Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə5/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   2   3   4   5   6   7   8   9   ...   340

13 

 

Xansari,  Nəsrullah  Fəlsəfi,  Rzazadə  Şəfəq,  İ.RPetruşevski, 



O.Ə.Əfəndiyev,  M.X.Heydərov,  S.M.Onullahi,  Ş.F.Fərzəliyev, 

Ş.K.Məmmədova  və  başqaları),  lakin  bir  daha  qeyd  etməliyəm  ki, 

Ə.Ə.Rəhmaninin  ilk  tədqiqat  işi  məhz  İsgəndər  bəy  Münşinin 

qələmindən  çıxan  və  bu  salnaməçinin  yaşadığı  dövr  tarixinin  ilkin 

mənbəyi  olan  "Tarixe-aləmaraye-Abbasi"nin  ("Dünyanı  bəzəyən 

Abbasın  tarixi")  tədqiqinə  yönəldiyindən  o,  bu  haqda  daha  çox 

yazmış, nəticədə özündən sonra mühüm bir monoqrafik əsər yadigar 

qoymuşdur. 

1560-cı ildə Azərbaycanın  "türkman" adlı türk qəbiləsində 

dünyaya  göz  açan  İsgəndər bəy  gənc  yaşlarından  mühasibat (siyaq) 

elmi  işlə  məşğul  olmuş,  səfəvi  hökmdarı  Şah  Məhəmməd 

Xudabəndənin  (hakimiyyət  illəri  1578-1587)  süvari  qulamlar 

xidmətinə  qatılmış,  32-33  yaşında  I  Şah  Abbas  Səfəvinin 

(hakimiyyət  illəri  1587-1629)  münşilərindən  (katib)  biri  kimi  ali 

divanda işləməyə başlamışdır. Ə.Rəhmaninin gəldiyi qənaətə  görə, 

onun  bir  münşi  kimi  saray  xidmətinə  cəlb  edilməsində  Səfəvilər 

dövlətinin  etimadlısı  (etimadüddövləsi),  həmyerlimiz  Hatəm  bəy 

Ordubadinin rolu olmuşdur. "Tarixe-aləmaraye-Abbasi"də  İsgəndər 

bəylə Hatəm bəy arasında olan dostluq münasibəti barədə dəfələrlə 

məlumat verilmişdir. 

Qeyd  olunmalıdır  ki,  İsgəndər  bəy  gənc  yaşında  ikən  bir 

döyüşdə  də  iştirak  etmişdir.  Şah  Məhəmməd  Xudabəndənin  oğlu 

Həmzə  Mirzə  Səfəvinin  üsyankar  əmirlərlə  qarşıdurmasına  həsr 

olunmuş  hissədə  (hicri  995/miladi  1586)  müəllif  yazır  ki,  onun 26 

yaşı  olarkən  könüllü  olaraq  şah  dəftərxanasını  tərk  edir,  əyninə 

zirehli  paltar  geyinir,  silaha  sarılır  və  Həmzə  Mirzənin  döyüşçü 

dəstəsinə qoşulur. Əsərdə oxuyuruq: "Bu sətirlərin müəllifi deyir ki, 

o zaman ömrünün həyat mərhələlərindən iyirmi altısı ötmüşdür və o, 

nəvvab  şahzadənin  qələm  ərbabı  silkindən  olub,  divana  mənsub 

şəxslərdən biri idi, iyirmi altı yaşlı adamlara xas olan nəfs cəhaləti 

və  dərrakəsizlik  üzündən  əyninə  zireh  geyinib,  silaha  sarılıb,  sivri 

nizə tutub, igidlik ərbabı zümrəsinə daxil olub, nəvvab şahzadənin 

xidmətindən  ayrılıb  fəthə  qədər  onunla  birlikdə  oldu, hadisələri  öz 

gözləri ilə gördü, gördüyü kimi də yazdı."

7

 

                                                           



7

  İsgəndər  bəy  Türkman.  Tarixe-aləmaraye-Abbasi,  Şahin  Fazil  tərcüməsi,  I  hissə, 

səh. 609. 



14 

 

İsgəndər  bəy  mənşə  etibarilə  kimdir?  Onun  əslən 



azərbaycanlı olmasının sübata heç bir ehtiyacı yoxdur. Lakin ingilis 

tədqiqatçısı  Ç.A.Stori  "Fars  ədəbiyyatı"  adlı  bio-biblioqrafik 

kitabında  tarixçi  Əbülhəsən  bəy  İbrahim  Qəzvininin  "Fəvaide-

səfəviyyə"  ("Səfəvilərin  faydaları")  adlı  tarix  əsərinə  əsaslanaraq

8

 

"Tarixe-aləmaraye-Abbasi"  müəllifini "İsgəndər əş-şəhir bi Monşi", 



yəni "Münşi kimi məşhur olan İsgəndər" adlandırır. Ç.Storiyə görə, 

İsgəndər h. 969 (m. 1561/62)-ci ildə doğulmuşdur. Alimin gətirdiyi 

bu  doğum  tarixinin  təshihə  ehtiyacı  vardır.  Tədqiqatçılardan 

Y.E.Breqel və N.D.Mikluxo-Maklay yuxarıda göstərilən 1561/62-ci 

il  tarixini  dəstəklədikləri  halda,  İrəc  Əfşar,  O.Əfəndiyev, 

Ə.Rəhmani,  S.Onullahi,  Ş.Fərzəliyev  və  başqaları  İsgəndər  bəyin 

1560-cı  ildə  doğulduğunu  yazmışlar.

9

  Sonralar  O.Əfəndiyev  və 



N.Musalı  müəllifin  öz  materiallarından  istifadə  edərək,  onun 

təvəllüdünün 1560/61-ci ilə təsadüf etdiyini bildirmişlər.

10

 

Ç.Stori  İsgəndər  bəyin  əsil-nəcabəti  haqqında  "ehtimal  ki, 



heç nə məlum deyildir" yazır.

11

 Doğrudur, İsgəndər bəyin özü də bu 



haqda  heç  nə  demir.  Orta  əsr  salnaməçiləri,  ümumiyyətlə,  özləri 

haqqında xəsisliklə məlumat  verirlər,  Amma bizim tarixçinin adına 

əlavə olunan və mənşəcə kimliyini bildirən "türkman" ifadəsi məgər 

onun  məşhur  türk  tayfalarından  birinə  mənsubluğunun  sübutu 

deyilmi?  Axı  azərbaycanlıların  etnogenezisində  fəal  iştirak  etmiş 

türkman  tayfası  XV-XVII  əsrlər  tariximizin  dövlət  quruculuğu 

sahəsində böyük nüfuz və fəaliyyətə malik olmuş, müstəsna xidmət 

göstərmişdir.  Səlcuqilərin  tərkibində  İrana,  Azərbaycana  və  Kiçik 

Asiya  torpaqlarına  gələn  türkmanlar  sonralar  tərəfdarı  olduqları 

ağqoyunlulardan  ayrılaraq  qızılbaş  tayfa  birliyinin  yaranmasında 

fəal  iştirak  etmişlər.  Məgər  Cənubi  Azərbaycandakı  Türkman, 

Türkmançay (bu toponim bizim ədəbiyyatımızda bu günədək səhvən 

                                                           

8

 



Ч.А.Стори.  Персидская  литература.  Био-библиографической  обзор. 

Переработал и дополнил. Ю.Э. Бретель, Москва 1972, Часть III, с. 1741. 

9

 İsgəndər bəy Türkman. Göst.əsər, I hissə. İrəc Əfşarın müqəddiməsi, səh. 15; Октан 



Эфендиев. Азербайджанское государство Сефевидов в  XVI  веке, Баку, 1981, с. 

24;  А.Рахмани.  Азербайджан  в  конце  XVI  и  в  XVII  веке,  Баку,  1981,  с.  6.;  

S.M.Onullahi.  XIII-XVII  əsrlərdə  Təbriz  şəhərinin  tarixi,  Bakı,  1982,  s.  17;  Şahin 

Fazil  Fərzəlibəyli.  Azərbaycan  və  Osmanlı  imperiyası  XV-XVI  əsrlərdə,  II  nəşr, 

Bakı, 1999, səh. 18. 

10

  İsgəndər  bəy  Münşi.  Tarixe-aləmaraye  Abbasi  (Abbasın  dünyanı  bəzəyən  tarixi), 



Fars dilindən tərcümə edənlər Oqtay Əfəndiyev və Namiq Musalı, Bakı, 2009, səh. 4. 

11

 Yenə orada, II hissə, s. 873. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə