Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
  1   2   3   4   5   6   7   8   9   ...   57


Azərbaycan Milli Elmlər Akademiyası 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
 
 
 
 
Vilayət Quliyev 
 
 
  
 
  
 
“FÜYUZAT”IN İKİ YAZARI 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
Bakı – “Elm və təhsil” – 2017 
 


 

 
“Füyuzat” jurnalının ilk sayının çapdan çıxmasının 
110 illiyinə ithaf olunur. 
 
 
  Ön sözün müəllifi:  
Akademik İsa Həbibbəyli 
 
  Elmi redaktoru:    
Filologiya elmləri doktoru,  
professor Asif Rüstəmli 
 
 
Vilayət Quliyev. “Füyuzat”ın iki yazarı,  
                       Bakı – “Elm və təhsil” – 2017, 224 səh. 
 
 
“Füyuzat”ın iki yazarı” kitabında milli mətbuatımızda 
özünəməxsus  yer  tutan  məcmuənin  biri-birindən  fərqli, 
lakin  eyni  dərəcədə  məhsuldar  və  fəal  iki  yazarı  –  Krım 
türkü  Asan  Səbri  Ayvazov  (1878-1938)  və  Anadolu  türkü 
Əhməd Kamal Akünal  (1873-1942) haqqında  əksər qismi 
milli  ədəbiyyatşünaslığımızda  yeni  olan  fakt  və  sənədlər 
əsasında söz açılır. Onların yalnız jurnalla bağlı fəaliyyəti 
izlənilmir,  həm  də  bütünlükdə  ömür  yollarına  və  ədəbi 
fəaliyyətlərinə  işıq  tutulur.  Kitab  filoloqlar,  tarixçilər, 
mətbuat  tarixinin  tədqiqatçıları,  habelə  geniş  oxucu  küt-
ləsi üçün maraq doğura bilər. 
 
ISBN  978-9952-8142-7-9 
 
 
                       © «Elm və təhsil», 2017 
 


 

İsa HƏBİBBƏYLİ 
Azərbaycan Milli Elmlər Akademiyasının  
vitse-prezidenti, akademik 
 
ƏDƏBİYYATŞÜNASLIQ  
ANDINA SƏDAQƏT 
 
Azərbaycan  cəmiyyəti  təcrübəli  diplomat  və  icti-
mai  xadim  Vilayət  Quliyevi  ilk  növbədə  ədəbiyyatçı 
elm adamı kimi tanımışdır. Təxminən qırx ilə yaxındır 
ki,  o,  hansı  vəzifədə  çalışmasından  asılı  olmayaraq, 
elmi  fəaliyyətini  davam  etdirməkdədir.  Vilayət  Quli-
yevin  diplomatik  karyerası  taleyi,  ədəbiyyatşünaslıq 
fəaliyyəti  isə  arzusu  və  seçimidir.  Fövqəladə  və  səla-
hiyyətli  səfir  olaraq  diplomatik  xidmət  sahəsindəki 
məsuliyyətli  işi  ilə  filologiya  elmləri  doktoru, profes-
sor kimi ədəbiyyatşünaslıq elmi istiqamətindəki yara-
dıcılıq fəaliyyəti Vilayət Quliyevin qoşa qanadlarıdır. 
Ayrı-ayrı  və  fərqli  sahələr  kimi  görünən  bu  yanaşı 
addımlar Vilayət Quliyevin simasında üzvi sintez ha-
lında  biri  digərini  tamamlayan,  eyni  amalın  həyata 
keçirilməsinə həsr olunan zəruri fəaliyyət istiqamətlə-
ridir. Artıq uzun illərdir ki, o, xarici siyasət sahəsində 
ölkəmizin müstəqil dövlətçilik ideallarına xidmət yol-
larında  böyük  məsuliyyətlə  və  şərəflə  öz  işini  uğurla 
davam  etdirir.  Azərbaycan  dövlətinin  beynəlxalq  əla-
qələrinin  möhtəşəm  salnaməsində  Vilayət  Quliyevin 
adı  və  fəaliyyəti  ilə  əlaqədar  olan  yaddaqalan  əhə-
miyyətli  səhifələr  də  vardır.  Eyni  zamanda,  müasir 
mərhələdə  o,  özünün  yorulmaz  elmi  fəaliyyəti  ilə 


 

yaradıcı düşüncənin daha da inkişaf etdirilməsinə san-
ballı  töhfələr  vermək  vəzifəsini  də  layiqincə  yerinə 
yetirir.  
Vilayət  Quliyevin  diplomatiya  sahəsindəki  fəaliy-
yətinin  fərqli  və  özünəməxsus  səhifələrindən  biri  də 
dövlətlərarası münasibətlərdə azərbaycançılıq idealını, 
dövlət  müstəqilliyi  amalını  daim  ucada  saxlamaqla 
yanaşı, həm  də  elmi-ədəbi və  mədəni  əlaqələrin inki-
şaf  etdirilməsinə  xüsusi  önəm  verməsi  ilə  səciyyə-
lənir.  Xarici  siyasət  sahəsindəki  fəaliyyətin  Vilayət 
Quliyev  formatında  diplomatiya  dövlətlərarası  müna-
sibətlərin, ədəbi-mədəni əlaqələr isə xalqlar arasındakı 
yaxınlıq və bağlılığın əsaslarını təşkil edir. Buna görə 
onun  Fövqəladə  və  Səlahiyyətli  Səfir  kimi  çalışdığı 
ölkələrin yaradıcı ziyalıları, elmi-mədəni qurumları ilə 
yaratdığı  səmərəli  əlaqələri  siyasi-diplomatik  işlə 
dostluq  və  əməkdaşlıq  münasibətləri  arasında  möh-
kəm  və  etibarlı  körpülərin  salınmasına  xidmət  edir. 
Məsələyə  elmi  cəhətdən  yanaşdıqda isə Vilayət  Quli-
yev  səfir  kimi  fəaliyyət  göstərdiyi  ölkələrlə  Azərbay-
canın  elmi-ədəbi  əlaqələrinin  naməlum  və  çox  əhə-
miyyətli səhifələrini açan və bir çox hallarda qiymətli, 
nadir ədəbi-tarixi materialları ilk dəfə elmi dövriyyəyə 
gətirən yorulmaz elm adamı kimi görünür. Beləliklə o, 
çoxillik  səmərəli  fəaliyyəti  nəticəsində  Azərbaycanın 
Rusiya, Türkiyə, Polşa, Macarıstan, Gürcüstan və baş-
qa ölkələrlə elmi-ədəbi və mədəni əlaqələrinin özünə-
məxsus  əhəmiyyətli  salnaməsini  yaratmışdır.  Vilayət 
Quliyev xalqımızın görkəmli şəxsiyyətləri olan Mirzə 
Kazım  bəy,  Mirzə  Cəfər  Topçubaşov,  Həsən  bəy 


 

Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Əhməd  Ağaoğlu,  Əli-
mərdan  bəy  Topçubaşov,  Haşım  bəy  Vəzirov,  İsa 
Sultan  Şahtaxtınski,  Səməd  Ağaoğlu,  Behbud  xan 
Cavanşir  və  başqaları  haqqında  əsaslı  elmi  tədqiqat-
ların  əsas  müəlliflərindən  biri  kimi  qəbul  olunur. 
Tədqiqatçı-səfirin  haqqında  bəhs  etdiyi  şəxsiyyətlərə 
dair  Azərbaycanla  yanaşı,  xarici  ölkələrdəki  arxivlər-
də  və  kitabxanalarda  saxlanan  nadir  sənədləri,  namə-
lum  dövri  mətbuat  materiallarını,  əlyazmalarını,  epi-
stolyar  irsi  üzə  çıxarması,  sistemləşdirməsi,  təhlildən 
keçirərək  ayrı-ayrı  talelərin  bütöv  obrazını  yaratması 
elmə də, ictimai fikrimizin inkişafına da, son nəticədə 
ölkələrarası  münasibətlərin  möhkəmləndirilməsinə  də 
sanballı  xidmətdir.  Vilayət  Quliyevin  tərcümeyi-hal-
ları  xarici  ölkələrlə  bağlı  olan  görkəmli  azərbaycan-
lıları  həm  ölkəmizin  milli  maraqları,  həm  də  onların 
taleyinin  üzvi  tərkib  hissəsinə  çevrilən  həmin  coğra-
fiyaların  reallıqları  ilə  əlaqəli  şəkildə  tədqiq  edib 
araşdırması, şəxsiyyətin real və bütöv obrazının yara-
dılmasına xidmət edir. Onun böyük mütəfəkkir sima-
ları, görkəmli ədəbi şəxsiyyətləri mühiti və müasirləri 
ilə  əlaqəli  surətdə  tədqiq  edib  öyrənməsi  həmin  şəx-
siyyətlərin  aid  olduqları  xarici  ölkələrin  də  ədəbiy-
yatının və tarixinin naməlum səhifələrinin açılmasına 
şərait  yaradır.  Bir  çox  məqamlarda  Vilayət  Quliyev 
elm  sahəsində  təkcə  ölkəmiz  üçün  deyil,  tərəfdaş 
xarici ölkələr üçün də  «ilk  dəfə» statusu daşıyan qiy-
mətli  səhifələrə  imza  atır.  Bura  onu  da  əlavə  etmək 
lazımdır  ki,  Vilayət  Quliyevin  təqdimatında  aşkar 
olunmuş  fakt,  hadisə,  məlumat,  tərcümeyi-hal  göstə-


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə