Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə2/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   2   3   4   5   6   7   8   9   ...   340

 

Bu  qiymətli  əsərin  dilimizə  peşəkar  tarixçilər  tərəfindən 



çevrilməsinə  hələ  XX  əsrin  50-ci  illərində  tarixçi  alim  Əbülhəsən 

Rəhmani tərəfindən başlanmışdı.  Lakin Ə.Rəhmani  bu qiymətli ilk 

mənbəyə ayrıca tədqiqat əsəri

1

 həsr etsə də, nədənsə, tərcüməni başa 



çatdıra bilməmişdi.

2

  Sonralar  bu  iş  institutun  elmi  tədqiqat  planına 



daxil edilmiş və İsgəndər bəy Münşinin məşhur əsərinin bütövlükdə 

deyil,  yalnız  Azərbaycana  aid  məlumatlarının  tərcümə  olunması 

qərara  alınmışdı.  Əlbəttə,  bu  yanlış  qərar  idi.  Və  qərar  olaraq  da 

qalırdı.  Nəhayət,  2004-cü  ildə  Tarix  İnstitunda  rəhbərliyə 

başladıqdan  sonra  bizim  təklifimizlə  İnstitutun  Elmi  Şurası  böyük 

Azərbaycan  tarixçisinin  "Tarixe-aləmaraye-Abbasi"  əsərinin  bütöv 

halda  tərcümə  olunmasını  qərara  aldı  və  həmin  qərarın  icrasına 

başlandı.  Nəhayət,  2009-cu  ildə  "Tarixe-aləmaraye-Abbasi"nin 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü 

O.Ə.Əfəndiyev  və  onun  yetirməsi  N.S.Musalı  tərəfindən  tərcümə 

olunmuş  başlanğıc  hissəsi  çapdan  çıxdı.

3

  Bu,  əlbəttə,  Səfəvi 



tarixinin öyrənilməsi işinə çox mühüm töhfədir. 

Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, 

professor  Şahin  Fərzəliyevin  (Şahin  Fazilin)  oxuculara  təqdim 

olunan  bu  tərcüməsi  isə  tam  tərcümədir,  daha  doğrusu  "Tarixe-

aləmarayi-Abbasi"nin bütövlükdə tərcüməsidir. 

"Dünyanı  bəzəyən  Abbasın  tarixi"nin  ("Tarixe-aləmaraye-

Abbasi”nin)  bütöv  halda  dilimizə  çevrilməsi  Azərbaycan  tarix 

elminin  mənbə  bazasının  zənginləşməsi  baxımından  çox  mühüm 

hadisədir.  Böyük  Azərbaycan  tarixçisi  İsgəndər  bəy  Münşinin  fars 

dilində  yazdığı  bu  qiymətli  əsərin  müəllifin  öz  ana  dilində  nəşr 

olunması  Azərbaycanın  geniş  oxucu  kütlələrinin  Səfəvi  dövlətinin 

tarixi  ilə  bağlı  biliklərini,  məlumat  dairəsini  daha  da 

genişləndirəcəkdir. Bu qiymətli ilk  mənbə bizim üçün həm də ona 

görə dəyərlidir ki, orada yazılanlar xalqımızın tarixi barədə bizim öz 

tarixçimizin - Azərbaycan tarixçisinin yazdıqlarıdır. 

                                                           

1

  А.А.  Рахмани.  «Тарих  –  и  алем  арай-и  Аббаси»  как  источник  по  истории 



Азербайджана. Баку, 1960. 

2

  Ə.Rəhmaninin  "Tarixe-aləmaraye-Abbasi"dən  etdiyi  tərcümənin  bir  hissəsi  (cəmi 



47 səhifə) AMEA Tarix İnstitutunun Elmi Arxivində saxlanılır (Bax: inventar № 49). 

3

  O.Ə.Əfəndiyev  və  N.S.Musalı  "Tarixe-aləmaraye-Abbasi"  əsərini  İran  alimi  İrəc 



Əfşarın  nəşrindən  tərcümə  etmişlər.  Bax:  İsgəndər  bəy  Türkman  Münşi.  "Tarix-i 

aləmaray-i Abbasi" (Abbasın dünyanı bəzəyən tarixi), I cild, Bakı, 2009. 




 

İsgəndər  bəy  Münşi  öz  dövrünün  görkəmli  alimlərindən 



biri  idi.  Hərtərəfli  biliyə,  geniş  dünyagörüşlü  İsgəndər  bəy  tarix 

sahəsində  zəngin  biliyə  malik  olmaqla  yanaşı,  həm  də  şair,  nasir, 

xəttat  idi.  Hesab  elminə  də  yiyələnmiş,  musiqi  sahəsi  ilə  də 

maraqlanmışdı. Farscanı, ərəbcəni mükəmməl bilirdi. 1560-1634-cü 

illərdə ömür sürmüş İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda 

xidmət  etmiş,  Azərbaycan  qızılbaş  döyüşçülərinin  hərbi  həyatını 

yaxından  müşahidə  edə  bilmişdi.  Sonralar  Şah  Abbas  sarayında 

münşi  vəzifəsində  çalışmış  İsgəndər  bəy  Münşi Səfəvi  hökmdarını 

və  onun  vəziri  Hatəm  bəy  Ordubadini  bir  çox  hərbi  səfərlərdə 

müşayiət  etmiş,  gördüklərini  qələmə  almış  və  "Tarixe-aləmaraye-

Abbasi" adı ilə məşhur olan mükəmməl bir Səfəvi tarixi yaratmışdır. 

"Tarixe-aləmaraye-Abbasi"  üç  cilddən  ibarətdir.  Əsərin  I 

cildi 1571-1586, II cildi 1587-1616, III cildi isə 1617-1629-cu illəri 

əhatə edir və iki kitabda çap olunmuşdur. 

Bu  qiymətli  əsərin  yazılmasına  müəllif  ömrünün  14  ilini 

(1616-1629) həsr etmişdir. 

"Tarixe-aləmaraye-Abbasi"nin 

əlyazmaları 

dünyanın 

müxtəlif ölkələrinin kitabxanalarında, o cümlədən Azərbaycan Milli 

Elmlər  Akademiyasının  Məhəmməd  Füzuli  adına  Əlyazmalar 

İnstitutunda saxlanılır. Dünya ölkələrinin bir çox məşhur tarixçiləri, 

o cümlədən Azərbaycan tarixçiləri Azərbaycan, Cənubi Qafqaz, İran 

və  digər  Yaxın  və  Orta  Şərq  ölkələrinin  tarixindən  bəhs  edərkən 

İsgəndər  bəy  Münşiyə  dönə-dönə  istinad  etmişlər.  Bu  qiymətli 

əsərin  müxtəlif  hissələri  Osmanlı  türkcəsinə,  ingilis,  rus  və  başqa 

dillərə  də  tərcümə  olunmuşdur.  İsgəndər  bəy  Münşinin  "Tarixe-

aləmaraye-Abbasi"  əsəri  Azərbaycan  Səfəvi  sülaləsinin  və 

dövlətinin,  bütövlükdə  Səfəvi  imperiyasının  tarixini  araşdırmaq 

üçün  ən  qiymətli  ilk  mənbədir.  Əsərdə  bəhs  olunan  hadisələrin 

böyük əksəriyyəti  müəllifin şəxsi müşahidələrinə əsaslanır. Və real 

tarixi  faktlardır.  Səfəvi  hökmdarı  Böyük  Şah  Abbas  Səfəvi 

imperiyasının  tarixi  torpaqlarını  geri  qaytarmaq  üçün  qalibiyyətli 

müharibələr  apardığından  Səfəvilərin  hərbi-siyasi  tarixini,  xüsusilə 

Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın 

hərbi  sərkərdəlik  keçmişini  öyrənmək  üçün  "Tarixe-aləmaraye-

Abbasi" əsəri misilsiz ilk mənbədir. Xüsusilə ona görə ki, İsgəndər 

bəy  Münşi  sadəcə  olaraq  salnaməçi  deyildi.  O,  qələmə  aldığı 

mövzuya  ilahi  bir  münasibət  bəsləyir,  "Quran"  ayələrindən 

faydalanır,  hər  hansı  bir  hadisədən  bəhs  edərkən  özündən  əwəlki 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə