31
ictihadi-mədəniyyətpərvəranə meydanı olacaqdır”
1
.
“Qafqaz” dedikdə təbii ki, Asan Səbri ilk növbədə
Azərbaycanı nəzərdə tuturdu. Çünki ötən əsrin əv-
vəllərində yalnız Bakı deyil, Tiflis, İrəvan və Dağıstan
da türk ruhunun, türk varlığının özünü güclü şəkildə
büruzə verdiyi mərkəzlər kimi diqqəti çəkirdi. Başqa
bir yazısında müəllif yenidən Qafqaz – Azərbaycan
türklərinin son bir qərinə ərzində maarif və mədə-
niyyət sahəsində öncül mövqeyini imperiyanın digər
bölgələrində yaşayan türklərə, ümumən müsəlman
əhaliyə nümunə göstərərək yazırdı: “Qafqaz qitəsi Ru-
siya müsəlmanlarına, hələ bəlkə Osmanlı türklərinə
belə hər kəsdən ziyadə xidmət etmişdir, etməkdədir və
edəcəkdir. Qafqaz hər xüsusda Rusiya türklərinə
müəllim olmuşdur və olacaqdır. Bu gün iyirmi sənə
müddəti-davamiyyəsi ilə fəxr etdiyimiz “Tərcüman”
Qafqaz “Əkinçi”lərinin əkdiyi toxum deyilmidir? Ke-
çən sənə İsmayıl bəy həzrətlərinin “Yaşa, Həsən bəy,
yaşa!” namı altında yazdığı xitablar kimə və nə üçün
idi?”
2
.
Krım-tatar müəllifinin jurnaldakı debütü üslubu-
nun gözəlliyi və şairanəliyi ilə də diqqəti çəkir. Doğ-
rudur, müəllifi müəyyən dərəcədə ifrat sentimental-
lıqda da qınamaq olar. Lakin nəzərə almaq lazımdır
ki, “Həyat”ın sönməsinə zülmətdə qalan gözlərim
“Füyuzat”ın doğması ilə mənəvi bir nura qərq oldu.
“Həyat”ın getməsi ilə mütəəssir olan qəlbim “Füyu-
1
Asan Səbri Ayvazov. “Həyat”ın qürubundan...”, “Füyuzat”, 1906, say 2,
s.26.
2
Orada.
32
zat”ın dünyaya gəlməsi ilə mütələzziz oluyor”
1
, yaxud
“Doğrusu, ya bu gün qəlbimdə doğan hissiyyatı-
mənəviyyəyi fərəh və süruri-tərifdən acizəm. Zavallı
“Həyat” xaneyi-inzivayə çəkilməsindən nasıl mütəəs-
sir olub ağladım isə, “Füyuzat”ın şöləfəşan olaraq
ərzi-didar etməsindən oylə mütəəssir olaraq ağlıyo-
rum. Əvət, təəssürati-şədidəmi zəbt edəmiyərək tərcü-
mani-həyat olan gözlərimdən qətrə-qətrə yaşlar axıt-
dım. Fəqət sürur ilə axıdılan yaşlar ilə hüzn ilə tö-
külən qətrələr arasında pək böyük bir fərq vardır. Bu-
günkü yaşlar pək sərin idi...”
2
Asan Səbrinin “Füyuzat”dakı yazıları əsasən icti-
mai-siyasi səciyyəsi ilə seçilirdi. Toxunduğu məsələ-
lərin əksəriyyəti milli ziyalıların mətbuat səhifələrin-
də, ictimai fikirdə fəal müzakirə etdikləri mövzular
idi. Bu da hər şeydən öncə dövrün tələblərindən, cə-
miyyət həyatının irəli sürdüyü, gündəliyə çıxardığı
şərtlərdən irəli gəlirdi. Çünki taleyüklü dəyişikliklər
məqamında xalqın düşünən kəsimini səfərbərliyə al-
maq, ona kimliyini, haradan gəlib hara getdiyini, qar-
şıda dayanan təxirəsalınmaz vəzifələrin mahiyyətini
anlatmaq lazım idi. Müəllifin silsiləvi səciyyə daşıyan
“Həyati-əqvam”
3
, “Bəşər və səy”
4
məqalələri, habelə
sentimentalist üslubda qələmə alınan “Əsarət qurban-
1
Asan Səbri Ayvazov. “Həyat”ın qürubundan...”, “Füyuzat”, 1906, say 2,
s.26.
2
Orada.
3
Asan Səbri Ayvazov. Həyati-əqvam nə ilə qaimdir? , “Füyuzat”, 1906, say
3, s. 41-43, say 4, s. 59-60; 1907-ci il, s. 7, s.106-108, 1907, say 27, s.431-
432, 1907, say 29, s. 456-458.
4
Asan Səbri Ayvazov. Bəşər və səy, “Füyuzat”, 1906, say 5, s. 74-76.
33
ları”
1
hekayəsi əsasən xalqların və cəmiyyətlərin hə-
yatına, bu həyatı daha mənalı, nizamlı qurmaq yolla-
rına, milli mübarizəyə, onun məqsəd və vəzifələrinə,
çeşidli insan talelərinin təsvirinə həsr olunmuşdu. Bə-
şəriyyətin keçdiyi yola fəlsəfi nəzər salmağa çalışan
müəllif ilk növbədə türk xalqlarının hədərə getmiş
illərin yerini doldurmaq üçün can atdığı mübarizənin
hədəflərini göstərməyə çalışırdı.
Digər səciyyəvi cəhət isə həmin mübarizənin inqi-
labi sıçrayışlar deyil, təkamül prinsipi əsasında apa-
rılmasının, yeniliklərə ilkin bünövrə yaradılmasının
vacibliyi ilə bağlı idi. Çünki adıçəkilən yazılarda da
diqqətə çatdırdığı kimi, “qüvvət ilə əldə edilən bir
iqbal, bir mədəniyyət nə qədər parlaq olsa da, kən-
disini məğlub edəcək digər bir qüvvəti-qalibə ilə məğ-
lub olacağı təbiidir. Cahangir olan millətlərin sərvəti-
müğtənəmə üzərinə müəssis qüvveyi-milliyeyi-həya-
tiyyələri paydar olmadığı kibi şövkəti-əsgəriyyələri də
qeyb olub gedir”
2
. Ona görə də Asan Səbri Rusiya
türklərini ilk növbədə maarifə yiyələnməyə, ardınca
qəzet və nəşriyyatlar açmağa, hüquq və vəzifələrini
bilən savadlı vətəndaşlar yetirməyə, nəhayət, belə sağ-
lam zəmində siyasi müstəqillik uğrunda mübarizəyə
səsləyirdi.
Müəllif fikirlərini davam etdirərək milli inkişafın
əsas şərtlərindən biri kimi insanların əməl və hərəkət-
1
Asan Səbri Ayvazov. Əsarət qurbanları (Əbəveynlərə ibrət), “Füyuzat”,
1907, say 17, s. 262-265.
2
Asan Səbri Ayvazov. Həyati-əqvam nə ilə qaimdir?, “Füyuzat”, 1906, say
3, s. 42.
34
lərini yönləndirən ictimai həyat şərtlərinin mövcud-
luğu məsələsi üzərində ətraflı dayanırdı. Çünki yalnız
ictimai fəallıq sayəsində ayrı-ayrı fərdlərdən ibarət
toplum millət kimi şəkillənib hürriyyət və istiqlalını,
maddi rifah və mənəvi tərəqqisini təmin edə bilərdi.
Yalnız bu yolla digər millətlər qarşısında şərəf və
azadlığı qorumaq mümkün idi. İctimai həyatı, yəni
siyasi institutları, mətbuatı, maarifi, ümumişlək nəza-
rət mexanizmləri güclü olan millət zamanın çeşidli
dəyişiklik və təzyiqlərinə davam gətirməyə qabildir.
Avropa xalqları mövcud tərəqqini yalnız silah gücünə
deyil, daha çox ictimai fəaliyyət yolu ilə əldə etmiş-
dilər. Türklər də dünyanın qabaqcıl, mədəni millətləri
arasında həqiqətən layiq olduqları yeri tutmaq istə-
yirdilərsə, eyni yolu keçməli idilər.
Millətlərin ayaqda qalmasının, eyni zamanda haq-
qında söz açılan ictimai institutlara qovuşmasının əsas
şərtlərindən biri kimi maddi imkan ilə mənəvi qüv-
vənin mövcudluğunu ön plana çəkən müəllif birincini
ticarət, əkinçilik (kənd təsərrüfatı), sənaye və xidmət
sahəsi adı altında dörd yerə bölür və dərin təəssüf his-
si ilə yazırdı: “Biz müsəlmanlarda əsbabi-məzkurənin
heç birisi də yoxdur desək, yalan olmaz. Ziraət bilmə-
riz, bilsək belə ziraətçilik etməyə torpağımız qalma-
yıb. Sənət (burada sənaye mənasında – V.Q.) ilə dost
deyiliz. Ticarətin isə yabançısıyız. Xidmət desək, heç
yox. Bu halda hali-pürməlalımızın pək acınacaqlı bir
hal olduğunu təsmimdən başqa heç bir çarəmiz yox-
Dostları ilə paylaş: |