Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə4/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   2   3   4   5   6   7   8   9   ...   340

10 

 

aləmaraye-Abbasi"nin ölkəmizdə fars dilinin ən yaxşı bilicilərindən 



olan  görkəmli  alimlərimiz  akademik  Vasim  Məmmədəliyev,  tarix 

elmləri  doktoru,  professor  Vaqif  Piriyev  və  filologiya  üzrə  fəlsəfə 

doktoru, dosent Tofiq Cahangirovun yüksək qiymət verdikləri Şahin 

Fazil tərcüməsi uzunömürlü olacaqdır. 

 

Yaqub Mahmudov 

Əməkdar elm xadimi, 

AMEA-mn müxbir üzvü, 

tarix elmləri doktoru, professor 

 

 

 




11 

 

TƏRCÜMƏÇİDƏN 



 

Təxəllüsü  vəzifəsinə  uyğun  "Münşi",  özü  isə  Azərbaycan 

türklərinin  türkman  tayfasına  mənsub  olan  İsgəndər  bəy  Münşi 

(1560-1634), şərqşünaslıq aləmində çox tanınan  müəlliflərdəndir  və 

o, bu şöhrətə məhz ilk Səfəvilərin, xüsusilə Şah Abbasın tarixini əks 

etdirən  "Tarixe-aləmaraye-Abbasi"  ("Dünyanı  bəzəyən  Abbasın 

tarixi") adlı əsərini yazmaqla yetişmişdir. 

1560-cı 


ildə  doğulan,  gənclik  illərində  "dövlət 

qulluqçuları"na ("ərbabi-dövlət") qulluq edən, 26 yaşından etibarən 

səfəvi sarayında  münşi (katib) olan  və 74 il ömür sürən bu tarixçi, 

şair,  xəttat  və  münəccim  yaşadığı  dövrdə  baş  vermiş  bir  çox 

hadisələri  şəxsən  müşahidə  edərək  onları  öz  kitabında  əks 

etdirmişdir.  Artıq  bir  neçə  əsrdir  ki,  "Tarixe-aləmaraye-Abbasi" 

əsərindən,  demək  olar  ki,  dünyanın  bütün  şərqşünaslıq 

mərkəzlərində  geniş  istifadə  olunur.  Mirzə  Fətəli  Axundov 

"Aldanmış  kəvakib"  əsərini  məhz  bu  kitabın  bir  süjetindən  əxz 

etmişdir. 

XVI əsr  və XVII əsrin ilk 30 ilində Azərbaycanın ictimai, 

iqtisadi,  siyasi,  mədəni,  diplomatik,  ideoloji  həyatında  baş  verən 

hadisələr  İsgəndər  bəy  Münşinin  ilkin  mənbə  kimi  son  dərəcə 

qiymətli  olan  bu  əsərində  ətraflı  işıqlandırılmışdır.  Buna  görə  də 

AMEA  A.Bakıxanov  adına  Tarix  İnstitutu  böyük  tarixçimizin 

qələmindən  çıxmış  "Tarixe-aləmaraye-Abbasi"  kitabını  bütünlüklə 

fars dilindən Azərbaycan dilinə çevirmək  və onu oxuculara təqdim 

etmək qərarına gəldi. Olduqca böyük zəhmət tələb edən bu iş artıq 

yerinə  yetirilmişdir  və  fəxr  edirəm  ki,  mənə  olunan  təklifə  əməl 

etmişəm.  Əsər  3  dibaçəni,  1  xatiməni

4

,  habelə  bir  neçə  "səhifə" 



("cild") və "məqsəd"i əhatə edən mürəkkəb bir kitabdır. 

                                                           

4

  Qeyd:  "Tarixe-aləmaraye-Abbasi"  əsərində  müəllif  "xatimə"  adlanacaq  gələcək 



hissədən  söz  açaraq  yazır:  "Xatimə-köhnə  kitablardan  oxuduğum  və  həyatım  boyu 

müşahidə  etdiyim  qəribə  hekayətlər,  maraqlı  rəvayətlər  və  dövranın  nadir  hadisələri 

haqqındadır.  İnşallah,  əgər  ömür  vəfa  edərsə,  o  hissə  üçüncü  cilddə  yazılacaqdır 

"(Bax:  İsgəndər  bəy  Münşi,  Tarixe-aləmaraye-Abbasi",  I  kitab,  Tehran,  hicri  1382 

(miladi  2003),  Şahin  Fazil  tərcüməsi,  səh.  16).  Görünür  ki,  İsgəndər  bəy  kitabının 

yazılmasını  nəzərdə  tutduğu  "Xatimə"  hissəsini  yazmamışdır,  çünki  biz  də  kitabda 

həmin  hissəyə  təsadüf  etmədik.  Bu  fikri  "Tarixe-aləmaraye-Abbasi"  kitabı  haqqında 

məlumat  verən  ÇA.Stori  (Bax:  Ч.А.Стори.  Персидская  литература.  Био-

библиографический  обзор.    Переработал  и  дополнил  Ю.Э.Брегель,  часть  II, 

Москва,  1972,  с.  875),  həmçinin  İsgəndər  bəy  Münşinin  kitabının  I  cildini  fars 




12 

 

İsgəndər  bəyin  planına  görə  demək  olar  ki,  "Tarixe-



aləmaraye-Abbasi"  3  "cild"ə,  12  "Məqalə"yə  və  müxtəlif  fəsillərə 

(zikr,  şərh,  goftar)  bölünməli  idi.  Kitabı  nəşrə  hazırlayan  və  çap 

edən  İran  tədqiqatçısı  İrəc  Əfşar  həcmcə  qeyri-bərabər  3  cilddən 

(səhifədən)  ibarət  olan  bu  tarixi  salnaməni  oxuculara  2  hissədə 

(bəxş)  təqdim  etməsinin  səbəbini  belə  izah  edir:  "Bu  kitabın 

cildlərinin bərabər həcmdə olmaması səbəbindəndir ki, onun birinci 

səhifəsi və ikinci səhifəsinin yarısı I hissədə, ikinci səhifənin ikinci 

yarısı  və  üçüncü  səhifə  isə  göstəricilərlə  birlikdə  II  hissədə  çap 

olunmuşdur".  Qeyd  olunmalıdır  ki,  İsgəndər  bəy  Münşi  tərəfindən 

"Müqəddimə",  "Məqalə"  və  "Səhifə"  adlandırılan  ifadələr  hcç  də 

bizim  qəbul  etdiyimiz  mənada  bir  neçə  vərəqdən  ibarət  yazı 

anlayışına uyğun gəlmir və kitabın hər iki hissəsini əhatə edir. 

İsgəndər bəyin özü şair olduğu üçün kitabında özündən və 

başqa şairlərdən yüzlərlə beytdən ibarət məsnəvi, nəzm, qitə, rübai, 

maddeyi-tarix  və  s.  poetik  nümunələr  vermişdir.  Onun  müxtəlif 

hadisələrlə  əlaqədar  misal  gətirdiyi  şeir  parçaları  içərisində  bizim 

Nizami  Gəncəvidən  və  məşhur  İran  şairi  Əbülqasim  Firdovsidən 

çoxsaylı beytlər mövcuddur. "Tarixe-aləmaraye-Abbasi"də dəfələrlə 

Quran  ayələri  misal  gətirilmiş,  bəzi  tarixi  mənbələrdən  istifadə 

olunmuş və zərbül məsəllərdən nümunələr verilmişdir. 

Hər  şeydən  əvvəl  qeyd  etmək  istərdim  ki,  bu  tərcümə  işi 

əsərin  İran tarixçisi  İrəc Əfşar tərəfindən çap olunan hicri tarix ilə 

1382-ci  il  (miladi  2003)  üçüncü  nəşri  əsas  götürülməklə  yerinə 

yetirilmişdir.

5

 

Görkəmli  Azərbaycan  tarixçisi  İsgəndər  bəy  Münşi 



Türkman  haqqında  ölkəmizdə  ilk  dolğun  məlumatı  mərhum 

həmkanmız,  tarix  elmləri  doktoru  Əbülhəsən  Əli  oğlu  Rəhmani 

vermişdir.

6

  İsgəndər  bəyin  özünü  və  sözünü  qiymətləndirən  və 



əsərindən istifadə edən bir sıra tədqiqatçılar olmuşdur (məs., Süheyli 

                                                                                                               

dilindən  azərbaycancaya  çevirən  Oqtay  Əfəndiyev  və  Namiq  Musalı  (Bax:  İsgəndər 

bəy  Münşi,  Tarixe-aləmaraye-Abbasi"  ("Dünyanı  bəzəyən  Abbasın  tarixi"),  I  cild, 

Bakı,  2009,  səh.  36)  da  qeyd  etmişlər.  Lakin  III  cildin  sonunda  "Kitabın  xətmi 

haqqında  bir  neçə  kəlmə  (fəqərə)"  adlanan  kiçik  bir  "xatimə"  vardır  ki,  bu  "xatimə" 

İsgəndər bəyin yazmasını nəzərdə tutduğu "Xatimə" deyildir. 

5

 İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar  nəşri),  I və II  hissələr, 



Tehran, h. 1382 (m. 2003). 

6

  A.A.Paxмaни.  "Tapиx-и    алам  арай-и  Аббаси"  кaк  источник  по  истории 



Азербайджана. Баку, 1960, c. 8-15. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə