Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə340/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   332   333   334   335   336   337   338   339   340

992 

 

Xülasə, 



Nurməhəmməd 

xanın 


adamları 

cəlayir 


döyüşçülərinə (ğazi) qarşı ləyaqətsiz hərəkət edərək, onların bir neçə 

nəfərini  qətlə  yetirdilər.  Nurməhəmməd  xan  Əbivərd  qalasını  öz 

etibarlı  hərbiçilərindən  olan  Məhəmməd  Sadiq  bəy  Çəni  (?) 

Cığataya  və  məşhur  göyərçinbaz  (kəbutərbaz)  olan  Qasım  bəyə 

tapşırdı,  özü  isə  əlahəzrət  zilləllah  şahdan  qorxduğu  üçün  (xayef) 

hümayun  məiyyətdən  uzaq  olmaq  istədi,  yanındakı  səkkiz  min 

adamla Nisa və Bağdada yollandı. 

Amma,  əlahəzrət,  Nurməhəmməd  xana  bildirdiyi  kimi, 

onunla  görüş  əzmi  ilə  Herat  darüssəltənətindən  səadət  və  iqballa 

çıxaraq  Sərəxs  yolu  ilə  rəvan  oldu.  Onlar  Çəhcəhə  qəsəbəsinə 

çatdıqda  məlum  oldu  ki,  Nurməhəmməd  xan  adamlıq  etməyib 

(namərdəmi),  mehmanların  mizbanı  olmaqdan  yayınmış,  Mərv  və 

Əbivərd  qalalarını  etibarlı  adamlarına  tapşırmış,  [həmin]  qalalarda 

qaladarlıq  ləvazimatları  hazırlatmış,  özü  isə  möhkəm  qalaları  olan 

Nisa və Əbivərdə tərəf getmişdir. 

Bu yürüşdən əlahəzrətin məqsədi xanı sınamaq idi. Belə ki, 

əgər  xan  vəfadarlıq  yolunu  tutub  xilaf  yola  düşməsəydi,  hümayun 

məiyyəti  istiqbal  etsəydi  və  mülazimlik  səadətinə  yetişsəydi,  onlar 

həmin  yerlərdə  bir  neçə  gün  şikar  edə-edə  Əbivərd  yoluyla 

müqəddəs  Məşhədə  qayıdar  və  oradan  İraqa  gedərdilər,  yox  əgər 

xan  öz  ehtiram  aynasını  xilaf  tozuna  aludə  cdib  qəflət  və  qürur 

badəsindən  məst  olsaydı,  o  zaman  onu  gərək  qəflət  yuxusundan 

oyadaydı.  Amma,  Nurməhəmməd  xan  müxalifət  və  qaladarlıq 

qədəmi  ataraq  yolsuzluğa  (birahə)  doğru  getdi,  buna  gorə  də  ona 

qulaqburması vermək üçün şahanə bir cid-cəhd ehtiyacını doğurdu. 

Xorasan  bəylərbəyi  Hüseynxan  Şamlını,  Maruçaq  hakimi 

Bəktaş Sultan, Guryan hakimi Qənbər xan Şamlı, Sərəxs hakimi İbn 

Hüseynxan  və  Herat  hakiminə  tabe  qəbilə  mirləri  ilə  birlikdə 

Çəhcəhədən Mərvə göndərdilər ki, gedib qalanı mühasirəyə alsınlar, 

şahın  özü  isə  ov  etmək  əzmi  ilə  müqəddəs  ordu  mülazimləri  və 

yanında olan dörd yüz alt-mış nəfərlə Əbivord tərəfə təşrif apardı və 

qalanı mühasirə etdi. Müzəffər qoşunun yaxınlaşma xəbəri Mərvdə 

olan  Nurməhəmməd  xana  çatdıqda,  o,  öz  döyüşçülərinin  sayının 

hümayun  məiyyət  adamlarının  sayından  çox  olmasına  baxmayaraq 

vahiməyə düşdü, adamları isə dağılmağa başladılar. Nisa, Dərun və 

Bağdadda  yurd  və  məskənləri  olan  və  Nurməhəmməd  xana 

mülazimlik  edən  beş  min  cəlayir.  Əli  eli  və  sayinxani  oymaq 

adamları ilə oradaca ondan ayrılıb öz yerlərinə getdilər, xan isə iki-




993 

 

üç  min  adamla  Çul  yolu  (bəlkə  "çöl  yolu"?  -  Ş.F.)  ilə  Mərvə 



yollandı.  Yolda  ikən  o  adamlar  da  xandan  dönüb  fərar 

etməkdəydilər.  Xan  az  müqdar  adamla  Mərvə  gəlib-çatdı  və  gecə 

vaxtı  Urgənc  darvazasından  şəhərə  daxil  oldu.  Onun  gəlmə  xəbəri 

artıq Mərvdəki əzəmətli əmirlərə gəlib-çatmışdı. 

Nurməhəmməd  xanı  yolda  tutmaqdan  ötrü  Bəktaş  Sultan 

Ustaclı  və  İbn  Hüsenxan  bir  dəstə  qazi  ilə  onun  qarşısına 

yollandılar.  Yolda  onlara  məlum  oldu  ki,  xan  [artıq]  Çul  yoluyla 

gəlib-keçmişdir. 

 

Əbivərd qalasının tutulması: 

 

Əmirlər  gerı qayıdaraq, onun arxasınca  yollandılar, amma 

Nurməhəmməd xan əmirlər gəlib-çatana qədər özünü qalaya çatdıra 

bilmişdi. Əmirlər onun rikabxanəsinin [bir neçə atını] və yaraqlarını, 

ələ  keçirdilər.  Əbivərd  qalasının  mühasirəsinə  başlayan  əlahəzrət 

İraq,  Fars  və  Xorasan  ləşkərlərini    çağırmaqdan    ötrü  məktublar 

yollayaraq, belə  qərara  gəldi ki, müqəddəs Məşhəd hakimi Budaq 

xan  və  Nişapur  hakimi  Mirzə  Məhəmməd  Sultan  Bayat  gərək 

Hüseynxanın  köməyinə  -  Mərvə  getsin.  Astrabad  hakimi  Hüseyn 

xan  Qacara  əmr  olundu  ki,  Nisa  qalasına  yollansın.  İsfərayinin  və 

bəzi yerlərin hakimləri onun köməyinə təyin olundular. 

Müqəddəs  ordu  mülazimləri  Əbivərd  qalasının  fəthi  ilə 

məşğul olmağa başladılar. İqbal əskərləri hər  gün hümayun orduya 

gəlib çatır, şeybələri irəli aparır, lağimlar atır, çuvalları üst-üstə yığır 

və  qalatutma  vəsaitləri  hazırlayırdılar.  Mühasirədə  qalanların 

vəziyyəti  ağırlaşdı. Onlar ləşkərin dağılışmasını  və Nurməhəmməd 

xanın  vəziyyətinin  pisləşməsini  eşidib  [şahdan]  əfv  və  aman  xahiş 

etdilər,  mühasirənin  iyirmi  dördüncü  günü  qalanı  təhvil  verdilər, 

Məhəmməd  Sadiq  bəy  və  Qasim  bəy  [əyinlərinə]  aman  xalatı 

geyərək [gəldilər və] şahın mülazimləri silkinə daxil olundular. 

Mülazimlik  şərəfinə  yetən  və  şaha  xidmət  edən  Hafizək 

Sultanın  qardaşı  İbrahim  bəy  əmarət  rütbəsi  ilə  sərəfraz  oldu  və 

Xorasanın  Cahan  Ərğəban  ülkası  ona  verildi.  Əbivərd  qalasının 

fəthindən  sonra  cah-cəlal  ordusu  zəfər  və  iqballa  Şahican  Mərvinə 

yollandı və müzəffər əskərlərlə gəlib qala ayağında dayandı. Qələbə 

nişanlı məiyyətin gəlişindən və Əbivərd qalasının fəth olunmasından 

xəbər  tutan  Nurməhəmməd  xan  fikir  dəryasına  qərq  oldu,  heyrət 

barmağını  dişlədi,  peşimançılıq,  acizlik  və  fağırlıq  (məskənət) 




994 

 

göstərməkdən  başqa  heç  bir  çarəsi  qalmadı,  çölə  adam  yollayıb 



etimadüddövlə Hatəm bəyi və Bəstam ağa Türkmanı yanına çağırdı. 

Onlar  getmək  üçün  rüxsət  alaraq,  qalada  onunla  görüşdülər,  şahın 

mübarək  xatirini  öz  yersiz  əməl  və  hərəkətləri  ilə  incitdiyinə  görə 

onu xeyli məzəmmət (nekuheş) etdilər, əlahəzrətdən xanın təqsirinin 

ərv olunmasını xahiş edəcəklərini boyun oldular, onu şahın  yanına 

getməyə  rəğbətləndirdilər.  Nurməhəmməd  xanın  fitnəkar  adamları, 

xüsusilə  Mir Qiyas Vəzir  və xanın rüknüddövləsi  və bədrəl-mülkü 

(?) olan Qazi Nədr şahanə qəzəbdən qorxaraq, qalanı tərk etməyə və 

təhvil  verməyə  qətiyyən  razı  deyildilər,  amma  şahın  zəhmi  və 

qüdrəti  onları  qəflət  yuxusundan  oyatdı  və  istər-istəməz  qaladan 

çıxmağa  razı  oldular.  Xan  həmin  gün  xəcalət  və  utancaqlıqla 

qaladan  çıxdı,  etimadüddövlə  və  Bəstam  ağa  ilə  birlikdə  şahın 

yanına  getmək  şərəfi  ilə  şərəfləndi,  xəcalət  və  utanc  (enfeal) 

səcdəsinə başladı. Əlahəzrət ondan baş vermiş yersiz hərəkətlərə və 

Bəlx valisi Əbdüləmin xana yazdığı məktublara baxmayaraq, 

 

"Əfv eyləməyin ləzzəti yox intiqamdə"



654

 

 



deyimini  nəzərə  aldı  və  xana  müxtəlif  hədiyyələr  verib 

ürəyini aldı, onu padşahanə cəza sarıdan xatircəm etdi, həmin gecə, 

qəbul  olunmuş  qayda  üzrə  onunla  açıq  söhbət  etdi  və  yuxunun 

gəldiyi vaxt qalaya getməsinə icazə verdi. 

Nurməhəmməd  xan  qəflət  məstliyindən  bir  az  özünə 

gəlmişdi  ki,  ağıllı  xeyirxahlarının  təhriki  və  təlimi  ilə  qalaya 

getməkdən  imtina  etdi  və  getmədi.  O  günün  ertəsi  cümə  günü  idi. 

Əlahəzrət  Mərvin  came  məscidinə  təşrif  apardı.  Orada  hümayun 

şahın  adına  on  iki imam  -  onlara  dünyanın  sahibi  Allahın  salavatı 

olsun  –  xütbəsi

655

  oxundu  və  Süleyman  şanlı  xaqan  mərhum  Şah 



İsmayılın həştad il öncə baş  vermiş  vəfatından həştad il keçməsinə 

baxmayaraq, ilk dəfə həzrət imamlar xatırlandı, İlahinin inayəti  və 

həzrət şahın iqbalının gücü ilə əlahəzrətin şöhrəti daha da yüksəldi 

ki,  buna  Allahın  həmdi  olsun.

656

  Amma,  mərvlilər  və  o  diyarın 



əhalisi  qeyri  məzhəbdən  olduqları  üçün  qızılbaş  tayfasından 

                                                           

654

 Misranın farscası: 



"Dər əfv ləzzətist ke, dər enteqam nist". 

655


 İfadənin ərəbcəsi: "əleyhim sələvatul-l-lahil-mulk-əl-əkbər". 

656


  İfadənin ərəbcəsi: "əl-həmdu li-l-ləhi alə zəlikə". 


995 

 

qorxurdular.  Ədalət  və  rəiyyətpərvərlik  qaydalarına  uyğun  olaraq 



onları hümayun şah tərəfdən arxayın etdilər, məzhəb ixtilafına görə 

heç  kimə  toxunmamaq  barədə  hökm  verildi,  həmin  vilayətin  idarə 

olunması  və  mülkiyyəti  Maruçaq  hakimi  Bəktaş  xan  Ustaclıya 

tapşırıldı,  şəhərin  və  qalanın  sakinlərinin  can  və  mallarına  aman 

verildi.  Qərara  alındı  ki,  hərbiçi  olan  və  dövlətdən  məvacib  alan 

(məvacibxar) hər kəs öz silahını təhvil verib istədiyi yerə gedə bilər, 

amma  bundan  sonra  qalada  qala  bilməz,  rəiyyətlərsə  azaddırlar  və 

asudəliklə öz işləri ilə məşğul olsunlar. 

Sonra şah qalanı möhkəmlətməyə yollandı, qalanın ətrafını 

müzəffər  əmir  və  əskərlər arasında böldülər  və orada dərin xəndəq 

qazdılar,  bürc  və  barıların  təmirini  bitirərək,  oraya  kifayət  qədər 

ehtiyat ərzaq və qaladarlıq silahları yığdılar, Nurməhəmməd xanı isə 

fərzəndləri  və başqa adamları ilə birlikdə köçürüb  İraqa  yolladılar. 

Qərara alındı ki, o, oradan Fars [vilayətinə] getsin, gözəl şəhər olan 

Şirazda  qalsın  və  cənnət  misallı  həmin  şəhərdə  yaşasın.  Xanın  hər 

günlük məsrəfi üçün əcəm əhlinin bir Tabriz tüməninə bərabər olan 

on  min  İraq  dinan  təyin  olundu.  Həqiqətən  də,  əgər  vəziyyətdən 

xəbərdar  olan  adamlar  işlərə  dərindən  nəzər  salsalar  görərlər  ki, 

[Nurməhəmməd  xanın]  bəyənilməz  hərəkətləri  müqabilində  ona 

qarşı olduqca mürüvvət və iltifaqla hərəkət olunmuşdur. 

Nurməhəmməd  xan  şahanə  ülfət  və  iltifaq  nəticəsində 

dünyəvi  və  mənəvi  səltənət  baxımından  üstünlük  əldə  etdi.  Bəzi 

əmirlərlə  Nisa  qalasının  fəthinə  yollanmış  Hüseyn  xan  Ziyadoğlu 

Qacar həmin qalanı ələ keçirdi, Nisa, Əbivərd və Bağbad vilayəti isə 

Bəktaş  xanın  oğlu  Mülkəş  Sultana  inayət  olundu.  Mərvin  işlərini 

tənzimlədikdən  sonra  qayıdış  cilovunu  geriyə  döndərib  Pəsakuh 

yoluyla  müqəddəs  Məşhədə  təşrif  aparan  şah  orada  mələk  aşiyanlı 

imaməl-cinn  və-n-nasın  məzarını  təvaf  etdi  və  İraqa  yollandı, 

qalibiyyət  və  iqballa  Qəzvin  darüssəltənəsinə  çatdı,  bir  ay  orada 

dayandı,  oradan  İsgahan  darüssəltənəsinə  getdi  və  həmin 

cənnətnişan  şəhər  yenidən  zəfər  nişanlı  məiyyətin  qədəmlərindən 

təravət  və  tazəlik  (nəzahət)  tapdı.  [Əlahəzrət]  qışı  eyş-işrət  və 

şadkamlıqla  başa  vurdu.  Bu  hadisələr  baş  verən  vaxtlarda 

Məhəmməd  İbrahim  xanın  vəfat  etməsi  və  Baqi  xanın  Bəlx 

vilayətinə gələrək oranı tutması xəbəri əlahəzrətə gəlib-çatdı. 

 

BƏLX HADİSƏLƏRİ, MƏHƏMMƏD İBRAHİM XANIN 

VƏFATI, BAQİ XANIN O VİLAYƏTİ ZƏBT ETMƏSİ VƏ 



996 

 

ÖZBƏK SULTANZADƏLƏRİNİN MƏİYYƏTİNDƏ 



YARMƏHƏMMƏD MİRZƏ VƏ YOLDAŞLARININ ALİ 

DƏRGAHAGƏLMƏLƏRİNİN ZİKRİ 

 

Elə ki, yuxarıda yazıldığı kimi, Məhəmməd İbrahim xanın 



Bəlxdəki işləri onun ürəyi istəyincə yerinə yetdi və Xudaynəzər bəy 

xanın atalığı, divanbəyisi, mali və mülkü məsələlərinin ixtiyar sahibi 

oldu,  Bəlxin  böyük  özbəkləri,  xüsusən  Məhəmməd  İbrahim  xanın 

işlərinin  qaydaya  düşməsində  (təmşiyət)  səylər  etmiş  olan 

Yarməhəmməd  Mirzə  Xudaynəzər  bəyin  hökmranlıq  (təsəllot)  və 

iqtidarına tab gətirə bilməyərək, böhtançılıq (səayət) etməyə başladı, 

xanı  öz  cahilanə  sözləri  ilə  Xudaynəzərə  qarşı  döndərdi.  O,  xana 

xatırlatdı  ki,  Xudaynəzər  bəyin  aradan  götürülməsi  cənab  xanın 

ixtiyar,  şövkət  və  iqtidarının  artmasına  səbəb  olar.  Məhəmməd 

İbrahim  xan  da  həsədkar  adamların  qərəzli  sözlərini  ürəyində 

saxlayıb, Xudaynəzərin dəf olunması üçün fikrə daldı, ali saraya bu 

barədə  ard-ardınca  məxfi  məktublar  göndərib  bu  işin  yerinə 

yetirilməsi üçün icazə istədi. Amma, əlahəzrət buna razılıq vermirdi. 

Məhəmməd  İbrahim xan nəhayət təkrar  məktub  və  elçilər  yollayıb 

[şaha] ərz etdi ki, onun və bu vilayətin özbək əyanları arasında birlik 

(elteyam)  mümkün  deyildir.  [Belə  olan  halda]  əgər  Xudaynəzərin 

dəf  olunması  ləngiyərsə,  ehtimal  ki,  işlər  fəsadla  nəticələnər  və 

böyük zərər baş verər. 

Nəvvab  şah  onun  cavabında  belə  yazdı:  "Bizim  əsl 

məqsədimiz o səadətli fərzəndin (yəni. Məhəmməd İbrahim xanın - 

Ş.F.)  dövlət  çırağını  yandırmaqdır  ki,  qoy  həmin  çıraq  iş  bilən 

adamların səyi ilə kamkarlıq məclisinin işığını artırsın. İş adamı olan 

o  şəxsi  (Xudaynəzər  bəyi  -  Ş.F.)  biz  o  fərzəndin  dövləti  naminə 

zəruri  bilmişdik.  Bu  haqda  yaxşı-yaxşı  fikirləş.  Dövlətin  əmin-

amanlığı naminə yol seçməkdə müstəqilsən". 

 

Bəlx padşahı Məhəmməd İbrahim xanın vəfatı: 

 

Həqiqətdə  yox  cavabı  kimi  yazılan  məktubun  gəlib-



çatmasından  sonra  Məhəmməd  İbrahim  xan  o  işə  ürək  edərək 

Xudaynəzər  bəyin  qətlinə  iqdam  etdi,  amma,  əslində  özünün 

hakimiyyət ayağına balta çaldı. Xan yaxşı-yaman günlərdə yanında 

olan həmin hüşyar, tədbirli, döyüş meydanının bəzəyi olan bir adamı 

ayaqdan  saldı  və  onun  dövlət  işlərinin  ipi  cahil  nadanların  və 



997 

 

özündən  razı  qatil  cahillərin  əlinə  keçdi,  Yarməhəmməd  Mirzə 



divanbəyi və dövlətin bütün işlərinin sahibinə çevrildi, özündən razı 

çevik  adamların  hər  biri  müxtəlif  istəklərlə  həsəd  və  ziddiyyət 

qapılarını  açdı,  bir-birləri  ilə  nifaq  bazarını  qızışdırdı.  Məhəmməd 

İbrahim  xan  isə  cəhalət  badəsinin  məstləri  olan  bir  neçə  adamla 

həmməclis  olub,  cavanlıq  əyyamının  tələbi  ilə,  bütün  vaxtını  eyş-

işrətə  sərf  edərək,  dövlət  işlərinin  nizamlanmasına  az  əhəmiyyət 

verirdi. 

Allahın köməyi ilə qələm yuxarıda yazmışdı ki, özbəklərin 

dövlət  işlərinin  ipi  Baqi  xanın  ixtiyarına  keçdi  və  ilahi  qüdrət 

karxanəsinin  tamaşaları  daha  da  artdı.  Məhəmməd  İbrahim  xan 

içkiyə ifrat qurşandığından onun səhhəti daim pisləşməkdə idi. Xanı 

qızdırma  tutdu,  onda  güclü  yatalaq  (həsbe)  və  qara  çiçək  (able) 

xəstəliyi zahir oldu, yüz həsrətlə öz cavanlıq ömrü ilə  vidalaşdı. O 

vaxt  Hisare-Şadimana ləşkər  çəkən  və qalanı  mühasirəyə  alan Baqi 

xan bu hadisəni eşidib şadiman oldu, fürsəti qənimət bilərək qalanın 

mühasirəsini saxladı, Bəlxin fəthinin daha üstün olduğunu düşündü, 

sürətlə  Bəlxə  tərəf  rəvan  oldu.  O,  qardaşı  Vəli  Məhəmməd  xanı 

ləşkərə münqəlay edərək irəli yolladı. 

 

Məhəmməd İbrahim xanın vəfatından  

sonra Baqi xanın Bəlxi fəth etməsi: 

   

Yarməhəmməd   Mirzə  və   Bəlxin özbək    böyüklərinin    

bu    böyük məsələdən təşvişləri artdı və çarə axtarmağa  başladılar.   

Baqi    xana  etimad  etməyən,  əvvəlcə  Hisari  -  Şadimanda  qalan, 

Məhəmməd  İbrahim  xan  istilasından  sonra  bu  xana  itaət  etməyi 

özləri üçün [hakimiyyətə çatmaq naminə] bir vasitə (dəstaviz) bilib, 

bilib  Bəlxə  gələn  Canibəyi  sultanlarının  qohum-əqrabaları,  habelə 

bəzi  yaxın  və  mötəbər  adamlar,  xüsusilə  Yarməhəmməd  Mirzə, 

Şirəfkən  Mirzə,  Übeydulla  Sultanın  nəqibi Şah  Xacə  öz  aralarında 

məsləhətləşərək  Bəlxin  müdafiəsindən  ötrü  şəhərdən  çölə  çıxdılar. 

Amma,  Yarməhəmməd  Mirzənin  yersiz  hərəkət  və  davranışından 

incik  olan  ləşkərin  əksəriyyəti  və  başqa  arif  adamları  Baqi  xana 

müxalif  olmağı  vaxta  görə  münasib  bilməyib,  batinən  ona  itaətdə 

olduqları  üçün,  [yuxarıda  adı  çəkilən  mötəbərlərin]  tərəfini 

tutmadılar. [Buna görə də,] Übeydulla Sultanla şəhərdən çölə çıxan 

az  miqdar  adam  Baqi  xan  ləşkərinin  hücumuna  tab  gətirməyib, 

özbəklərin  münqəlay  qoşununun  gəlib-çatmasından  sonra  bir-



998 

 

birlərindən  ayrılaraq  məğlubiyyət  yoluna  düşdülər,  Übeydulla 



Sultan isə döyüş meydanında yoxa çıxdı, bəlkə də öldürüldü. 

Xorasana getmək və dünyanı tutan şəhriyarın (Şah Abbasın 

- Ş.F.) iqbal kölgəsi altına pənah aparmaqdan başqa çarə  görməyən 

Yarməhəmməd  Mirzə  və  yoldaşları  pərişan  halda  fərar  yoluna 

düşdülər.  Onlar  Şibirğanda  olan  Məhəmməd  İbrahim  xan 

qohumlarından  Seyid Məhəmməd Sultanın oğlu Cahangir Mirzəni, 

habelə  Əndxodda  yaşayan  Məhəmməd  Səlim  Sultanı  - 

Pirməhəmməd  xanın  oğlunu  -Ərəb  Məhəmməd  Atalıqla  birlikdə 

Xorasana  yolladılar  və  Vəli  Məhəmməd  xan  zəfər  və  qələbə  ilə 

qardaşına fəth  və qalibiyyət  müjdəsi  yolladı, Baqi xan tam əzəmət 

və  kamranlıqla  Bəlxə  daxil  oldu.  O,  ləşkərin  qalan  hissəsini 

padşahanə  ülfət  və  xeyirxahlıq  sarıdan  ümidvar  edərək,  onları  öz 

tərəfindən  də  arxayın  etdi.  Beləliklə,  həmin  vilayətin  bütün 

özbəkləri  qədəmlərini  onun  itaət  və  bağlılıq  dairəsinə  daxil  etdilər 

və Bəlx, Əndxod, Şibirğan, Meymənə, Faryab və Murğab çayınadək 

bu  yerlərə  yaxın  olan  torpaqlar  Baqi  xan  tərəfindən  zəbt  olundu. 

Həmin  vilayətin  fəthi  nəticəsində  bütün  Qunduz,  Bəqlan,  Xetlan, 

Hisari - Şadiman ta Bədəxşan hüdudunadək Mavərənnəhrə və başqa 

məmləkətlərə  əlavə  olundu,  Baqi  xanın  şöhrəti  Sürəyya  bürcünə 

qədər ucaldı. 

Amma, Şah Xacə, Yarməhəmməd Mirzə, Ərəb Məhəmməd 

Atalıq  və  sultanzadələr  məiyyətinin  adamları  Herata  çataraq, 

özlərinin  yol  yorğunluqlarını  cahanpənah  dərgahda  aldıqdan  sonra 

İsfahan  darüssəltənəsində  şahın  astanasını  öpmək  səadətinə 

yetişdilər  və  şahanə  iltifat  və  nəvazişə  çatdılar,  bir  neçə  gün  bu 

təhlükəsiz (biməhal) dövlətin və hümayun fallı şah çətirinin kölgəsi 

altında hadisələr günəşinin və ruzigar  möhnətinin bəlasından (asib) 

qorundular ki, onların gələcək vəziyyətləri öz məqamında gələcəkdə 

qələmimizlə bəyan olunacaqdır. 

 

 



 

 

 




999 

 

Şərq – Qərb 



1986-cı ildən 

 

Şərq-Qərb" Nəşriyyat evində çapa 



hazırlanmışdır 

 

 



Buraxılışa məsul: Rasim Müzəffərli 

Texniki redaktor: Rövşən Ağayev 

Kompyuter səhifələnməsi: Allahverdi Kərimov 

Üz qabığının dizaynı: Nərgiz Əliyeva 

Korrektor: Nazilə Fazil 

 

 



Çapa imzalanmışdır 30.06.2011 

Formatı 60x90 

1/

16

. Fiziki çap vərəqi 71,5 



Sifariş N 023.Tiraj 500 

 

 



"Şərq-Qərb" Nəşriyyat evinin  

mətbəəsində çap olunmuşdur 

 

AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17 Tel.:  



(+99412) 370 68 03; 374 83 43 Faks: (+99412) 

370 68 03; 370 18 49 



 

www.eastwest.az



 

 

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə