Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
70 
təqil türk-tatar dövləti yaratmaq məqsədini qoymuşdu. 
Bunun  üçün  yarımadada  tatar  əhalisinin  sayını  600 
min  nəfərə  çatdırmaq  (onların  200  minini  mərkəzi 
quberniyalardan,  70  minini  Rumıniyadan,  30  minini 
isə  Polşa  və  Litvadan  köçürmək  nəzərdə  tutulurdu)
1

dövlət  aparatını  Türkiyədən  dəvət  olunmuş  təcrübəli 
məmurların, ordunu Polşa və Litva tatarlarının, habelə 
neytral  mövqeli  rus  zabitlərinin  hesabına  formalaş-
dırmaq, Qərb dövlətləri ilə qarşılıqlı maraqlara cavab 
verən  anlaşmalar  imzalamaq,  bütün  vətənpərvər  və 
milliyyətçi  qüvvələrlə  iş  birliyi  şəraitində  çalışmaq 
nəzərdə tutulurdu.  
1918-ci  ilin  iyununda  tatar  əsilli  rus  generalı  Ma-
sey Sulkeviçin (1870-1920) rəhbərliyi ilə mövcudluğu 
bir  neçə  ay  sürən  müstəqil  Krım  Respublikası  quru-
landa
2
  Asan  Səbri  Osmanlı  dövlətinin  fəal  siyasi  və 
maliyyə  yardımını  təmin  etmək  məqsədi  ilə  diploma-
tik təmsilçi statusunda İstanbula göndərilmişdi. Əksər 
xarici nümayəndə heyətlərinin üzvü kimi o da məşhur 
“Pera  Palas”  otelində  yaşayırdı.  Həmin  dövrdə  Tür-
kiyə  paytaxtında  olan  M.Ə.Rəsulzadə  xarici  işlər  na-
ziri  M.H.Hacınskiyə  4  avqust  1918-ci  il  tarixli  mək-
tubunda Krım nümayəndəsi A.S.Ayvazovun da İstan-
bula  gəldiyini  xəbər  verirdi
3
.  Azərbaycan  Cümhuriy-
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму, 
«Ватаным», 2005, № 3, с. 30. 
2
  Bu  barədə  daha  geniş  məlumat  almaq  üçün  bax.  Вилаят  Гулиев.  Поль-
ские  татары  в  Азербайджане.  Торун,  Wydawnistwo  Adam  Marszalek, 
2010, с. 40-55. 
3
  Донесение  председателя  азербайджанской  делегации  в  Стамбуле 
М.Э.Расулзаде  министру  иностранных  дел  М.Г.Гаджинскому  от  4 


 
71 
yəti  hökumətinin  səlahiyyətli  naziri  Ə.M.Topçubaşov 
da İstanbuldan göndərdiyi hesabat və məktublarda bir 
neçə  dəfə  Bakıdan  yaxşı tanıdığı  Asan  Səbrinin  adını 
xatırlatmışdı
1
.  Onun  Ukrayna  Radasının  təmsilçisi 
A.Y.Şulginlə  tanışlığında və  aralarında görüşün ke-
çirilməsində də Asan Səbrinin bəlli rolu olmuşdu
2
.  
 Osmanlı  imperiyasının  müharibədə  məğlubiyyətə 
uğraması  gözlənilən  siyasi-maliyyə  dəstəyi  ilə  bağlı 
arzuları  puça  çıxardı.  Tələt  Paşa,  Ənvər  Paşa  kimi 
hökumət  rəsmiləri  Krım  nümayəndəsi  ilə  nəzakət 
görüşünə  razılaşsalar  da,  heç  bir  ümidləndirici  vəd 
vermədilər.  Yarımadadakı  növbəti  hakimiyyət  dəyi-
şikliyi  isə  yerli  tatar  siyasətçilərin  çoxu  kimi,  Asan 
Səbrini də oyundan kənar vəziyyətə saldı. Siyasi səh-
nədə  general  Masey  Sulkeviçi  əvəz  edən  Solomon 
Krım  hökuməti  İstanbul  təmsilçiliyinə  lüzum  görmə-
mişdi.  Krım  tatarlarının  Milli  Direktoriyası  ona  Pa-
risə, Versal Sülh konfransına nümayəndə kimi yollan-
maqla  bağlı  səlahiyyət  verəndə  Asan  Səbri  yeni  tə-
yinatı acı gülüşlə qarşılamışdı... Yalnız adı qalan, hət-
ta  öz  nümayəndəsinin  ən  cüzi  xərclərini  belə  ödəyə 
bilməyən  bir  dövləti  Avropada  təmsil  etməyin  pers-
pektivsizliyi göz önündə idi. 
Artıq simvolik statusunu itirən, Osmanlı hökumə-
                                                                                                        
августа  1918  г.  Азербайджанская  Демократическая  Республика 
(1918-1920).  Внешняя  политика.  (Документы  и  материалы).  Изд. 
«Азербайджан», Баку, 1998, с. 49. 
1
  Запись  беседы  А.М.б.  Топчибашева  с  министром  иностранных  дел 
Турции  Наби  беем.  5  ноября  1918  г.  Алимардан  бек  Топчибашев. 
Избранное. В 4-х томах. Т.3, Баку, 2016, с. 63. 
2
 Orada, s. 174. 


 
72 
tinin  maddi  yardımından  da  məhrum  olan  uğursuz 
diplomat bir müddət “İqdam” və digər türk qəzetlərinə 
məqalələr  yazmaq  və  tərcümələr  etmək  hesabına  yol 
pulu  düzəldib  vətənə  dönmüşdü
1
.  Beləcə,  Krım  Xalq 
Cümhuriyyətinin  qısa  mövcudluğu  dövründəki  rəmzi 
“diplomatlığı” eyni dərəcədə rəmzi parlament sədrliyi 
ilə  birlikdə  Asan  Səbriyə  qarşı  irəli  sürülən  ittiham-
ların əsas maddələrinə çevrilmişdi.  
 
*** 
 
Krımda bolşevik rejiminin tam qələbəsindən sonra 
(1921)  Asan  Səbri  Krım  Mərkəzi  İcraiyyə  Komitə-
sində tərcüməçi kimi (bəzən səhvən MİK üzvü olduğu 
göstərilir  –  V.Q)  çalışmışdı
2
.  Eyni  zamanda  ali  mək-
təblərdə  fəaliyyət  imkanı  qazanmışdı.  1919-cu  ildə 
əsası  qoyulan  Tavriya  Universitetinin  baş  assistenti 
idi,  Simferopol  Pedaqoji  İnstitutunda  ərəb  və  fars 
dillərini  tədris  edirdi.  Krım-tatar  mətbuatında  bədii 
yazıları,  publisist  məqalələri,  habelə  klassik  rus  ədə-
biyyatından  tərcümələri  işıq  üzü  görürdü.  Krım-tatar 
ziyalılarının tanınmış nümayəndəsi kimi yeni respub-
likanın  mədəni  və  ictimai  həyatında  yaxından  iştirak 
edirdi. Lakin xüsusi xidmət orqanlarının 1922-ci ildən 
etibarən ardıcıllıqla topladığı  agentura  məlumatı  köh-
nə silahdaşları ilə ünsiyyəti də kəsmədiyini göstərirdi. 
Başqa sözlə desək, sovetlərə rəğbəti daha çox özünü-
                                                 
1
  Асан  Сабри  Айвазов.  «История  национального  движения  в  Крыму», 
«Ватаным», 2005, № 3, с. 46. 
2
 Orada, s. 45. 


 
73 
qoruma instinktinə əsaslanırdı.  
İstənilən  halda  həmvətənləri  və  Anadolu  türkləri 
arasındakı  nüfuzu,  əlaqələri  işinə  yarayırdı.  1922-ci 
ildə  yarımadada  dəhşətli  aclıq  başlananda  Krım  Mər-
kəzi İcraiyyə Komitəsi və “Pomqol” («Помощь голо-
дающим»  –  “Aclara  yardım”)  cəmiyyəti  Mahmud 
Nədimlə  Asan  Səbrini  yardım  toplamaq  məqsədi  ilə 
Ankaraya  göndərmişdi
1
.  Türkiyədə  onları  ehtiramla 
qarşılamışdırlar. Paytaxta gəldiklərinin ertəsi günü so-
vet  Rusiyası  nümayəndəliyində  Qazi  Mustafa  Kamal 
Paşa  ilə  danışıqları  olmuşdu.  Türk  ictimaiyyətini  ac-
lıqla  üz-üzə  qalmış  krımlı  soydaşların  ağır  vəziyyəti 
ilə tanış etmək məqsədi ilə Qazinin göstərişi əsasında 
qəzetlərdə elanlar verilmiş, şəhər teatrında Krım heyə-
ti ilə izdihamlı görüş keçirilmişdi
2

Aprelin  18-i,  yaxud  19-da  Türkiyə  Böyük  Millət 
Məclisi (TBMM) üzvlərinin, hökumət və mətbuat nü-
mayəndələrinin,  habelə  Krım  siyasi  mühacirlərinin 
iştirakı ilə Asan Səbrinin yarımadanı bürüyən dəhşətli 
aclıq barədə məruzəsi dinlənilmişdi. Onun yanğı dolu 
nitqi  təsirsiz  qalmamışdı.  Atatürkün  yaxın  silahdaş-
larından  biri,  İstiqlal  Savaşı  qəhrəmanı  general  Refat 
Paşanın sədrliyi ilə ianə toplamaq məqsədi ilə xüsusi 
komissiya yaradılmışdı. Türkiyə özü aclıq və dağıntı-
lardan  əzab  çəksə  də,  hökumətin  tapşırığına  əsasən 
mahal  və  qəzalarda  yardım  kampaniyası  başlanmışdı. 
                                                 
1
  Асан  Сабри  Айвазов.  «История  национального  движения  в  Крыму», 
«Ватаным», 2005, № 3, c. 48. 
2
 Hakan Kırımlı. Hasan Sabri Ayvazov`un Türkiye`deki Elçilikleri, “Kırım 
sedası”, 14 yanvar 2002-ci il. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə