Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə3/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   2   3   4   5   6   7   8   9   ...   340

 

müəlliflərə də müraciət edir, onlardan iqtibaslar gətirir, yeri gəldikdə 



müqayisələr  aparır,  qələmə  aldığı  hadisələri  və  faktları  təhlil  edir. 

Bütün əsər boyu verdiyi çoxsaylı şeir parçaları, zərbi-məsəllər onun 

həm  də  istedadlı  şair  və  xalq  həyatının  mahir  bilicisi  olduğunu 

göstərir. 

Məsələn,  İsgəndər  bəy  Münşi  yüzillərlə  müxtəlif 

Azərbaycan dövlətlərinin paytaxtı olmuş Təbriz barədə, bütövlükdə 

Azərbaycan  haqqında  çox  qiymətli  məlumatlar  verir.  O,  qeyd  edir 

ki, Təbriz "uzun müddət fərman verən padşahların səltənət mərkəzi 

olmuşdur"  ("Dünyanı  bəzəyən  Abbasın  tarixi",  Şahin  Fazilin 

əlyazması  səh.  560).  Təbrizin  "abadlığı  və  əhalisinin  sayı  elə  bir 

həddə  gəlib  çatmışdı  ki,  bütün  İslam  şəhərləri  arasında  onun  kimi 

əzəmətli,  əhalisi  çox  olan  və  abad  yer  yox  idi"("Dünyanı  bəzəyən 

Abbasın  tarixi",  səh.  561).  Bir  çox  ilk  mənbələr  kimi  "Tarixe-

aləmaraye-Abbasi"  əsərində  də  vurğulanır  ki,  Azərbaycan 

bütövlükdə "İranın", yəni Səfəvi imperiyasının əsas güc qaynağı idi 

("Dünyanı bəzəyən  Abbasın tarixi", səh. 561).  İsgəndər bəy Münşi 

qeyd  edir  ki,  Azərbaycan  bütün  "İran  məmləkətinin  əsas  ləşkər 

(hərbi  qüvvə  -  Y.M.)  yığımı  mərkəzidir"  ("Dünyanı  bəzəyən 

Abbasın  tarixi",  səh.  558).  Bu  məlumat  hərb  tariximizi  öyrənmək 

üçün çox qiymətli tarixi faktdır. 

İsgəndər bəy Münşi Azərbaycanın digər şəhərləri  və tarixi 

yerləri barədə də olduqca  maraqlı  məlumatlar  verir. O, Şəki şəhəri 

və  Şəki  bölgəsindən  bəhs  edərkən  "olduqca  uca  və  möhkəm  qala" 

olan Gələsən-Görəsən qalasından bəhs edir və yazır ki, "hələ şövkət 

sahiblərinin  heç  biri  bu  qalanı  fəth  edə  bilməyib"  ("Dünyanı 

bəzəyən  Abbasın  tarixi",  səh.  163).  İsgəndər  bəy  Münşi  dədə-

babadan  Şəkini  idarə  edən  "Şirvanşahiyyə  kökündən  olan"  Həsən 

bəydən  və  Şəki  hakimliyindən  bəhs  edərkən  bu  diyarın  möhkəm 

qalaları  içərisində  Sığnaq  qalasının  da  adını  çəkir,  Şah  Təhmasibin 

özünün  məşhur  sərkərdələrindən  birini  -  möhürdar  Şahqulu  Sultan 

Ustaclını "qüvvətli döyüşçülərdən ibarət bir dəstə ilə Sığnaq qalasını 

fəth  etmək  üçün  göndərdiyini"  qeyd  edir  ("Dünyanı  bəzəyən 

Abbasın tarixi", səh. 163). 

İsgəndər 

bəy 

Münşinin 



"Tarixe-aləmaraye-Abbasi" 

əsərində  Şirvan  haqqında,  xüsusilə  Şah  Təhmasibin  1538-ci  ildə 

Şirvana yürüşü barədə, "Şirvanın ən möhkəm qalası" olan Gülüstan 

qalası  müdafiəçilərinin  Səfəvi  hərbi  qüvvələrinə  qəhrəmancasına 




 

müqavimət  göstərməsinə  dair  çox  maraqlı  məlumatlar  vardır 



("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 158). 

"Tarixe-aləmaraye-Abbasi"də  Dərbənd  səddi  ("İsgəndər 

səddi"),  Narınqala,  Dərbənd  şəhəri  barədə  də  maraqlı  məlumatlar 

vardır. İsgəndər bəy Münşi qədim Azərbaycan şəhəri olan Dərbəndi

haqlı  olaraq,  "Şirvan  Dərbəndi"  adlandırır  ("Dünyanı  bəzəyən 

Abbasın tarixi", səh. 487). 

İsgəndər  bəy  Münşinin  Naxçıvan,  Ordubad,  Şamaxı 

şəhərləri,  Bakı  qalası,  Lənkəran,  Şindan  qalası,  Qəhqəhə  qalası  və 

digər  şəhərlərimiz,  qalalarımız  haqqındakı  məlumatları  olduqca 

maraqlıdır. 

"Tarixe-aləmaraye-Abbasi"  əsərinin  çox  qabarıq  nəzərə 

çarpan  xüsusiyyətlərindən  biri  də  budur  ki,  onun  müəllifi  İsgəndər 

bəy  Münşi  öz  əsərini  zamanın  tələbi  ilə  farsca  yazsa  da,  müəllif 

bütün əsər boyu doğma Azərbaycanına sonsuz məhəbbət bəslədiyini 

oxuculara  açıq-aydın  hiss  etdirir.  İsgəndər  bəy  öz  əsərində  onun 

üçün  doğma  olan  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəviyə  tez-tez 

müraciət  edir,  onu  "ariflərin  ən  böyüyü,  adlı-sanlı  Şeyx  Nizami" 

adlandırır  ("Dünyanı  bəzəyən  Abbasın  tarixi",  səh.  278),  dahi 

şairimizdən tez-tez beytlər gətirir. Və yaxud böyük Azərbaycan şairi 

Əfzələddin  Xaqanidən  bəhs  edərkən  yazır  ki,  Əfzələddin  Xaqani 

Məhuçöhrü  mədh  etdiyi  üçün  özünə  "Xaqani"  təxəllüsü 

götürmüşdür.  İsgəndər  bəy  Münşi  digər  bir  məlumatında  isə  Şeyx 

Səfiəddin  Səfəvi  ilə  İran  şairi  Şeyx  Müslihiddin  Sədi  Şirazinin 

görüşündən bəhs edir  və azərbaycanlı  şeyxinin iranlı şeyxdən razı 

qalmadığını  qeyd  edir:  "Şeyx  Səfiəddin  Şeyx  Müslihiddin  Sədi ilə 

söhbət  etdi,  amma  onunla  həmsöhbət  olmaqdan  xoşlanmadı" 

("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 28). 

"Tarixe-aləmaraye-Abbasi"nin 

Azərbaycanla 

bağlı 


məlumatları  içərisində  Ordubad,  Nəsirəddin  Tusi  və  Hatəm  bəy 

Ordubadi haqqında yazdıqları da tarixi keçmişimizin  doğru-düzgün 

öyrənilməsi baxımından çox qiymətlidir. Qədim  Azərbaycan şəhəri 

Ordubaddan ürəkdolusu söhbət açan  İsgəndər bəy Münşi bu diyarı 

"bütün  aləmdə  məşhur  olan  cənnətməkan"  adlandırır,  Səfəvi-

Osmanlı  müharibələri  zamanı  işğalçılara  dəfələrlə  müqavimət 

göstərdiyi  üçün  Ordubadın  hədsiz  dağıntılara  məruz  qaldığını  və 

buna  görə  də  Böyük  Şah  Abbas  tərəfindən  bütün  dövlət 

vergilərindən azad olunduğunu qeyd edir. 



 

İsgəndər bəy Münşi öz əsərində Azərbaycan xalqının dahi 



oğlu "bəşəriyyətin ustadı", "millətin və dinin himayəçisi" Nəsirəddin 

Tusinin  və  böyük  dövlət  xadimi,  Böyük  Şah  Abbasın  baş  vəziri 

Hatəm  bəy  Ordubadinin  də  məhz  Ordubaddan  olduqlarını  xüsusi 

olaraq vurğulayır ("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 791). 

Əlbəttə, böyük Azərbaycan tarixçisinin Azərbaycan-Səfəvi 

hökmdarı  Böyük  Şah  Abbasın  şərəfinə  yazdığı  "Tarixe-aləmaraye-

Abbasi"  kimi  çox  mötəbər  bir  tarixi  mənbədə  dahi  Nəsirəddin 

Tusinin  və  böyük  dövlət  xadimi  Hatəm  bəy  Ordubadinin 

Azərbaycan xalqının övladları olmasına dair tarixi həqiqətin təsdiq 

olunması Azərbaycan tarixinə çox qiymətli töhfədir. 

"Tarixe-aləmaraye-Abbasi"nin bir ilk mənbə kimi digər bir 

xüsusiyyəti  də  Azərbaycan  oxucusu  üçün  maraqlıdır.  İsgəndər  bəy 

Münşi  öz  əsərində  yeri  gəldikcə,  daha  doğrusu  qələmə  aldığı 

hadisəni fars dilində sərrast mənalandırmaq mümkün olmadıqda, öz 

doğma  dilinə  -  Azərbaycan  türkcəsinə  müraciət  edir.  Və  bununla 

həm  doğma  dilinin  üstünlüklərini,  həm  də  özünün  milli 

mənsubiyyətini nəzərə çapdınr. 

Bir  sözlə,  xalqımıza  məxsus  olan  "Tarixe-aləmaraye-

Abbasi" kimi qiymətli bir ilk mənbənin doğma dilimizdə bütövlükdə 

nəşr  olunması  tarix  elmimizə  çox  mühüm  töhfədir.  Və  bu  töhfə 

oxucularda,  keçmişimizlə  maraqlanan  hər  kəsdə  doğma  tariximizə 

sevgini daha da artıracaqdır. 

Bir neçə söz bu böyük, olduqca əhəmiyyətli və son dərəcə 

ağır işi başa çatdıran Şahin Fərzəliyev (Şahin Fazil) haqqında. Şahin 

ölkəmizdə  fars  dilinin  ən  yaxşı  bilicilərindəndir.  İxtisasca 

şərqşünasdır.  Tarix  elmləri  doktorudur.  Professordur.  Tərcümə 

etdiyi əsərdə bəhs olunan dövrlə bağlı qiymətli tədqiqat əsərlərinin 

müəllifidir.  Ömrünün  13  ilini  Əfqanıstanda  yaşamış,  tərcüməçilik 

etmişdir. Əfqanıstanın dövlət medalları ilə təltif olunmuşdur. Şahin 

həm  də  görkəmli  qəzəlxanımızdır.  Onlarla  şeir  kitabı,  bir  neçə 

divanı  və  poemaları  var.  Azərbaycan  şairlərinin  əsərlərini  farscaya 

çevirərək  Kabulda,  əfqan  şair  və  yazıçılarının  əsərlərini  isə 

Azərbaycan dilinə çevirərək Bakıda nəşr etdirmişdir. Şahin Fazil bir 

sıra  beynəlxalq  elmi  məclislərdə  tariximizin  ayrı-ayrı  məsələlərinə 

həsr olunmuş məruzələrlə çıxış etmişdir. 

Şübhə etmirəm ki, böyük tarixçimiz İsgəndər bəy Münşinin 

"Tarixe-aləmaraye-Abbasi"  əsərinin  bütöv  halda  doğma  dilimizdə 

ilk  nəşri  tarix  elmimizin  tarixində  mühüm  hadisədir.  Və  "Tarixe-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə