Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə9/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   5   6   7   8   9   10   11   12   ...   340

23 

 

məktubun  surəti,  bir  osmanlı  döyüşçüsünün  Şah  Abbasın  Bağdad 



üzərinə hücumu zamanı öz ölkəsinə  göndərdiyi osmanlı üslubunda 

yazdığı  namə,  Roma  papasının  Şah  Abbasa  ünvanladığı  məktub 

kitabın qiymətini daha da artıran  və bizə  miras qalan epistolyar irs 

sayıla bilər. 

Qeyd  etmək  lazımdır  ki,  XVII  əsrdə  səfəvi  və  osmanlı 

saraylarından  Qərb  ölkələrinə  göndərilən  rəsmi  dövlət  məktubları, 

əsasən,  fars,  qismən  də  türk  dillərində  yazılırdı.  Məsələn,  1618-ci 

ildə  Rusiya  çarı  tərəfindən  Səfəvi  hökmdarının  yanına  yollanan 

yüksək  dərəcəli  elçinin  göndərdiyi  məktub  türk  dilində  yazılmışdı. 

İsgəndər bəy yazır: "Həmçinin bu il o uca sülalənin (romanovların - 

Ş.F.) mötəbər əmir  və knyazlarından (kənnas) ibarət böyük bir elçi 

heyəti  Xəzər  dəryası  və  o  çöllərdən  keçərək  Şirvanın  Dərbəndinə 

gəldi  və  Humayun  şah  məiyyətinin  ardınca  Ərdəbildən  [çıxıb] 

Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında 

şahla  görüş  səadətinə  yetişdi  və  mütərcim  [tərcoman]  vasitəsilə 

padşah  tərəfindən  özlərinin  ehtiyac  (niyazməndi)  xahişini  və 

möhkəm  birlik  (ettehad)  istəyini  ərz  edərək,  türk  dilində  yazılmış 

uzun bir məktubu şaha təqdim etdi".

35

 

Səfəvi  sarayının  məşhur  əmirlərindən  olan  Əmir  xan 



Türkman və Şah Təhmasibin qızı Fatimə Sultanın toyu münasibətilə 

həmin xanımda gözü olan, lakin "bəzi məsləhətlərə görə" məqsədinə 

çata  bilməyən  Müseyib  xan  Şərəfəddinoğlu  Təkəlinin  incik  tərzdə 

Azərbaycan  dilində  yazdığı  bir  rübai  poeziya  dilimizin  səciyyəvi 

xüsusiyyətləri  baxımından  olduqca  maraqlıdır.  "Tarixe-aləmaraye-

Abbasi"də oxuyuruq: 

"Əmir  xanın  toyu  oldu...,  cənnətməkan  şahın  qızı  Fatimə 

Sultan xanım Əmir xanın evinə aparılıdı... Müseyib xan özünü Əmir 

xandan yüksək tuturdu. Səltənət dənizinin həmin pakizə gövhərində 

(yəni Fatimə Sultan xanımda - Ş.F.) onun da gözü var idi, lakin bəzi 

məsləhətlərə  görə  bu  iş  baş  tutmadı  və  o  böyük  töhfə  Əmir  xana 

nəsib  oldu.  Müseyib  xan  razılıq  barmağını  gözünün  üstünə  qoyub, 

şahın  əmri  ilə  solduşluğu  qəbul  etdi,  türkcə  bu  rübaini  yazıb 

İsgəndər  şanlı  nəvvaba  (Şah  Məhəmməd  Xudabəndəyə  -  Ş.F.) 

göndərdi: 

 

Rübai 

                                                           

35

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsinin əlyazması), II hissə, səh. 940. 




24 

 

 

Ey şahe-cəhan, biəsər oldi deməgim

"Dutdi qəm-əli, ələm tikani-ətəgim. 

Yüzyildi ki, xidmətimlə dərgahində!  

Solduş əməgimə döndi axir əməgim"

36

 

 



İndi  də  əsərdə  işlənən  bir  vacib  istilah  barədə  misal 

gətirmək istərdik: "azərbaycanlı (azərbaycani)" istilahı. İsgəndər bəy 

"azərbaycanlı" sözünü əsərinin bir neçə yerində işlədir. Mən şəxsən 

bu  istilahın  o  dövrün  başqa  farsdilli  mənbələrində  verilməsinə 

hələlik  təsadüf  etməmişəm.  İsgəndər  bəy  isə  yazır:  "[Əlahəzrət] 

müzəffər  əsgərlərin bir dəstəsini Məhəmməd  Tağı bəy  Təbrizi adlı 

azərbaycanlı  (azərbaycani)  tüfəngçilərin  minbaşısının  (minbaşiye-

tofəgçiyane-azərbaycani)  sərkərdəliyi  altında  o  qala  üzərinə 

yolladı".

37

 



Yaxud  "İsmayıl  bəy  Tüfəngçibaşı  iki  yüz  nəfər 

azərbaycanlı (azərbaycani) tüfəngçi ilə həmin qalanın (Gürcüstanın 

Torağan qalası - Ş.F.) mühafizəsinə təyin olundu".

38

 



Azərbaycanlı (azərbaycani) ifadəsi kitabın başqa yerində də 

nəzərimi  cəlb  etdi:  "Ondan  sonra  azərbaycanlı  (azərbaycani) 

tüfəngçilərin  (töfəgçiyane-azərbaycani)  minbaşısı  Məhəmməd  Tağı 

bəy  Təbrizi  gələrək,  cəngin necə aparılması, savaşın xüsusiyyətləri 

və əsir götürülənlərin adları barədə təfsilatla məlumat verdi".

39

 



Mühüm  tarixi  mənbə  olan  "Tarixe-aləmaraye-Abbasi" 

əsəri, demək olar ki, bütün Şərq ölkələrində səda doğurmuşdur. XIX 

əsrin  çox  böyük  mütəfəkkirlərindən  olan  Mirzə  Fətəli  Axundov 

(1812-1878) tərəfindən də oxunan zəngin  məlumatlı bu qaynaqdakı 

bir  epizod  məşhur  "Aldanmış  kəvakib"  ("Aldanmış  ulduzlar") 

povestinin əsasını təşkil etmişdir. Belə ki, Şah Abbas hakimiyyətinin 

7-ci ilində (1592) saray münəccimləri ulduz falı vasitəsilə "həyatına 

təhlükə  yaranacağını"  bu  gənc  səfəvi  padşahına  bildirmiş  və  onlar 

təhlükənin  qarşısını  qabaqcadan  almaq  üçün  "ulduzları  aldatmaq" 

                                                           

36

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 260. 



37

 Bu misal və sonrakı daha iki misal "Tarixe-aləmaraye-Abbasi"nin 11 kitabındandır 

(Bax:  İrəc  Əfşar  nəşri,  səh.  874).  II  kitabın  tərəfimizdən  tərcümə  olunan  əlyazma 

nüsxəsi nəşriyyatda hələ səhifələnmədiyi üçün əsərin İrəc Əfşar nəşrinə istinad etməli 

olduq - Ş.F.). 

38

 Yenə orada. 



39

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 936.  




25 

 

tədbiri barədə düşünmüşlər. Münəccimlər şahdan  müvəqqəti olaraq 



şahlıqdan  əl  çəkməsini,  onun  əvəzində  isə  ölüm  cəzasına  məhkum 

olunan bir "nöqtəvi" kafirinin

40

  padşahlıq taxtına  əyləşməsini  xahiş 



etdilər.  Şahın  yerinə  üç  gün  şah  olan  Yusif  Sərrac  ("Tarixe-

aləmaraye-Abbasi"də  bu  ad  "usta  Yusifiye-tərkeşduz",  yəni 

"yəhərtikən usta Yusifi", yaxud "Mövlana Yusifi" kimi verilir - Ş.F.) 

dövlətdə  baş  verəcək  təhlükənin  artıq  sovuşduğu  üçün  dərhal 

öldürüldü.

41 


Abbasqulu  ağa  Bakıxanov  da  (1794-1847)  İsgəndər  bəyin 

bu tarixi mənbəyindən bəhrələnmişdir.

42

 

İsgəndər  bəy  Münşinin  məşhur  əsərindən  müasir  dövrdə 



yaşayan,  habelə  dünyanı  tərk  edən  azərbaycanlı  yazarlar  o  qədər 

yazmışlar  ki!..  Bu  işdə  böyük  xidməti  olmuş  Ə.Ə.Rəhmanini 

yuxarıda  xatırladıq.  Onun  hər iki  monoqrafik  əsərində  (namizədlik 

və  doktorluq  dissertasiyaları)  İsgəndər  bəyə  hörmət  və  "Tarixe-

aləmaraye-Abbasi"yə diqqət vardır. Birinci monoqrafiya bütövlüklə, 

ikincisi  isə  qismən  o  salnaməçinin  materiallarından  istifadə 

olunmaqla yazılmışdır. Prof. O.Ə.Əfəndiyev "Azərbaycan Səfəvilər 

dövləti XVI əsrdə" adlanan kitabında 78 dəfə İsgəndər bəy Münşini 

xatırlamış,  dəfələrlə  onun  salnaməsinə  istinad  etmişdir.  Prof. 

M.X.Heydərov "XIII-XVII əsrlərdə Azərbaycan şəhərlərində sosial-

iqtisadi münasibət və sənətkarlıq təşkilatları" və "XIII-XVII əsrlərdə 

Azərbaycan  şəhərləri  və  şəhər  sənətkarlığı"  monoqrafiyalarında 

istinadlarının  30-nu  İsgəndər  bəyin  əsərinə  əsaslanaraq  elmi 

dövriyyəyə  gətirmişdir.  Prof.  S.M.Onullahi  "XIII-XVII  əsrlərdə 

Təbriz  şəhərinin  tarixi"  üzərində  işləyərkən  23  dəfə  "Tarixe-

aləmaraye-Abbasi”dən 

bəhrələnmişdir. 

Prof. 


Ş.F.Fərzəliyev 

"Azərbaycan  XV-XVI  əsrlərdə  (Həsən  bəy  Rumlunun    "Əhsənüt-

təvarix"  əsəri  üzrə)"  və  "Azərbaycan  və Osmanlı imperiyası XV-

XVI  əsrlərdə"  monoqrafiyalarında  12  dəfə  İsgəndər  bəy  Münşiyə 

                                                           

40

  Nöqtəviyyə  -  Bu  cərəyanın  nümayəndələri  "nöqtəvilər",  yaxud  "pəsixanilər" 



adlanırdılar.  Mahmud  Pəsixani  Gilani  adlı  bir  şəxs  hicri  800-ci  ildə  "nöqtəvi" 

adlandırdığı  bir  məzhəb  yaratdı.  Əvvəllər  hürufiçilərdən  olan  Mahmud  sonradan  bu 

cərəyanı tərk etdi və "nöqtəviçi" oldu. Onun bu yeni məzhəbi səfəvi şahları tərəfindən 

aradan götürüldü, çünki nöqtəvilər bütün yaranışın və hər şeyin əsasını təkcə torpaqda 

görür,  ölümdən  sonra  yenidən  dirilməyə  (rəstaxiz),  cənnətə  və  cəhənnəmə 

inanmırdılar (Bax: D-r M.Moin, c. VI, səh. 2141). 

41

 Tarixe-aləmaraye-Abbasi /İrəc Əfşar nəşri/, II hissə, səh, 887; Ə.Ə.Rəhmani. Göst. 



monoqrafiya, səh. 28-29. 

42

 A.Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951, səh. 93. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə