Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 
 
42 
etmək lazımdır ki, Naxçıvan dairəsində yerləşdirilən ailələr çox 
sıx  şəkildə  məskunlaşmışdır.  Belə  ki,  Naxçıvan  şəhərinə  416, 
Cəhri  kəndinə  151,  Küznüt  kəndinə  72  erməni  ailəsi  yerləş-
dirilmişdi.
1
 
Köçürmənin  sonrakı  mərhələlərində  Naxçıvan  diyarında 
yerləşdirilmiş  erməni  ailələrinin  sayında  dəyişiklik  olduğu  nə-
zərə  çarpır.  İ.Şopenin  göstərdiyi  kimi,  artıq  1831-ci  ildə  Nax-
çıvan  diyarında  gəlmə  erməni  ailələrinin  sayı  2387  olmuşdur
2

«Statistik təsvir»də verilən ailə sayı arasında fort 164 ailəyə bə-
rabərdir.  Fikrimizcə,  köçüb  gəlmiş  ermənilərin  sayının  çoxlu-
ğundan, boş və bərəkətli torpaqların çatışmazlığından, sonralar, 
yəni 1831-ci ilə qədər bu 164 erməni ailəsi Naxçıvan diyarından 
köçüb Azərbaycanın sabiq İrəvan və Qarabağ xanlıqları, habelə 
digər bölgələrində yerləşmişdilər. 
Gəlmə ermənilər Naxçıvan və Ordubad dairələrinin bərəkətli 
torpaqlarında  özlərinə  məskən  seçmişdilər.  Məsələn,  Naxçıvan 
dairəsinin  Dərələyəz  mahalına  507,  Naxçıvan  mahalına  941 
erməni  ailəsi  yerləşdirilmişdir.  Ordubad  dairəsində  isə  gəlmə 
ermənilərlə  ən  çox  məskunlaşmış  mahal  Bilev  mahalı  idi  (171 
ailə). İ.Şopenin tərtib etdiyi cədvəldən görünür ki, gəlmə ermə-
nilər,  yerli  ermənilərin  sayı  az  olan  mahallarda  yerləşdirməyə 
üstünlük  verilmişdi.  Misal  üçün,  150  erməni  ailəsi  olan  Nax-
çıvan mahalına daha 941 ailə yerləşdirilərək onların sayını 1041-
ə qaldırmaqla yerli azərbaycanlıların sayını (979 ailə) üstələmiş-
lər. 58 erməni ailəsi olan Dərələyəz mahalına daha 50739 ermə-
ni  ailəsi  yerləşdirilmişdilər.
3
  Çar  Rusiyası  sabiq  Naxçıvan  xan-
lığının  ərazisində  azərbaycanlıların  sayını  bu  üsulla  azaltmağa 
çalışmışdır. 
Köçürmə siyasətində nəzərə çarpan bir cəhət də, ermənilərin 
heç  ayaqları  dəyməyən  mahallarda  yerləşdirilməsi  olmuşdur. 
Belə  ki,  əhalisi  yalnız  282  azərbaycanlı  ailəsindən  ibarət  olan 
                                                 
1
 Yenə orada, s. 125-127. 
2
 И.Шопен.. Göstərilən əsəri, s. 635-638. 
3
 И.Шопен. Göstərilən əsəri, s. 635-638. 


 
 
43 
Məvazi-Xatun  mahalında  216  erməni  ailəsi,  əhalisi  767  azər-
baycanlı ailəsindən ibarət Ordubad şəhərində isə 36 erməni ailə-
si yerləşdirilmişdir.
1
 Köçürmə siyasəti nəticəsində Naxçıvan di-
yarında həm süni şəkildə erməni (xristian) əhalisinin sayı artırıl-
mış, həm say baxımından azərbaycanlılar ilə ermənilər arasında 
olan nisbət dəyişdirilmiş, həm də Naxçıvan diyarının bütün ma-
hallarına  ermənilər  yerləşdirilmişdi.  Bununla  da  çar  hökuməti 
yenicə ələ keçirdiyi İrəvan və Naxçıvan xanlıqlarını xristianlaş-
dırmaq yolunda çox ciddi addımlar atmağa başlamışdır. 
Yuxarıda  dediklərimizə  əlavə  edək  ki,  köçürməyə  qədər 
əgər. Naxçıvan bölgəsində 530 xristian, o cümlədən erməni ailə-
si  var  idisə,  Türkmənçay  müqaviləsindən  sonra  buradakı  xris-
tianların  sayı  4  dəfə  artırılaraq  2137  nəfərə  çatmışdır.  Ordubad 
dairəsində  isə  400  erməni  ailəsi  var  idisə,  köçürmə  siyasəti  tət-
biq  olunmağa  başladığı  vaxtdan  buranın  erməni  əhalisinin  sayı 
62,5% artırılaraq 650-yə çatdırılmışdır.
2
 
Çar  hökumətinin  köçürmə  siyasətinə  qədər  Naxçıvan  diya-
rının əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi, bu vaxt bu-
rada 5538 azərbaycanlı ailəsi yaşayırdı ki, onların da sayı 24385 
nəfərə  bərabər  idi.  Halbuki  erməni  ailələrinin  sayı  köçürməyə 
qədər 930 idi (və yaxud 5078 nəfər).
3
 Göründüyü kimi, köçürmə 
siyasətinə  qədər  Naxçıvan  diyarının  əhalisinin  82,8%-ni 
azərbaycanlılar  təşkil  edirdi,  erməni  əhalisinin  sayı  isə  17,2%-ə 
bərabər idi. 
Mövzudan bir qədər uzaqlaşaraq, qeyd etməliyik ki, hazırda 
Azərbaycan torpaqlarına göz dikən erməni təcavüzkarları, ermə-
ni  ideoloqlarının üzdəniraq nəzəriyyələrinə əsaslanaraq, heç bir 
dəlilləri  olmadan,  ermənilərin  Azərbaycan  torpaqlarında,  xüsu-
silə Naxçıvan diyarında və Qarabağda yaşamalarını az qala era-
mızdan  əvvəlki  dövrlə  əlaqələndirirlər.  Bu  qeyri-elmi  fikri  ifşa 
edən  Azərbaycan  alimlərinin  əksəriyyəti,  xüsusilə  Z.M.Bün-
                                                 
1
 Yenə orada. 
2
 И.Шопен. Göstərilən əsəri, s. 635-638. 
3
 Yenə orada. 


 
 
44 
yadov, İ.H.Əliyev, M.A.İsmayılov, F.Məmmədova və başqaları 
mövcud  tarixi  sənədlərə  arxalanaraq  ermənilərin  Naxçıvan  və 
Qarabağ bölgələrində məskunlaşmalarını 1828-ci ildə imzalanan 
Türkmənçay müqaviləsi ilə əlaqələndirirlər. Bu məsələdən bəhs 
olunarkən, nədənsə 1829-cu ildə imzalanmış Ədirnə müqaviləsi 
xatırlanmır. Halbuki həmin tarixi aktlara (Türkmənçay və Ədir-
nə  müqavilələrinə),  ikinci  Rusiya-İran  müharibəsinə  və  1828-
1829-cu il Rusiya-Türkiyə müharibəsinə rus tarixçiləri və hərb-
çiləri tərəfindən xüsusi kitablar da həsr olunmuşdur. Həmin ki-
tablardan  ən  maraqlısının  müəllifi  S.Qlinka
1
  və  əsərindən  isti-
fadə  etdiyimiz  İ.Şopendir.  Bu  məsələyə  XX  əsrin  əvvəllərində 
N.Şavrov  da  toxunmuşdur.
2
  S.Qlinkanın  yazdığına  görə,  Türk-
mənçay  müqaviləsindən  üç  ay  yarım  keçmiş,  Rusiyanın  yeni 
ərazilərinə, daha doğrusu çar Rusiyası tərəfindən işğal olunmuş 
sabiq  Naxçıvan,  İrəvan  və  Qarabağ  xanlıqlarına  40000  erməni 
köçürülmüşdür.  Bu  «köçürmənin»  təşəbbüsçüsü  milliyyətcə 
erməni olan X.Y.Lazarev idi. O, hələ ikinci Rusiya-İran müha-
ribəsi  bitməmiş,  1827-ci  ildə  ermənilərin  Şimali  Azərbaycana 
köçürülmələrinin  layihəsini  tərtib  edərək,  çar  hökumətinə 
təqdim  etmişdi.  Bu  layihənin  ana  xəttini  Rusiya  imperiyasının 
tərkibində  «Erməni  çarlığının  bərpa  olunması»  təşkil  edirdi. 
Həmin  ideya  Rusiyanın  hakim  dairələri  üçün  İranla  Türkiyə 
sərhədlərində  xristianlardan  ibarət  olan  vilayətin  yaradılmasına 
bir  bəhanə  oldu.  1828-ci  ilin  mart  ayında  general-adyutant 
A.X.Benkendorf X.Y.Lazerevin layihəsini imperator I Nikolaya 
təqdim etdi. Həmin bədnam layihədə «Qədim Ermənistana» aid 
olan  yerlərin  adı  çəkilmişdir:  Naxçıvan,  İrəvan,  Şəki,  Şamaxı 
xanlıqlarının əraziləri. 
İmperator  I  Nikolayı  hər  şeydən  əvvəl,  Türkiyə  və  İranla, 
yəni müsəlman ölkələri ilə sərhəd zonalarını möhkəmləndirmək 
daha çox maraqlandırdığı üçün o, 1828-ci il martın 21-də xüsusi 
                                                 
1
 S. Qlinka. Göstərilən əsəri. 
2
 Н.Шавров. Русская колонизация на Кавказе. Вопросы колонизации. - 
СПб. 1911. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə