Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   ...   33

 
 

başqa  tədqiqat  əsərlərinə  istinad  edərək  bildirir  ki,  Naxçıvan 
xanlığının  yaranması  ərəfəsində  onun  əhalisi  45,1  min  nəfər, 
ləğvi ərəfəsində isə 42,5 min nəfər olmuşdur. 
Naxçıvan  xanlığının  əhalisinin  etnik  tərkibinə  gəldikdə 
isə  xanlığın  əhalisinin  əksəriyyəti  azərbaycanlılar  təşkil  edirdi. 
Ermənilər  isə  buraya  gəlmədilər.  Müəllifə  görə  1828-1829-cu 
illərdə  Şimali  Azərbaycana  6976  erməni  ailəsi  köçürülmüşdür 
ki, onlardan 2557 ailə (36,6 faiz) Naxçıvanda yerləşdirilmişdi. 
Monoqrafiyada  Naxçıvan  xanlığının  əhalisinin  əsas 
məşğuliyyət  sahələrinə  daha  geniş  yer  verilmişdir.  Xanlığın 
ərazisində  əkinçiliyin,  maldarlığın  və  sənətkarlığın  vəziyyəti 
əhatəli öyrənilmişdir. Əkinçiliyin vəziyyətini təhlil edən müəllif 
ilk  növbədə  əkilən  torpaqların  mahallar  üzrə  vəziyyətini  mü-
qayisə  edir.  Ümumiləşdirmədən  aydındır  ki,  Naxçıvan  xanlığı 
üzrə  əkinə  yararlı  torpaqların  xeyli  hissəsi  Naxçıvan  mahalının 
payına  düşürdü,  Ordubadda  isə  bu  çox  az  idi.  Əkinçilikdə  isə 
üstün  yeri  dənli  bitkilər  və  pambıq  tuturdu.  Dənli  bitkilər  sıra-
sına  taxıl,  çəltik  daha  çox  əkilirdi.  Bostançılıq,  üzümçülük, 
bağçılıq, ipəkçiliyin özünəməxsus yeri var idi. 
Müəllif  kitabda  Naxçıvan  xanlığında  maldarlığın 
vəziyyətini önə çəkmiş, qoyunçuluğun daha çox inkişaf etdiyini 
göstərmiş  və  belə  nəticəyə  gəlmişdir  ki,  buynuzlu  heyvanların 
sayı  nəqliyyat  heyvanlarından  təqribən  10-13  dəfə  çox  idi. 
Heyvanların  ümumi  sayının  62  faizindən  çoxunu  isə  qoyunlar 
təşkil  edirdi.  Çox  yaxşı  haldır  ki,  müəllif    heyvandarlığın 
vəziyyətini  təhlil  edərkən  otlaqlar,  torpaq  sahələri,  heyvanların 
mahallar üzrə paylanması, heyvandarlıqdan əldə olunan gəlirlər, 
maldarlığın sənətkarlıq üçün yaratdığı şərait kimi məsələlərə də 
diqqət yetirmişdir. 
Naxçıvan  xanlığında  sənətkarlığın  vəziyyətindən  bəhs 
edən tədqiqatçı belə qənaətə gəlir ki, sənətkarlığı təkcə şəhərlərə 
aid etmək olmaz. Kəndlərdə də uyğun sənət sahələri-dəmirçilər, 
nalbəndlər,  dulusçular  yaranır  və  inkişaf  edirdi.  Kəndlərdə 
sənətkarlıq olsa da sənətkarlıq əsasən şəhərlərdə daha çox inki-
şaf  edirdi.  Naxçıvan  xanlığında  dərzilik,  xalçaçılıq,  papaqçılıq, 


 
 

çəkməçilik,  zərgərlik,  dəmirçilik,  misgərlik,  toxuculuq,  boyaçı-
lıq, dülgərlik, dabbağlıq və onlarla digər sənət növü yayılmışdı. 
Sənətkar  emalatxanaları  da  tədqiq  edilmiş,  bu  emalatxanaların 
oynadığı rol, ticarətin inkişafına onların verdiyi pay əsaslandırıl-
mışdır. 
Monoqrafiyada  Naxçıvan  xanlığının  şəhər  həyatına  da 
yer  verilmişdir.  Müəllif  xanlıqlar  dövrünə  qədər  Naxçıvan 
ərazisində  olan  Naxçıvan,  Ordubad,  Culfa,  Əylis,  Azad  (Aza) 
şəhərləri haqqında dolğun məlumat verir, onların  vəziyyətlərini 
təhlil  edir.  Səfəvi-Osmanlı  müharibələri  nəticəsində  Naxçıvan 
əhalisinin  və  şəhərlərinin  xeyli  ziyan  çəkdiyini,  əhalinin  bir 
qisminin  köçürüldüyünü,  şəhərlərin  isə  dağıdıldığını  mənbələrə 
istinad  edərək  göstərir.  Xanlıqlar  dövründə  isə  Naxçıvan 
xanlığının Naxçıvan və Ordubad şəhərləri orta əsr şəhərləri kimi 
qalmışdı. Naxçıvan şəhəri xanlığın inzibati mərkəzinə çevrilmiş, 
yaşayış və inzibati binaların bir hissəsi bərpa olunmuş, iqtisadi, 
ictimai  və  mədəni  həyat  müəyyən  dərəcədə  dirçəlməyə  baş-
lamışdı. Lakin feodal ara müharibələri, İran və rus qoşunlarının 
xanlıqlarını  xanlığa  hücumları,  Rusiya-İran  müharibələri  və  b. 
Amillər  şəhərlərin  həyatına  da  mənfi  təsir  göstərmişdi.  Müəllif 
Naxçıvan  şəhəri  haqqında  Övliyə  Çələbinin,  fransız  səyyahları 
Tavernyenin,  Şardenin,  Qaspar  Druvilin  və  başqalarının  fikir-
lərindən  istifadə  edir,  müqayisələr  aparır  və  Naxçıvanın  vəziy-
yəti  haqqında  doğru  fikir  formalaşdırır.  Tədqiqatçının  fikri 
bundan ibarətdir ki,  XVIII əsrin sonu  – XIX əsrin əvvəllərində 
Naxçıvan  ətrafı  qala  divarları  ilə  əhatə  olunmuş  tipik  feodal 
şəhəri idi. Şəhərin məhəllələrinin artıb-azalmasını müəllif şəhər 
həyatında  baş  vermiş  dəyişikliklərlə  əlaqələndirir.  XVIII  əsrin 
20-ci  illərinin  əvvəllərində  Naxçıvan  şəhərində  10,  osmanlı 
istilasından sonra (1724-1735) 2, XVIII əsrin sonlarında 4, XIX 
əsrin əvvəllərində isə 13 məhəllə olmuşdu. Məhəllədə Ordubad 
şəhəri  haqqında  da  söhbət  açılır  və  onun  dağıntılara  az  məruz 
qalması,  abad,  yaşıllıqlara qərq olması,  yaraşıqlı  bir şəhər kimi 
təsvir edilir, 4-6 məhəllədən ibarət olduğu göstərilir. 


 
 

Müəllif  monoqrafiyada  Naxçıvan  və  Ordubad  şəhər-
lərinin inkişafını, mühüm sənətkarlıq və ticarət mərkəzləri kimi 
fəaliyyətini,  şəhər  əhalisinin  sosial  və  etnik  tərkibinin 
səciyyəsini vermiş və bunların tipik müsəlman şəhəri olduğunu 
göstərmişdir. 
Beləliklə,  S.Budaqovanın  “Naxçıvanın  siyasi  tarixi 
monoqrafiyası”  monoqrafiyası  ilk  mənbələrə,  ciddi  elmi 
ədəbiyyata  əsaslanaraq  işlənilmiş,  xanlığın  siyasi  və  sosial-
iqtisadi  həyatı  yüksək  elmi  səviyyədə  təqdim  edilmişdir. 
Qətiyyətlə  demək  olar  ki,  bu  monoqrafiya  tədqiqatçının  gərgin 
və  məqsədyönlü  əməyinin  nəticəsi  olaraq  yekunlaşmışdır. 
İnanırıq ki, xanlıqlar dövrü tarixi ilə maraqlanan tədqiqatçılar və 
oxucular bu əsərdən faydalanacaqlar. Müəllifə uğurlar diləyirik. 
 
İSMAYIL HACIYEV, 
AMEA Naxçıvan Bölməsinin, 
sədri, akademik
 
 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə