Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə6/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   2   3   4   5   6   7   8   9   ...   340

15 

 

"Türkmənçay" kimi yazılır - Ş.F.), Türkmankəndi, eləcə də Göyçay 



və Bərdə rayonlarındakı türkman kəndləri

12

 "türkman" toponimi ilə 



müstəqil  əlaqədar  deyilmi?  Bugünkü  İranda  60  min  nəfərdən  çox 

türkmanın  (!)  yaşadığı  da  məlumdur.

13

  Türkman  tayfa  üzvləri 



haqqında  belə  məlumatların  olması  İsgəndər  bəy  Türkmanın 

mənşəyinin  türk  olması  xüsusunda  heç  bir  sorğu-sual  doğurmur. 

Belə  olan  halda,  qətiyyətlə  deyə  bilərik  ki,  "Tarixe-aləmaraye-

Abbasi"  kitabının  müəllifi  İsgəndər  bəy  Münşi  Türkman 

azərbaycanlıdır!!!

 

Şah  Abbas  məiyyətinin  tərkibində  müxtəlif  səfərlərə  və 



hərbi  yürüşlərə  çıxan  İsgəndər  bəy  əsasən  İsfahanda  yaşamışdır. 

Onun  ailəsi  və  övladları  haqqında  da  əsərində  məlumat  yoxdur, 

amma  müəllif  özünün  ən  yaxın  qohumu  kimi  qardaşı  oğlu 

Məhəmməd Salehi tərifləyir və bu şairin şerlərindən misallar gətirir 

ki, bu haqda aşağıda məlumat verəcəyik. 

İsgəndər  bəy  Şah  Abbasla  birlikdə  Azərbaycanın,  demək 

olar  ki,  bütün  böyük  şəhərlərində,  o  cümlədən  Təbriz,  Ərdəbil, 

Naxçıvan,  Əhər,  Xoy,  Maku,  Gəncə,  Ordubad,  Şamaxı,  Bakıda 

olmuş,  öz  münşilik  fəaliyyətinə  uyğun  tapşırıqları  yerinə 

yetirmişdir. 

Bəzi  müəlliflərə  görə,  İsgəndər  bəy  1629-cu  ildə  vəfat 

etmişdir.  Bu  tarixin  səhv  olduğunu  bildirən  Ə.Rəhmani  tarixçinin 

1634-cü  ildə  öldüyünü  göstərir  ki,  bu  fikir  həqiqətə  tam  uyğundur, 

çünki  yazdığı  "Tarixe-aləmaraye-Abbasi"dən  başqa,  onun  yenə  də 

fars  dilində  yazdığı  "Kitabe-tərəssol  min  münşəate-Xacə  İsgəndər 

bəy Münşi" ("Xacə İsgəndər bəy Münşi tərəfindən yazılan sənədlər 

kitabı")  və "Zeyle-tarixe aləmaraye-Abbasi" ("Dünyanı işıqlandıran 

Abbasın tarixinin ardı") kimi daha iki əsəri qələmə alınmışdır

14

  ki, 


"Zeyl...", əlbəttə, birinci kitabından sonra yazılmışdır. 

İsgəndər  bəy  səfəvi  hökmdarları  tarixinə  həsr  etdiyi  öz 

məşhur əsərini iki variant halında hazırlamışdır.  I variant hicri tarix 

ilə  1025-ci  ildə  (miladi  1616)  tamamlanmış,  II  variant  isə  hicri 

1038-ci  ildə  (miladi  1629)  bitirilmişdir.  Variantların  birincisi  həcm 

etibarilə  çox  böyük  olan  və  12  məqaləyə  bölünən  "Müqəddimə"ni 

                                                           

12

 Azərbaycan Sovet Ensiklopediyası, c. IX, Bakı, 1986, səh. 402. 



13

 D-r Məhəmməd Moin. Fərhənge-farsi, c. V, Tehran, h. 1378, səh. 387. 

14

 Ç.A.Stori. Göst. əsər. II hissə, s. 873-874; Ə.Rəhmani. Göst. əsər, səh. 17. 



 


16 

 

və  müəllif  tərəfindən  "Səhifə"  adlanan  iki  cildi  əhatə  edir. 



Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki, 

I cilddə 12 məqalə əks olunur, lakin qədim Tehran nüsxəsinə əsasən 

İrəc Əfşar "Tarixe-aləmaraye-Abbasi"nin I məqaləsini sonrakı 2-12-

ci  məqalələrdən  ayırmış  və  həmin  11  məqalə  kitabın  ikinci 

hissəsinin 1099-1116-cı səhifələrində verilmişdir. 

Birinci  məqalə  səfəvilərin  Şah  Abbasa  qədərki  nəsil 

şəcərəsini  və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I 

Şah  Təhmasib,  II  Şah  İsmayıl  və  Şah  Məhəmməd  Xudabəndə) 

tarixçəsini,  qalan  11  məqalə  isə  birinci  məqalə  kimi  müfəssəl 

olmadan  tam  yığcam  şəkildə  Şah  Abbasın  fərdi  xüsusiyyətlərini, 

habelə  quruculuq  işlərini  və  hərbi-siyasi  fəaliyyətini  əhatə  edir.

15

 

Həmin  11  məqalənin  hamısı  Şah  Abbas  ömrünün  38  və  39-cu 



illərini  əhatə  edən  hicri  1033  (miladi  1624)-cü  ildən  sonra 

yazılmışdır.

16

  Möhtərəm  oxucu,  indi  isə  həmin  11  məqalənin  təkcə 



sərlövhələrinə  diqqət  yetirmək  müəllifin  Şah  Abbasa  olan  böyük 

məhəbbət  və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy 

onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırrr: 

İkinci  məqalə:  O  həzrətin  (Şah  Abbasın  -  Ş.F.)  Allah 

dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir; 



Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi 

məhəbbət  və  biliyin  oturuşu  (esabat),  habelə  gördüyü  işlərin 

gözəlliyi haqqında; 

Dördüncü  məqalə:  [O  həzrətə  verilən]  sahibqranlıq 

rütbəsinin  ləyaqəti,  baş  verən  təhlükələrin  və  xoş  sonluqla  başa 

çatan  səadətli  qranların  (ulduzların  nəhslik  və  bədbəxtliklərindən 

qurtulma - Ş.F) zikri; 



Beşinci  məqalə:  [O  həzrət  tərəfindən]  ədalətpərvərliyin, 

yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi 

barədə; 

Altıncı  məqalə:  [O  həzrət  tərəfindən]  ilahi  hikmətlərdən 

olan sərt hökmlərin icrası haqqında; 



Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və 

hökmranlıq etmə qaydaları haqqında; 

                                                           

15

  Ç.A.Stori.  Göst.  əsər,  II  hissə,  s.  874;  İsgəndər  bəy  Münşi.  Tarixe-aləmaraye-



Abbasi (Oqtay Əfəndiyev və Namiq Musalı tərcüməsi), səh. 9. 

16

  İsgəndər  bəy  Türkman.  Tarixe-aləmaraye-Abbasi  (İrəc  Əfşar  nəşri),  Müqəddimə, 



səh. 18. 


17 

 

Səkkizinci  məqalə:  O  həzrətə  xas  anlaşılmaz  xasiyyəti 

(bitəəyyoni),  dərvişanə  xisləti  (dərvişnehadi),  xudbin  olmaması 

(bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında; 



Doqquzuncu məqalə:  [O həzrətin] xidmətkarların hüquqi 

haqlarını  qoruması  və  onların  mülkiyyətlərinə  toxunmamasının 

zikri; 

Onuncu  məqalə:  [O  həzrətin]  xoş  xisləti  (şekoftetəbi), 

onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında; 



On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları 

və imarətlər inşasının zikri; 



On  ikinci  məqalə:  [O  həzrətin]  Humayun  hakimiyyəti 

vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri."

17

  

Qeyd  olunmalıdır  ki,  yuxarıdakı  on  bir  məqalənin 



sərlövhələri  "Fars  ədəbiyyatı"  kitabında  olduqca  yığcam  tərcümə 

olunmuşdur.

18

 

"Tarixe-aləmaraye-Abbasi"  kitabının  I  cildini  bitirən 



müəllif  II  cildi  davam  etdirməyə  başlayır  və  onun  qələmi  Şah 

Abbasın taxta  cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz 

ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək 

davam edir. 

İsgəndər  bəy  Münşi  mükəmməl  savada  malik  şəxs 

olmuşdur  ki,  bunu  onun  qələmindən  çıxan  hər  cümlə  sübut  edir. 

Siyasi  hadisələr  haqqında  nisbətən  asan  və  hamının  başa  düşəcəyi 

bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji, 

diplomatik  və  s.)  olduqca  qəliz  söz,  cümlə  və  ibarələrlə  ifadə 

olunmuşdur.  Kitabı  oxuyarkən  səfəvi  sarayının  görkəmli  münşisi 

olan  İsgəndər  bəy  həm  də  şeri,  musiqini,  yaşadığı  dövrün  rəvacda 

olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir. 

İsgəndər bəy Münşinin qələmə aldığı bu məlum mənbənin 

müxtəlif əlyazma nüsxələri (tam, yaxud hissələrlə) dünyanın bir çox 

ölkələrindəki  kitabxanalarda  hifz  olunmaqdadır.  "Fars  ədəbiyyatı" 

kitabının  məlumatına  əsasən  bilmək  olur  ki,  bir  çox  məşhur 

şəhərlərdə  (Moskva,  Leninqrad,  Daşkənd,  İstanbul,  Edinburq, 

Kabul,  Bağdad,  Tehran,  Berlin,  İrəvan,  Lahur,  Pəncab,  Məşhəd, 

                                                           

17

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), Bakı, 2010, səh. 676-710. 



18

 Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 874-875. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə