dosent M.B.Əsgərovun “Söz və
formaların yaranma və mənimsənilmə mexanizminin lin-
qvopsixoloji modeli” adlı araşdırmaları daxil edilmişdir.
İkinci hissəyə daxil olan bəhsləri türk dilləri şöbəsinin
əməkdaşları - aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə dokto
ru, dosent Baba Məhərrəmli (“Qıpçaq qrupu türk dillərinin
kök morfemlərində fonomorfoloji, fonosem antik dəyişmə
lər ”), böyük elmi işçilər - filologiya üzrə fəlsəfə doktoru, do
sent Şəkər Orucova (“Qıpçaq qrupu türk dillərində etno
nim lər”), filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məm-
A M E A L N əsim i adm a D ilçilik İn stitutunun tü rk d illəri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
' Qətibə Mahmudova.Türk dillərinin frazeologiyası.Bakı, “Nurlan”,
2009, c.250
__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 9
Dostları ilə paylaş: |