Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə39/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

Kara  (qara),  sarı  və  ağ;  Göy  rəng  bildirən(ko#ö/) 
yanm bölm ə  yalnız  mayman  söökündə  qeyd  edilm işdir.  Di­
gər  etnonimlər  dağ  (tıuu/tay/tav),  çay  (suu,  uu)  bildirən 
sözlərlə adlanmışlar.
Etnoslar  peşə  məşğuliyyəti  də  bildirmişlər:  sıqın- 
çı/soqonçi(ovçu), sarqayçı  (vergiyığan),  kiştiner (qartal hə­
vəskarı),  kadıbaş  (dəmirçi),  kömürçi  (kömürçü), p a la n   (gi­
ləmeyvə yığan) və s.
Etnik  qruplarda  keçirilən  mərasimlərlə  əlaqədar  ola­
raq  adlandırılan etnonimlərə  də  rast gəlinir.  Belə  ki,  müva­
fiq mərasimlərdə kıpçak söökündə camaata ovlanan heyvan 
ətindən pay verilərdi və ətdən düşən paya görə də etnosa ad 
verilərdi :yalçı(ydl yeyən),  moinçi (boyun alan)  və s.
Altay etnonimləri  arasında sırf qəbilə, tayfa adı  ilə  ta­
nınanlar  aşağıdakılardn"  kıdat,  tuba,  yus,  koton,  tumat,  kı- 
m ak  (kimak),  tarqa/tarqat,  moqol,  tas,  kazak.  Todos,  kıp- 
çak,  töölös,  munduş,  köbök,  komdoşlardan təşkil  olunan al- 
tay söökləri  mürəkkəb tərkibə malik  idilər.  Təkcə böyük to­
dos  söökü  6  yarımbölmədən  ibarət  idi:  kara,  ki tat,  manji, 
tuba,  yus,  sarı  və  s.  Bunların  adına  tərkiblərində  olduğu 
söök  adı  da  əlavə  olunaraq  işlənmişdir:  kara-todoş,  koton- 
kıpçak, ak-köbök və s.
A L T A Y   ETNONİM LƏRİNİN 
ETİMOLOGİYA  VƏ  TİPOLOGİYASI
Ulus (ayтак) adlan əsasında:
Altı ulusdan (aymakdan)  ən böyüyü və işləyi telenqet, 
teleut  etnonimi  olmuşdur.  Bu  etnonim  salnamələrdə  XIII 
əsrdə  qeydə  alınmışdır.  Tele  tayfalarının  və  -nqut/-ut  cəm 
şəkilçilərinin  birləşməsindən  əmələ  gəldiyi  ehtimal  olunur. 
Xalq 
etimologiyasına 
görə, 
Telegeyin 
qeyri-qanuni 
nikahdan  (telem)  doğulan  oğlu  Telenqet  antroponimi  ilə
Şəkər ORUCQVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 154
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild,  Bakı, 2012
bağlıdır.  E.Yamayeva  qeyd  edir  ki,  bu  etnonimdə  qədim 
uyğurlann  əcdadının  (oyxor)  hun  şahzadəsi  (ş any uy)  ilə 
qurdun törəməsi olduğu mifdə mühafizə olunur1.
Çin  mənbələrində  rastlanan  və  telenqit  etnonimi  ilə 
səsləşən  dolanqe/dolan  (yeddi)  etnonimi  ilə  bağlı  monqol 
termini  dolonqut  (yeddi)  etnonimindən  çıxış  edib  belə  bir 
fikir  yürütmək  olar  ki,  bu  etnonim  yeti-oğuz(yeddi  oğuz) 
mənasmı bildirmişdir.  Altay xalqlarında yeddi qardaş -  do- 
lonqutlar  haqqında  əfsanənin  olduğu  da  bunu  söyləməyə 
əsas  verir.  Dolan  etnonimi  Çin  Xalq  Respublikasındakı 
uyğurların qəbilə və etnoqrafik qrup adlandır*
 2.
Kumandu  və  kuu-kiji  (şalkandu)  türklərdə  tukyu  (qu 
quşu)  -kuu+man  “adam”,  ölkə  -dı/-du  şəkilçisinin  birləş­
məsindən əmələ gəldiyi ehtimal olunur.
Tuba/tuma  (çinlilərdə  dubd)  qədim  türk qəbilə  birliyi 
olan türqeş/türqıs  etnonimlərinin adını  daşıyır.  Yış-ulus ya- 
nmbölməsindəki  bit otok tırqeş/terqeş  adlanır.  Altay  dilin­
də bu sözün “hazırcavab”, “zəhmətkeş adam” m ənalan var­
dır.
Qədim altay  etnonimlərində bayat etnoniminin  də adı 
keçir.  XIII  əsr  mənbələrində  (Rəşidəddin)  bu  etnonimin 
“xoşbəxt”,  “varlı”(bay)  mənalarında  olduğu  məlumdur. 
N.Y.Biçurin  bu  etnonimin  qədim  türk  dövründəki  arxaik 
formasının bayırkı (baequ) olduğunu göstərir3.
'Ямаева E.E.  К  проблеме расшифровки фольклорного текста ( Тгмем-кыс -  
прародительница теленгитов)//Социально-экономические проблемы разви­
тия города Горно-Алтайска до 2000 года. Горно-Алтайск, 1998,  с. 129= 130.
2 Чвырь Л.А Заметки об этническом самосознании уйгуровЮтнографиче- 
ское обозрение.  М.,  1994,с.31 -40.
3 Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в Средней Азии в
древние времена. М.,-Л.,  1950, т.1,с.301-302._________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 155


Dilçilikdə  oyrot/oyrat  (oyrot~ulus,  oyrot-kiji)  və  bu 
etnonimlə  sıx  bağlı  olan  çoroş,  dörböt  (durbet)  və  cunqar 
etnonimləri  haqqında  mübahisəli,  eyni  zamanda  çox  ma­
raqlı  mübahisələr  mövcuddur.  Belə  ki,  N.Y.Biçurin  və
M.Kazımbəyə görə, oyrot/oyrat  monqol mənşəli (oyrat) et­
nonim  olub,  mənası:  “yaxın’'  “həmrəy”  deməkdir.  Q.Ram- 
stedt  oyrat terminini  oğuzlara  aid  edir.  V.Radlov  isə bütün 
bu fikirlərə etiraz edərək oyrat etnoniminin uyğur sözündən 
əmələ  gəldiyini  irəli  sürür.1  Amma  hər  halda,  oyrat  etno­
niminin monqol  mənşəli  (daşıyıcılarının  oy - “m eşə”  +arat 
“xalq” yəni,  “meşə xalqı”) olduğu fikri  üstünlük təşkil  edir. 
Oyrot və çoroş etnonimlərinin  mənşəyi  məsələsi  də  maraq­
lıdır.  Bəzi  tədqiqatçılar  (Q.Avlyayev,  N.Biçurin)  oyrotloy- 
rat etnoniminin monqol  mənşəli  oyxor  (xoyxor/ xuyxur)  et­
nonimindən törəndiyinin tərəfdarıdırlar.
Q IR Ğ IZ ET N O N İM LƏ R İN İN  STRU K TU R 
XÜSUSİYYƏTLƏRİ.
Qırğız tayfa,  qəbilə  və  nəsil  adlarının  əksəriyyəti on­
ların  yaradıcılarının  adını  daşıyır.  O.K.Karatayev  yazır  ki, 
qırğızların  nəsil,  tayfa  birliklərinin  bölğüsündə  antrokom- 
ponentli etnonimlər 65-70% təşkil edir.1
 2 3
Ç.Ç.Valixanov  qırğız  etnokomponentinin  formalaş­
masında  Cənubi  Sibirdə  məckunlaşan  qəbilə  birliklərinin 
(qıpçaq,munduzjatay)  əhəmiyyətli  rol  oynadıqlarını  göstə­
r i r .   Qeyd  edək  ki,  bu  fikir  qırğızların  etnogenezi  ilə  məş­
_____
Şəkər ORUCOVA.Qtpçaq qrupu türk dillərində etnonimlər
1  Банзаров  Д.  Собрание  сочинений  (об  ойротах  и  уйгурах)  .  М., 
1955, с.183-184;  с.325-327.
2Каратаев 
О.К.Кыргыз 
етнонимиясы/тарыхый-лингвистикалык 
изилдоо. АКД,  Бишкек,  1994, с. 16.
3  Абрамзон С.М.  Кыргызы  и их этногенетические и  историко-куль­
турные связи.  Бишкек,  1990, с.56-57.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 156
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin larixi-müqayisəli teksikologiyası məsələləri, III cild, Bakı, 2012
ğul  olan  bir çox  alimlər tərəfindən müdafiə  olunur1.  Ç.Va- 
lixanov  qırğızları  sağ  və  sol  qanad  olmaqla 2  hissəyə  ayır­
mışdır.  Sağ  qanada  buqu,  soltu  (solto),  sarıbaqış, jediger, 
adegene/adıgıne,  bassız  (başsız),  baqış,  tıqay  (tağay),  çe- 
rikçi  (çerik)  tayfaları  daxil  idi.  Ş.Turdaliyeva  taqay  etno­
niminin  Ç.Valixanov  tərəfindən  sağ  qanada  aid  edilməsi 
fikrinə etiraz kimi  bunun antropoetnonim olduğunu yazır2.
Solto  qəbiləsinin  quruluşu  belə  idi:  Yarımqəbilələr: 
famh(kuntu);  bulekbay  (bolokbay);  tolkan  (talkan),  uçba- 
qış.  Bu  qəbilə  41  etnonimlə  tamamlanır.  Solto  qəbiləsində 
kıpçaq,  kıtay  və  moqoldor  kimi  kənardangəlmə  etnos  da­
şıyıcıları  da  olmuşlar ki,  bu da sarıbaqış,  çekir-sayak,  kuş- 
çu, jetigen  kimi  köçəri  həyat  tərzi  keçirən  etnonim  daşı­
yıcılarının onların ərazi  qonşuları olan qazaxlarla yaxınlaş­
ması  ilə  izah  olunmalıdır.  bunlardır.-Damğaları  (tamqaları) 
yarımdairəvi  ay,  döyüş  qartalı  kimi  təsvir  edilmişdir.  Sağ 
qanadın  ikinci  böyük  qəbiləsi  olan  buqu  ən  varlı  etnos 
daşıyıcıları 
olmuşlar. 

vaxt 
S.Abramzon 
onların 
ərazisində  10.000  yaşayış  (kibitka)  yerlərinin  olduğunu 
göstərmişdir.
B u q u  qəbiləsi  üç yarımqrupdan ibarətdir:
.alseit,
l.tenem  seit (tammseit),
Ъ.апк.
Alseit  qəbilə  yarımqrupu  da  öz  növbəsində  5  bölgü 
üzrə tanınırdı:
1.  baur,
1  А гтокуров C .A .  К ы ргы з санж ы расы .  Б иш кек,  1995,  c.156-160.
1  Турдалиева  Ш.  Родоплеменное деление  кыргызов  по  материалам  Ч.Вали- 
ханова. Бишкек,  1994, с.55.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 157


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə